Məhkəmə qərarları › İş №2(102)-5848/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5848/2019

08.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5848/2019 08.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı İKB ASC vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2(103)3854/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(011)-3094/2018 saylı qətnaməsi ilə (sədrlik edə n, hakim N.Ə.Misirzadə) iddiaçı “xxxx” İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, Cavabdeh1 ödəniş günü milli manata məzənnədə faiz borcuna görə 189.801,48 ABŞ dolları, hesablanmış cəriməyə 1.000 ABŞ dolları, cəmi 190.801,48 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətində olan ünvandə yerləşən, ümumi sahəsi 1.208,3 kv.metr, əsas sahəsi 605,2 kv.metr, köməkçi sahəsi 603,1 kv.metr olan qeyri-yaşayış binasına (ofis və məişət xidməti binasına) və Cavabdeh2 mülkiyyətində olan ünvan1ndə yerləşən, 3 otaqlı, ümumi sahəsi 729,1 kv.metr, yaşayış sahəsi 151,7 kv.metr, yardımçı sahəsi 576,4 kv.metr olan 5 “E” saylı fərdi yaşay ış evinə yönəldilməsi, ipoteka predmeti olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 1.800.000 manat, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 600.000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış binasının və fərdi yaşayış evinin boşaldılması və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrıayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2(103)3854/2019 saylı qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov sədrlik edən, məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 27 dekabr 08 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədəiddianın təmin olunmayan, faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilmədən saxlanılıb. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 189.801,48 ABŞ dolları faiz, 93.842,03 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 283.643,51 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətində olan ünvan, 4057-ci məhəllədə yerləşən, 1208,3 kv.metr ümumi, 605,2 kv.metr əsas, 603,1 kv.met r köməkçi sahədən ibarət qeyri-yaşayış binasına (ofis və məişət xidmət binasına) və Cavabdeh2 mülkiyyətində olan ünvan 1ndə yerləşən, 3 otaqlı, 728.1 kv.metr ümumi, 151.7 kv.metr yaşayış, 576,4 kv.metr yardımçı sahədən ibarət 5 “E” saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, tutma yönəldikdən və ipoteka predmetləri satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin ipoteka predmeti olan qeyri-yaşayış sahəsindən, Cavabdeh2 ipoteka predmeti olan fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməklə ipoteka predmetlərinin boşaldılaraq iddiaçı təşki lata təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı İKB ASC vəkili Vasif Həsənov məhkəmə iclasında kassasiya şikayətin in dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların vəkili X və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı İKB ASC vəkili Vasif Həsənovun izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə iddiaçı təşkilatın və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlayarkən, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə və sonuncunun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olmasına, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 467, 470.1, 477.0.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, apellyasiya in stansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib haqlı olaraq qeyd etmişdir ki, iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmayan, habelə faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşdə olan yazılı sübutlarla müəyyən edilir ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 835.000 ABŞ dolları kredit verilib və sonuncu krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürüb. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına təminat olaraq eyni tarixli zaminlik müqaviləsinə əsasən digər Cavabdeh2 birgə məsuliyyəti öz üzərinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün eyni tarixli sonrakı ipoteka müqavilələrinə əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan, 4057ci məhəllədə yerləşən, 1208,3 kv.metr ümumi, 605,2 kv.metr əsas, 603,1 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binası (ofis və məişət xidmət binası) və digər Cavabdeh2 mülkiyyətində olan ünvan 1ndə yerləşən, 3 otaqlı, 728.1 kv.metr ümumi, 151.7 kv.metr yaşayış, 576,4 kv.metr yardımçı sahədən ibarət 5 “E” saylı fərdi yaşayış evi iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilib və yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Sonradan iddiaçı təşkilatın razılığı ilə və ipoteka yüklülüyü saxlanılmaqla ipoteka predmetləri digər şəxsin, yən i Cavabdeh2 adına özgəninkiləşdirilib. Hazırda hər iki ipoteka predmeti Cavabdeh2 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb və iddiaçı təşkilat qarşısında ipoteka hüququ ilə yüklüdür. İddiaçı təşkilat tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Cavabdeh1 kredit müqaviləsi üzrə 16 yanvar 2018-ci il tarixə iddiaçı təşkilata 189.801,48 ABŞ dolları faiz borcu, 93.842,03 ABŞ dolları cərimə olmaqla, cəmi 283.643,51 ABŞ dolları kredit borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 sentyabr 2018-ci il tarixli ekspert rəyi ilə Cavabdeh1 iddiaçı təşkilata 23 noyabr 2016-cı il tarixə 189.801,48 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilir. “xxxx” MMC tərəfindən verilmiş 11 iyun 2018-ci il tarixli r əyə əsasən, ünvandə istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 5 “F” saylı qeyri-yaşayış binasının bazar dəyəri 1.800.000 manat; 11 iyun 2018-ci il tarixli rəyə əsasən, ünvan1də istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 5 “F” saylı fərdi-yaşayış evinin bazar dəyəri 600.000 manat müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işin yuxarıda müəyyən edilmiş faktiki hallarını nəzərə alıb, Mülki Məcəllənin 467, 470.1, 477.0.4 və 739-cu maddələrinin, həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 39.3.3, 59.3 və 59.4-cü maddələrinin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələ bini faiz borcunun tutulması hissəsində təmin edib, hesablanmış cərimənin məbləğini azaldaraq 1.000 ABŞ dolları məbləğində müəyyən edərkən düzgün nəticəyə gəlib və işdə, apellyasiya şikayətlərinə əsasən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi Cavabdeh1 iddiaçı təşkilatın xeyrinə yuxarıda göstərilən məbləğdə kredit borcunu tutub, tutmanı ipoteka predmetlərinə yönəltməklə düzgün nəticəyə gəlib. Habelə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, zamin Cavabdeh2 qarşı qanunvericiliklə müəyyən edilmiş müddətdə tələb irəli sürmədiyi üçün ona qarşı iddia tələbini təmin etməməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib. Apellyasiya inst ansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin olunmayan hissədə, habelə kredit müqaviləsi üzrə faiz borcunun müəyyən edilməsi və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlib. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı təşkilatın apellyasiya şikayəti açıq-aşkar əsaslandırılmamışdır, ona görə də birinci instansiya məhkəməsinin həmin hissələrdə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi faiz borcunun məbləğini ekspert rəyi əsasında müəyyən etmişdir. Hə min rəydə müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə cəmi 880.567 ABŞ dolları ödəniş etmiş, həmin məbləğin 835.000 ABŞ dolları hissəsi əsas borca, 45.567 ABŞ dolları hissəsi faiz borcuna silinmiş, pulun verilmə müddətinin bitdiyi tarixə kredit müqaviləsi üzrə əsas borc qalmamış, faiz borcunun məbləği 189.801,48 ABŞ dolları təşkil etmişdir. Cavabdeh Cavabdeh1 məhz bu kredit müqaviləsi üzrə daha artıq məbləğdə ödəniş etdiyi barədə heç bir sübut təqdim etməmiş, qeyri-səmimilik nümayiş etdirərək qardaşı İlham Ağayevlə bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə ödənişləri hazırkı kredit müqaviləsi üzrə ödənişlər kimi təqdim etməyə çalışmışdır. Halbuki, Cavabdeh1 özünün apellyasiya baxışı zamanı təqdim etdiyi Ali Məhkəmənin 19 dekabr 2018-ci il tarixli qərarından görünür ki, onun izahatında istinad etdiyi ******* ABŞ dolları məbləğ İlham Ağayevlə bağlanmış 18 noyabr 2011ci il tarixli kredit müqaviləsi üzrə ödənilmiş məbləğdir. Eyni zamanda, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini məhkəmə baxışı zamanı keçirilmiş müstəqil qiymətləndiricinin rəyləri əsasında müəyyən etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin rəylərin məlumatlarını şübhə altına alan, o cümlədən, əmlakların qiymətlərinin daha yüksək olduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişlər. Surəti apellyasiya şikayətinə əlavə olunmuş rəy isə təxminən 3 il əvvəl verilmişdir və ipoteka predmetlərinin mövcud bazar dəyərini müəyyən edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin Cavabdeh1 apellyasiya baxışı zamanı verdiyi izahatında bildirmişdir ki, ipoteka predmeti olan qeyri-yaşayış sahəsi hal-hazırda satışa çıxarılıb və mülkiyyətçi həmin əmlakı 2.000.000 manata özgəninkiləşdirməyə razıdır. Qiymətləndirmə rəylərinin əmlaklara baxış keçirilmədən tərtib edildiyi barədə dəlil də əsassızdır və iş materialları ilə təkzib olunur. Belə ki, rəylərə həm qeyri-yaşayış binasının, həm də fərdi yaşayış evinin çöldən və daxildən çəkilmiş xeyli sayda fotoşəkilləri əlavə edilmişdir. Kassasiya instansiyası məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə artıq düzgün hüquqi qiymət verildiyindən həmin dəlilləri təkrar müzakirə etməyə lüzum görmür və aşağıdakılara görə kassasiya şikayətini əsa ssız hesab edir. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsinə, əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağ a görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və onun iddiaçı təşkilata yuxarıda götərilən məbləğdə ödənilməmiş kredit borcunun olması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi üçün əsasların olması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı o laraq birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılıb və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilib. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2(103)-3854/2019 saylı qətnaməsi onların kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar