Məhkəmə qərarları › İş №2(102)-589/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-589/2025

25.02.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-589/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti cəlb edilməklə) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti cəlb edilməklə) qarşı əmək haqqı tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-500/2025 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (bundan sonra ASC) ilə İddiaçı arasında bağlanmış 798/17 nömrəli əmək müqaviləsinə əsasən işçi İddiaçı 22 may 2017-ci il tarixdən Cavabdeh ASC-də Təhlükəsizlik departamentində mütəxəssis vəzifəsinə qəbul olunmuşdur. 2. 22 may 2017-ci il tarixli 798/17 nömrəli əmək müqaviləsinə 04 fevral 2019-cu il və 10 aprel 2019-cu il tarixlərdə dəyişikliklər edilmişdir. 3. 22 may 2017-ci il tarixli 798/17 nömrəli əmək müqaviləsinə 13 aprel 2020-ci il tarixli əlavəyə əsasən, işçi İddiaçı Qəbələ filialında qəza komissarı vəzifəsinə təyin edilmişdir.

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin İddiaçı göndərdiyi **********6 nömrəli məktubuna əsasən, araşdırma zamanı "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlərə əsasən bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Republikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş və son haqq-hesabı qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı X3 cav abdeh "xxxx" ASC-yə qarşı "əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət ərzində qanunvericilikdə nəzərdə tutulmuş qaydada 134 qeyri-iş günü iş vaxtından artıq işə cəlb edildiyinə görə ona ödənilməli olan əmək haqqının qanunauyğun şəkildə hesablanaraq 9460 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə aralarında bağlanmış 798/17 saylı 22 may 2017-ci il tarixli Əmək müqaviləsi və həmin müqaviləyə sonrakı illərdə edilmiş dəyişikliklərlə "xxxx" ASC-nin Qəbələ filialında Təhlükəsizlik Departamentinin mütəxəssisi, dir ektoru və qəza komissarı vəzifələrində işləmişdir. xx.xx.2021-ci il tarixdə Əmək müqaviləsinin müddəti başa çatsa da, müəssisənin əmri ilə həmin Əmək müqaviləsi 3 ay müddətinə uzadıldıqdan sonra xx.xx.2021-ci il tarixindən onunla yeni müqavilə bağlanmadığından işdən azad edilmişdir. İşdən azad olunduqdan sonra ona çatacaq son haqq-hesabı alarkən məlum olmuşdur ki, Cavabdeh ASC ona 09 may 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 137 qeyri-iş günlərində işə cəlb edildiyinə görə yalnız 3 gününün əmək haqqısı 212 manat olmaqla ödənilmiş, qalan 134 qeyri-iş gününə görə ödənilməli olan 9460 manat əmək haqqını isə ödəməmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən 134 qeyri-iş günlərində işə cəlb edildiyinə görə ona çatacaq 9460 manat əmək haqqının hesablanaraq ona ödənilməsinə dair tələbləri ilə bağlı müraciət etsə də, bu günə qədər müxtəlif bəhanələr gətirərək onun müraciətləri cavabsız qalır. Ona şifahi şəkildə bildirilib ki, bu mübahisə ilə əlaqədar məhkəməyə müraciət edə bilər. "xxxx" ASC-nin Qəbələ filialında 09 may 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan müddətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 134 qeyri-iş günlərində işə cəlb edildiyi ilə əlaqədar ona elektron qaydada göndərilmiş İMB (X5) məlumatlarının siyahısı iddia ərizəsinə əlavə edilir. Odur ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada 09 may 2020-ci il tarixdən xx.xx.2021- ci il tarixinə qədər olan müddət ərzində 134 qeyri-iş günlərində və iş vaxtından artıq işə cəlb edilməyi ilə əlaqədar ola raq ona çatacaq əmək haqqı hesablanaraq ödənilməlidir. Bildirir ki, "xxxx" ASC-də həmin dövr üçün əmək haqqı 800 manat (798/17 saylı 22 may 2017-ci il tarixli Əmək müqaviləsinə edilən 04 fevral 2019-cu il tarixli dəyişikliklə) məbləğ təşkil edirdi. Həmin məbləğdən cavabdeh tərəfindən aparılmış hesablamalara uyğun olaraq hesablamaqla cavabdeh onun işlədiyi bir qeyri-iş gününə görə 70 manat 60 qəpik əmək haqqı hesablamışdır. Həmin hesabla hesabladıqda 134x70,6=9460 manat təşkil etmişdir.

7. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 və Nümayəndə2 iddia tələbinə etiraz edərək təmin olunmamasını x ahiş etmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-40/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən 09 may 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeyri-iş günlərində iş vaxtından artıq vaxtda işə cəlb edildiyinə görə 375 (üç yüz yetmiş beş) manat məbləğində əmək haqqının tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qənaətinə görə İddiaçı 22 may 2017-ci il tarixdən "xxxx" ASC-də müxtəlif vəzifələrdə işləmiş və xx.xx.2021-ci il tarixdən isə həmin müqaviləyə xitam verilmişdir. Hazırda isə iddiaçı 134 qeyri-iş günü iş vaxtından artıq işə cəlb edildiyinə görə əmək haqqının ödənilməsini tələb edir. Araşdırma zamanı müəyyən edildi ki, İddiaçı 25 qeyri-iş günü işə cəlb olunmuşdur. Cavabdeh "xxxx" ASC-nin 01 mart 2019-ci il tarixli daxili əmrinə əsasən hər bir sığorta hadisəsinə görə cəlb olunan nümayəndəyə 15 manat məbləğində əlavə əmək haqqı ödənilir.

11. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi hissəvi əsaslı olmaqla qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 09 may 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeyri-iş günlərində iş vaxtından artıq vaxtda işə cəlb edildiyinə görə (25 qeyri - iş günü x 15 manat = 375 manat) 375 (üç yüz yetimiş beş) manat məbləğində əmək haqqı tutularaq İddiaçı ödənilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Re spublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə, 83-cü maddəsinin 2-ci hissəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(004)-40/2023 saylı qətnaməsini ləğv edərək iddiaçının iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə aralarında bağlanmış 798/17 saylı 22 may 2017-ci il tarixli Əmək müqaviləsi və həmin müqaviləyə sonrakı illərdə edilmiş dəyişikliklərlə "xxxx" ASC-nin Qəbələ filialında Təhlükəsizlik Departamentinin mütəxəssis direktoru və sonda qəza komissarı vəzifələrində işləmişdir. xx.xx.2021-ci il tarixində Əmək müq aviləsinin müddəti başa çatsa da, müəssisənin əmri ilə həmin Əmək müqaviləsi 3 ay müddətinə uzadıldıqdan sonra xx.xx.2021-ci il tarixindən onunla yeni müqavilə bağlanmadığından işdən azad edilmişdir. İşdən azad olunduqdan sonra ona çatacaq son haqq-hesabı alarkən məlum olmuşdur ki, "xxxx" ASC ona 09 may 2020-ci il tarixdən xx.xx.2021-cü tarixinə qədər olan müddətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 137 qeyri-iş günlərində işə cəlb edildiyinə görə əvvəllər yalnız 3 gününün əmək haqqısı 212 manat olmaqla ödənilmiş, qalan 134 qeyri-iş gününə görə ona ödənilməli olan 9460 manat əmək haqqı isə ödəməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən 134 qeyri-iş günlərində işə cəlb edildiyinə görə ona çatacaq 9460 manat əmək haqqının hesablanaraq ona ödənilməsinə d air tələblərinə bağlı cavabdehə müraciət etsə də, bu günə qədər müxtəlif bəhanələr gətirərək müraciətləri cavabsız qalır. Ona şifahi şəkildə bildirilmişdir ki, bu mübahisə ilə əlaqədar məhkəməyə müraciət edə bilərsən. "xxxx" ASC-nin Qəbələ filialında 09 may 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər olan müddətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 134 qeyri-iş günlərində işə cəlb edildiyi ilə əlaqədar ona elektron qaydada göndərilmiş İMB (X5) məlumatlarının siyahısı əlavə olaraq məhkəməyə təqdim edilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər olan müddət ərzində 134 qeyri-iş günlərində və iş vaxtından artıq işə cəlb edilməyi ilə əlaqədar olaraq ona çatacaq əmək haqqı hesablanaraq ona ödənilməlidir. "xxxx" ASC -də həmin dövrün qəza komissarı olaraq aylıq əmək haqqı 800 manat (798/17 saylı 22 may 2017-ci il tarixli Əmək müqaviləsinə edilən 04 fevral 2019-cu il tarixli dəyişikliklə) məbləğ təşkil edirdi. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələbinə əsasən müvafiq aya uyğun aparılmış hesablamalara uyğun olaraq hesablamaqla (800/22,7=35,24) cavabdeh işlədiyi bir qeyri-iş gününə görə 70 manat 60 qəpik əmək haqqı hesablamışdır. Qanunvericiliyin müəyyən etdiyi həmin qayda ilə hesabladıqda onun qeyri-iş günlərində iş vaxtından artıq işə cəlb edildiyinə görə ona ödənilməli olan əmək haqqı 134x70,6=9460 manat təşkil edir. Bundan sonra xx.xx.2023-cü il tarixində məhkəməyə elektron kabinet vasitəsilə müraciət edərək iddia tələbinin dəqiqləşdirilməsinə dair müraciət etsə də, bu müddət ərzində və bundan son ra xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən elektron kabinet vasitəsilə göndərilən bütün məlumatları (əmr, digər sənədlər, order və s.) sübut olaraq qəbul edərək həmin sənədlərə qətnamə qəbul edərkən istinad etsə də, məhkəmə onun bu tələbini qərəzli olaraq, qəsdən, kənar təsirlər nəticəsində araşdırmamış, münasibət bildirməmiş, qiymətləndirməmişdir. Nəticədə Yasamal Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(004)- 40/2023 saylı qətnaməsi ilə iddia tələbini qismən təmin etmiş, cavabdeh "xxxx" ASC-dən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeri -iş günlərində iş vaxtından artıq vaxtda işə cəlb edildiyinə görə 375 manat məbləğində əmək haqqı tutularaq İddiaçı ödənilməsin iqət etmişdir. Yasamal Rayon Məhkəməs inin xx.xx.2023 tarixli 2(004)- 40/2023 saylı qətnaməsi çox ciddi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə məhkəməyə təqdim etdiyi sübutları ümumiyyətlə araşdırmadan, sübutlara qətnamədə heç birinə münasibət bildirmədən, qiymətləndirmədən, yalnız cavabdehin nümayəndəsinin və vəkilinin qanunsuz, əsassız, qərəzli mülahizələrinə və mübahisənin mahiyyətinə aidiyyatı olmayan müəssisədaxili başqa sahalərə və şəxslərə aid sənədlərə əsaslanaraq müzakirə adı ilə 1 il 7 ay ərzində uzadılan əmək mübahisəsinə məhkəmə sisteminə utanc, xəcalət, ləkə gətirən qətnamə qəbul etmişdir. Cavabdeh ASC-nin Qəbələ Filialında 09 may 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər olan müddətdə qanunvericilikdə nəzərdə tutlmuş qaydada 134 qeyri-iş günlərində işə cəlb edildiməli olduğu ilə əlaqədar iddiaçıya elektron qaydada göndərilmiş və müstəsna olaraq cavabdehin rəsmi sənədi hesab olunan İMB (X5), digər sənədlərin və məlumatların siyahısı iddia ərizəsinə əlavə edilir (İMB və digər və sənədlərinəsli məhkəmənin hazırlıq prosesində məhkəməyə dəftərxana vasitəsilə təqdim edilmişdir). Odur ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada 09 may 2020- ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət ərzində 134 qeyri-iş günlərində iş vaxtından artıq işə cəlb edildiyinə görə iddiaçıya çatacaq əmək haqqı qanunvericiliyin tələblərinə uyğun şəkildə və aşağıda qeyd olunan mötəbər sübutlara əsasən hesablanaraq iddiaçıya ödənilməlidir: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər olan müddət ərzində qanunver icilikdə nəzərdə tutlmuş qaydada 134 qeyri-iş günlərində iş vaxtından artıq vaxtda işə cəlb edildiyinə görə iddiaçıya ödənilməli olan əmək haqqının qanunauyğun şəkildə hesablanaraq, 134x70,60=9460 manat məbləğində pulun, cavabdehdən alınıb iddiaçıya ödənilməsi haqqında iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanuna əsasən, mediasiya prosesi həyata keçirilmişdir. Lakin "xxxx" ASC tərəf olaraq mediasiya prosesində iştirak etmədiyindən mediasiya təşkilatı tərəfindən “İlkin mediasiya sessiayasında iştirak edilməməsi barədə arayış” verilmişdir. Daha sonra Yasamal Rayon Məhkəməsinə müraciətə qədər iddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə Əmək və Əhalin in Sosial Müdafəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət edərək pozulmuş hüquqlarının bərpası və ödənilməmiş iş vaxtından artıq işə görə kompensasiyanın ödənilməsinə köməklik göstərməyi xahiş etmiş, məhkəməyə təqdim edilən sənədləri Əmək Müfəttişliynə də təqdim etmişdir. ƏƏSMN yanında ƏM Xidməti bir həftə ərzində 2 bir-birinə ziddiyyətli cavab verərək qərəzli mövqedə olduğunu aşkar nümayiş etdirmişdir. Ərizəçiyə göndərilən xx.xx.2021-ci il tarixli məktubunda bildirilir ki, “Müraciətinizlə əlaqədar tələb olunan sənədlərin təqdim olunması məqsədi ilə "xxxx" ASCnin ünvanına məktub göndərilmiş, lakin sənədlər tam təqdim edilməmişdir. Bununla əlaqədar müraciətinizin icra müddəti 30 gün müddətinə uzadılır. Nəzərinizə çatdırırıq ki, araşdırmaya dair sənədlər tam təqdim olunduğu təqdirdə müvafiq qaydada Sizə cavab veriləcəkdir”. xx.xx.2021-ci il tarixli cavab məktubunda isə bildirilir ki, “Cəmiyyət tərəfindən təqdim edilmiş məktubda Sizin işlədiyiniz müddətdə iş vaxtından artıq işlərə cəlb olunmadığınız məlum olmuşdur.” (Hər iki məktub məhkəməyə təqdim edilmişdir və sübutların arasındadır). Məktublardan da göründüyü kimi əvvəlcə müəyyən sənədlər ƏƏSMN yanında X6 Xidmətinə təqdim edilsə də, qısa müddətdə həmin sənədlər də yoxa çıxarılmış və 5 gündən sonra ikinci məktubla birinci məktubu təkzib edərək qərəzli hərəkətlər nəticəsində ərizəçiyə heç bir kömək göstərilməmişdir. Eyni zanamda "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi və vəkil Nümayəndə3la əlaqə saxlanılmış və Nümayəndə3 irəli sürdüyü 4 şərtlər əsasında 134 sığorta hadisəsinə dair siyahı tərtib edilib cavabdehə təqdim edilmi şdir. Cavabdehin İMB-ı əsasında tərtib edilmiş dəqiq cavabı alan cavabdeh bundan sonra bütün suallardan qərəzli olaraq yayınmağa başlamış və hətta özlərinə məxsus sənədləri inkar etməyə başlamış və şifahi şəkildə bildirilmişdir ki, bu mübahisə ilə əlaqədar məhkəməyə müraciət edə bilərsiz. İddiaçının iddiası əsasında Yasamal Rayon Məhkəməsində mülki iş təyin edildikdən sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən sübut olaraq məhkəməyə 138 vərəq cavabdehin rəsmi sənədi olan İMB və 9 vərəqdə əmək müfəttişliyinin iki cavab məktubu, iddiaçının əmək funksiyalarını icra edən zaman istifadə və istinad etdiyi sənədlərin-ərizələrin və vəzifə təlimatının, istirahət vaxtı və əmək haqqısına dair ümumilikdə 147 vərəq olmaqla sübutlar məhkəməyə təqdim edilmişdir, eyni zamanda elektron po rtalda yerləşdirilmişdir və həmin sənədlər iş materiallarının arasındadır. Məhkəməyə təqdim olunmuş həmin ərizələrdə sığorta hadisəsinin kim tərəfindən və saat neçədə qeydə alınmasına dair dəqiq məlumatlar vardır. Həmin ərizələr əsasında sığorta hadisəsi qeydə alınır, sonra pul hesablanır və sığorta olunana dəymiş ziyan ödənilir. Əgər 134 sığorta hadisəsi olubsa demək, həmin hadisəyə görə pul vəsaiti ödənilib. Əgər sığorta hadisəsi baş veribsə və siğorta pulu ödənibsə, demək bütün zəruri sənədlər cavabdehdə qorunmalıdır və qorunur. Lakin məhkəməyə niyə təqdim etmir? Ödənilməyibsə niyə ödənilməyib? Məhkəmə bu məqamlara aydınlıq gətirməli və aşkar olunmuş faktlar barədə xüsusi qərardad çıxararaq prokurorluq orqanlarını məlumatlandırmalı olduğu halda bunu etməmişdir. Yuxarıda qeyd olunanlarda n sonra cavabdeh bütün hallarda zəruri sənədləri qərəzli şəkildə gizlətməklə məşğul olduğundan vəkil həmin sənədlərin təmin olunması üçün məhkəməyə vəsatətlə müraciət etmişdir. Vəkil vəsatəti icra orqanı vasitəsilə təmin olunsa da, cavabdeh mübahisə olunan mülki işlə əlaqəsi olan 43 ədəd faktı təqdim etməklə 43 sığorta faktını etiraf etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, həmin 43 sığorta hadisəsinin onların tələb etdikləri 134 sığorta hadisəsi ilə əlaqədar olsa da, məhkəmə bu fakta sonda göz yummuşdur. Bu 43 sənəd cavabdehin etirafı olsa da və onların qaldırdıqlara mübahisəyə aidiyyatı olsa da, cavabdeh məhkəmə qərardadını qəsdən qərəzli şəkildə tam icra etməkdən, 134 sığorta hadisəsinə dair sənədlərin tamamını məhkəməyə təqdim etməkdən yayınsa da və bunu dəfələrlə məhkəməni n diqqətinə çatdırsa da, məhkəmə MPM-nin78-ci maddəsinin tələblərini tətbiq etməmişdir. Bundan başqa, məhkəmənin təşəbbüsü ilə həmin mübahisəli ilə əlaqədar rəy verilməsi üçün mülki iş məhkəmə ekspertizasına göndərilsə də, cavabdehin zəruri sənədləri etspertizaya təqdim etməməsinə görə ekspert mübahisəli işlə əlaqədar rəy verməkdən imtina etdiyindən mülki iş məhkəməyə geri qaytarmışdır. Məhkəmə prosesləri zamanı cavabdeh tərəf dəfələrlə zəruri sənədlərin məhkəməyə təqdim edilməsi üçün məhkəmədən vaxt istəsə də, sonradan başqa bəhanələrlə prosesin araşdırılması üçün zəruri sənədləri məhkəməyə təqdim etməkdən yayınmışdır. Ona görə də 2021-ci ilin dekabrında başlanmış məhkəmə prosesi cavabdehin məsuliyyətsizliyi və əsassız olaraq işi uzatmaq yolunu tutduqlarından 18 məhkəmə prosesidir ki, d avam edir. Məhkəmə 134 vərəq Cavabdeh ASC-yə aid İMBnin cavabdehə aid olub-olmadığını araşdırıb hüquqi qiymətini verməli idi. Əgər həmin sənədlər iddiaçı tərəfindən saxtalaşdırılıbsa iddiaçı, əks halda cavabdeh barəsində qanuna uyğun tədbirlər görülməli, xüsusi qərardad qəbul olunaraq prokurorluq orqanlarına cinayət işinin başlanması ilə əlaqədar məlumat verilməli idi. Məhkəmənin diqqətinə çatdırır ki, sığorta hadisəsi baş verən kimi sığortalı sığorta təşkilatına baş vermiş sığorta hadisəsi haqqında məlumat verir. Həmin məlumat təşkilatın növbətçi operatorları tərəfindən müvafiq şəxslərə, o çümlədən qəza komissarına elektron vasitə ilə İMB vasitəsilə dərhal çatdırılır. Qəza komissarı həmin məlumat əsasında təlimata və vəzifə səlahiyyətlərinə uyğun olaraq hadisənin tədqiqinə başlayır. Müxtə lif yollarla baş vermiş sığorta hadisəsi haqqında dərhal məlumatlar toplayır və ilk olaraq məlumatları toplamaq uçun hadisə yerinin müayinəsi, zərərçəkənin ərizəsini almaq, hadisə yerinin foto, video şəkillərini çəkmək, şahidlərin izahatlarını almaq və s. üçün hadisə yerinə gedir. Hadisə yerıinə dərhal getmək mümkün olmadıqda həmin məlumatları səlahiyyətli orqanlardan əldə edir, DİN. FHN və sair. Eyni zamanda qəza komissarı qarşısında qoyulan tələbə əsasən gələcəkdə dələduzluq, mənimsəmə və s. neqativ halların baş verməməsi üçün hadisə yerinin tədqiqi zəruridir. Hadisə yerində zərərçəkənin və olarsa digər şahidlərin ərizəsi alınır və eyni zamanda hadisənin baş verməsinin dəqiq vaxtı, kim tərəfindən sənədləşdirilməsi və başqa zəruri hallar da həmin vaxtda qəza komissarı tərəfindən sənədləşd irilir. Həmin sənədlər əsasında sonradan sığorta təşkilatı sığorta ödənişini həyata keçirir. Bu sənədlər isə ciddi maliyyə sənədləri kimi təşkilat tərəfindən qorunmalıdır. Amma cavabdehin bütün bu sadə həqiqəti əsassız olaraq inkar etməsini məhkəmə qiymətləndirmədi. Cavabdeh mübahisə predmetinə aidiyyatı olmayan işçilərinə təzyiq altında suallar verərək iddiaçının sığorta hadisəsi baş verən ərazidə olmamasını əsaslandırmağa çalışaraq və tamamilə kənar şəxsi iş prosesinə cəlb etməklə qəza komissarının iş prinsiplərini qanunsuz şəkildə örtbasdır etməyə cəhd edərək məsuliyyətdən yayınmağa çalışır. Lakin bir il yarım ərzində cavabdehdən tələb olunan icra sənədlərini məhkəməyə təqdim etməyi təmin etmir, bütün məhkəmə prosesində qaldırılan bütün sualların cavabı həmin 134 sığorta hadisəsinə aid olub mütləq qaydada cavabdehdə qorunan icra sənədlərindədir. Cavabdeh isə heç bir mötəbər sübut tapmayıb, həmin icra sənədlərini məhkəmədən də yayındırmaqla məsuliyyətdən ən primitiv yolla yayınmaq yolunu tutub. Cavabdeh tərəf dəfələrlə məhkəmə hazırlıq proseslərində bildirib ki, qeyd olunan sığorta hadisələri iddiaçı tərəfindən deyil, cavabdehin başqa əməkdaşları tərəfindən sənədləşdirilib. O zaman təklif edirlər ki, bir halda ki, belə əsaslandırırlar mövqeyinizi, demək həmin hadisələrin icra sənədləri cavabdehin qorunmasındadır. Gətirin və sübut edin ki, həmin sığorta hadisəsi iddiaçı tərəfindən sənədləşdirilməyib və sizin də qeyd etdiyiniz kimi başqa işçilər tərəfindən sənədləşdirilib. Təlimat isə istənilən işçi tərəfindən belə sənədləşdirmənin aparılmasını qəbul etmir. Sığorta hadisəsi baş veribsə, həmin faktı qeydə almaq və sənədləşdirmək uçun cavabdehin strukturlarında qəza komissarı vəzifəsi təsis olunub. Məhkəmə prosesinin bu günə qədər uzanmasının səbəblərindən biri, təyin olunmuş ekspertizaya ekspertin rəy verməsi üçün zəruri olan sənədlərin cavabdeh tərəfindən təqdim olunmaması (MPM-nin 97.5-ci maddəsinin tərtbiqi zəruridir) və cavabdehin səlahiyyətli nümayəndəsi Nümayəndə3 ekspertiza təyin edilməsi barədə qərardad qəbul edildikdən sonra verilmiş əlavə əsassız təkliflərin məhkəmə tərəfindən rədd edilməsinə dair qərardadından əsassız verdiyi apellyasiya şikayəti də olmuşdur. Qətnamənin bu hissəsini oxuduqdan sonra bu qənaətə gəlmək olur ki, hakim ümumiyyətlə mübahisənin predmetini başa düşməmiş, dərk etməmiş və ya dərk etmək istəməmişdir. Digər tərəfdən, iddiaçı x x.xx.2023-cü il tarixdə məhkəməyə məlumat verərək iddia tələbinin dəyişdirilməsi, gecikdirilmiş hər günü görə 1 faiz məbləğdə ödəncin verilməsini məhkəmədən xahiş etsə də, məhkəmə bu xahişə heç münasibət bildirməmiş və ƏM-nin 172.5-ci maddəsinin tələbini pozmuş, cavabdehin isə xx.xx.2023 tarixdə elektron kabinetdə cavabdeh tərəfindən yerləşdirilmiş "xxxx"ASC-nin filiallarında sığorta hadisəsinə cəlb olunmuş hər bir satış təmsilçisinə tənzimlədiyi hər bir sığorta hadisəsisnə görə 15 manat (net) məbləğində əlavə ödəniş edilsin” haqqında əmrinə istinad edərək qətnamə qəbul etmişdir. Məhkəmə çıxışları xx.xx.2023-cü il tarixdə edilir, 13.06.2.23 tarixdə qətnamə elan olunur. Cavabdeh xx.xx.2023 tarixdə iş materialları ilə tanış olmaq adı ilə məhkəməyə elektron kabinetdə yerləşdirməklə müraciət edir və protokola əlavə etmək niyyətini bildirir. xx.xx.2023-cü il tarixində protokola qeyd əlavə etmək üçün məhkəməyə ərizə ilə müraciət olunur. Cavabdehin vaxt uzatmaq məqsədi ilə MPM-nin 272.7 və 273-cü maddəsinin müddətlərlə əlaqədar tələblərinin pozulduğu tam aydın olan bu məntiqsiz və əsassız ərizəsi iddiaçının əsaslı etirazından sonra məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli, 2(004)-40/2023 saylı qərardadla rədd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, çox ciddi maddi və prosessual qanun pozuntuları ilə qəbul edilmiş qətnamə qanunsuz, ədalətsiz, əsassız, qeyri obyektiv və kənar təsirlər nəticəsində qərəzli olaraq qəbul edildiyindən Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-40/2023 saylı qətnaməsi yuxarıda göstətilən əsaslara görə ləğv edilməli və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə, konstitutsion prinsipi kobud şəkildə pozduğundan sübutları tam, obyektiv, hərtərəfli, ümumiyyətlə araşdırmadığından və nəticədə sübutları düzgün qiymətləndirmədiyindən nəticə etibarı ilə düzgün olmayan, qanunsuz, əsassız, ədalətsiz və qərəzli qətnamə qəbul etdiyindən həqiqətin təmin olunmasını təmin etməmişdir. Bu isə iddiaçının konstitutsion hüququnun kobud şəkildə pozulması ilə nəticələnmişdir. İddiaçı işdən azad olunan gün cavabdeh iddiaçıya son haqq-hesabını verərkən məlum olmuşdur ki, iddiaçının 134 qeyri-iş günündə işə cıxmasına dair əmək haqqı ödənişlərini iddiaçıya hesablayıb ödəməmişdir. Bununla da, cavabdeh iddiaçının əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Ona görə də iddiaçı məhkəməyə müraci ət etmək hüququndan istifadə etmişdir. Məhkəmə isə uzun müzakirələrdən sonra qanunun pozulmuş bu tələbini özünün qulluq müəssisənin möhürü ilə mövqeyinə görə təmin etməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının vəzifə maaşı cavabdehin əmri ilə 800 manat müəyyən edilmişdir. Aylıq normadan asılı olaraq iddiaçının orta günlük əmək haqqı 800/22 iş günü=36 manat hesab ilə müəyyən edilir. Bunun iki qati isə 76 manat müəyyən edir. İddiaçıya 3 iş vaxtından artıq işə görə günün əmək haqqı hesablanmaqla 212 manat müəyyən edilərək verilmişdir. Lakin indiki halda məhkəmə əmək elminə tanış olmayan üsuldan istifadə edərək qismən təmin etdiyi iddianın hesablanmasını cavabdehin xx.xx.2023-cü il tarixdə elektron kabinetdə cavabdeh tərəfindən yerləşdirilmiş "xxxx" ASC-nin filiallarında sığorta had isəsinə cəlb olunmuş hər bir satış təmsilçisinə tənzimlədiyi hər bir sığorta hadisəsinə görə 15 manat (net) məbləğində əlavə ödəniş edilsin” haqqında əmrinə istinad edərək iddiaçının qeyri-iş günlərində işə cəlb olunmasına görə hesablanmanı satış təmsilçisinin əlavə gördüyü işə uyğun olaraq hesablamaqla səhv qənaətə gəlməklə qətnamə qəbul etmişdir. Həm də məhkəmə belə qaydanı ona görə tətbiq edə bilməzdi ki, bu əmrdə göstərilən məbləğ qanunvericilikdən istirahət günlərində və iş vaxtından artıq saatlara görə ödənilməsi nəzərdə tutulan məbləğdən qat-qat aşağıdır. Məhkəmənin bu hesablama qaydası iddiaçının əmək hüququnun kobud şəkildə pozulmasıdır. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron kabinetdə yerləşdirməklə məlumat verərək iddia tələbinin dəyişdirilməsi, 134 qeyri-iş gününə görə ödənilməmiş əmək haqqının hesablanaraq ödənilməsi və gecikdirilmiş həmin məbləğin hər gününə görə 1 faiz məbləğdə ödəncin verilməsini məhkəmədən xahiş etsə də, məhkəmə proses ərzində və yekun qətnamədə bu xahişə heç ümumiyyətlə münasibət bildirməmiş və qanunun bu tələbini pozmuş, yekun məhkəmə qətnaməsində nəzərə almamışdır. Cavabdehin isə xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirdiyi ərizəsinə əsasən, xx.xx.2023-cü il tarixə təyin olunmuş baxış iclasını təxirə salmağı xahiş etmiş və məhkəmə də bunu təmin etmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə elektron kabinetdə cavabdeh tərəfindən yerləşdirilmiş "xxxx" ASC-nin filiallarında sığorta hadisəsinə cəlb olunmuş hər bir satış təmsilçisinə tənzimlədiyi hər bir sığorta hadisəsisnə görə 15 (on beş) manat (net) məbləğində ə lavə ödəniş edilsin” haqqında əmrinə istinad edərək qətnaməni qismən təmin etmişdir. Bütün məhkəmə prosesi belə kobud qanun pozuntuları ilə müşayət olunmuşdur. Tərəflərin iştirakı təmin olunsa da, məhkəmə tərəflərin təqdim etdiyi sübutları öz istədiyi kimi, qərəzli şəkildə, kənar təsirlər nəticəsində və özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırdı və qiymətləndirdi. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Yasamal Rayon Məhkəməsinə iddiaçının təqdim etdiyi 1) 138 vərəq cavabdehin rəsmi sənədi olan İMB (X5), 2) 9 vərəqdə əmək müfəttişliyinin iki cavab məktubu, 3) iddiaçının əmək funksiyalarını icra edən zaman istifadə və istinad etdiyi sənədlərin, ərizələrin və vəzifə təlimatının, istirahət vaxtı və əmə k haqqısına dair ümumilikdə 147 vərəq olmaqla sübutları, 4) DYP-n 81 mübahisəli yolnəqliyyat hadisələrinin baş verməsinə dair məktubu, gecikdirilmiş hər günüə görə 1 faiz ödəncin ödənilməsinə dair məlumatı məhkəməyə təqdim edilmişdir, elektron portalda yerləşdirilmişdir və həmin sənədlər iş materiallarının arasındadır. Bundan başqa, 1) ekspertin cavabdehin zəruri sənədləri ekspertizaya qəsdən təqdim etməməsinə dair ekspertin rəy verməkdən imtinasına dair məktubu, 2) məhkəmə sorğusu nəticəsində cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələb etdiyi 134 sığorta hadisəssinə dair siyahıya uyğun tərtib edib təqdim edilmiş 43 ədəd sığorta hadisəsinin etirafına dair siyahının, 3) daha sonra, elektron kabinetdə cavabdeh tərəfindən yerləşdirilmiş daha 24 ədəd iddiaçının tələb etdiyi 134 ədəd sığorta hadisəsi olan siyahıya uyğun 24 ədəd sığorta hadisəsinə aid sənədlərin yerləçdırilməsinə və 4) cavabdeh tərəfindən təqdim edilərək ifadə vermiş şahid ifadəsi və s. sənədlər sübutlar hesab olunsa da məhkəmə bu sübutlara dair heç bir prosessual hərəkət etməmiş, bu sübutları araşdırmamış, qiymətləndirməmiş və məhkəmə qətnaməsində istinad etməmişdir. Məhkəmə bütün yuixanda qeyd edilən sənədlərdən yalnız xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən elektron kabinetə yerləşdirilmiş "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli əmrinə əsasən bir sığorta hadisəsi zamanı cəlb olunan satış nümayəndəsinə ödənilən 15 manat əlavə əmək haqqının ödənilməsinə dair arayışa istinad edərək 25 sığorta hadisəsi zamanı iş vaxtından artıq işə görə ödəniş etməsi, ƏM-nin 164-cü maddəsinin 1-ci hissəsinə əsasən istirahə t, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqının ödənilməsi qaydasına başdan-başa ziddir və kobud konstitutsion qanun pozuntusu hesab olunmalıdır. Yasamal Rayon Məhkəməsi mübahisəli məsələ üzrə iddiaçıya cavabdeh tərəfindən İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqının hesablanıb ödənilməsi üçün mülki iş materiallarınmı erspertizaya göndərsə də, ekspert zəruri tədqiqat predmetlərini cavabdehin təqsiri səbəbindən ekspertə təqdim etmədiyindən ekspert rəy verməkdən imtina etmişdir. Bundan sonra mübahisə predmetinə dair 43 sənədi və əlavə olaraq 24 sənədi məhkəməyə təqdim etsə də, məhkəmə bu halları qiymətləndirməmişdir.

15. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhə ri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(004)-40/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddiaçının iddiasının rədd edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı X1 işlədiyi müddət ərzində iş vaxtından əlavə iş saatlarında işə cəlb edilməsi barədə hər hansı sərəncam, əmr və yaxud göstəriş olmamışdır. Bu barədə iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində keçirilən məhkəmə iclaslarında bu fikri qeyd etmişdir. Bütün bunlara baxmayaraq, məhkəmə əmək müqaviləsi üzrə qeyd olunan iş saatlarından əlavə iş saatlarına işə cəlb etmə halının mövcud olmadığı təqdirdə 25 hadisə üzrə iddiaçının işə cəlb edilməsi kimi qiymətləndirərək hər bir hadisə üzrə 15 manat məbləğin ümumilikdə 375 manat pul vəsaitinin cavabdehdən tutulmasını təmin etmişd ir. İddiaçı qeyd edilən hadisələr üzrə hadisə yerində olmasını təsdiq edən hər hansı əmr, sərəncam, göstəriş olduğunu qeyd etməmişdir. İddiaçının tələbi üzrə şahid ifadələri işə əlavə olunmuşdur və müəyyən edilmişdir ki, o iş vaxtından əlavə işə cəlb olunmayıb. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi şərh olunan həmin tələblərə cavab vemir. Məhkəmə heç bir əsas göstərilmədən iddianı qismən təmin etməklə qanunun tələblərini pozmuş, iddia ərizəsində və iş materiallarında göstərilən sübutlara lazımi hüquqi qiymət verməməklə, işin hallarını ətraflı araşdırmamışdır. İşə baxan məhkəmə, ilk növbədə, iddiaçının qeyri-iş günlərində işə cəlb olunmasına dair hər hansı sərəncam, əmr və yaxud göstəriş olması faktını aşkar etməmişdir. Əmək Məcəlləsinin 95-ci maddəsinin 2-ci bəndinə əsasən iş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. İddiaçı X1 işlədiyi müddət ərzində iş vaxtından əlavə iş saatlarında işə cəlb edilməsi barədə hər hans sərəncam, əmr və yaxud göstəriş olmamışdır. Bu barədə iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində keçirilən məhkəmə iclaslarında yuxarda göstərilən fikri qeyd etmişdir. Lakin məhkəmə iddiaçınının qeyri-iş günlərində işə cəlb olunmasını təsdiq edən hər hansı sübutlara istinad etməmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza tədqiqatının aparılması Azərbaycan Respublikası Auditorlar Palatasının audit orlarına həvalə edilmişdir. Sərbəst auditor X2 xx.xx.2024-cü il tarixli audit rəyində qeyd edilmişdir ki, Cavabdeh ASC-nin təqdim etdiyi sənədlər və İddiaçı təqdim etdiyi izahat və sənədlər əsasında araşdırma aparılmışdır. "xxxx" ASC-nin nümayəndələri Fərəh xanım və Şəfaət bəy iştirak etmişlər. İddiaçı özü şəxsən müvafiq sənədləri təqdim etmiş və zəruri izahat vermişdir. Bundan əlavə İddiaçı qeyri-iş saatları və günlərində işləməsinə istinad edilən e-mail yazışmaları təqdim etmişdir. Bu e-mail yazışmalarında İddiaçı hansı tarixdə, hansı hadisə ilə bağlı işlərə cəlb olunması barədə məlumatlar öz əksini tapmışdır. Göstərilən hadisələrin qovluqları "xxxx" ASC müəsissəsindən tələb edilsə də, müəsissə həmin işlərin qovluqlarını təqdim etməmişdir. İddiaçı təqdim etdiyi e-mail yazışmalarda, yalnı z, İddiaçı müvafiq hadisələrdə iştirakı göstərilmişdir. Lakin, həmin işlərdə iştirak edib-etməməsi barədə akt araşdırmaya təqdim olunmamışdır. "xxxx" ASC-nin nümayəndələri isə e-mail yazışmaları ilə işçilərin müvafiq işlərə yönləndirildiyini təsdiq etmiş, lakin, bütün e-mail yazışmalarını və sığorta hadisələri üzrə İddiaçı iştirak etdiyi işlərin qovluqları akt və digər sənədləri təqdim edilməmişdir. Məhkəmə əgər tərəflərin təqdim etdiyi sənəd və izahatlara əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddətdə 99 qeyri-iş günündə və 35 gün üzrə qeyri-iş saatlarında, yəni iş vaxtından əlavə artıq işə cəlb edildiyini təsdiq edən sənəd olaraq e-mail yazışmaları üzrə sənədləri sübut kimi qəbul edərsə 99 qeyri-iş günü və 35 gün üzrə iş vaxtından əlavə, qeyri-iş saa tlarında işə cəlb olunduğuna görə İddiaçı 9495,24 manat məbləğində əlavə əmək haqqı hesablama aparılaraq "xxxx" ASC-dən ödənilməlidir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-6740/2023 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası barədə 22 iyul 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, təqdim edilmiş mülki iş materiallarında olan sənədlər, rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilənlərə əsasən ekspertiza təyini haqqında Qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı X1 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cavabdeh "xxxx" ASC-də iş lədiyi müddətdə artıq iş saatlarına cəlb edilmədiyi müəyyən edilir. Rəyin tədqiqat prosesinin təsviri hissəsində qeyd edilmişdir ki, iş materiallarında iddiaçı X1 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh ASC-də işlədiyi müddətdə artıq iş saatlarına cəlb edilməsi barədə hər hansı bir təsdiqedici sənəd, yəni əmr və ya sərəncam, tabel, uçot vərəqələrində qeydlər olmadığından həmin müddət ərzində X1 artıq iş saatlarına cəlb edilməsi müəyyən olunmur. Həmçinin iddiaçı X1 əmək haqqısının, məzuniyyət haqqının hesablanması Azərbaycan Respublikasının qüvvədə olan qanun və müvafiq qaydalarına əsasən əmək müqaviləsinin şərtlərinə uyğun hesablandığı müəyyən olunur. Həmçinin, qeyd edilmişdir ki, təyin olunmuş məhkəmə-mühasibat ekspertizasının metodikasına görə tədqiqat ilkin mühasib at sənədləri əsasında aparılır. Aparılmış eskpertiza tədqiqatının dəyəri 150 manat məbləğində müəyyən edilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-500/2024 nömrəli mülki iş üzrə 21 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) iuddiaçı İddiaçı və cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-40/2023 saylı işi üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

20. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məh kəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirmədən saxlamaq qənaətinə gəlmişdir. "xxxx" ASC-nin 01 mart 2019-ci il tarixli daxili əmrinə əsasən müəyyən edilir: 1."xxxx" ASC-nin filiallarında sığorta hadisələrinə cəlb olunan hər bir satış nümayəndəsinə tənzimlədiyi hər bir sığorta hadisəsinə görə 15 (on beş ) manat (net) məbləğində əlavə ödəniş edilsin.

2. Cəmiyyətin filiallarında baş vermiş sığorta hadisələrinin tənzimlənməsinə görə satış nümayəndələrinə ödəniləcək əlavə məbləğin həyata keçirilməsi üçün müvafiq forma təsdiqlənsin (əmrə əlavə olunur).

3. Əmrdən irəli gələn məsələlərin həlli İnsan Resur sları, Sığorta hadisələrinin tənzimlənməsi, Daxili monitorinq və Sığorta hadisələri üzrə müştəri xidmətlərinə tapşırılsın.

21. Apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, o, cavabdeh şirkətdə işlədiyi dövrdə iş vaxtından əlavə işlərə cəlb edildiyini və bu saatların iddia etdiyi müddətdə olduğunu sübut etməmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən iş vaxtından artıq iş-işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müəyyən edilir ki, belə bir hal iş materialları ilə öz təsdiqini tapmır, bundan əlavə, iş üzrə keçirilən sonuncu xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cavabdeh "xxxx" ASC-də işlədiyi müddətdə artıq iş saatlarına cəlb edilmədiyi müəyyən edilir. Bununla belə, iddiaçının sığorta hadisələri ilə bağlı iş vaxtından artıq fəaliyyət göstərdiyi istisna edilməsə də, o öz hüquqlarına rəğmən iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etməmiş, işəgötürən isə bu halları rəsmiləşdirməmişdir.

22. Məhkəmə hesab etmişdir ki, hər bir iş vaxtından artıq vaxtda işə cəlb olunması üçün işəgötürənin qanunvericiliklə və əmək müqaviləsi üzrə iradə ifadəsi (buna zərurət) rəsmiləşdirilməli və müvafiq maliyyə-mühasibat sənədləşməsi aparılmalıdır. İşçinin öz təşəbbüsü ilə iş vaxtından artıq vaxtda fəaliyyət göstərməsi qanunvericiliyin dispozitiv şərtinə uyğun iş vaxtından artıq vaxtda işə cəlb olunması anlamını vermir. Belə bir halın olması qanunda və müqavilədə nəzərdə tutulmayan iş vaxtından artıq vaxtda işə cəlb olunma, yəni qanunsuz olaraq əməyə məcbur etmə qanunla qadağan olunan və müvafiq olaraq sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta və ya cinayət hüququ müstəvisində araşdırılmalı olan haldır və inzibati (xəta) və cinayət məsuliyyətini yaradır.

23. Cavabdehin şikayətinə münasibətdə isə apellyasiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" ASC-nin 01 mart 2019-ci il tarixli daxili əmrinə əsasən birinci instansiya məhkəməsinin qənaətini təkzib edən sübutlar cavabdeh tərəfindən təqdim edilmədiyindən, əksinə cavabdehin nümayəndələri tərəfindən bunun təcrübədə mümkün olduğu qeyd edildiyindən, hər bir sığorta hadisəsinə görə 15 manat məbləğində əlavə ödənişin verilməsi də mümkündür. Lakin iddiaçının şikayətinin əsası bu müstəvidə olmadığından, lakin buna etiraz da etmədiyindən, ona münasibətdə sübutetməni n predmetinə aid olmayan (iş vaxtından artıq işə cəlb edildiyinə görə ödənilməli olan əmək haqqının qanunauyğun şəkildə hesablanmasına dair şikayət həddinə aid olmayan) məsələnin müzakirəsi mülki prosessual tələblər baxımından yolverilməzdir. Ona görə cavabdehin şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir.

24. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 7 və 35-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9cu maddəsinin e bəndinə, 95-ci maddəsinin 1, 2, 3-cü hissələrinə, 99-cu maddəsinin 1-ci hissəsinə, 101-ci maddəsinin 1 və 2-ci hissələrinə, 102-ci maddəsinin 1 və 2-ci hissələrinə və 165-ci maddəsinin 1, 2, 3-cü hissələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(103)-500/2024 saylı qətnaməsini ləğv edilərək iddiaçının iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayətinin bəzi dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə, konstitutson prinsipi kobud şəkildə pozduğundan sübutları tam, obyektiv, hərtərəfli, ümumiyyətlə araşdırmadığından və nəticədə sübutları düzgün qiymətləndirmədiyindən nəticə etibarı ilə düzgün olmayan, qanunsuz, əsassız, ədalətsiz və qərəzli qətnamə qəbul etdiyindən həqiqətin müəyyən olunmasını təmin etməmişdir. Öz qulluq mövqeyindən istifadə edərək ziddiyyət li izahatlarla qanunsuz, əsassız və ədalətsiz qətnaməsini qanuni qətnamə kimi izah etməyə çalışsa da yuxarıda qeyd etdiyimiz ziddiyyətlər qətnamənin qanuniliyini şübhə altına alır. Bütün iddianın mahiyyəti iş vaxtından artıq işlərə cəlb olunmaya görə ödənişin ƏM-nin 164 və 165-ci maddələrinin tələblərinə uyğun olaraq ödənilməsi olsa da, məhkəmə insan dərrakəsinin dərk etmədiyi ifadələrlə qiymətləndirmə edərək kobud pozuntularla qanunsuz, əsassız və qərəzli olduğu gözlə görünən qətnamə qəbul etmişdir. Məhkəməyə dəfələrlə bildirilmişdir ki, qəza komissarına iş vaxtından artıq işlərə görə əmək haqqısının iki qatı miqdarında ödənişini təmin etməlisiniz. Cavabdeh tərəfindən 15 manat ödənişlə əlaqədar arayış məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İddiaçı tərəf isə bu arayışa həmin anda və sonrakı bütün proseslərdə etirazını bildirmiş və apellyasiya şikayətində də belə ödənişin qanunsuzluğunu dəfələrlə qeyd etmişdir. Məhkəmə isə öz qulluq mövqeyinə uyğun qiymətləndirmələr etmişdir. Apellyasiya məhkəməsi isə iş materiallarında olan bu sübutları görməzdən gəlmiş, araşdırmamış, qiymətləndirməmiş və yaxud istəməmiş və nəticədə ziddiyyətli, şübhəli və qanunsuz qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsi tərəfindən 3 dəfə məhkəmə ekspertizasına müraciət edilsə də və üç müxtəlif cavab alınsa da bu sübutlara qiymət verməmişdir. Məhkəmə məhz sonuncu, şübhəli, natamam, heç bir sübuta istinad edilməyən ekspert rəyinə istinad edərək həmin ekspert rəyini mötəbər hesab etmişdir. Halbuki, həmin ekspert rəyi cavabdehin mövqeyindən heç nə ilə fərqlənmir. Məhkəmə isə ədalətsiz, qan unsuz, əsassız mövqeyini belə əsaslandırmaqla qərəzli olduğunu, kənar təsirlər nəticəsində şübhəli qətnamə qət etdiyini gizlədə bilmir. Bakı Apellyasiya Məhkəməsi iddiaçının 3 il ərzində kifayət qədər təqdim etdiyi mötəbər sübutları qiymətləndirməmiş, prosesin sonunda tərəfsiz olduğunu unudaraq cavabdehin, işəgötürənin, iqtisadi cəhətdən daha güclü, təşkilati sərəncamverici səlahiyyət sahibi olduğundan öz mənafeyinə toxunan əmr və sərəncamları vaxtlı-vaxtında icra etmədiyini qanuni hesab etməklə qanunsuz, əsassız, ədalətsiz olaraq cavabdehi müdafiə etmişdir. Məhkəmə haqqın, ədalətin və qanunun yanında olmamış, cavabdehin yanında olmaqla iqtisadi cəhətdən daha güclü olan yanında durmuşdur.

27. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə, Azərba ycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinə,165-ci maddəsinin 1-ci hissəsi, Mülki Prosessual Məcəlləsinin 9.3, 88, 97.5 və 380.1-ci maddələrinə, Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011- ci il tarixli qərarına istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

29. Maddə 35 (hissə İİİ). Heç kəs zorla işlədilə bilməz.

30. Maddə 35 (hissə İV). Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

31. Maddə 9 (bənd e). Əmək müqaviləs i üzrə işçinin - iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək- kimi əsas hüquqları vardır:

32. Maddə 95 (hissə 1). İş vaxtının rejimi qaydaları - gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

33. Maddə 95 (hissə 2). İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müdd ətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır.

34. Maddə 99 ( hissə 1). İş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

35. Maddə 102 ( hissə 1). İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.

36. Maddə 102 (hissə 2). İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.

37. Maddə 165 (hissə 1). İşçilərə iş vaxtından a rtıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

38. Maddə 165 (hissə 2) Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

39. Maddə 165 ( hissə 3) İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edil məsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əs as yoxdur.

4. Kassasiya şikayətində göstərilən dəlillər iddia ərizəsində və apellyasiya şikayətində göstərilən dəlillərlə eyni məzmunludur, sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.

5. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

6. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət v erərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qə rara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-500/2025 nömrəli iş üzrə 21 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar