Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5824/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 Yasin qızı və İddiaçı1 (üçüncü şəxs X3 cəlb olunmaqla) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, mənzilin boşaldılması, mənzilə köçürülmə və maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2 Yasin qızı və İddiaçı1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb olunmaqla) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı mənzildən çıxarılma, mənzilin boşaldılması, mənzilə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4338/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı ev dövlət reyestrində qeydə alınmamışdır və özbaşına tikilidir. Həmin ev İddiaçı2 Yasin qızı və onun qeyri-rəsmi nikah mübasibətində birlikdə yaşadığı X12 tərəfindən tikilmiş və onlar ailə kimi həmin evdə yaşamışlar. 2018-ci ildə onların münasibətləri pozulduğundan Akif Zərbəliyev evin kil idini dəyişmiş və İddiaçı2 evdən çıxarmışdır. Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı2 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə yenidən həmin evə köçürülmüşdür. X19 vəfat etdikdən sonra xx.xx.2020-ci il tarixdə mübahisə predmeti olan evə dair X7 rəsmi nikahda olan arvadı X3 ilə Cavabdeh1 arasında ilkin alqı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdeh1 isə Cavabdeh2 ilə kirayə müqaviləsi bağlamışdır və o, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı2 Yasin qızı və İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması, mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəs i ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evdən çıxarılmaları, mənzilin boşaldılması, İddiaçı2 Yasin qızı və İddiaçı1 həmin evə köçürülmələri, mənzildə yaşamağa və istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, o, 2001-ci ildən faktiki nikah münasibətlərində olduğu X12 ilə birlikdə, öz maddi vəsaiti hesabına tikilən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 15Q nömrəli evdə onunla yaşamışdır. xx.xx.2002-ci il tarixdə İddiaçı1 və xx.xx.2005-ci ildə X10 adında uşaqları dünyaya gəlmişdir. O, Laçın rayonundan məcburi köçkün olduğu üçün məcburi köçkün kimi qeyd edilən ünvanda qeydiyyatdadır. 2019-cu ildə Akif Zərbəliyev onu evə buraxmadığı üçün “evə köçürülmə tələbi” ilə Yasamal rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)3194/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə bağlı Yasamal rayon İcra və Probasiya şöbəsinin əməkdaşlarının tərtib etdiyi xx.xx.2019-cu il tarixli aktla o, yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 15Q nömrəli evə köçürülmüşdür. Məhkəmə qətnamələrinə əsasən ondan və uşaqlarından başqa heç kimin həmin evə hüququ olmadığı halda, uşaqların atası Akif Zərbəliyev rəhmətə getdikdən sonra onun əvvəlki arvadı Yeganə Zərbəliyeva iddiaçıdan ev tələb etməyə başlamışdır. Yeganə onun azyaşlı uşağı Bəhruzu oğurlayıb psi xi və mənəvi təzyiqlərlə öz yanında saxlamışdır. xx.xx.2020-ci il tarixdə Yeganənin qohumu Cavabdeh1 adlı şəxs yanında 29-cu Polis Bölməsinin əməkdaşları və mülki şəxslərlə yaşadığı evə gələrək ona Yeganə Zərbəliyeva bu evi Cavabdeh1 satmışdır və o, evdən çıxmalı olduğunu, çıxmayacağı təqdirdə Cavabdeh1 da bu evdə yaşayacağını bildirmişlər. O, Mehriban xanımın bu evə hansı hüququnun, sənədinin olmasını soruşsa da, ona heç bir sənəd göstərilməmişdir. Nə qədər narazılıq etsə də polislər fakitiki olaraq onu Mehriban xanımla birlikdə qoyub heç bir sənəd göstərmədən çıxıb getmişdir. xx.xx.2020-ci il tarixdə axşam saatlarında isə Mehriban xanım evdə əsassız səs-küy salıb polislərə zəng etmiş və əvvəlcədən hazırlanmış plan kimi polislər tez evə daxil olmuşlar. O, polislərdən ictimai asayişin qo runmasını təmin etməyi, Mehribanı Xanlarovanı, yanında olan qadınları onun evindən uzaqlaşdırmağı xahiş etmiş, lakin tam əksi baş vermişdir. Evə gələn polislər birmənalı şəkildə iddiaçıdan evdən çıxmağı tələb etmişdir. O, məhkəmə qərarlarını, icra məmurunun aktını onlara göstərib onun bu evə qanuni istifadə hüququ olduğunu və məhkəmə qərarı ilə bu evə köçürüldüyünü, Cavabdeh1 isə heç bir sənədinın olmadığını və onun çıxarılmalı olduğunu bildirmişdir. Özünü əməliyyat müvəkkili kimi təqdim edən Elxan adlı polis əməkdaşı bildirmişdir ki, Mehriban xanımın sənədi bölmədədir, gedib bölmədə baxa bilər. İddiaçı evdən çıxmayacağını bildirdiyi zaman Elxan adlı polis əməkdaşı zor tətbiq etməklə onu zorla qanuni evindən çıxarmışdır. Beləliklə, o faktiki olaraq öz yaşadığı mənzilindən məhrum olmuş və k üçəyə atılmışdır. Təəssüflər olsun ki, bunu məhz 29-cu X17 adlı əməkdaşı Cavabdeh1 ilə birlikdə etmişdir. Onlar qanunsuz olaraq onun yaşadığı evə daxil olub zor tətbiq edərək onu yaşadığı evdən məhrum etmişlər. Hazırda isə həmin evdə heç bir hüquqi əsas olmadan Cavabdeh2, özünü onun oğlu kimi təqdim edən Cavabdeh3 və həmin evə heç bir aidiyyəti olmayan özünü xalq artisti Zeynəb Xanlarovanın qohumu kimi təqdim edən Cavabdeh1 yaşayır və onlar iddiaçı və uşaqlarının orada yaşamasına mane olurlar. Əlavə olaraq bildirir ki, Qobu qəsəbəsindəki evi dövlət ona müqavilə əsasında vermişdir, yəni orada müvəqqəti qalır, hazırda digər oğlu Murad ilə Qobu qəsəbəsindəki həmin evdə qalır. Sistemdə adında görünən Nəsimi rayonunda yerləşən ev isə onun qardaşınındır.
4. Məhkəmə iclasında iştirak edən Cavabde h1 bildirmişdir ki, mübahisə predmeti olan mənzili ilkin alqı-satqı müqaviləsinə əsasən X2 almışdır. Daha sonra kiayə müqaviləsi bağlayaraq Cavabdeh2 və X1 vermişdir. Evi alarkən yüklü olduğundan məlumatı olmamışdır. Daha sonra evə Yasamal rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməyə əsasən iş üzrə iddiaçıların mənzilə köçürülmə barədə hüquqlarının olmasını bilmişdir. Elgün və ailəsi çox kasıbdır, ailədə xəstə bir qız var idi və o rəhmətə getmişdir. Cavabdeh də evi qalmaq üçün onlara vermişdir. Həmin ev ümumiyyətlə yaşanacaq ev deyildir. İddiaçı2 dövlət tərəfindən ev verilmişdir. Mübahisə predmeti olan evi isə cavabdeh pul ödəyərək almışdır. Onun evi alarkən ödədiyi 30-35 min manat məbləğində pul iddiaçı tərəfindən ödənildiyi təqdirdə evdən çıxacağını bildirir.
5. Məhkəmə iclasında i ştirak edən Cavabdeh3 izahat verərək bildirmişdir ki, onun bacısı xəstə olduğu üçün hamı onlara kömək edirdi. Sonra isə bacısı rəhmətə getmişdir. 2020-ci ildə Cavabdeh1 bacısına görə onlara köməklik etmiş və onlar mübahisə predmeti olan evə yerləşərək orada qalmışlar. İcraçılar gələrək evdən çıxmalı olduqlarını bildirdikləri halda isə onlar Cavabdeh1 necə deyirsə elə olsun deyərək bununla razılaşmışlar.
6. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahat verərək bildirmişdir ki, onun yoldaşı Akif Zərbəliyev 10-15 il müddətində işləmədiyindən xeyli aliment borcu yaranmışdır. Həmin aliment borcunu ödəmək üçün yoldaşı Cavabdeh1 müraciət etmiş və bir neçə il borc yığılmışdır. Yoldaşı vəfat etdikdən sonra Cavabdeh1 ona bildirmişdir ki, yoldaşının ona 35 min man at məbləğində borcu vardır. O da həmin borcu bağlamaq üçün mübahisə predmeti olan evi Cavabdeh1 satmışdır. İndi İddiaçı2 borcu qaytarmalıdır. Hazırda İddiaçı2 kiçik oğlu Bəhruz ona ana deyir. İddiaçı2 öz övladının ondan imtina etməsi ilə bağlı səhvi özündə axtarmalıdır. Əlavə olaraq bildirir ki, o, mübahisə predmeti olan mənzildə yaşamamışdır. O, Alatavadakı evdə yaşamışdır.
7. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)3194/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı2 Yasin qızının yetkinlik yaşına çatmayan uşaqları İddiaçı1 və X10 ilə birlikdə ünvan 2 saylı evə köçürülməsi qət edilmişdir.
8. İş materiallarında olan icra məmuru Səvxan Abbasov tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli akta əsasən 2(004)-3194/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Mehdiyeva X13 rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evə köçürülmüşdür. İş materiallarında olan icra məmuru Səvxan Abbasov tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli akta əsasən 2(004)-3194/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evə gəldikdə müəyyən olunmuşdur ki, borclu X12 ölmüşdür. Evdə isə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 yaşayırlar və bu səbəbdən İddiaçı2 Yasin qızının bu ünvana köçürülməsi mümkün olmamışdır. Akt iddiaçı, o cümlədən, hazırki iş üzrə cavabdehlər tərəfindən də imzalanmışdır.
9. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-193/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı1 və X4 ünvan 2 saylı evə istifadə hüququ tanınmışdır. Bakı Apellyas iya Məhkəməsinin 2(103)-8184/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsinə əsasən Yasamal rayon Məhkəməsinin 2(004)-2798/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X7 cavabdeh İddiaçı2 Yasin qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia rədd edilmişdir.
10. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-605/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8184/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. İş materiallarında olan X3 ilə Cavabdeh1 arasında notarial qaydada bağlanmış xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin surətinə əsasən X3 ünvan 2 ünvanında 110 m2 torpaq sahəsində yerləşən 79,4 m2 yaşayış evini 30000 manata Cavabdeh1 satılmışdır. Həmin müqavilənin 4.1.2-ci maddəsinə əsasən satıcı 24 ay müddətində əsas müqavilənin bağlanması üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan sənədlərin hazırlanmasını təmin etməyi öhdəsinə götürmüşdür.
12. İş materiallarında olan kirayə verən qismində Cavabdeh1 ilə kirayəçi qismində Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01 nömrəli yaşayış sahəsinin kirayəsi haqqında müqavilənin surətinə əsasən Cavabdeh1 ünvan 2 ünvanında 110 m2 torpaq sahəsində yerləşən 79,4 m2 yaşayış evini aylıq 140 manat kirayə haqqı müqabilində Cavabdeh2 kirayəyə vermişdir.
13. İş materiallarında olan AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı1, X5 və X6 ünvan 2 saylı evdə qeydiyyatdadı r.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 14 aprel 2022-ci il tarixli 2(004)-1574/2022 saylı qətnaməsi ilə (hakim Günay Axundova) iddia tələbi qismən təmin edilmiş, iddiaçılar İddiaçı2 Yasin qızı və İddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evə köçürülməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən İddiaçı2 Yasin qızının Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evə gözlənilən mülkiyyət hüququ vardır. Digər İddiaçı1 da həmin evə istifadə hüququ vardır. Lakin iddiaçıların həmin evə köçürülməsi mümkün deyil. Bu hal iş materiallarında olan icra məmuru Səvxan Abbasov tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli akta təsdiq olunur. Akt iddiaçı, o cümlədən, hazırki iş üzrə cavabdehlər tərəfindən də imzalanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, həmin evin Cavabdeh1 satılmasına dair ilkin alqı-satqı müqaviləsi vardır. Müqaviləyə əsasən tərəflər xx.xx.2022-ci ilədək əsas müqavilənin bağlanması öhdəliyi götürmüşlər. Bundan əlavə, xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə həmin evdə kirayə müqaviləsinə əsasən kirayəçi kimi yaşayırlar. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehlərin mənzildən çıxarılması hissəsində təmin edilə bilməz.
16. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, 01 okty abr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 11.1, 402.1, 402.4, 402.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissədə dəyişdirilməsi və İddiaçı2 Yasin qızının iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 mübahisə predmeti olan mənzilə istifadə hüququnun olması və köçürülməsi tam sübut və təsdiq olunur və iddaçının həmin mənzilə gözlənilən mülkiyyət hüququ mövcuddur. Həmin hal işə baxan birinci instansiya məhkəməsinin qətnaməsində də öz təsbitini tapmışdır. Lakin birinci instansiya məhkəməsi mənzilin boşaldılması ilə bağlı iddianı təmin etməməklə, faktiki olaraq İddiaçı2 mülkiyyət hüququndan irəli gələn hüquqlarını (sahiblik və istifadə hüquqlarını) həyata keçirməsindən məhrum etmişdir. İşin mübahisəsiz halı ilə tam təsdiq olunur ki. iş üzrə cavabdehlərin mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evə hər hansı hüquqları mövcud deyil və yaranmamışdır. Məhkəmənin həmin evin Cavabdeh1 satılmasına dair ilkin alqı-satqı müqaviləsinə istinad etməklə, cavabdehlərin mənzildən çıxarılma hissəsində iddianın təmin edilə bilməməsini qeyd etməsi onu təsdiq edir ki, məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməmişdir. Həmin müqavil ənin bir tərəfi olan Yeganə Zərbəliyevanın qeyd olunan evə dair sərəncam vermək hüququ mövcud deyildir və belə olan halda onunla Cavabdeh1 arasında bağlanmış ilkin alqı-satqı müqaviləsi özlüyündə əhəmiyyətsiz əqddir və heç bir hüquqi əhəmiyyəti yoxdur. Bununla da tam təsdiq olunur ki, birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, iş üzrə sübutlar birtərəfli qaydada, iddiaçıların zərərinə qiymətləndirilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi (bundan sonra - apellyasiya instasiyası məhkəməsi) Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(103)-4338/2022 saylı qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi) E.M.Həsənov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1574/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilmiş, iddia tələbi təmin olunmamış hissədə təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evdən çıxarılması, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evin boşaldılması və evdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması qət olunmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməmiş hissəsi ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Cavabdeh1 alqı-satqı müqaviləsinə istinad edərək mübahisəli evi digər cavabdehlərə kirayəyə verdiyini və hazırda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 orada yaşadığına istinad edir. Kollegiya q eyd edir ki, istinad edilən ilkin alqı-satqı müqaviləsi əhəmiyyətsizdir. Mübahisəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmin əmlak barəsində alqı-satqı müqaviləsinin (əsas müqavilənin) bağlanması qeyri mümkündür, belə olan halda isə bu əmlak barəsində ilkin müqavilənin bağlanması da yolverilən deyildir. Digər tərəfdən Kollegiya həmçinin qeyd edir ki, ilkin müqavilənin bağlanması mümkün hesab edilmiş olsa belə, hazırki ilkin müqavilə yenə də əhəmiyyətsiz hesab ediləcəkdir. Qanunvericiliyin tələbinə görə ilkin müqavilədə əsas müqavilənin bağlanması üçün müddət müəyyənləşdirilməyibsə, ilkin müqavilə bir il müddətində qüvvədə olur. Hazırki iş üzrə isə ilkin müqavilə xx.xx.2020-ci il tarixdə bağlanmış, lakin müqavilədə əsas müqavilənin bağlanması üçün konkret müddət müəyyənləşdirilməsə də, müqavilənin 4.1.2-ci bəndindən görünür ki, satıcı 24 ay müddətində əsas müqavilənin bağlanması üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan sənədlərin hazırlanmasını təmin etməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilənin bağlandığı tarixdən 24 ay müddət keçməsinə baxmayaraq, üzərinə düşən öhdəliyi yerinə yetirməyərək daşınmaz əmlak üzərində hüquqlarını qeydiyyata (çıxarış) almamış və tərəflər arasında əsas alqı-satqı müqaviləsi bağlanmamışdır. Beləliklə, mübahisəli evin Cavabdeh1 tərəfindən alınması və hazırda onun tərəfindən də digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kirayəyə verilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. Bununla bağlı Kollegiya qeyd edir ki, müqavilənin tərəflər arasındakı münasibətləri əks etdirməsini yoxlama q həmin müqavilənin mübahisələndirilib-mübahisələndirilməməsindən asılı deyildir. İddia tələbinin faktiki əsası kimi istinad edilmiş müqavilənin etibarlılığını məhkəmə xidməti vəzifəsinə görə yoxlamalıdır.
21. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Plenumunun qərarına, MM-in 11.1, 27, 157.8, 402.1, 402.2, 402.4, 402.5-ci, MPM-in 9.1, 9.3, 88, 217.1, 217.3, 384.0.2, 385.1.1 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbini qismən təmin olunmayan hissədə təmin edərkən bir sıra məsələlələri aydınlaşdırmamışdır. Belə ki, kassasiya şikayətinə əlavə edilən, Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 01/239 saylı arayışa nəzər salsaq aydın olar ki, Laçın rayonundan məcburi köçkün İddiaçı2 Yasin qızı iki azyaşlı övladı X10 və İddiaçı1 ilə birgə 3 nəfərdən ibarət ailəsinin dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə xx.xx.2019-cu il tarixdə Bakı şəhər, Qaradağ rayon, Qobu-park 2 yaşayış kompleksində yerləşən 23 saylı binanın 38 nömrəli evində 2 otaqlı mənzil ilə təmin olunmuşlar. İddiaçı2 Yasin qızı nikahdankənar iki övladı ilə birgə verilmiş mənzildə qeydiyyatda olmaqla orda yaşayırlar. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mübahisəli evə xx.xx.2020-ci il tarixdə (yəni iddiaçılar İddiaçı2 Yasin qızı və İddiaçı1 dövlət tərəfindən mənzil verildikdən sonra) mübahisəli mənzilin sahibi mərhum X7 rəsmi nikahda olan həyat yoldaşı X3 ilə hazırkı iş üzrə Cavabdeh1 arasında ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırda həmin müqavilə əsasında Cavabdeh1 həmin mənzildə yaşayır və onun faktiki olaraq yaşamağa başqa mənzili yoxdur. Həmin ev cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə o lunur. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, iddiaçıların isə həmin evə hər hansı mülkiyyət hüququ olmadığından cavabdehlərə münasibətdə onların mənzilə köçürülməsi və eyni zamanda cavabdehlərin həmin mənzildən çıxarılmasının düzgün olmadığını hesab edir. Bundan başqa, kassasiya şikayətinə əlavə edilən Bakı şəhər 19 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilən arayışla da müəyyən olunur ki, iddiaçı Laçın rayonundan məcburi köçkün İddiaçı2 Yasin qızı, oğlu İddiaçı1 ilə birlikdə xx.xx.2019-cu ildən həmin mübahisəli mənzildə yaşamırlar. Lakin, apellyasiya instansiyası məhkəməsi işə mahiyəti üzrə baxsa da tərəflərin faktiki və hüquqi münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq etdiyi huquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayət inə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
26. Maddə
27. Fiziki şəxsin yaşayış yeri
27. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
28. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altın da olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
29. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
30. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
31. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.
32. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.
33. Maddə 402.4. İlkin müqavilədə tərəflərin ə sas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.
34. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını mə hkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyy ən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
44. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Odur ki, kassasiya şikayəti dəlilləri apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasın da sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
50. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4338/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.