Məhkəmə qərarları › İş №2(102)-5910/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5910/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5910/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və X qızına qarşı iş üzrə QƏRAR (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-779/2017 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qərardadından cavabdeh X qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi: İşin halları və iş üzrə qəbul edilmiş məhkəmə aktları İddiaçı "xxxx" İKB iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" X2 ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2014-cü il tarixli,6-G-1-0-2293-14 nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 08 fevral 2015-ci il tarixinədək hesablanmış müvafiq olaraq 22.176 ABŞ dolları əsas, 2.655 ABŞ dolları faiz, 6.652 ABŞ dolları dəbbə, cəmi 31.483 ABŞ dolları məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tutulacaq mə bləğ öhdəliyinin təminatı kimi Cavabdeh1 ilə bağlanmış 21.11.2014-cü il tarixli,6-G-1-0-2293-14 nömrəli ipoteka müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və X qızının ümumi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 55 ünvanında yerləşən 56 saylı mənzilin (AZ 1072,Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi,95,M6,M1) ilkin satış qiyməti 88.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin iddiaçı "xxxx" İKB-nin xeyrinə ödənilməsi, ipotekaya qoyulmuş ünvan 2 ünvanında yerləşən 56 saylı mənzildə (AZ 1072,ünvan 3 M6, m1) qeydiyyatda olan Cavabdeh1, X qızının, Cavabdeh3 və Cavabdeh4 istifadə hüququna xitam verilməklə, həmin şəxslərin evdən çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim Fuad Abdıyev) 18 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 22.175,32 ABŞ dolları məbləğində əsas, 1.443,94 ABŞ dolları məbləğində faiz, 5.000 ABŞ dolları məbləğində cərimə, cəmi 28.619,26 ABŞ dolları məbləğində borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" İKB-na ödənilməsi, tutmanın 21.11.2014-cü kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 tərəfindən ipoteka i lə yüklü edilmiş ünvan 4 ünvanında yerləşən 56 saylı mənzilinə (AZ1072, ünvan 5 yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən borcun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən 56 saylı (AZ1072, ünvan 5 mənzilinin ilkin satış qiymətinin 88.000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, 56 saylı (AZ1072,ünvan 5 mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, X qızı, Cavabdeh3 və Cavabdeh4 mənzildən çıxmazsa, onların məcburi qaydada çıxarılması, iddianın qalan hissədə rədd edil məsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1, X qızı, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi X3 apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18 avqust 2016-cı il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər M.Bağırova, M.Məmmədov, S.Məmmədov) 2(103)-779/2017 saylı, 11 yanvar 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 avqust 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəm əsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər Q.Allahverdiyev İ.Xələfov, Ə.Şadiyev) 2(102)-1796/2019 saylı, 06 mart 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 11 yanvar 2017-ci il tarixli qətnaməsinin dəbbə pulunun tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh1 tutulan dəbbə pulunun miqdarının 800 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh3 Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 11 yanvar 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakiminin (hakim A.İsgəndərov, Ə.Əhmə dov, İ.Dəmirov) 2(103)-2422/2020 saylı, 26 fevral 2020-ci il tarixli qərardadı ilə kasasiya şikayəti geri qaytarılmışdır. Qərardadda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2017-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasında həmin şikayətə baxılmış və 01 fevral 2018-ci il tarixli qərarla şikayət təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən kassasiya qaydasında işə baxılarkən barəsində kassasiya şikayəti verilən Bakı Apelyasiya Məhkəməsi MK-nın 11 yanvar 2017-ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı bütünlüklə yoxlanılmış, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi yoxlanılmış və 01 fevral 2018-cu il tarixli yekun qərarla buna hüquqi qiymət verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-779/2017 nömrəli iş üzrə 13 mart 2020-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Əhmədova, Cavabdeh1, İ.Xəlilov) 16 mart 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 10.06.2021-ci il tarixdə cavabdeh X X1 Məhkəməsi Mülki Kollegiyasının 11 yanvar 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər X.Sarıyev, N.Cəfərov, E.M ehdiyev) 2(103)779/2017 saylı, 18 iyun 2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 yanvar 2017-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 mart 2019-cu il tarixli qərarı ilə tam olaraq yoxlanıldığından, həmin qətnamədən cavabdeh X qızı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh X qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 18.06.2021-ci il tarixli qərardadının ləğv edilərək kassasiya şikayətinin icraata götürülməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, borclu olduqda məhkəmə və digər qurumlar əsas borclu, zaminlər və girov qoyanın e yni məsuliyyəti daşıdıqlarını qeyd edirlər, lakin hüquqa gəldikdə fərqli yanaşırlar. Odur ki, nə qədər ki, borclu ilə eyni məsuliyyəti daşıyır onunda məhkəməyə müraciət etmək hüququ vardır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləs i: Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Mülki və Kommersiya Kollegiyalarının “Apelyasiya və kasasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 s aylı, 14 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, apelyasiya və kasasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kasasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kasasiya qaydasında yoxlanılması yolverilməzdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Bakı Apelyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(103)-779/2017 saylı, 11 yanvar 2017-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1796/2019 saylı, 06 mart 2019-cu il tarixli qətnaməsi ilə tam olaraq yoxlanılmışdır. Hazırki halda kasasiya qaydasında tam yoxlanılmış apelyasiya instansiyası məhkəməsinin aktının sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə kasasiya qaydasında yoxlanılması Azərbaycan Respublikası Mülki və Kommersiya Kollegiyalarının “Apelyasiya və kasasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən yolverilməzdir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolle giyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki,...məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prins ipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-779/2017 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar