Məhkəmə qərarları › İş №2(102)-5825/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5825/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5825/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti İddia tələbi: kredit müqaviləsi predmetlərinə yönəldilməsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka Açar sözlər: kredit müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən “xxxx” MMC-nin kassasiya şikayətinə dair iş ə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 122930-112689 saylı “Baş kredit razılaşması” əsasən “Bank” “kredit alan”a 120 ay müddətinə 10 000000 manat/usd/avro/rub məbləğində kredit xətti açmışdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kommersiya kredit müqaviləsinə əsasən Bank “xxxx” MMC-yə illik 13 faiz hesablanması şərti ilə 60 ay müddətinə 1 912 000 ABŞ dolları məbləğində kredit vermişdir. Bank ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən “xxxx” MMC-yə 60 ay müddətinə 13 faiz hesablanması şərti ilə 2 039,700 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli ipoteka müqavilələrinə əsasən, MMC-yə məxsus 61 ədəd avtobus bank qarşısında ipoteka predmeti kimi yüklü edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat xx xxxxxx 2017-ci il tarixdə İddiaçı ASC “xxxx” MMC və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi və.s tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu müqavilə şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırmış, nəticədə Banka tələb olunan məbləğdə borcu yaranmışdır. İddiaçı xx.xx.2017-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ər izə verərək cavabdeh “xxxx” MMC-dən kredit müqavilələri üzrə borcun tutulması, ipoteka predmetlərinə yönəldilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5043/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Ə.Rzayev) iddia təmin edilmiş, xx.xx.2014cü il tarixli kommersiya krediti müqaviləsinə əsasən 1.637.966.39 ABŞ dolları məbləğində əsas borc, 135.628.01 ABŞ dolları məbləğində faiz borcu və 30975 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 1.804.569.40 ABŞ dolları məbləğində pulun, xx.xx.2014-cü il tarixli, kredit müqaviləsi üzrə 1.884.238.23 ABŞ dolları məbləğində əsas borc, 155.729.16 ABŞ dolları məbləğində faiz borcu, cəmi 2.040.738.08 ABŞ dolları məbləğində pulun ödəniş gününə Mərkəzi Bankın məzənnəsi uyğun olaraq manatla, “xx xx” MMC-dən iddiaçının xeyrinə tutulması, tutmanın Bank qarşısında ipoteka yüklü edilmiş olan əmlaklara yönədilməsi qət edilmişdir. “xxxx” MMC-nin direktoru İbrahim Quliyev qətnamədən apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən yalnız bank tərəfindən məhkəməyə təqdim edilmiş heç bir əsası olmayan maliyyə arayışına istinad etmiş və iş üzrə düzgün olmayan qənaətə gəlmişdir. Məhkəmə prosesi zamanı cavabdeh tərəfindən vəsatət verilərək iş üzrə məhkəmə mühasibatlıq espertizasının keçirilməsi xahiş olunmuşdur. Məhkəmə tərəfindən vəsatət təmin edilmiş və iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair qərardad qəbul edilmişdir. Lakin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilm iş rəydə qeyd olunur ki, Cavabdeh1-nin Bank VTB ASC-yə olan borcunu müəyyən etmək mümkün olmamışdır. Səbəb olaraq isə göstərilmişdir ki, ekspertizanın həyata keçirilməsi üçün zəruri sənədlər Mərkəzə təqdim edilməmişdir. Beləliklə də məhkəmə tərəfindən qəbul edilmiş qərardad icra edilmədən geri qaytarılmışdır. Belə olan halda ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlər məhkəmə tərəfindən bankdan tələb edilməli və iş yenidən ekspertizaya göndərilməli idi. Hazırda Banka olan borc qeyri müəyyən olduğundan və Bank tərəfindən tərəfindən edilmiş ödənişlər düzgün qaydada hesablanmadığı üçün ödənişlərin həyata keçirilməsi dayandırılmışdır. Məhz bu səbəbdən iş üzrə yenidən məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi zəruri xarakter daşıyır. Həmçinin, qeyd olunması zəruridir ki, kredit müqavilələrinin təminatı kimi ipoteka ilə yüklü edilmiş 61 ədəd avtobusların ilkin satış qiymətləri də məhkəmə tərəfindən müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən alınmış məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 2(103)-4655/19 saylı Rəyindən görünür ki, İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 122930-112689/1 saylı müqavilə üzrə “xxxx” MMC-nin iddiaçıya xx.xx.2017-ci il tarixə 2.109.678,63 ABŞ dolları: o cümlədən-əsas borc üzrə-1.727.317,67 ABŞ dolları, faiz borcu üzrə382.360,96 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 122930-1-12689/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə 2.337.521,81 ABŞ dolları: o cümlədən - əsas borc üzrə1.902.028,18 ABŞ dolları, faiz borcu üzrə-435..493,64 ABŞ dolları borcu vardır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-210/2020 nömrəli iş xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər –Ş.A.Məmmədova, E.Ə.Mehdiyev, X.Ə.Sarıyev) apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 442, 448.1, 445.2.1, 449.4, 449.1, 317-ci maddələrinə və iş üzrə alınmış ekspert rəyinə istinad edərək belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəmə si tərəfindən düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları “xxxx” MMC kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayəti apelyasiya şikayətinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında edərək təmin edilməsini xahiş etdi. kassatorun vəkili kasasiya şikayətini müdafiə Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə ol unan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “xxxx” MMC-nin kassasiya şi kayəti əsasında yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda öd ənilməlidir. Həmin Məcəllənin 317-ci maddəsinin tələblərinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan ipoteka predmetinin satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili iş üzrə verilmiş məhkəmə mühasibatlıq ekspertizasını rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə cavabdeh işdə olan rəylərlə bağlı bu cür hallara istinad etməmiş, şikayətini ümumi ifadələrlə əsaslandırmış, işə baxarkən belə pozuntular aşkar edilməmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən rəyə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar