Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-590/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: (kassasya şikayətinin qaytarılması, prosessual müddətlər) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2169/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərardadından cavabdehlər Cavab deh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 yanvar 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı evin, 2 saylı mənzilinin divarına bitişik və eyvanın qarşısında inşa edilmiş 45 kv.m. qanunsuz tikilinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim İ.Rüstəmli) 24 noyabr 2021-ci il tarixli, 2(009)- 1817/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabd eh3 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı binanın 2 saylı mənzilinin divarına bitişik və eyvanın qarşısında inşa olunmuş 5,1x9,0 m ölçüdə 3,9 m hündürlüyündə cavabdeh tərəfindən inşa olunmuş bir mərtəbəli tikilinin sökülməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı binanın 2 saylı mənzilinin divarına bitişik və eyvanın qarşısında inşa olunmuş 5,1x9,0 m ölçüdə 3,9 m hündürlüyündə cavabdeh tərəfindən inşa olunmuş bir mərtəbəli tikilinin sökülməsi vəzifəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 üzərinə qoyulması, iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutu lub iddiaçıya verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
3. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və F.F.Babayev) 2(103)-2169/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı binanın 2 saylı mənzilinin divarına bitişik və eyvanın qarşısında inşa olunmuş 5,1x9,0 m ölçüdə 3,9 m hündürlüy ündə cavabdeh tərəfindən inşa olunmuş bir mərtəbəli tikilinin sökülməsi vəzifəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 üzərinə qoyulması və məhkəmə xərclərinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid edilməsi” hissələrində ləğv olunmuş, iddia həmin hissələrdə təmin olunmamış, qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişlər.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2169/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(103)-2169/2022 saylı qətnaməsindən kassasiya şik ayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil3 ərizəsi təmin olunmamış, kassasiya şikayəti qaytarılmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, prosessual müddətin ötürülməsinin üzrlü sayılması və bərpa olunması üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
8. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (Vəkil3) qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ötürülmüş müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
9. Kassasiya şikayətinin əsaslandırılması kimi qeyd olunmuşdur ki, məhkəmə prosessual hüquq normalarının tələblərini pozaraq, cavabdehlər tərəfindən prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş ver məsini nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
11. Maddə 405.0.1 Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
12. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Kassasiya baxışının hədləri
13. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, a şağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
14. Hazırkı kassasiya şikayətinə əsasən qərardadın qanuniliyi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmasından imtina olunması və kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
16. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
17. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.
18. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və iki ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesabla nan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
19. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, qətnamənin surəti cavabdehin nümayəndəsi və vəkili olan Vəkil2 elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilməklə rəsmi qaydada təqdim edilmiş, eyni zamanda poçt vasitəsi ilə göndərilmişdir. Lakin cavabdeh tərəfindən kassasiya şikayəti xx.xx.2022-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir.
20. Göründüyü kimi qətnamədən verilən kassasiya şikayəti 22 oktyabr 2022-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sisteminə yerləşdirildiyindən şikayəti verilməsi müddəti 3 ay 18 gün ötürülmüşdür.
21. İddiaçı müddətin ötürülməsinin səbəbi kimi qətnamənin əvvəlki vəkil və nümayəndəyə verilmiş etibar naməni ləğv edilməsi və müqaviləyə xitam verilməsinə istinad edir.
22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə isə cavabdeh tərəf əvvəlki nümayəndəyə vermiş olduğu etibarnaməsinin ləğv edilməsinə dair məhkəməyə hər hansı məlumat verməmişdir. Qətnamə etbarnamənin ləğv edilməsindən daha əvvəl elektron kabinetə yerləşdirildiyindən həmin şəxs səlahiyyətli olmuşdur.
23. Apellyasiya instansiya məhkəməsinin digər mövqeyindən aydın olur ki, kassasiya şikayətinin əvvəllər qaytarılması halı da vəziyyəti dəyişmir. Yəni işdə iştirak edən şəxslər qanunla müəyyən olunmuş prosessual müddət ərzində qanunvericiliyin tələblərinə uyğun qaydada və formada şikayət vermək hüququna malikdirlər. Cavabdeh əvvəlki nöqsanları dərhal deyil, üzərindən uzun müddət keçdikdən sonra aradan qaldırmışdır.
24. M əhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
25. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barə sində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
26. Apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.
27. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağl abatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər.
28. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 133cü maddəsinə istinad etməklə iddiaçının prosessual müddətin bərpasına dair vəsatətini təmin etməmiş, kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2169/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəy