Məhkəmə qərarları › İş №2(102)-5843/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5843/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5843/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5843/21 (Açar sözlər: borcun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi, əmlakın aşıq hərracda satılması, ipoteka predmetinin dəyəri ilə bağlı apellyasiya şikayətinin dəlillərinə qiymət verilməməsi) Bakı şəhəri, 20 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katib liyi, iddiaçı ləğv prosesində olan İddiaçı Sığortalanması Fondunun vəkilixxx, Cavabdeh2 və onun vəkili Vəkil iştirakı ilə, ASC-nin ləğvedicisi Əmanətlərin İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1896/2021 nömrəli, 14 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC-nin “Badamdar” fılialı ilə Cavabdeh1 arasında bağlanmış 04 fevral 2015-ci il tarixli, İPK 01 saylı kredit müqaviləsinə əsasən bank sonuncuya 36 ay müddətinə, illik 26 faizlə 23000 ABŞ dolları məbləğində kredit verib.

2. Kreditin təminatı olaraq, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində yüklü edilmiş mənzilin qiyməti 50000 manat müəyyən edilmişdir.

3. Həmçinin 04 fevral 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit öhdəliklərinin icrasına zamin durmuşdur.

4. Cavabdehlər bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişlər. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 21 742 ABŞ do lları əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 04.02.2018-ci il tarixinə 9578 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faizlə hesablanmış 363 ABŞ dolları faiz borcunun, cəmi 31683 ABŞ dolları borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tutmanın Cavabdeh1 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi və mənzil satıldıqdan sonra ən gec 1 ay ərzində qeydiyyatda olan Cavabdeh1 və digər şəxslərin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

6. İddia tələbi onunla əs aslandırılmışdır ki, cavabdehlər kredit və zaminlik müqaviləsinin şərtlərini pozaraq yaranmış kredit öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişlər. Cavabdehlərə öhdəliyin icrası ilə bağlı xəbərdarlıqlar edilsə də, heç bir nəticə əldə olunmamışdır.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 319.1, 385.1, 442, 445.7, 443.1, “İpoteka haqqında” Qanunun 33, 34 və 39.1-ci maddələrinə istinad etmişdir.

8. Cavabdehlər iddiaya etiraz ediblər. Etirazın dəlilləri: - iki dəfə devovasiya olub, bu səbəbdən öhdəliyin icrasında çətinlik yaranıb; - ödənilən pullar faizə silinib; - ipoteka mənzil 50000 manat qiymətləndirilib; - krediti qaytarmaqdan imtina etmirlər, başqa şəxslərdən borc almaqla ayda 1000 manat ödəyə bilərlər; - mənzilə tutma yönəlməsi orada qeydiyyatda olan şəxslərin çı xarılmasına əsas ola bilməz.

9. Cavabdehlər mühasibatlıq ekspertizası barədə vəsatət də veriblər.

10. Birinci instansiya məhkəməsi 02 dekabr 2019-cu il tarixli qərardadlarla mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin etmişdir.

11. Məhkəmə Ekspertizası Mərkəzinin 29 may 2020-ci il tarixli, 2641 №-li rəyinə əsasən 04.02.2015-ci il tarixli, İPK 01 saylı kredit müqaviləsi üzrə 08 iyun 2018-ci il tarixə Cavabdeh1 21741,63 ABŞ dolları əsas, 9788,32 ABŞ dolları faiz borcu olmaqla, cəmi borcu 31529,95 ABŞ dolları təşkil edir.

12. L “ eqal Hüquq və Ekspert Mərkəzi” MMC-nin 23 oktyabr 2020-ci il tarixli, 223/E №-li ekspert rəyinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzilinin bazar dəyərinə uyğun likvid dəyəri 33.000 manatdır.

13. Abşeron Rayon Mə hkəməsinin 2(012)-421/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 21.741,638 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 04.02.2018-ci il tarixinə 9578 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 363 ABŞ dolları faiz borcu olmaqla, cəmi 31.682,638 ABŞ dolları borcun qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun ekvivalent tutulması, tutmanın Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzilinə yönəldilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzilin açıq hərr acda satılması və mənzilin likvid dəyərinin 33.000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə edilmiş vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə olan borcun ödənilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzili satıldıqdan sonra ən gec 1 ay ərzində Cavabdeh1 həmin mənzildən çıxarılması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaitinin ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ekspertiza xərci üçün 145 manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Cəmilə Şəfiyeva)

14. Birinci instansiya məhkəməsi toplanmış sübutlara ə sasən müəyyən etmişdir ki, borcalan Cavabdeh1 04.02.2015-ci il tarixli, İPK 01 saylı kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, banka olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqaviləsi ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əsas borcun məbləğini ekspert rəyinə əsasən, faiz borcunun və müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 363 ABŞ dolları faiz məbləğini isə iddia tələbi həddində müəyyən etmişdir.

16. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini qiymətləndircinin rəyinə uyğun olaraq likvid qiyməti üzrə 33.000 manat məbləğində müəyyən etmişdir.

17. Birinci in stansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 317.1, 319.1, 319.6, 427.3, 442, 445.1, 448.1, 472, 741, 743, “İpoteka haqqında” Qanunun 33, 39.3.3, 59.3.1 və 59.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh2 apellyasiya şikayəti verib, qətnamənin iddianın təmin edilən hissəsində ləğv, iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir.

19. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: - 2015-ci ilin sonunda devalvasiya nəticəsində ödənişlərdə çətinlik yaranmışdı. Bu səbəbdən ödənişlərin məbləğinin azaldılması ilə bağlı iddiaçıya müraciət etsə də, nəticəsi olmayıb; - iş üzrə mühasibatlıq ekspertizası olsa da, rəy düzgün olmayıb; - ipoteka predmetinin qiyməti 33000 manat müəyyən edilməklə, çox aşağı qiymətləndirilib. Halbuki mənzil ipote kaya qoulanda 50000 manat qiymətləndirilmişdi.

20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1896/2021 nömrəli, 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Мəhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(012)-21/2021 saylı qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Telman Quliyev, Lətifə Məmmədova)

21. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iş üzrə faiz borcunun artıq hesablanması və bu barədə ekspertizanın rəyi ilə razılaşmaması barədə dəlilini qəbul etməyib və bunu onunla əsaslandırıb ki, məbləğlər ekspert rəyi ilə müəyyən edilib.

22. Həmçinin apellyasiya instansiyası məhkəməsi cavabdehin iş üzrə ipoteka ilə yüklü edilmiş mənzilin likvid dəyərin in düzgün olmaması barədə dəlilini qəbul etməyərək göstərib ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir.

24. Kassasiya şikay ətinin dəlilləri: - mühasibatlıq ekspertizasının rəyi düz deyil, ödənişlər nəzərə alınmayıb; - mənzilin müəyyən edilmiş 33000 manat dəyəri çox aşağıdır; - apellyasiya instansiyasında işə baxılarkən mühasibatlıq və qiymətləndirmə ekspertizası təyin edilməsini xahiş etsə də, vəsatəti əsassız olaraq təmin edilməyib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

25. Kassasiya şikayətinə iddiaçının yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

27. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili xxx kassasiya şikayətini q əbul etməyərək, şikayətin rədd edilməsini xahiş etdi.

28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsini rəhbər tutaraq işə qeyd edilən cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 448.1, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Qanunun Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 102.1. Ekspertin rəyi kif ayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və“ hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və“hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərə findən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.http://eqanun.az/framework/46945 (01.10.2021-ci ilədək olan redaksiyada) Maddə 392.1.5. apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermi r. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.“ Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt ə sas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

30. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası qeyd edir ki, borc məbləği hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Borc məbləği hissəsində iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin borc məbləği hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun və tələbin ipoteka predmetinə yönəldilməsi barədədir.

33. İşdən görünür ki, birinci instansiya məhkəməsi borcun məbl əğini müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, əsas borcun məbləğini həmin rəyə əsasən müəyyən etmişdir.

34. Qətnamədən görünür ki, birinci instansiya məhkəməsi ekspert rəyinə formal yanaşmamış, rəyə Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq qiymət vermiş, hətta ekspert rəyində faiz borcun iddiaçının tələb etdiyi məbləğdən artıq olmasını iddia tələbindən kənara çıxdığı üçün həmin hissədə rəyi nəzərə almamışdır.

35. Apellyasiya məhkəməsi də həmin ekspert rəyinə istinadən yenidən mühasibatlıq ekspertizasının təyin olunması barədə cavabdehin dəlilini əsassız saymışdır.

36. Ekspert rəyinin düzgün olmaması barədə kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası da əsassız hesab edir.

37. Belə ki, Mülki Prosessual Məcəllənin 102.1 -ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsini şərtlətini müəyyən etmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi razı olmamasını əsaslandırma lı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

39. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, borcun məbləği ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə və tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur. Buna görə də qeyd edilən hissədə qətnamə dəyişdirilmədən saxlanmaldıır.

40. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur.

41. İşin müəyyən edilmiş hallarına görə ipoteka ilə yüklü edilən mənzilin qiyməti 04 fevral 2015-ci il tarixli ipoteka müqaviləsində 50000 manat müəyyən edilmişdir.

42. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsasən ipoteka predmetinin ilkin satış qiymətini likvid dəyərlə 33000 manat müəyyən etsə də, ipoteka müqaviləsinin bağlandığı vaxtdan uzun müddət keçməsini, daşınmaz əmlak bazarında qiymətlərin artma tempi ilə inkişaf etməsini, ipoteka müqaviləsi bağlanarkən tərəflərin ipoteka predmetinin qiymətinin 50000 manat şərtləşdirdikləri halda rəydə bundan xeyli aşağı qiymət verilməsinin səbəblərini araşdırmamışdır. Baxmayaraq ki, qeyd edilən dəlillərin araşdırılıb, onlara qiymət verilməsi mübahisənin ipoteka predmetinin qiymətinə dar hissəsinin obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

43. Cavabdeh apellyasiya şikayətində dəlil kimi ipoteka predmetini n ilkin satış qiymətinin müqavilədə göstərilən qiymətdən aşağı müəyyən edilməsini bildirsə də, apellyasiya məhkəməsi də həmin dəlilə işin halları baxımından qiymət verməyərək, yalnız cavabdehin likvid qiyməti ilə razı olmamasını qəbul etmədiyini göstəmişdir. Halbuki cavabdeh apellyasiya şikayətində ipoteka predmetinin yalnız likvid dəyərini deyil, ümumiyyətlə, ilkin satış dəyərini mübahisələndirmişdir. Bu baxımdan, cavabdehin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı dəlillərinə düzgün qiymət vermədiyi üçün məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin hissədə gəldiyi nəticənin əsaslılığına qiymət verə bilmir.

44. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məh kəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə ipotekanın qiyməti ilə bağlı cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.

45. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin P lenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 47. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, “məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaş dırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

48. Qeyd edilənlər baxımdan, apellyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində əsaslı və qanuni sayıla bilməz.

49. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması, dəlillərə qiymət verilməli olması barədə tələbinin məqsədlərindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır.

50. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə q ənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, cavabdehin dəlillərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam qiymət verməli, bununla bağlı zəruri prosessual hərəkətlər etməli, işin müəyyən edilmiş hallarına uyğun maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

51. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxx kassasiya şikayəti qismən təmin edilsin. Su mqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1896/2021 nömrəli, 14 iyun 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar