Məhkəmə qərarları › İş №2(102)-590/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-590/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-590/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı iddia tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-590/2025 (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümükün hesab edilməsi, apellyasiya şikayətinin elektron qaydada imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun tutulması, tut manın girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1524/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qərardadından Cavabdeh2 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 11 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh3 və X2 (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli 029QRUP102880005 saylı Kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən iddiaçının xeyrinə 3.255,77 ABŞ dolları kredit borcu, 456,67 ABŞ dolları faiz borcu, 246,60 ABŞ dolları penya olmaqla cəmi 3.959,04 ABŞ dolları və dövlət rüsumuna görə ödənilmiş 20 manat pulun tutulması, tutmanın xx.xx.2010-cu il tarixli 029 DİGAR 13932301 saylı girov müqaviləsinin 2.2.1-ci bəndində sadalanan cavabdehlərə məxsus olan əmlaka yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Astara Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(018)410/2012 nömrəli, 20 iyun 2012-ci il tarixli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı məzənnədə milli valyuta ilə 3.255,77 ABŞ dolları kredit borcu, 456,67 ABŞ dolları faiz borcu, 246,60 ABŞ dolları penya və iddia qaldırılması üçün ödə nilmiş 20 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi, tutmanın girov predmetinə yönəldilməsi qət edilmişdir.

3. Qətnamədən cvabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

4. Astara Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyinə görə geri qaytarılmışdır.

5. Həmin qərardaddan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 şikayət verərək, apellyasiya şikayətinin göndərilməsini xahiş etmişlər.

6. Astara Rayon Məhkəməsinin 5 avqust 2024-cü il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən veri lmiş şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin 22 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-1524/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qərardadı ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Tale Kərimov) birinci instansiya məhkəməsinin 5 avqust 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilmiş, birinci instansiya məhkəməsinin 22 iyul 2024-cü il tarixli qərardadı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş şikayət üzrə qeyri-mümkün hesab he sab edilmiş və mülki işin Astara Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektr on məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır Qanunun tələbinə görə, şikayət elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməlidir. Hazırkı halda verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da, şikayət elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin cavabdehlər tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsilə deyil, kağız form ada tərtib edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir.

9. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 10-1.3 və 363.1.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdırişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

10. Qərardaddan Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər əlil olduqlarından və elektron imzaları olmadıqlarından elektron kabinet vasitə ilə şikayət verə bilməmişlər və ümumiyyətlə bu formada şikayət verilməsindən xəbərsizdirlər. MPM-in 10- 1.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilə bilər. Göründüyü kimi mülki işlər üzrə elektron kabinet vasitəsi ilə verilməsi imperativ norma deyil, dezpotiv noma olduğundan kağız daşıyıcıda verilməsi istisna edilmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

12. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyy əti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

13. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

14. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

15. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.

16. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

17. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması da xildir.

18. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir.

19. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər.

20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

21. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır

22. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya i nstansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

23. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edil məsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində qərardad Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Belə ki, apellyasiya məhkəməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 şikayəti üzrə apellyasiyanı qeyri-mümkün sayarkən mövqeyini onunla əsaslandırmışdır ki, verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da, şikayət elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin cavabdehlər tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsilə deyil, kağız formada tərtib edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir.

28. Məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq apellyasiyanın qeyri mümkün hesab edilməsi barədə qənaətə gəlmişdir.

29. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümləd ən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

30. Məhkəmə kollegiyası Cavabdeh2 (Vəkil) kassasiya şikayətinin, elektron imzaları olmadığından elektron kabinet vasitə ilə şikayət verə bilməmələri və ümumiyyətlə bu formada şikayət verilməsindən xəbərsiz olmaları barədə dəlilini əsassız hesab edir. Belə ki, apellyasiyanın qeyri mümkün hesab edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1524/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar