Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5812/2020 29.10.2020 ALİ MƏHKƏMƏ İşin kassasiya baxışdan çıxarılması haqqında QƏRARDAD xx xxxxxxx 2020-ci il İş № 2(102)-5812/2020 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan X4-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş materiallarını nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3588/2020 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan X4 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5812/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və işə kassasiya şikayəti əsasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Məmməd Məmmədov 2(103)-3588/2020 saylı xx.xx.2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək, iddiaçı Ləğv prosesində olan X4-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3588/2020 saylı qət naməsindəniddiaçı Ləğv prosesində olan X4 tərəfindən kassasiya şikayəti verildiyindən mülki iş baxılması üçün Ali Məhkəməyə göndərildikdən sonra iş üzrə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 407-409-cu maddələrinə uyğunluğunun yoxlanılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2020-ci il tarixli məktubunu nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Cavabdeh3 oğlu tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi kassasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3588/2020 saylı xx.xx.2020-ci il tarixli işin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilsin. Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələb lərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5812/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-5812/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver