Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-581/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunu barədə protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə) “hərracın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki koll egiyasının 30 sentyabr 2022-ci il tarixli, 2(103)-5170/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətin reyestrindən MA seriyalı №0050590 saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7, 5 saylı, 6 saylı, 19 saylı, 20 saylı mənzillər xx.xx.2010-cu il tarixdə İddiaçı adına hüquqi rəsmiləşdirilmişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qey diyyatı haqqında daşınmaz əmlakın Dövlətin reyestrindən MA seriyalı №0052606 saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7, 19 saylı mənzil xx.xx.2010-cu il tarixdə İddiaçı adına hüquqi rəsmiləşdirilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətin reyestrindən MA seriyalı №0053139 saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7, 6 saylı mənzil xx.xx.2010-cu il tarixdə İddiaçı adına hüquqi rəsmiləşdirilmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətin reyestrindən MA seriyalı № 0053074 saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7, 20 saylı mənzil xx.xx.2010-cu il tarixdə İddiaçı adına hüquqi rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Yasamal rayon İcra Şöbəsi və Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 5, 6, 19 və 20 saylı mənzillərin hərrac yolu ilə satılmasına dair xx.xx.2021-ci il tarixli 68/02, 68/03, 68/04 və 69/01 nömrəli hərracın yekunları barədə protokolların və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli qətnaməsi ilə ilk "xxxx"ASC-nin iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 29 aprel 2010-cu il tarixli kredit müqaviləsinə əsasən 27 iyun 2012-ci il tarixli, 014 saylı razılaşma üzrə 430052 manat əsas borc, 37789,71 manat faiz borcu olmaqla 467841,71 manat borcun, 13 dekabr 2012-ci il tarixli razılaşma üzrə 352980 manat əsas borc, 37215,86 manat faiz borcu olmaqla, 390195,86 manat borcun, ümumilikdə 858.037,57 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumun iddiаçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında Z.Səmədovaya məxsus olan ünvan 2 ünvanda yerləşən 163.7 m2 ümumi, 96.2 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 40 saylı mənzilə, mülkiyyət hüququ əsasında N.Ə.Kərimova məxsus olan ünvan 3ünvanda yerləşən 76.5 m2 ümumi, 62.4 m2 ya şayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilə, mülkiyyət hüququ əsasında N.Kərimova məxsus ünvan 4 ünvanda yerləşən 66.9 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən 5, 6, 19 və 20 saylı mənzillərə yönəldilməsi, həmin əmlakların müəyyən edilmiş ilkin satış qiymətləri ilə açıq hərracda satılması, satışından əldə olunmuş vəsaitin borcun təmin edilməsinə yönəldilməsi, artıq məbləğin qaytarılması qət edilmiş, ilk iddia qalan hissədə, eləcə də qarşılıqlı iddia təmin olunmamışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli icra vərəqəsi Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Məlum olmuşdur ki, Yasamal rayon İcra Şöbəsinin xx/xx-132325/317501 saylı xx.xx.2021-ci il tarixli sifar iş məktubunun icrasına əsasən Hərrac Mərkəzi «Кülək» ММC tərəfindən hərrac keçirilmişdir. Həmin sifariş məktubun göndərilməsi qanunsuz olduğundan İddiaçı cavabdeh Yasamal rayon İcra şöbəsinə qarşı “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra məmurunun üzərinə İddiaçı əmlakına dair hərracın keçirilməsi barədə "xxxx" ММC-yə göndərilmiş sifarişin geri götürülməsi vəzifəsinin həvalə edilməsinə” dair iddia tələbləri ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və inzibatiiş üzrə məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Bundan əlavə,Yasamal rayon İcra Şöbəsinə xx.xx.2021-ci il tarixdə daxil olunmuş Hərrac Mərkəzi «Кülək» ММC-nin məktubundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri,Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), 7 saylıevin ümumi sahəsi 45,2 m olan 6 saylı mənzili qiyməti 63750 (altmış üç min yeddi yüz əlli) manat, İddiaçı məxsus Bakı şəhəri,Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), 7 saylı evin ümumi sahəsi 32 m olan 19 saylı mənzili qiyməti - 60562,50 (altmış min beş yüz altmış iki manat əlli qəpik) manat, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), 7 saylı evin ümumi sahəsi 39,15 m olan 20 saylı mənzili qiyməti- 57375 manat olmaqla ipoteka saxlayan "xxxx"ASC əldə etmişdir. Eyni zamanda, həmin məktubda qeyd edilmişdir ki, əmlakın dəyəri hərrac təşkilatının depozit hesabına ödənilməmişdir. Bundan əlavə, "xxxx" MMC tərəfindən verilmiş hərracın yekunları barədə 68/02 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 45,2 m olan 6 saylı mənzilin ilkin satış qiyməti 100000 manat, təkrar hərracdakı satış qiyməti – 85000 manat, İpoteka haqqında AR Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymət 63750 manat müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş hərracın yekunları barədə 68/03 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 32 kv.metr olan 19 saylı mənzilin ilkin satış qiyməti 95000 manat, təkrar hərracdakı satış qiyməti – 80750 manat, İpoteka haqqında AR Qanunun 43.7-ci maddəsinə əsasən 25%aşağı olan qiymət 60562,50 manat müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş hərracın yekunları barədə 68/04 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 39,15 m olan 20 saylı mənzilin ilkin satış qiyməti 90000 manat, təkrar hərracdakı satış qiyməti – 76500 manat, İpoteka haqqında AR Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymət 57375 manat müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş hərracın yekunları barədə 69/01 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 28,3 m olan 5 saylı mənzilin ilkin satış qiyməti 60000 manat, təkrar hərracdakı satış qiyməti – 51000 manat, İpoteka haqqında AR Qanunun 43.7-cimaddəsinə əsasən 25% aşağı olan qiymət 38250 manat müəyyən olunmuşdur. Hərrac “İpoteka haqqında” AR Qanunu ilə müəyyən edilmiş qaydalar pozulmaqla keçirilmişdir. Belə ki, cavabdeh Hərrac Mərkəzi «Кülək» ММC tərəfindən hərracın keçirilməsi, onun vaxtı və yeri barədə İddiaçı müvafiq bildirişlər göndərilməmiş, bu səbəbdən İddiaçı həraccın keçirilməsi barədə məlumatı olmamışdır. Həmçinin, hərracın keçirilməsin ə dair kütləvi informasiya vasitələrində və cavabdehin rəsmi internet saytında elan dərc edilməsi barədə heç bir məlumat da yoxdur.
7. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X6 Mərkəzi "xxxx" MMC-nin Yasamal rayon İcra şöbəsinə, "xxxx" ASC-yə,X2, İddiaçı, X4 və "xxxx" MMC-yə ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli №1 saylı bildirişinə əsasən kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri, Yasamal rayonu, M.A.Şərifzadə küçəsi, ev 146 A, Bakı şəhəri, Yasamal rayonu, Ak.Ş.Mehdiyev küçəsi, ev 97-də yerləşən qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7 (ü/s 28.3 kv.m), Bakı şəhəri, Yasama l rayonu, Araz küçəsi, ev 7 (ü/s 45.2 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7 (ü/s 32 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7 (ü/s 39.15 kv.m) olan əmlaklar tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti müvafiq olaraq 130950 manat, 200000 manat, 60000 manat, 100000 manat, 95000 manat, 90000 manat hərracda iştirak üçün 5 % miqdarında behin məbləği müvafiq olaraq 6547.50 manat, 10000 manat, 3000 manat, 5000 manat, 4750 manat, 4500 manat müəyyən edilmişdir.
8. İş materiallarında olan, Azərbaycan Respublikası Xammal və X6 Mərkəzi "xxxx" MMC-nin Yasamal rayon İcra şöbəsinə, "xxxx" ASC-yə,X1, İddiaçı, X4 və "xxxx"MMC-yə ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli №2 saylı bildirişinə əsasən kreditin (borcun) təminatı qism ində ipoteka predmetinə tələbin yönəldilməsinə Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 28.3 kv.m) olan əmlaka tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti 51000 manat hərracda iştirak üçün 5 % miqdarında behin məbləği müvafiq olaraq 2550 manat müəyyən edilmişdir.
9. İş materiallarında olan, Azərbaycan Respublikası Xammal və X6 Mərkəzi "xxxx"MMC-”nin Yasamal rayon İcra şöbəsinə, "xxxx"ASCyə,X2, İddiaçı, X4 və "xxxx"MMC-yə ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli №2 saylı bildirişindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı, xx.xx.2019cu il t arixli icra sənədi üzrə Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 45.2 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 32 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 39.15 kv.m) olan əmlaklar tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti müvafiq olaraq 85000 manat, 80750 manat, 76500 manat hərracda iştirak üçün 5 % miqdarında behin məbləği müvafiq olaraq 4250 manat, 4037.50 manat, 3825 manat müəyyən edilmişdir.
10. İş materiallarında olan, “Birja Yenilikləri” qəzetinin surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 28.3 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 45.2 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 32 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 39.15 kv.m) olan əmlaklar ilə bağlı hərracın keçirilməsi tarixi barədə elanlar verilmişdir.
11. Azərbaycan Respublikası Xammal və X6 Mərkəzi "xxxx"MMC-”nin Yasamal rayon İcra şöbəsinə, "xxxx"ASCyə,X1, İddiaçı, X4 və "xxxx"MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklif məktubundan görünür ki, Yasamal Rayon İcra və Probasiya Şöbəsi № xx/xx-132325/3-17501 saylı xx.xx.2021ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 45.2 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 32 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 39.15 kv.m) əmlakların təkrar hərracının baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanu nun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni müvafiq olaraq 63750 manat, 60562.50 manat və 57375 manar olmaqla ipoteka saxlayana təklif olunmuşdur.
12. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli hərracın yekunları barədə № 68/03 saylı protokolun və onun əsasında tərtib edilmiş hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin surətinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin ümumi sahəsi 32k.m olan 19 saylı mənzil 60562.50 manata ipoteka saxlayan "xxxx"ASC-yə satılmışdır.
13. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli hərracın yekunları barədə № 68/02 saylı protokolun və onun əsasında tərtib edilmiş hərracın yekunları üzrə əmla kın alqısatqısı barədə müqavilənin surətinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin ümumi sahəsi 45.2 kv.m olan 6 saylı mənzil 63750 manata ipoteka saxlayan "xxxx"ASC-yə satılmışdır.
14. İş materiallarında olan,xx.xx.2021-ci il tarixli hərracın yekunları barədə № 69/01 saylı protokolun və onun əsasında tərtib edilmiş hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin surətinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin ümumi sahəsi 28.3 kv.m olan 5 saylı mənzil 38250 manata ipoteka saxlayan "xxxx"ASC-yə satılmışdır.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-620/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir ( sədrlik edən: Solmaz Ədilova).
16. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, hərracın təşkilatçısı "Külək” MMC tərəfindən X3 məxsus əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən, əksinə hərracın keçirilməsinə dair prosedur "İpoteka haqqında” Qanunun tələblərinə riayət edilməklə keçirildiyindən iddia tələblərinin təmin edilməsi üçün əsas olmayıb.
17. Bundan əlavə, məhkəmə iddia tələbinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsinə dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. “İpoteka haqqında” 42.1-ci maddəsi hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasit ələrində elan dərc etdirməsini, ipoteka saxlayana və ipoteka qoyana bildirişin göndərilməsini nəzərdə tutur.
18. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından da, görünür ki, hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmiş, eyni zamanda “Birja” qəzetlərində elanlar verilmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsinə, “İpoteka haqqında” qanunun 42.1, 43, 43.8-ci maddəsinə və MPM-nin 14.2-ci maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-620/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsini n ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2022-ci il tarixli, 2(103)-5170/2022 nömrəli qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev-sədrlik edən və məruzəçi, İ.S.Şirinov və H.Ü.Həmidov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-620/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçının iddia tələbində və apellyasiya şikayətində əsas gətirdiyi hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. İş materiallarından aydın olur ki, iddiaçı hərracın keçirilməsi barədə məlumatlı olmuşdur. Bu səbəbdən də, iddiaçının bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilmir.
23. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikasmın Qanunun 41.2,41.3,42.1, 42.6, 42.8–ci və “İcra haqqında” 53.2, 62.2-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respub likası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2022-ci il tarixli, 2(103)-5170/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki iş materiallarına əlavə olunan mənzillərin həbsdə olduğuna dair qərardadı ilə bağlı hüquqi qiymət verməmişd ir.Həmçinin, məhkəmə hərracın keçirilməsi barədə rəsmi saytda dərc edilməməsinə dair münasibət bildirməmiş, bildirişlərin lazımi qaydada çatdırılmaması səbəblərini araşdırmamış, təqdim edilmiş poçt qəbzlərindəki tarixlərlə hərracın keçirilməsi barədə bildirişlərdəki tarixlərin qanunauyğunluğunu yoxlamamışdır. Belə ki, məhkəmə kollegiyası olmayan sübutu təqdim edilmiş kimi göstərərək prosessual normaların tələblərini pozmuşdur.
26. Bundan əlavə, iddiaçıya məxsus mənzillər xx.xx.2021-ci il tarixdən həbsdə olduğundan onların satılması qanunsuzdur. Həmin mənzillərin üzərinə qoyulmuş həbs yalnız xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. Beləliklə mənzillərin satılması ancaq həmin tarixdən sonra mümkün ola bilərdi. Lakin cavabdeh tərəfindən qanunsuz olaraq protokol tərtib edilmişdir.
27. Kassasi ya şikayətinə “İpoteka haqqında” AR Qanunun 42.3-cü, Azərbaycan Respublikası MPM-in 9.1 və 9.3, 386-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Üçüncü şəxs "xxxx" ASC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hərrac təşkilatı həm sifarişi vaxtında icra etmiş (yəni sifariş 22 iyul 2021-ci il tarixində olmuş, hərracın keçirilməsi ilə bağlı ilkin bildirişin tərtibi və göndərilməsi isə 28 iyul 2021-ci il tarixində olmuşdur ki, bu zaman 5 iş giinii müddəti ilə bağlı pozuntu halı müəyyən edilmir), eyni zamanda hərracın keçirilməsi ilə bağlı elanın verilməsi və bildirişin göndərilməsini pozmamışdır. (Qanunda ela n verilməsinin və bildirişin göndərilməsinin hərracın keçirilməsinə ən geci 20 təqvim gün qalmış verilməsi qeyd edilmişdir ki, buna uyğun olaraq bildirişlərin göndərilməsi 28 iyul 2021-ci il tarixinə təsadüf etdiyindən və ilkin hərracın vaxtının 25 avqust 2021-ci il tarixi müəyyən edildiyindən, faktiki olaraq 20 təqvim günündən daha çox olan müddətdə - yəni 27 gün qalmış bütün rəsmi prose urlar yerinə yetirilmişdir). İddiaçının 21 təqvim günü ifadəsindən istifadə edərək çaşqınlıq yaratması qeyri-miiəyyəndir və faktiki olaraq əsassız məhkəmə çəkişmələrinə səbəbiyyət verməkdədir. Hərrac təşkilatı və ya ipoteka saxlayan, eyni zamanda hərracın sifarişçisi kimi icra qurumu ipoteka qoyan şəxsi hansısa formada əlavə üsullardan istifadə etməklə məlumatlandırmaq vəzifəsi daşımır. Qeyd edilən səbəbd ən iddiaçının telefon nömrəsinə zəng çatmaması və ya bildirişin çatıdırılması anında iddiaçının həmin ünvanda olmaması və ya ünvanda olmasına baxmayaraq məktubu qəbul etməkdən imtina etməsinə yönəlmiş istənilən hərəkət və hərəkətsizliyinə istinad etməklə hərracın nəticələrinin etibarsızlığım tələb etmək məntiqsiz olmaqla bərabər absurddur. İddiaçı özü hərracın keçirilməsinə maneçilik törətməklə bərabər, lüzumsuz məhkəmə çəkişmələrinə yol vermiş, hərracın keçirilməsini hər hansı üsulla mane olmaqla istəmiş, habelə gələcəkdə lüzumsuz məhkəmə çəkişmələrinə rəvac vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. B ildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
30. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə m üvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
32. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ər azi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
33. Maddə 43.4. (mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan redaksiyada) ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
34. Maddə 43.5. təkrar hərrac bu Qanunun 42-ci maddəsind ə nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
35. Maddə 43.7. bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtl ə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Maddə 76.2. bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirmə klə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.4. məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul ed ilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
46. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM -in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2022-ci il tarixli, 2(103)-5170/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.