Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5899/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5899/21 (Açar sözlər: prosessual müddətin bərpasından imtina, müddətin üzrsüz səbəbdən buraxılması) Bakı şəhəri, 20 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6920/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh kassasiya şikayətinə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3429/2019 saylı, 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən 06.01.2016-cı il tarixli, 422 saylı “Kredit müqaviləsi” üzrə əsas borca görə 131777,53 manat, faiz borcuna görə 31978,01 manat, cərimə borcuna görə 15000 manat, gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz olmaqla 6021,50 manat, cəmi 184777,04 manat məbləğində pulun, 30,40 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tələbin cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, cavabdehin mülkiyyətində olan həmin əmlakın ilkin satış qiymətinin 491000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, mənzilin satılmasından əldə edilən vəsaitdən qeyd edilən pul vəsaitlərinin iddiaçının xeyrinə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaiti artıq olduqda qalan pul vəsaitinin cavabdehə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərcləri dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilmə si, qiymətləndirmə xidmətinin dəyəri olaraq 350 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. (hakim Əminə Abbasova)
2. Cavabdeh apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6920/2020 nömrəli, 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Xətai Rayon Мəhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(011)-3429/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Ziya Şirinov və Fuad Talışınski)
3. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti 07 dekabr 2020-ci il tarixdə cavabdeh tərəfindən poçt xəbərnaməsinə imza olunmaqla rəsmi olaraq qəbul edilmiş dir.
4. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, şikayət 28 yanvar 2021-ci ildə apellyasiya məhkəməsinə daxil olmuşdur.
5. Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından qaytarılmışdır.
6. Cavabdeh 12 mart 2021-ci il tarixdə kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermiş, lakin ərizəyə əlavə edilmiş kassasiya şikayətinə vəkilin orderi əlavə olunmadığından, Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli qərardadı ilə müddətin bərpasına dair ərizə baxılmadan qaytarılmışdır.
7. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti vəkil tərəf indən imzalanmadığından və şikayət MPM-in 407.1.1-ci maddəsinin tələblərinə cavab vermədiyindən Bakı Apellyasiya Məhkəməsinin 07 may 2021-ci il tarixli qərardadı ilə qaytarılmışdır.
8. Nəhayət, cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(103)-6920/2020 saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə və həmin ərizə ilə yanaşı, vəkil tərəfindən imzalanmış və vəkilin orderi əlavə edilmiş kassasiya şikayəti vermişdir. Ərizə və şikayət 21 may 2021-ci il tarixdə apellyasiya məhkəməsinə daxil olmuşdur.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli qərardadı ilə buraxılmış müddətin bərpasına dair iddiaçının ərizəsi təmin edilməmişdir. (hakimlər Rafael Eyvazov(sədrlik edən və mər uzəçi), Fuad Talışınski və Şərafət Məmmədova)
10. Apellyasiya instansiyası qeyd edib ki, apellyasiya məhkəməsi tərəfindən yuxarıda adları çəkilən bir neçə qərardad qəbul edilərək cavabdehin diqqətinə çatdırılmasına baxmayaraq, cavabdeh dəfələrlə qanunvericiliyin tələblərinə uyğun olmayan şikayət və ərizələr vermiş, nöqsanları dərhal aradan qaldırmamış, əksinə, analoji pozuntuları təkrarlamış, nəticədə prosessual müddət cavabdehin təqsiri üzündən uzun müddət ötürülmüşdür.
11. Apellyasiya məhkəməsi işin qeyd edilən hallarına görə hesab edib ki, ərizədə göstərilən halları müddətin üzrlü səbəbdən buraхılması kimi qiymətləndirilə bilməz və müddəti bərpa edilməməlidir.
12. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 129.1, 130.1 və 405.0.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikay ətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv, prosessual müddətin bərpa edilməsi və kassasiya şikayətinin mümkün hesab edilərək aidiyyatı üzrə göndərilməsini xahiş etmişdir.
14. Kassasiya şikayətinin dəlilləri: - Bakı Apellyasiya Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(103)-6920/2020 saylı qətnaməsindən kassasiya şikayəti veilib, lakin şikayət vəkil tərəfindən imzalanmadığı üçün geri qaytarılıb. Kassasiya şikayətinə dərhal düzəliş edilib. Lakin apellyasiya məhkəməsi bu dəfə vəkilin orderi olmaması səbəbindən şikayəti geri qaytarıb. Halbuki vəkilin orderi təqdim edilmişdir. Məhkəmə tərəfindən kassasiya şikayəti və ona əlavə edilmiş s ənədlər geri qaytarılmadığından müvafiq olaraq qərardadlardan verilmiş şikayətlərə qoşma kimi vəkil orderinin surəti əlavə edilmişdir; - həmçinin kassasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib olunaraq və edilən səhvlər düzəldilərək yenidən məhkəməyə təqdim olunmuşdur; - bütün bunlar göstərir ki, kassasiya şikayəti prosessual müddət ərzində tərtib edilib verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən tə rəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 405.0.1 Apelyasiya instansiyası məhkəməsinin aktlarından qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnam ə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 408.2 Bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Maddə
416. Ka ssasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Kassasiya şikayəti apellyasiya instansiyasının aktının ləğvinə yönəldiyindən məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin m övqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərdadının ləğv olunması üçün əsas yoxdur.
20. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, barəsində kassasiya şikayəti verilən qətnamənin surəti iddiaçıya 07 dekabr 2020-ci il tarixdə rəsmi təqdim оlunub. Kassasiya şikayəti isə 21 may 2021-ci il tariхdə verilməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddət buraхılıb.
21. İddiaçının müddətin buraxılması ilə bağlı göstər diyi səbəbləri apellyasiya məhkəməsi üzrlü saymamaqla düzgün nəticəyə gəlib. İddiaçı müddəti ötürməsinin üzrlü səbəbi kimi apellyasiya məhkəməsinin göstərdiyi nöqsanları aradan qaldırması ilə izah etsə də, apellyasiya məhkəməsi bunu qəbul etməyib.
22. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırki qərarın 10-12-ci bəndlərində əks olunan mövqeyini əsaslı, tətbiq etdiyi prosessual hüquq normalarını isə işin hallarına uyğun hesab edir. Nəzərə alınmalıdır ki, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. (MPM, 47-ci maddə)
23. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunvericilik buraxılmış müddətin bərpası imkanını nəzərdə tutsa da, yalnız ərizənin verilməsi özü-özlüyündə müddətin bərpası üçün əsa s deyil. Bütün hallarda ərizədə üzrlü səbəblər göstərilməli və buna dair sübutar təqdim edilməlidir. 24. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzim ləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitus iya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır.
25. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli il ə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalnız iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz.
26. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6920/2021 nömrəli iş üzrə 29 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.