Məhkəmə qərarları › İş №2(102)-5871/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5871/2022

21.10.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5871/2022 21.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibinin İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5871/2022 Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlunun sədrliyi, Kommersiya kollegiyasının hakimi X1 və İnzibati kollegiyanın hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3028/20 22 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

2. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. İddiaçının nümayəndəsi və vəkili Vəkil mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirmişdir.

4. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alı nmışdır.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflərdən biri-iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi şəxs, digəri isə suyun satışını həyata keçirən hüquqi şəxs olduğu üçün tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisədir və həmin mübahisəyə Kommersiya Məhkəməsində baxılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

6. İddiaçı məhkəmənin qərardadı ilə razılaşmayaraq şikayət vermişdir. Şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında heç bir sahibkarlıq fəaliyyəti olmamışdır. Cavabdeh təşkilatla iddiaçı arasında bağlanmış müqaviləni iddiaçı imzalamamışdır. Həmin imza saxtadır. O, mənzilini heç vaxt sahibkarlıq məqsədləri üçün istifadə etməmişdir. b) Kassasiy a şikayətinə qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

6. Kassasiya kollegiyası mübahisənin məhkəmə aidiyyatı ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin işə kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə mübahisənin kommersiya məhkəməsinə aid olması ilə bağlı qənaətə gələrkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

7. Beləki, MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

8. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyy ətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

9. Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

10. Hazırkı işdə iştirak edən iddiaçı fərdi sahibkar, cavabdeh isə suyun satışını təşkil edən hüquqi şəxsdir. Tərəflər suyun sahibkarlıq fəaliyyətində istifadəsi üçün alqısatqı müqaviləsi bağlamışlar. Ona görə məhkəmə mübahisəni kommersiya mübahisəsi kimi dəyərləndirməkdə haqlı olmuşdur.

11. Məhkəmə tərkibi qeyd edir ki, müqavil ədəki imzanın iddiaçıya məxsus olmaması, onun mənzilini heç vaxt kommersiya məqsədləri üçün istifadə etməməsi ilə bağlı dəlilləri işə mahiyyəti üzrə baxılarkən həll edilməli olan məsələlərdir, məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün əhəmiyyət kəsb etmir.

12. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar