Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5828/2020 29.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi X1 ibarət qarışıq tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair ilkin, Cavabdeh MMC-nin İddiaçı qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-12723/2019 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaç ı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, təmir üçün xərclənmiş 120.000 manat pul, ayda 3.000 manat olmaqla 2011-ci ilin oktyabr, noyabr və dekabr ayları üçün cəmi 9.000 manat icarə haqqı, 2017-ci ilin son altı ayının ayda 3.000 manat olmaqla cəmi 18.000 manat icarə haqqı, kanalizasiya xəttinin bərpa edilməsinə sərf edilən 8.000 manat pul, icarə müddətində qeyri-yaşayış sahəsinin istismarı ilə əlaqədar vurulmuş 110.000 manat ziyanın və mənəvi zərərə görə 20.000 manat pulun cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə cavabdeh İddiaçı arasında ünvan 1 ünvanda yerləşən qey ri-yaşayış sahəsinə görə bağlanmış xx xxxx 2017-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin icarə müqaviləsinə görə xx xxxx 2017-ci il tarixdə iyun ayı üçün ödənilmiş 3000 manat məbləğində icarə haqqının, təmir xərclərinə görə ödənilmiş 27000 manat pulun, qeyri-yaşayış sahəsinin kanalizasiya xəttinin təmirinə görə ödənilmiş 596 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun və 1 manat məbləğində bank xidməti haqqının ümumilikdə 30627 manat məbləğində pulun cavabdeh İddiaçı tutulub MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(004)-257/2018 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarix li 2(103)-10861/2018 saylı qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti rədd edilmiş, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməklə, Yasamal Rayon Məhkəməsinin qətnaməsi qismən – 2017-ci ilin son 6 ayına görə icarə haqqının ödənilməsi barədə tələbin rədd edilməsinə aid hissədə ləğv edilmiş, həmin tələb təmin edilərək, 18000 manat məbləğində icarə haqqı borcunun Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(102)2788/2019 saylı qərarı ilə Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməmiş, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-1 0861/2018 saylı qətnaməsi ilkin iddia tələbi üzrə iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil vəsatətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək hazırki mülki işin baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, tərəflər arasında icarə müqaviləsindən yaranan başqa bir mübahisə üzrə Ali Məhkəmənin 2(102)-6059/2019 saylı mülki iş xx.xx.2019-cu il tarixli qərarında tərəflərdən birinin fərdi sahibkar, digərinin hüquqi şəxs olduğu, aralarındakı mübahisənin isə iqtisadi mübahisə olduğunun müəyyən edildiyi, bu əsasla məhkəmə aidiyyəti qaydaları pozulduğuna görə apellyasiya məhkəməsinin mülki kollegiyasının qətnaməsinin ləğv edilmişdir. Buna görə də, hazırki mübahisənin aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-12723/2019 saylı qərardadı ilə Cavabdeh MMC mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh MMC kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-1171/2020 saylı qərarı ilə Cavabdeh MMC kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-ci il tarixl i, 2(103)-12723/2019 saylı qərardadı ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-12723/2019 saylı qərardadı ilə Cavabdeh MMC-nin məhkəmə aidiyyətinə dair vəsatəti rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-12723/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi- ilkin iddia tələbinin təmin edilməyən (2011-ci ilin oktyabr, noyabr və dekabr ayları üçün cəmi 9.000 manat icarə haqqı, 2017-ci ilin son altı ayının ayda 3.000 manat olmaqla cəmi 18.000 manat icarə haqqı, kanalizasiya xəttinin bərpa edilməsinə sərf edilən 8.000 manat pul, icarə müddətində qeyriyaşayış sahəsinin istismarı ilə əlaqədar vurulmuş 110.000 manat ziyanın və mənəvi zərərə görə 20.000 manat pulun cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə) hissələrində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərin iştirakı qərəzli olaraq təmin edilməmişdir. Qərardad real və ağlabatan deyildir. Ali Məhkəmənin 2(102)-1171/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarında hazırkı mülki işi icraata qəbul etməklə aidiyyət qaydalarının pozulduğu müəyyən edilmiş və bu əsasla apellyasiya instansiyası məhkəməsinə qaytarılaraq buna dair məcburi g östərişlər verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin məcburi olan göstərişlərinə riayət etməyərək kobud prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. - 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılma dan 10 gün müddətində baxılır. - 403-1.7-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarını araşdıraraq məhkəmə tərkibi hesab edir ki, məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardad prossesual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin - 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. - 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. - 32.3. Hak imin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. - 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. - 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Göründüyü kimi, mülki prossesual qanunvericilik məhkəmə aidiyyəti ilə bağlı məsələlərin işdə iştirak edən şəxs tərəfindən mübahisələndirilməsi və bu barədə ərizə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər verilməlidir və bu halda, hakim aidiyyət haqqında qərardad qəbul edir və ondan şikayət verilməsi qaydası Mülki Prosse sual Məcəlləsinin 32.5-ci maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi hesab edir ki, artıq mahiyyəti üzrə işə baxılaraq birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra yuxarı instansiya məhkəmələrində məhkəmə aidiyyəti ilə bağlı vəsatətin verilməsi, həmçinin bu vəsatətlə bağlı məhkəmə tərəfindən ayrıca qərardadın qəbul edilməsi həm Mülki Prossesual Məcəlləsinin 32-ci maddəsinin tələblərinə, həm də mövcud məhkəmə təcrübəsinə uyğun deyildir. Belə ki, işə birinci instansiya məhkəməsində baxıldıqdan sonra məhkəmə aidiyyətinin düzgün olmaması halı müəyyən edilərsə, tərəflər bu barədə dəlillərini verdikləri apellyasiya şikayətlərində göstərə bilərlər. Apellyasiya məhkəməsi isə apellyasiya şikayəti əsasında işə baxarkən Mülki Prossesual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlamalıdır. Eyni qaydada, apellyasiya məhkəməsi qətnaməsindən verilən kassasiya şikayətində məhkəmə aidiyyətinin pozulması dəlil kimi göstərilə bilər və kassasiya instansiya məhkəməsi Mülki Prossesual Məcəlləsinin 416-cı maddənin tələbinə əsasən apellyasiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır və həmin Məcəllənin 418.4.9-cu maddəsinə əsasən işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılması apellyasiya məhkəməsi qətnaməsinin ləğv edilməsi üçün prossesual əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İş materiallarından da göründüyü kimi, iş üzrə sonuncu apellyasiya baxışı yekunlaşmış və iş üzrə apellyasiya məhkəməsinin xx x xxxxx 2020-ci il tarixli, 2(103)-12723/2019 saylı qətnaməsi mövcuddur. Belə olan halda, məhkəmə tərkibi hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə aidiyyəti qaydalarının pozulub-pozulmadığının müəyyən edilməsi həmin qətnamədən veriləcək olan kassasiya şikayəti əsasında işə baxacaq kassasiya məhkəməsinin səlahiyyətinə aid məsələdir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin məhkəmə aidiyyəti barədə xx.xx.2020-ci il tarixli qərardadı yuxarıda qeyd edilən prossesual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddiaçının həmin qərardaddan verdiyi kassasiya şikayəti təmin edilməməlidir. İddiaçıya izah edilir ki, məhkəmə aidiyyəti ilə bağlı dəlillərini apellyasiya məhkəməsinin qətnaməsindən verə bilə cəyi kassasiya şikayətində göstərmək hüququ vardır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32 və 403-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-12723/2019 nömrəli qərardadı ləğv edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5828/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-5828/2020
29.12.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver