Məhkəmə qərarları › İş №2(102)-5912/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5912/2020

30.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5912/2020 30.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X3 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin geri qaytarılması) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-773/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixl i qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X3 Cavabdeh qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia qismən təmin edilərək, iddiaçıya məxsus 2 ədəd televizorun cavabdeh tərəfindən iddiaçıya təhvil verilməklə geri qaytarılması, iddiaçıya məxsus 1 ədəd 583 əyarlı qızıldan olan qadın üzüyü, 1 ədəd 583 əyarlı qızıldan olan qadın üzüyü, 1 ədəd qızıldan o lan brilyant qaşlı sırğa, sep, kulon, qolbağ və üzük dəstinin dəyəri, yəni 3470 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Abiddin Hüseynov sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, qiyməti 1399 manat olan 1 ədəd televizorun (Samsung UE49M6500AUXRu), qiyməti 999 manat olan 1 ədəd televizorun (Panasonic TX40FSR500), qiyməti 150 manat olan bir ədəd 583 əyarlı nişan üzüyünün, qiyməti 120 manat olan 583 əyarlı bir ədəd qızıl üzüyün, qiyməti 3000 manat olan 2 ədəd sırğanın, 1 ədəd qolbağın, 1 ədəd boyunbağının, 1 ədəd üzükdən ibarət brilyant qaşlı qızıl dəstin, qətnamə icra olunan vaxt həmin əmlaklar mövcud olmasa, onların dəyərinin Cavabdeh alınaraq iddiaçı X4 qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. xx.xx.2020-ci il tarixdə cavabdehin qətnamədən kassasiya şikayəti məhkəməyə daxil olmuşdur. Bununla yanaşı, cavabdeh qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə qətnaməsindən kassasiya şikayə ti vermə müddətinin bərpası barədə ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kassasiya şikayətini geri qaytarması barədə gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, cavabdeh qətnaməni xx.xx.2020-ci il tarixdə poçt rabitəsi vasitəsi ilə xəbərnaməyə imza edərək şəxsən təhvil almışdır. Həmin qətnamədən verdiyi kassasiya şikayəti xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh şikayət verilməsi üçün prosessual müddətin buraxılmasına səbəb olaraq ölkədə tətbiq olunan sərtləşdirilmiş karantin rejimini göstərmişdir. “Azərbaycan Respublikasında Koronovirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 20 20-ci il tarixli qərarının 3-cü bəndində bütün məhkəmələrdə vətəndaşların qəbulunun dayandırılması, qəbulun yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilməsi; Fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apelyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərilmələri tövsiyə edilmişdir. Yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə sərtləşdirilmiş tədbirlər tətbiq olunsa da, xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduqları yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsilə tərk etmək imkanı yaradılmışdır. Habelə, həmin dövrdə poçt rabitəsi xidmət göstərmişdir. Həmin imkanlarla icazə verilən vaxt çərçivəs ində cavabdeh qətnamədən kassasiya şikayəti verilməsi üçün lazımi prosessual hərəkətləri yerinə yetirməsi mümkün idi. Cavabdeh prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı digər əsaslara istinad etməmiş, ərizəyə bununla əlaqədar hər hansı sübut əlavə etməmişdir. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ərizə əsassız olduğundan və ərizəyə prosessual müddətin həqiqətən üzrlü səbəbdən buraxılması barədə sübutlar əlavə edilmədiyindən ərizə təmin edilməməli və buraxılmış prosessual müddət bərpa edilməməli, kassasiya şikayəti geri qaytarılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansi yası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslanırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsi qərardadını əsaslandırılması zamanı “Azərbaycan Respublikası Koronavirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi, Plenumunun xx xxxx 2020-ci il tarixli qərarının 3-cü bəndinə istinad edərək vətəndaşların bu dövr ərzində məhkəmələrə poçt vasitəsilə və ya onlayn qaydada müraciət edə bilmək imkanının olduğunu göstərmişdir. Halbuki burada işin real faktiki halları nəzərə alınmamışdır. Belə ki, Ali Məhkəmənin bu qərarı ilə göstərilən imkan nəzərdə tutulsa da, cavabdeh tərəfindən bu imkandan istifadə edilməsi qeyri-real idi. Belə ki, cavabdeh kassasiya şikayətini təqdim etmək üçün hər hansı bir vəkil ilə razılaşaraq müqavilə bağlaması, order alması və kassasiya şikayətinin həmin vəkil tərəfindən tərtib olunması məcburi idi. Lakin karantin tətbiq olunduğu zaman vətəndaşların hərəkət imkanları məhdudlaşdırıldığından bütün bunların qısa zamanda həyata keçirilməsi mümkün olmamışdır. Belə ki, SMS icazə vasitəsilə günlük yalnız 2 saat evdən çıxmaq icazəsi verilirdi ki, bu qədər müddət ərzində cavabdehin bu hərəkətləri görməsi mümkünsüz idi. Eyni zamanda karantin tətbiq olunduğu və məhkəmə proseslərinin dayandırıldığı üçün cavabdeh tərəfindən şikayət müddətinin də dayandırılması ilə bağlı yanlış təsəvvür olmuş, adi vətəndaş kimi onun Ali Məhkəmənin qərarının detallarından xəbəri olmamışdır. Bütün bunlarla yanaşı ka rantin dövründə vətəndaşın gəlirinin azalması, yaxud da heç bir gəlir əldə edə bilməməsi onun vəkillə müqavilə bağlamaq imkanlarını məhdudlaşdırmışdır. Belə ki, yalnız SMS icazə müddətinin artırıldığı may ayının dördündən sonra karantin rejiminin yumşaldılması ilə birlikdə vəkilə müraciət edə bilmiş və yalnız bundan sonra kassasiya şikayətinin tərtibini yekunlaşdıraraq məhkəməyə təqdim edə bilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıların nümayəndəsi və vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasın ın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 405.0.1 Müvafiq olaraq apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 407.2. Kassasiya şikayətində işin halların ın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətində n irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardaının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh kassasiya şikayətində karantin tətbiq olunduğu zaman vətəndaşların hərəkət imkanları məhdudlaşdırıldığından kassasiya şikayətinin verilməsinin qısa zamanda həyata keçirilməsi mümkün olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası bu dəlili əsassız hesab edərək qeyd edir ki, qanunvericilik kassasiya şikayətinin verilməsi üçün məhkəmə qətnaməsinin rəsmi qaydada alındığı vaxtdan 2 ay müddət müəyyən etmişdir. Cavabdehin qeyd etdiyi arqument (karantin tətbiq olunması səbəbindən hərəkəti məhdudlaşdırılması) bu 2 ay müddət ərzində kassasiya şikayətinin tərtib edilməməsinə əsas vermir. Qeyd olunan 2 aylıq müddət kassasiya şikayəti tərtib edilməsi üçün və killə müqavilə bağlamaq, kassasiya şikayətinin tərtib edilməsi və məhkəməyə təqdim edilməsi üçün kifayət edir. Ali Məhkəmənin Plenum qərarından xəbərinin limaması bu müddətin buraxılmasının üzürlü halı hesab edilə bilməz. Karantin rejiminin tədbiq edilməsi səbəbindən vəkillə müqavilə bağlamaq üçün maddi imkanının oimaması barədə dəlili də məhkəmə kollegiyası əsaslı hesab etmir. Beiə ki, ilk növbədə cavabdeh müddətin bərpası barədə ərizə ilə apelyasiya instansiyası məhkəməsinə müraciət edən zaman bu barədə hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən qanunvericiiik aztəmantlı şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına vəkil xidmətindən istifadə etmək imkanı nəzərdə tutulmuşdur ki maddi imkanının aşağı olduğu qeyd edən cavabdeh bu barədə hüququndan istifadə etmək istəməsi iiə bağ lı apelyasiya instansiyası məhkəməsinə müraciət etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-773/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar