Məhkəmə qərarları › İş №2(102)-5892/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5892/2022

29.11.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5892/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Füzuli oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, X2 və İddiaçı10 Cavabdeh MMC-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 2 saylı region üzrə X8 cəlb edilməklə) iş üzrə QƏRAR Açar sözlər: əmək müqaviləsi bağlanmadan görülən işə görə yığılmış borc Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Füzuli oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, X2 və İddiaçı10 Cavabdeh MMC-nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 2 saylı region üzrə X9 cəlb edilməklə) qarşı “əmək haqqının” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2022-ci il tarixli 2(103)-1060/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2022-ci ildə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçılar 2016-cı ildə Cavabdeh MMC-nə ilə əmək müqaviləsi bağlanmadan iş gördüklərini və görülən işə görə onlara verilməli olan əmək haqqının ödənilmədiyini bildirirlər.

2. Cavabdeh MMC-nin direktoru və maliyyə direktoru tərəfindən i mzalanmış və möhürlə təsdiqlənmiş «İddiaçı2 qrupu üzrə əmək haqqı borcu» başlıqlı sənəddə həmin MMC-nin 16 nəfər şəxsə ümumilikdə 176118,64 manat, o cümlədən İddiaçı6 (maşinist) 2000 manat, İddiaçı10 (pikap) - 4000 manat, İddiaçı2 (layihə rəhbəri) - 45104 manat, İddiaçı1 (tikinti üzrə konsultant) - 34460 manat, İddiaçı3 Füzuli oğluna (maşinist) - 9494 manat, İddiaçı7 (sürücü) - 2726 manat, X3 (maşinist) - 8848 manat, İddiaçı8 (maşinist) 10792 manat, İddiaçı5 (maşinist) - 11278 manat, İddiaçı4 (maşinist) - 12778 manat məbləğində əmək haqqı borcu olduğu əksini tapmışdır.

3. İddiaçılar Cavabdeh MMC-dən əmək haqlarını ala bilmədiklərinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə şikayət etmiş, Xidmətin 2 saylı region üzrə X8 iddiaçılara 08 iyul 2019-cu il tarixli mək tubla cavab verərək bildirmişdir ki, müəssisədə çalışan işçilərin izahatlarından, həmçinin rəhbəri olduqları qrup üzrə əmək haqqı borcuna dair "xxxx" MMC-nin rəhbərliyi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş cədvəldən məlum olmuşdur ki, 15 şikayətçidən yalnız İddiaçı2 müəssisə ilə əmək münasibətləri əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş, digər işçilər isə əmək müqaviləsi bağlanmadan müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Araşdırma zamanı Azərbaycan Respublikası CM-in 162-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin mövcud olması müəyyən olunmuşdur.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin araşdırma materialları Azərbaycan Respublikası Baş prokurorluğuna göndərilmiş, Baş prokuror y anında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsində araşdırma aparılmış və 01 noyabr 2019-cu il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən, yəni CM-in 162-1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə istinad edilməklə (qeyri-bəraətverici əsasla) cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, araşdırma zamanı Cavabdeh MMC-nin direktoru X10 izahatında göstərmişdir ki, 2016-cı ilin aprel ayından dekabr ayınadək cəmiyyət Gəncə şəhəri ərazisində su və kanalizasiya xətlərinin çəkilməsini həyata keçirmiş, bu məqsədlə işçi qüvvəsi lazım olduğundan X6 öz briqadası ilə həmin işi başa çatdırmışdır. Ancaq bəzi işçilərin sınaq müddətində fəaliyyətinin yoxlanılması məqsədi ilə onlarla əmək müqavi ləsi bağlanmamışdır. Həmçinin, cəmiyyətin maddi çətinlikləri olduğundan onların əmək haqları tam verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Füzuli oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, X2 və İddiaçı10 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əmək haqqı borcu olaraq 140480 manat pulun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin mart ayında Gəncə şəhərinin su və kanalizasiya sisteminin tikintisinə dair tenderin qalibi iş üzrə Cavabdeh MMC və iddiaçılar arasında olan razılaşmaya əsasən onlar 20 mart 2016-cı ildən etibarən Gəncə şəhərində su v ə kanalizasiya sisteminin bərpası işlərinə cəlb olunmuşdur. Bir müddət layihə əsasında müəyyən işlər görsələr də, cavabdeh təşkilat tərəfindən iddiaçılara olan əmək haqqı borcu vaxtlı-vaxtında ödənilmədiyinə görə həmin layihə üzrə işləri dayandırmaq məcburiyyətində qalmışlar. Nəticədə cavabdeh təşkilatın onlara hazırki günə ümumilikdə 140480 manat ödənilməmiş borcu qalmışdır. Dəfələrlə cavabdeh təşkilata, digər aidiyyəti dövlət orqanlarına borcun ödənilməsi ilə bağlı müraciət etsələr də, bu heç bir nəticə verilməmişdir.

7. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 2 saylı region üzrə X4 nümayəndəsi X7 birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında qeyd etmişdir ki, iddiaçıların hazırki iddia tələblərinin əsas ını təşkil edən məsələ ilə əlaqədar Müfəttişliyə də müraciət etmişlər. Müraciətlə əlaqədar olaraq zəruri tədbirlər görülmüş, şirkətin rəhbərliyi ilə əlaqə saxlanılmışdır. Onlar özləri də bildirmişər ki, iddiaçılar şirkətlərində işləmişlər. Lakin qeyd etdiklərinə görə iddiaçılardan yalnız ikisi müqavilə əsasında işləmişdir. Digərlərinin isə əmək müqaviləsi olmamışdır. İddiaçıların sayı 10 nəfərdən çox olduğundan bu halla əlaqədar olaraq inzibati protokol tərtib edə bilməmişlər. Məsələ ilə əlaqədar olaraq Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qarşısında məsələ qaldırılmış və bütün zəruri sənədlər ora təqdim edilmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2019-ci il tarixli, 2(005)3926/2019 nömrəli qətnaməsi ilə (hakim K.F.Əmirx anova) iddia təmin edilərək, Cavabdeh MMC-dən 140480 manatın iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Füzuli oğlunun, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, X1 və İddiaçı10 xeyrinə tutulması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçılar və cavabdeh şirkət arasında əmək münasibətləri əmək qanunvericiliyinin tələblərinə uyğun rəsmiləşdirilməsə də, iddiaçılar cavabdeh üçün iş görmüş, cavabdeh isə bunun müqabilində həmin işin dəyərinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür.

10. Birinci instansiya məhkəməsi iş materiallarında olan Cavabdeh MMC-nin direktoru və maliyyə direktoru tərəfindən imzalanmış və təsdiqlənmiş cədvəl üzrə məlumatlara əsasən hesab etmişdir ki, iddiaçıların cavabdeh şirkət üçün işlərin görülməsi və cavabdehin bu işləri dəyər inin ödənilməsi vəd etməsi iş materialları ilə öz təsdiqini tapdığından iddia təmin edilməli, Cavabdeh MMC-dən 140480 manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Füzuli oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, X2 və İddiaçı10 xeyrinə tutulmalıdır.

11. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1-ci, Əmək Məcəlləsinin 17.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

12. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2019-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh şikayətini belə əsaslandırmışdır ki, məhkəmənin yeri və vaxtı barədə onlar lazımi qayd ada məlumatlandırılmamış, məhkəmədə iştirakı təmin olunmamış, dinlənilmək hüquqları və çəkişmə prinsipi pozulmuşdur. Həmçinin iddiaçılarla onun arasında əmək qanunvericiliyinə uyğun heç bir əmək müqaviləsi, yaxud mülki qanunvericiliyə uyğun hər hansı xidmət müqaviləsi olmamışdır. Məhkəmə iddiaçıların subyektiv hüququnun olub-olmamasını yoxlamamış, prosessual və maddi hüquq normalarını pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.

14. Apellyasiya icraatı zamanı cavabdeh tərəf mülki işin 196-cı səhifəsində olan, Cavabdeh MMC-nin direktoru və maliyyə direktoru tərəfindən imzalanıb möhürlə təsdiqlənmiş sənədin mötəbərliyini mübahisələndirərək, bildirmidir ki, müəssisənin direktoru işləri ilə əlaqədar tez-tez başqa-başqa rayonda olduğu üçün əməliyyatların operativliyini təmin etmək zə rurəti ilə əlaqədar həmişə ofisdə hazır imzalı, möhürlü blanklar saxlayıb ki, onun olmadığı vaxtlarda yazışmaların ləngidilməməsi və işləri sürətli aparılması məqsədi ilə işçiləri həmin imzalı və möhürlü sənədlərdən istifadə etsinlər. Dəfələrlə bu praktikadan istifadə olunub, onlara məlum olmayan yolla iddiaçılar da həmin blanklardan birinə əmək haqqı borcu barədə belə bir mətn əlavə ediblər və həmin saxta sənədi də sübut kimi məhkəməyə təqdim etmişlər. Onlar hazır imzalı və möhürlü vərəqə belə bir mətn əlavə etmişlər ki, həmin vərəqdə yazıların bir hissəsinin çap formasında, MMC-nin vəzifəli şəxslərinin ad və soyadlarının isə əlyazma formasında icra edilməsi də bunu təsdiq edir.

15. Apellyasiya instansiyasə məhkəməsi qeyd olunan sənədin texniki ekspertizasını təyin etmiş, ekspertizanın 10 noyabr 2020-ci il tarixli 5/793-5/795 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş mülki işin 196-cı vərəqində olan İddiaçı2 qrupu üzə əmək haqqı borcu adlı sənəddəki çap mətni və həmin sənəddə olan əlyazma mətni, imzalar, möhür ayrı-ayrı vaxtlarda icra olunmuşdur. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış mətnin, ştempel boya ilə icra olunmuş möhürün əksinin və diyircəkli qələmlə icra olunmuş əlyazılarının və imzaların tərtib olunma mütləq vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərardadda göstərilən mülki işin materiallarına əlavə edilmiş ( iş vərəq 70) İddiaçı2 qrupu üzrə əmək haqqı borcu adlı sənəddə də möhür və imzaların həmin sənəddə olan mətnlə eyni vaxtda icra edilib edilmədiyi müəyyən edilməsi barədə sual üzrə tədqiqat aparılmadı.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(103)-565/2021 nömrəli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və A.V.Tanrıverdiyev) Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(005)-3926/2019 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı2 Zülfü oğlunun iddia tələbi qismən təmin olunmuş, Cavabdeh MMCdən 2298,71 manatın alınaraq ona ödənilməsi, onun iddia tələbinin qalan hissədə, digər iddiaçıların iddia tələblərinin isə bütünlükdə təmin edilməməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin qanuni əsasını fərdi əmək mübahisəsi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154cü maddəsinin 1-ci bəndi və 294-cu maddəsi ilə birlikdə götürülməklə həmin Məcəllənin 288-ci maddəsinin d) bəndi təşkil edir. İddiaçılar tələblərinin əsası kimi məhkəməyə X8 ilə olan yazışmaları, eləcə də Cavabdeh MMC-nin direktoru və maliyyə direktoru tərəfindən imzalanmış və təsdiqlənmiş “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənədin kserosurətini təqdim etmişlər. İddiaçılar hazırkı tələbləri ilə bağlı məhkəməyə hər hansı başqa sübut, xüsusən də cavabdehlə əmək münasibətlərini təsdiqləyən əmək müqavilələrini təqdim edə bilməmişlər. Rayon məhkəməsi yalnız mülki iş materiallarında olan Cavabdeh MMC-nin direktoru və maliyyə direktoru tərəfindən imzalanmış və təsdiqlənmiş “İddiaçı2 qrupu üzrə əmək haqq ı borcu” adlı sənədin kserosurətinə əsaslanmaqla iddia tələbini təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə sənədlərin texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2020-ci il tarixli rəyinə əsasən mülki işin 196-cı vərəqində olan “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənəddəki çap mətni və həmin sənəddə olan əlyazma mətni, imzalar, möhür əksi ayrı-ayrı vaxtlarda icra olunmuşdur. İddiaçılar (İddiaçı2 istisna olmaqla) isə cavabdehlə əmək qanunvericiliyinin yuxarıda istinad olunan normalarının tələblərinə uyğun olaraq əmək münasibətlərində olmalarına, onunla bağlanmış (razılaşmış) əmək müqaviləsinə əsasən 2016-cı ilin mart ayından həmin ilin dekabr ayınadək əmək funksiyalarını yerinə yetirdiklərinə, eləcə də, cavabdehin onlara əmək müqaviləsinə əsasən görmüş olduqları işlərə görə ödənilməmiş əmək haqqı borcunun olmasına dair biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədənkənar sübut təqdim edə bilməmişlər.

18. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə qeyd etmişdir ki, hazırkı mülki iş üzrə aparılmış araşdırmalarla iddiaçların (İddiaçı2 istisna olmaqla) iddia tələblərinin əsasız olması müəyyən olunmuşdur. İddia müddətinin tətbiqi isə yalnız əsaslı olan (keçərli olan) iddialara tətbiq oluna bilər. Əsassız olan iddia tələbi elə əsassız olmasına görə rədd edilməlidir. Başqa sözlə, əsassız olan iddia tələbinə iddia müddətinin tətbiqi istisna olunur. Bu baxımdan da, hazırkı iş üzrə iddiaçıların (İddiaçı2 istisna olmaqla) tələblərinə iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsi təmin edilə bilməz.

19. Apellyasiya instansiyası məhkəməsi İddiaçı2 iddiasına müddətin tətbiq olunmasına münasibətdə isə qeyd etmişdir ki, Avropa Məhkəməsi özünün bir çox qərarlarında, o cümlədən də, «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə xx.xx.2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil;..müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digə r hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə də «mülkiyyət» kimi qiymətləndirilə bilər. («İatridis Yunanıstana qarşı», şikayət №31107/96, b.54, AİHM 1999-İİ; «Beyeler İtaliyaya qarşı», şikayət №33202/96, b.100, AİHM 2000-1)

20. Avropa Məhkəməsi bir çox sonrakı qərarlarında da ərizəçilərə müəyyən məbləğlərdə pulun ödənilməsindən (məsələn: əmək haqqı, pensiya və sair) imtina hallarını da Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Məsələn: AİHM xx.xx.2012-ci il tarixli Qərarında («Burdov Rusiyaya qarşı») Çernobıl qəzasının iştirakçısı kimi ərizəçiyə təyin olunmuş kompensasiyanın ödənilməməsini onun mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirmişdir. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, hazırkı iş üzrə iddiaçının ona ödənilməmiş əm ək haqqı tələbi Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür və onun «mülkiyyəti» hesab olunur. Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə görə isə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında (özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) tələblərə iddia müddəti şamil edilmir. Belə olan halda aydın olur ki, İddiaçı2 hazırkı iddia tələbinə iddia müddəti tətbiq oluna bilməz.

21. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154, 287, 288, 289 və 294.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat

22. İddiaçılar kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2021-ci il tari xli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməklə belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işə baxılarkən iddiaçıların və vəkillərinin iştirakları təmin olunmamış, məhkəməyə dəvət olunmuş şahidlər dindirilməmiş, sübutlar düzgün qiymətləndirilməmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4957/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə, iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(103)-565/2021 nömrəli qətnaməsinin qismən, yəni iddianın təmin ol unmamış hissələrində ləğv edilməsi və işə həmin hissələrdə yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

25. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçılar (İddiaçı2 Zülfü oğlu istisna olmaqla) cavabdeh şirkətlə aralarında əmək münasibətlərini təsdiqləyən əmək müqavilələrini təqdim edə bilməmişlər.

26. Qeyd edilməlidir ki, iddiaçılar özləri də onlarla əmək müqaviləsinin bağlanmasını iddia etməmişlər. Əksinə iddia ərizələrindən, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə ünvanlanmış müraciətlərdən də müəyyən olunur ki, iddiaçılar cavabdeh Cəmiyyətdə faktiki işləmələrini göstərməklə, bunun müqabilində əmək haqlarının ödənilməməsindən şikayət etmişlər.

27. O cümlədən X8 Xidmətinin 2 saylı region üzrə X5 08 iyul 2019-cu il tarixli məktubuna əsasən, həmin Xidmətdə aparılmış araşdırma ilə iddiaçıların əmək müqaviləsi bağlanmadan müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmələri, araşdırma materiallarında Azərbaycan Respublikası CM-in 162-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin mövcud olması müəyyən olunmuşdur.

28. Həmçinin iş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş müraciət əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsində araşdırma aparılmış və 01 noyabr 2019-cu il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.11-c i maddəsinə əsasən, yəni CM-in 162-1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə istinad edilməklə (yəni qeyribəraətverici əsasla) cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, araşdırma zamanı Cavabdeh MMC-nin direktoru X10 izahatında göstərmişdir ki, 2016-cı ilin aprel ayından dekabr ayınadək cəmiyyət Gəncə şəhəri ərazisində su və kanalizasiya xətlərinin çəkilməsi həyata keçirmiş, bu məqsədlə işçi qüvvəsi lazı olduğundan X6 öz briqadası ilə həmin işi başa çatdırmışdır. Ancaq bəzi işçilərin sınaq müddətində fəaliyyətinin yoxlanılması məqsədi ilə onlarla əmək müqaviləsi bağlanmamışdır. Həmçinin, cəmiyyətin maddi çətinlikləri olduğundan onların əmək haqları tam verilməmişdir.

29. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi tərəflər arasında əmək mün asibətlərinin olmaması əsası ilə iddianı rədd edərkən, mülki qanunvericiliklə nəzərdə tutulmuş digər müqavilə münasibətlərinə əsasən iddianın əsaslılığını yoxlamamışdır.

30. Belə ki, prosessual qanunvericilikdə “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etmək və Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir. Məhz həmin prinsipə uyğun olaraq Azərbaycan Respublikası 26 may 2009-cu il tarixli Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsindən iddia ərizəsin də “qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif”in göstərmə vəzifəsinin iddiaçının üzərinə qoyulmasına dair müddəa çıxarılmışdır. 31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında irəli sürülmüş mövqeyə görə maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsi məsələsinin yoxlanılması zamanı tərəfin dispozitiv hüququ ilə “Jura novit curia” – “məhkəmə hüququ bilir” müddəası arasında kompromis mövcuddur. Apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə birinci instansiya məhkəmə sinin mübahisəyə dair verdiyi hüquqi qiymətləndirməni yoxlamaq hüququna malik deyil. Lakin apellyasiyanın əsasını birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan maddi hüquq normasının tətbiq olunması, onun düzgün şərh olunmaması və ya mübahisənin yanlış hüquqi qiymətləndirilməsi təşkil etdikdə, apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi qiymətləndirilməsini yenidən keçirir. Beləliklə, şikayətin obyektinə dair olduğu kimi şikayətin predmetinə dair də apellyasiya instansiyası məhkəməsinin yoxlama səlahiyyətlərinin hədləri apellyasiya şikayətində müəyyənləşdirilir. Hüquqi qiymətləndirmə zamanı “Jura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv e də və ya dəyişdirə bilər.

32. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların təqdim etdikləri “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənədi qeyri-mötəbər sübut qismində qiymətləndirmiş və iş üzrə keçirilmiş məhkəmə sənədlərin texniki ekspertizasının rəyinə istinad etmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, bu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaları pozulmuşdur.

34. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki ha llarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

35. Həqiqətən iş materiallarından müəyyən olunur ki, iddiaçılar birinci instansiya məhkəməsinə həmin sənədin rəngli surətini təqdim etmişlər. Lakin həmçinin müəyyən olunur ki, sənədin əsli apellyasiya məhkəməsinə təqdim olunmuş (c.1, səh. 196) və ekspert tədqiqatı məhz həmin sənədlə keçirilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinad edərək, mülki işin 196-cı vərəqində olan “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənəddəki çap mətninin və həmin sənəddə olan əlyazma mətninin, imzaların, möhür əksinin ayrı-ayrı vaxtlarda icra ol unmasını xüsusilə qeyd etsə də, ekspertin həmin nəticəyə gəlməsinin əsaslandırılmasını və ekspert rəyinin nəticə hissəsinin ikinci bəndini nəzərə almamışdır.

37. Belə ki, ekspert rəyinin “Tədqiqat prosesinin təsviri” bölməsində göstərilmişdir ki, tədqiq olunan sənəddə çap mətni elektrofotoqrafik qurğuda (lazer printer, surətçıxaran və s.) çap edilmiş, möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur, imzalar isə hər hansı texniki qurğu vasitəsi ilə deyil, birbaşa qələmlə icra edilmişdir. Tədqiq olunan sənəddəki çap mətni, əlyazma mətni, imzalar və möhür əksi müxtəlif üsullarla icra olunduğu üçün təqdim edilmiş mülki işin 196-cı vərəqində olan “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənəddə olan printer mətni, həmin sənəddə olan əlyazma mətni, imzalar və möhür əksləri ilə müqayisədə ayrı-ayrı vaxtlarda icra olunmuşdur. Rəyin nəticə hissəsinin ikinci bəndində isə göstərilmişdir ki, rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış mətnin, ştempel boya ilə icra olunmuş möhür əksinin və diyircəkli qələmlə icra olunmuş əlyazılarının və imzaların tərtib olunma mütləq vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərardadda göstərilən “Mülki işin materiallarına əlavə edilmiş (iş vərəq 70) “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənəddə möhür və imzaların həmin sənəddə olan mətnlə eyni vaxtda icra edilib edilmədiyi müəyyən edilsin” sualı üzrə tədqiqat aparılmadı. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat

38. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1060/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi İlə (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov) cavabdeh "X16" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi (baxılan hissədə) ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın (baxılan hissədə) təmin edilməsi, İddiaçı6 (maşinist)- 2000 manat, İddiaçı10 (sürücü pikap)- 4000 manat, İddiaçı2 Zülfü oğlunun ərizəsi nəzərə alınmaqla və xeyrinə 2298.71 manat məbləğində tutulmuş pul vəsaiti çıxılmaqla, 45104- 2298,71- 4000=) 38805,29 manat, İddiaçı1 (tikinti üzrə konsultant)37460 manat, İddiaçı3 Füzuli oğlu (maşinist)-9494 manat, İddiaçı7 (sürücü)-2726 manat, İddiaçı9 (maşinist)-8848 manat, İddiaçı8 (maşinist)- 10792 manat, İddiaçı5 (maşinist)11278 manat, İddiaçı4 (maşini st) -12778 manat olmaqla, cəmi 138181,29 (yüz otuz səkkiz min yüz səksən bir min iyirmi doqquz qəpik) manat pul vəsaitinin Cavabdehndən tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsi, Mülki Məcəllənin 21, 324, 385-390, 560, 739-746, 882-ci və Mülki Prosessual Məcəllənin 52.2, 52.5, 76, 77, 80- 82, 106, 191, 217.4, 220.4, 372, 385390, 420-ci maddələrinə müvafiq kassasiya instansiya məhkəməsinin göstərişlərinə əsasən hesab etmişdir ki, cavabdeh tərəfindən etiraf edilən borc yaranma səbəbindən asılı olmayaraq yazılı sübutla təsdiq edildiyindən və bu sübutun mötəbərliyini şübhə altına alan dəlillər mövcud olmadığından, habelə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilə rkən yazılı sübutda əks edilən hər bir iddiaçıya aid pul vəsaiti ayrılıqda göstərilmədiyindən baxılan hissədə (yəni qüvvədə olan İddiaçı2 Zülfü oğlunun xeyrinə 2298.71 manat məbləğində tutulmuş pul vəsaiti istisna olunmaqla) qətnamə (prosessual əsasla) ləğv edilməli və hər bir iddiaçıya aid məbləğlər və onların cəmi göstərilməklə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir.

40. Kollegiya hesab edir ki, cavabdeh iddiaçılarla əmək münasibətlərinin olmamasına istinad etsədə, prosessual şərait yaradılmasına və kifayət qədər zaman kəsiyində özü tərəfindən təsdiq edilmiş borcun etirafına aydınlıq gətirmədiyindən, işdə olan sübutların (cədvəlin, izahatların) mötəbərliyini təkzib edən hallar olmadığından, mövcud sübutlar əsasında qənaəti formalaşdıran amillərə əsasən nəticə məqbul hesab edilməlidir. Münasibətlərin səciyyəsindən asılı olmayaraq adı çəkilən birtərəfli əqd (cədvəl) isə borcun etirafı kimi qiymətləndirilməlidir.

41. Belə ki, Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsinə əsasən: Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə adlanan Mülki Məcəllənin 882-ci maddəsinə əsasən isə: Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəy yənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

42. Diqqətə çatdırılmalıdır ki, müddətin ötürülməsi üzrə kassasiya instansiya məhkəməsi tərəfindən göstərişlər olmadığından və onun hesablanması üzrə cavabdeh tərəfindən sübutlar təqdim edilmədiyindən bunun müzakirəsi üçün əsaslar müəyyən edilmir, cavabdehin borcun etiraf etməsi hərəkətləri birinci in stansiya məhkəməsində baxış zamanı tərəflərin izhar etdikləri iradə ifadələrinin həqiqi məzmununu müəyyən edir və maddi hüquq normalarına müvafiq məhkəmənin gəldiyi nəticənin ümumilikdə düzgün olduğunu təsdiq edir.

43. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 324, 385-390, 560, 739-746, 882, Mülki Prosessual Məcəllənin 52.2, 52.5, 76, 77, 80- 82, 106, 191, 217.4, 220.4, 372, 385390, 420-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin qeyd edilən əsaslarla rədd edilməsini xahiş etmişdir.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ödənilməli olan pul vəsa itinin məbləği barədə cavabdeh tərəfindən həqiqiliyi sübuta yetirilməmiş, mübahisəli və sübut kimi qəbul edilməsi yolverilməz olan sənəd əsasında müəyyən etməklə kobud qanun pozuntusuna yol vermişdir. Kasassiya instansiya məhkəməsi tərəfindən də “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənədin birbaşa sübut olaraq tanınması yox, həmin sənədlə bağlı daha ətraflı araşdırma aparılmalı olması barədə göstəriş verilmişdir. İşə ikinci dəfə baxan apellyasiya məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişinə əməl etməmiş, kassasiya instansiyasının sübutun mötəbərliyinin şübhəli olduğundan yenidən araşdırılmalı olması ilə bağlı tələbini düzgün qiymətləndirməmiş və müstəqil araşdırma aparmağa borclu olduğu halda bunu etməmişdir. Həqiqiliyi şübhə doğuran sənəd əsasında araşdırma aparmadan y ekun məhkəmə qərarının qəbul edilməsi Avropa İnsan Hüquqları Məhkəməsinin 6-cı maddəsinin də tələblərinə ziddir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ciddi qanun pozuntusuna yol verilərək ekspert rəyləri əsasında mötəbərliyi şübhə altına alınan və nə əsasda hesablama aparılması məlum olmayan naməlum cədvəl əsasında yekun qərar qəbul olunaraq kompensasiya məbləği hesablanmışdır. Məhkəmənin bu mövqeyi Avropa İnsan Hüquqları Məhkəməsi (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı iş üzrə” 2008-ci il 6 mart tarixli qərarı) və yerli məhkəmələr tərəfindən formalaşdırılan “əsaslı şübhədən kənar sübut” prinsinə tamamilə ziddir. O da nəzərə alınmalıdır ki, iddiaçılar birinci instansiya məhkəməsinə sözügedən cədvəlin əslini deyil, rəngli kserosurətini təqdim etmiş, bu fakt yalnız birinci apelyasiya icraatında aşkarlanmışdır. İddiaçılar tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilən zaman iddia müddəti buraxılmışdır və iddia bu əsasla rədd edilməlidir. İşə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçılar tərəfindən iddia müddətinin buraxıldığını və bu əsasla iddianın rədd olunması halını araşdırmamış və qiymət verməmişdir. Məhkəmə ümumiyyətlə tərəflər arasında əmək münasibətinin olubolmamasını araşdırmamış, bu məsələyə qiymət vermədən borc müqaviləsi ilə bağlı müddəalara əsaslanaraq qanunsuz əmək haqqı borcu hesablamışdır. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarında göstərilir ki, işin yenidən apellyasiya instansiyasında araşdırılması zamanı cavabdehin iddiaçılar qarşısında öhdəliyinin yaranması və icra olunub olunmaması məsələ lərinə sübutetmə vəzifəsinin bölüşdürülməsi qaydalarına uyğun hüquqi qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməlidir. Ali Məhkəmənin göstərişində qeyd olunan məsələ ilə əlaqədar maddi hüquq normalarının pozuntusu ilə bağlı 2 və 3-cü bəndlərdə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin hansı pozuntulara yol verməsi göstərilib. Kasassiya instansiyası məhkəməsinin iş üçün zəruri bu halların yenidən araşdırılıb hüquqi qiymət verilməsinin zəruriliyi göstərilsə də apellyasiya instansiyasında bu göstərişə əməl olunmamışdır. Əksinə, Ali Məhkəmənin araşdırma aparılması ilə bağlı göstərişi təhrif olunaraq sanki məhkəmənin bəzi mübahisəli hallara əvvəlcədən qiymət verilmiş olması kimi təfsir olunaraq çox ciddi prosessua l pozuntuya yol verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz daxil olmadı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

48. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

49. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

50. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

51. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

52. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

53. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə m ünasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Mad də 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. A pellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirilmişdir. Bu səbəbdən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.

66. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

67. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunu b-olunmadığını müəyyən edir.

68. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalıdlr. 69. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il ytarixli qərarın 2.2-ci bəndinə görə, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.

70. Lakin işə baxmış apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən, bu tələblərə əməl olunması müəyyən edilmir. Qətnamədə maddi hüquq normaları kimi ümumi şəkildə Mülki Məcəllənin 21, 324, 385-390, 560, 739-746, 882-ci maddələrinə istinad olunmuşdur. Göründüyü kimi bu normalar öhdəliyin müxtəlif növlərin ə aiddir və hər birinin tətbiq olunması üçün fərqli əsaslar mövcud olmalıdır. Lakin baxılan iddianın hüquqi əsasının sadalanan normalardan məhz hansı norma olduğu göstərilməyib.

71. Nəzərə alınmalıdır ki, MPM-nin 217 və 218-ci maddələrində məhkəmə qətnaməsinin qanuniliyi və əsaslı olması barədə tələb, qətnamədə sadəcə maddi hüquq normaların və müəyyən olunan faktların sadalanmasını deyil, iddianın maddi hüquqi əsasını təşkil edən normanın dispozisiya şərtlərinin açıqlanmasını və müəyyən olunan faktlarla uyğunluğunun təhlil edilməklə aydın nəticəyə gəlməni ehtiva edir.

72. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə uyğun deyil.

73. Eyni zamanda məhkəmənin araşdırması MPM-nin 14-cü maddəsində müəyyən olunmuş işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir.

74. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsində işə baxılarkən ona məlumat verilmədiyini, çəkişmə prinsipi pozulmaqla işə baxıldığını göstərmiş, həmçinin verilmiş iddia tələbinə iddia müddəti tətbiq olunmasını xahiş etmişdir. İşə birinci dəfə apelyasiya instansiyası məhkəməsində baxılarkən məhkəmə kollegiyası iddianı özlüyündə əsassız saydığına görə iddia müddətinin tətbiqinə zərurət olmadığını bildirmişdir. Lakin işə ikinci dəfə apelyasiya instansiyası məhkəməsində baxılarkən məhkəmə iddia müddətinin tətbiqi barədə cavabdehin dəlillərinə qiymət verməmiş və mövqeyini belə əsaslandırmışdır ki, müddətin ötürülməsi üzrə kassasiya instansiya məhkəməsi tərəfindən göstərişlər olmadığından və onun hesablanması üzrə cavabdeh tərəfində n sübutlar təqdim edilmədiyindən bunun müzakirəsi üçün əsaslar müəyyən edilmir, cavabdehin borcun etiraf etməsi hərəkətləri birinci instansiya məhkəməsində baxış zamanı tərəflərin izhar etdikləri iradə ifadələrinin həqiqi məzmununu müəyyən edir və maddi hüquq normalarına müvafiq məhkəmənin gəldiyi nəticənin ümumilikdə düzgün olduğunu təsdiq edir.

75. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin iş üzrə xx.xx.2021-ci il tarixli qərarı, ümumiyyətlə iddia müddətinin araşdırılmaması barədə fikir ifadə etmir. Əksinə, qərarda qeyd olunub ki, araşdırma zamanı cavabdehin iddiaçılar qarşısında öhdəliyinin yaranması və icra olunub-olunmaması məsələlərinə sübutetmə vəzifəsinin bölüşdürülməsi qaydalarına uyğun hüquqi qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi və pro sessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

76. Apellyasiya instansiyası məhkəməsi işin düzgün həlli üçün zəruri olan halları araşdrırmalı və iddia müddətinin tətbiq olunması barədə cavavdehin dəlilinə qiymət verməli idi.

77. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

78. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).

79. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsi Cavabdeh MMC-nin direktoru və maliyyə direktoru tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş, iddiaçılara borcun olması barədə (bu qərarın 2-ci paraqrafında göstərilən) yazılı sənədə borcun etirafı haqqında mücərrəd müqavilə kimi qiymət vermişdir (bu qərarın 41-ci paraqrafı). Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə dedikdə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması başa düşülür (Mülki Məcəllənin 389.1-ci maddəsi). Bu baxımdan, bəhs olunan sənədin müqavilə kimi qəbul olunması üçün tərəfələrin onu imzalamış olması zəruridir. Lakin həmin sənədi digər tərəf imzalamamışdır. Buna baxmayaraq, həmin sənəd işə bilavasitə aidiyyəti olan yazılı sübutdur və məhkəmə tərəfəfindən mütləq nəzərə alınmalıdır.

80. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bü tün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə, iş üzrə kassaiya instanisyası məhkəməsini bu iş üzrə xx.xx.2021-ci il tarixli və indiki qərarında qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, apelyasiya araşdırmasının hədlərinə uyğun iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respub likası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

81. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2022-ci il tarixli 2(103)1060/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar