Məhkəmə qərarları › İş №2(102)-5908/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5908/2021

02.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5908/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi 02.12.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4860/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 02 dekabr 2021-ci il t arixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Eyni zamanda 222,7 kv.metr torpaq sahəsi iddiaçının istifadəsindədir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2020-ci il tarixli, 10/794 №-li rəyindən görünür ki, mübahisə predmeti olan pilləkənin yerləşdiyi torpaq sahəsi, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsindən kənarda yerləşməklə, dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ərazidə tiki lmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası (3 saylı kafe çayxana) xüsusi mülkiyyət kimi ona məxsusdur. Həmin daşınmaz əmlaka dair 12.02.2019-cu il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən adıma RX seriyalı ******* nömrəli çıxarış almışdır. Cavabdeh tərəfindən qanunsuz olaraq ona məxsus olan qeyri-yaşayış sahəsində bəzi tikinti işləri aparılmağa başlanılmışdır. Dəfələrlə cavabdeh təşkilata və onun səlahiyyətli nümayəndələrinə həmin qanunsuz tikililərin sökülməsi ilə bağlı müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Əksinə cavabdeh təşkilat bizi günahkar hesab etmiş, belə ki, guya onlara məxsus ərazini qanunsuz olaraq zəbt etmişlər. Hətta bununla bağlı oğlu polis əməkdaşları tərəfindən aparılmış, lakin sənədlər təqdim edildikdən sonra həmin ərazinin onlara aid olması müəyyən edilmiş, bundan sonra oğlu buraxılmışdır. O, mülkiyyətçi olaraq cavabdeh təşlikatın səlahiyyətli nümayəndələrindən bu hərəkətlərinə son qoymağı tələb etsə də, cavabdeh buna heç bir əhəmiyyət verməyərək bu gün də ona məxsus oldan ərazidə tikintini inşa etməkdə davam edir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.Mustafayeva) 2(006)232/2021 saylı 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı keçirilmiş e kspertiza nəticəsində iddiaçının sökülməsini tələb etdiyi tikilinin onun istifadəsində olan torpaq sahəsindən kənarda yerləşməklə, dövlət mülkiyyətinə aid olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157.4, 157.4, Torpaq Məcəlləsinin 66, 67-ci, Mülki Prossesual Məcəllənin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4860/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(00 6)-232/2021 saylı 28 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəməyə təqim edilmiş ekspert rəyindən göründüyü kimi mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş torpaq sahəsindən kənarda yerləşməklə, dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi tikili onun istifadəsinə verilmiş torpaq sahəsindən kənar olduğundan həmin torpaq sahəsində olan tikili iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.

13. Kassasiya şikayətində irəli sürülən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

16. Cavabdehin vəkili iza hat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri

17. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

18. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmə sini yoxlayır (maddə 416).

19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

21. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1)

22. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqların pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (maddə 152.5)

23. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd e dəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (maddə 157.4) Mülki Prossesual Məcəllə

24. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

25. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

26. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (maddə 81)

27. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcada n müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

28. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

29. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti tə min olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4860/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar