Məhkəmə qərarları › İş №2(102)-5839/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5839/2021

11.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5839/2021 11.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər XXX, x1və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5839/21 (Açar sözlər: mülkiyyət hüququnun müəyyən edilməsi, mirasın qəbul faktının müyyən edilməsi) Bakı şəhəri, 11 noyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçının nümayəndəsi X14 və vəkili Vəkil, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər XXX, x1və Cavabdeh4 qarşı mülkiyyət hüququnun müəyyən edilməsi, mirasın qəbul faktının müyyən edilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1062/2021 saylı, 01.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 05.06.1947-ci il tarixli 2789 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən L.T.Sultanov tərəfindən alınmış, lakin həmin əmlaka dair mülkiyyət hüququ qeydə alınmamışdır.

2. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi texniki inventarlaşmanın Mərkəzi Bürosu tərəfindən tərtib edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən təsdiq olunmuş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair 1987-ci il tarixli Pasp ortuna əsasən, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 251,4 kv.metr olan evə və həmin evin yerləşdiyi 278,4 kv.metr tikinti altı, habelə 778.6 kv.metr həyətyanı torpaq sahəsi X4 adına 3385 inventar nömrəsi ilə qeydə alınmışdır.

3. İddiaçının atası X15 05.07.1968-ci il tarixdə, anası X6 isə, 10.11.1987-ci il tarixdə vəfat etmişdir. Hazırkı iş valideynlərin yaşamış olduğu evlə bağlı vərəsələr arasındakı mübahisə ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Quba şəhəri, Y.Qasımov küçəsi 31 saylı evin mərhum atası Sultanov Lütvəli Talıb oğlunun mülkiyyət hüququnun müəyyən edilməsi, notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında hüquqlarının dö vlət reyestrində qeydə alınması, mərhum atası Sultanov Lütvəli Talıb oğlundan miras qalmış bütün əmlakın, o, cümlədən Quba şəhəri, Y.Qasımov küçəsi 31 (33) saylı fərdi yaşayış evinin tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən ediməsi, ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən 05.03.2016-cı il tarixdə Sultanov Lütvəli Abutalıb oğlunun adına verilmiş X7 adına verilmiş **********21-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışın, Quba regional “Asan xidmət” mərkəzində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş, 30.10.2011-ci il tarixdə vəfat etmiş X1 qalmış arvadı Cavabdeh4 nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə verilmiş 12.06.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin qismən, Quba şəhəri, Y.Qasımov küçəsi 31 ünv anda yerləşən ümumi sahəsi 181.3 kv.m olan daşınmaz əmlak, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 0.0528 ha olan torpaq sahəsinin X8 çatan hissəsindən” ləğv edilməsi, Quba regional “Asan xidmət” mərkəzində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 30.10.2011-ci il tarixdə vəfat etmiş X1 qalmış oğlu Cavabdeh3 Abutalıb oğluna ümumi əmlakın ¼ hissəsinə, X11 ümumi əmlakın ¼ hissəsinə verilmiş 12.06.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamələrin qismən, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 181.3 kv.m olan daşınmaz əmlak, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 0.0528 ha olan torpaq sahəsi X9 çatan hissəsindən” ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti 5 saylı Ərazi İdarəsi tərəfindən Quba şəhəri, Y.Qasımov küçəsi 31 saylı e vin X7, onun oğlu X10 və həyat yoldaşı Cavabdeh4 adına “Torpağın mülkiyyətə verilməsinə» dair JN-1997A,KOD 30301004 saylı şəhadətnamənin etibarsız hesab olunması, daşınmaz əmlakın dövlət reyestrində 37 saylı reyestr kitabının 55 saylı vərəqində qeydiyyata alınmış **********21-10301 saylı reyestr nömrəsi, ********** saylı qeydiyyat nömrəsi ilə 05.03.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehin saxtakarlıq etmiş vəzifəli şəxsləri haqqında xüsusi qərardad çıxararaq araşdırılması üçün Quba rayon prokurorluğuna göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Xaçmaz Rayon Məhkəməsinin (hakim A.Sadıqov) 06 sentyabr 2019-cu il tarixli, 2(067)-881/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqei belə olmuşdur ki, cavabdeh mülkiyətçidir, mübahisələndirilən əmlak qanunla müəyyən edilən qaydada onların mülkiyyətinə keçmiş, iddiaçı tərəfindən mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulan qaydalara riayət edilməmiş, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

7. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) 20.05.2020-ci il tarixli, 2(105)-1011/2020 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti rədd edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli, 2(067)-881/2019 nömrəli qətnaməsi dəyişdirilm ədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının mərhum atası Lütvəli Sultanov 1968-ci ildə vəfat etmiş və həmin vaxt iddiaçının mülkiyyət hüququnun müəyyən edilməsini arzuladığı yaşayış evi atasının mülkiyyətində olmamışdır. Halbuki, qanunvericiliyin tələbi baxımından əmlak miras kütləsinə o zaman daxil ola bilər ki, miras açılarkən həmin əmlak miras qoyanın mülkiyyətində olsun. Bundan sonra mübahisəli ev qanunvericiliyin tələblərinə riayət etməklə cavabdehin mülkiyyətinə keçmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə mübahisəli evin miras aktivinə daxil olmaması təsdiq edilmişdir.

10. Apellyasiya məhkəməsi həmçinin onu da qeyd etmişdir ki, iddia ilə bağlı iddia müddəti ötmüşdür. Belə ki, tərəflər arasındakı mübahisəli hüquq münasibəti 1968-ci ildə yarandığından, həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi iddia müddəti 3 il müəyyən edilmişdir. İddia tələbi üzrə üç illik iddia müddəti ötürüldüyündən, iddia tələbi əsasla da təmin edilə bilməz.

11. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər E.Vəliyeva, E.Şamayev və A.Abbasov) 2(102)-5107/2020 saylı, 19 oktyabr 2020-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 18.06.2019-cu il tarixli, 2(106)-1642/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi faktiki olaraq mübahisənin mahiyyətinə varmadan, apellyasiya şikayətinin dəlillərini araşdırmadan birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə apellyasiya instansiyası məhkəməsinin razılaşması Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə, eləcə də MPM-nin 14.1-ci maddəsinin tələblərinə zidd olmuşdur.

14. Belə ki, həmin normalara görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə hər bir halda həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqatına lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir.

15. Kollegiya həmçinin qeyd etmişdir ki, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev) 01.06.2021-ci il tarixli, 2(105)-1062/2021 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti rə dd edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 06.09.2019-cu il tarixli 2(067)-881/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya məhkəməsi belə hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, o, apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa, onun qeyd etidiyi dəlillərə məhkəmə tərəfindən araşdırılaraq qətnamədə qiymət verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti iddia ərizəsinin, a pellyasiya və əvvəlki kassasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçının nümayəndəsi X19 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

22. Cavabdeh4 məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

30. İddiaçının hazırki iddia tələbi mübahisəli evə mərhum atasının mülkiyyət hüququnun müəyyən edilməsi, alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət reyestrində qeydə alınması, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, dövlət reyestrindən verilmiş Çıxarışın, mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s. ibarətdir.

31. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evi Cavabdeh3 Abutalıb oğlunun xüsusi mülkiyyətindədir.

32. Belə ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 06 may 2000-ci il tarixli, 05 saylı Qərarına əsasən, X7, onun oğlu Cavabdeh3 Abutalıb oğlunun, X10 və həyat yoldaşı Cavabdeh4 adına “Torpağın mülkiyyətə verilməsinə” dair JN1997A, KOD 30301004 saylı şəhadətnamə verilmişdir. 33. 05.03.2016-cı il tarixdə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə AR ƏMDK yanında XXX tərəfindən Texniki Pasport, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmiş dir.

34. Kassasiya kollegiyası qeyd edir ki, iddiaçı bundan əvvəl də hazırki mübahisə ilə bağlı iki fərqli iddia tələbi ilə məhkəmələrə müraciət etmiş, həmin iddia tələblərinə məhkəmələr tərəfindən baxılaraq müvafiq qərarlar qəbul edilmişdir ki, həmin qərarlar hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır.

35. Quba Rayon Məhkəməsinin 2(027)-167/2015 saylı, 07 aprel 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Sultanov Lütvəli Talıb oğlundan və X2 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 251,4 kv.metr olan evə və həmin evin yerləşdiyi 278,4 kv.metr tikinti altı və 778,6 kv.metr həyətyanı torpaq sahəsinə payları bərabər olmaqla, 1/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə Cavabdeh4 və 1/3 hissəsinə X5 qanun üzrə vərəsəliyə dair mülkiyyət hüquqlarının müəyyən ol unması qət olunmuş, qətnamənin qanuni qüvvəyə mindikdən sonra miras qalmış ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 251,4 kv.metr olan ev və həmin evin yerləşdiyi 278, 4 kv metr tikinti altı, habelə 778,6 kv.metr həyətyanı torpaq sahəsinə müəyyən olunmuş paylar üzrə vərəsələrin adına dövlət qeydiyyatına alınması üçün əsas olması qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

36. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)1858/2015 saylı, 08.12.2015-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 2(027)-167/2015 saylı, 07 aprel 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2016- cı il tarixli Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolle giyasının həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

37. Daha sonra iddiaçı 05.07.1968-ci ildə Quba şəhərində vəfat etmiş atası X15, 10.11.1987-ci ildə vəfat etmiş anası X3 miras qalmış bütün əmlakların, o cümlədən onlara məxsus olan ünvan 8 ünvanda yerləşən, ümumi sahəsi 167,67 kv.metr olan, 7 otaq, 1 dəhliz və 1 aynabənddən ibarət olan yaşayış evinin faktiki idarəçiliyə qəbul etməklə qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-824/2016 saylı, 27 aprel 2016-cı il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, ünvan 1 saylı ünvanda yerləşən, ümumi sahəsi 167,7 kv.metr olan, 7 otaq, 1 dəhliz və 1 aynabənddən ibarət olan yaşayış evi üzrə İddiaçı mirası qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir.

38. Sumq ayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.10.2016-cı il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməməsi qət edilmişdir.

39. Qeyd edilən qərarlar qanuni qüvvəsini almışdır.

40. Məhkəmələrin həmin qərarları ilə iki hal müəyyən edilmişdir:

1. Mübahisəli əmlak miras kütləsinə daxil olmamışdır.

2. İddiaçı mirası faktiki qəbul etməmişdir.

41. Artıq qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə iddiası təmin olunmayan iddiaçı hazırkı tələbi irəli sürərək hazırda başqasının mülkiyyətində olan əmlakın mərhum atasına məxsus olması faktının müəyyən edilməsini tələb etməklə sonrakı rəsmiləşmələrin etibarsız hesab olunması və bundan sonra yenə də miras əmlakın bölünməsinə nail olmaq istəyir.

42. Əvvəla, belə tələb təmin olunan iddia deyil. Ona görə ki, hal-hazırda həmin əmlakın taleyi həll edilmişdir və əmlak cavabdeh tərəfin mülkiyyətindədir. Həmin əmlakla bağlı mübahisə açmaq üçün onun əvvəlki hüquqi rejimə gətirilməsi zəruridir və bundan sonra əmlakın kimə məxsusluğu ilə bağlı mübahisə açmaq olar. İşdən görünür ki, əmlakın cavabdehlərin mülkiyyətinə keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarının yuxarıda qeyd olunan qərarları mövcud olmuş, bundan sonra əmlak dövlət qeydiyyatına alınmış, iddiaçının qardaşının vəfatından sonra yenidən miras açılmış, miras bölgüsü aparılmış və yenidən əmlak dövlət qeydiyatına alınmışdır.

43. Mülki qanunvericilik daşınmaz əmlakın hər-hansı şəxsin mülkiyətinə keçməsi (olması) qaydalarını müəyyən etmişdir. Mübahisəli daşınmaz əmlaka, evə mərhum atasının mülkiyy ət hüququnun müəyyən edilməsi iddiası məntiqsizdir. İlk növbədə ona görə məntiqsizdir ki, həmin əmlak artıq başqasının mülkiyyətindədir. Nə qədər ki, əmlakın cavabdehlərin mülkiyyətinə keçməsinə dair prosedurlar qanunsuz hesab olunmamışdır, onların qanuni mülkiyyətçi olmaları preyudisiyası mövcuddur. Apelyasiya məhkəməsi haqlı olaraq öz qərarında da bu məsələyə işarə edərək mübahisəli əmlakla bağlı aqrar islahat komisiyasının qərarının mübahisələndirilmədiyini qeyd etmişdir.

44. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).

46. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, nəticə etibarı ilə düzgün qərar qəbul etdiyindən qətnamə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı k assasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1062/2021 saylı, 01.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar