Məhkəmə qərarları › İş №2(102)-5916/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5916/2022

29.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5916/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah müddətində əldə olunmuş əmlakın bölünməsi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət, cehiz əşyaları və əmlak” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-94/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmən in binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh 13 avqust 2014-cü il tarixdə nikaha daxil olmuş, bu nikahdan 14 mart 2015-ci il tarixdə Fərid, 22 mart 2018-ci il tarixdə Nazim adlı iki uşaqları anadan olmuşdur.

2. Tərəflərin bir müddət sonra ailə münasibətləri pozulmuş, nikahın pozulması üçün məhkəməyə müraciət edilmişdir. 3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 03 mart 2018-ci il tarixli İH-B/0011 nömrəli mənzilin alğı-satqısı haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində “AAAF-Park” yaşayış massivində inşa edilən 240-A saylı 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi 67 kv.metr, bir otaqdan ibarət 19 saylı mənzil 43.550 manata alıcı Cavabdeh satılmış dır.

4. Həmin tarixdə "xxxx" MMC mənzilin dəyərinin Cavabdeh tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdilrilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evinin 1/2 hissəsinin mülkiyyətinin və ya dəyəri olan 70.000 manatın 1/2 hissəsinə, «Lada Priora» markalı ** XC *** dövlət nömrə nişanlı avtomaşının satışından əldə olunan pulun yəni 8000 manatın 1/2 hissəsinə, ** DN *** dövlət nömrə nişanlı «Renault Laquna» markalı avtomaşının 1/2 hissəsinə mülkiyyət hüququnun tanınm ası, cavabdehin qanunsuz isifadəsində olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evində yerləşən geyim, şəxsi və cehiz əşyalarının və ya onların dəyəri olan 14.824 manatın, cavabdeh tərəfindən ona hədiyyə edilmiş qızıllar və ya onun dəyəri olan 1620 manatın ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlə ailə münasibətləri normal olsa da, sonradan aralarında baş verən ziddiyyətlər ailənin dayaqlarını sarsıtmışdır. Onun cavabdehdə ona məxsus olan və birgə nikah dövründə əldə etdikləri əmlakları vardır ki, həmin əmlaklar cavabdehin qanunsuz istifadəsindədir. Bunlar - Abşeron rayonu, Xirdalan şəhəri, “Abşeron S iti”, bina 240A, mənzil 19-da yerləşən yaşayış evi, «Lada Priora» markalı **-XC-*** dövlət nömrə nişanlı və «Renault Laquna» markalı **-DN-*** dövlət nömrə nişanlı avtomaşınlardır. Qeyd edilən daşınar və daşınmaz əmlaklar cavabdehlə birgə nikah dövründə əldə edilmişdir və hazırda da cavabdehin qanunsuz istifadəsindədir. Əvvəllər də həmin əşyaların cavabdehdə olması və qəsdlə yararsız hala salınması barədə Abşeron rayon Polis şöbəsinə müraciət etmişdir. Digər tərəfdən, ona məxsus qızıl-zinət əşyaları cavabdeh tərəfindən əlindən alınaraq mənimsənilmişdir. Hazırda ayrı yaşayırlar və nikahları məhkəmə qaydasında pozulur. Cavabdehlə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Siti”, bina 240A, mənzil 19-da yerləşən yaşayış evinin 1/2 hissəsinin, «Lada Priora» m arkalı **-XC-*** dövlət nömrə nişanlı və «Renault Laquna» markalı **-DN-*** dövlət nömrə nişanlı avtomaşının satışından əldə olunan pulun 1/2 hissəsinin, cavabdehin qanunsuz istifadəsində olan, Abşeron rayon, Xırdalan şəhəri, “Abşeron Siti”, bina 240A, mənzil 19-da yerləşən yaşayış evindəki geyim, cehiz əşyalarının, cavabdeh tərəfindən mənimsənilmiş 1 ədəd 850 manat dəyərində olan brilyant klonun, 1 ədəd 450 manat dəyərində olan brilyant üzüyün, 1 ədəd 300 manat dəyərində olan təkqaşlı üzüyün, 1 dəst 650 manat dəyərində olan brilyant sırğanın, 1 ədəd 350 manat dəyərində olan qızıl boyunbağının və ya onların dəyəri olan 2600 manatın birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində cehiz əşyalarının siya hısını təqdim etmişdir.

8. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, iddia ərizəsinə və ona əlavədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, kondisionerin cavabdehin özü tərəfindən alındığı ilə razıdır, həmin hissədə iddiasını müdafiə etmir. Qalan hissədə isə iddianı müdafiə edir. Məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən - məhkəməyə təqdim etdikləri siyahıda göstərilən cehiz əşyalarına münasibətdə qəbul etmiş, qalan hissədə iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçının cehiz əşyaları bütövlükdə vardır. Kondisioner isə cehiz əşyalara aid deyil, kondisioneri öz şəxsi vəsaiti hesabına 599 manata almışdır. Qızıl-zinət əşyaları isə bacısına məxsus olmuş, bacısı öz qızılları nı toy zamanı müvəqqəti istifadə etmək üçün iddiaçıya vermişdir. O, iddiaçıya qızıl-zinət əşyalarını toydan sonra almışdır. İddiaçının qızıllarla çəkdirdiyi şəkillər ayrıldıqdan sonra çəkilmişdir. Mübahisəli ev atasının mülkiyyətində olmuş, sonradan vərəsə kimi onun adına keçmişdir. Birgə nikah dövründə əldə olunmuş ** DN *** dövlət nömrə nişanlı «Renault Laquna» markalı avtomaşını birgə nikah dövründə 1200 manata satmışdır, iddiaçının bundan xəbəri olmuşdur. ** XC *** dövlət nömrə nişanlı «Lada Priora» markalı avtomaşın isə atasına məxsus olmuş, bacısına vərəsəliklə keçmişdir. Bacısı maşını ona hissə-hissə ödəmək şərti ilə vermişdir. Lakin aliment ödədiyindən maşının pulunu ödəyə bilməmişdir.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, İddiaçı atası ilə onun həyat yoldaşı qohumdurlar. İddiaçının qız toyunda iştirak etmişdir. İddiaçı cavabdehlə qaçmış, daha sonra nikaha daxil olmuşdur. Qızı-zinət əşyaları toydan sonra alınmışdır. Qızıl-zinət əşyalarının hansı formada olmasını bilmir. İddiaçının anası ona zəng edərək, cavabdehin iddiaçını evdən çıxardığını bildirmişdir. O da gələrək iddiaçını özü ilə evinə aparmış, iddiaçı iki gün onlarda qalmış, sənədlərini təkrar aldıqdan sonra rayona yola salmışdır. İddiaçı evdən çıxarılan zaman üzərində qızıl-zinət əşyaları olmamışdır.

11. Digər şahid X3 ifadə verərək, bildirmişdir ki, Cavabdeh onun qardaşıdır, İddiaçı isə gəlinləri, Vüsalın həyat yoldaşı olmuşdur. Cavabdeh gəlin gələrkən cehiz əşyaları gətirmişdir, hazırda həmin cehiz əşyaları qardaşının evindədir. Qızıl-zinət əşyaları toy zamanı alın mamış, toydan sonra qardaşı almışdır. Mübahisəli mənzili isə atası almışdır. Atası vəfat etdikdən sonra İddiaçı anasına baxmadığından anası onunla birlikdə yaşamışdır. Atası vəfat etdikdən sonra bütün miras əmlak anasının adına keçmiş, sonra anası əmlakları vərəsə kimi onun adına keçirmişdir. Daha sonra həmin mənzildən qardaşının xeyrinə imtina etmişlər.

12. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təyin edilmiş qiymtələndirməyə əsasən "xxxx" MMC tərəfindən verilmiş 02 sentyabr 2020-ci il tarixli qiymətləndirmə hesabatı ilə İddiaçı məxsus olan qızıl zinət əşyalarının - brilyant klon 1 ədəd 470 manat, brilyant üzük 1 ədəd 320 manat, təkqaşlı üzük 1 ədəd 250 manat, brilyant sırğa 1 dəst 450 manat, boyunbağı 2 ədəd 130 manat olmaqla, bazar qiymətinin cəmi 1620 manat təşkil etməsi müə yyən edilmişdir.

13. İddiaçı sifarişi əsasında "xxxx" MMC-nin 17 iyun 2020-ci il tarixli QXM/149 nömrəli hesabat aktı ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 240-A ünvanda yerləşən 9 mərtəbəli binanın 19 saylı mənzilin bazar dəyəri 70.000 manat müəyyən edilmişdir.

14. Birinci instansiya məhkəməsinin sorğusuna Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın cavab məktubuna əsasən Xidmətin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Cavabdeh mülkiyyətində 13 avqust 2014-cü il tarixdən hal-hazıradək qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası DİN BDYPİ-nin cavab məktubuna əsasən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına gör ə 1995-ci il buraxılışlı «Renault Laquna» markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobil 07 noyabr 2016-cı il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır, hazırda qeydiyyatdadır. Bundan başqa, 2014-cü il buraxılışlı “VAZ 21725” markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobil 01 mart 2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, 18 iyul 2019-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. 16. "xxxx" MTK-nın cavabdehin vəkili Elşən Yəhyazadəyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, AC-134/06-20 saylı məktubuna əlavə olunmuş satıcı "xxxx" MMC ilə alıcı Novruzov Nazim Qalıxverdi oğlu arasında bağlanmış İH-A(b)/0082 nömrəli 23 aprel 2015ci il tarixli mənzilin alğı-satqısı haqqında müqavilənin surətindən görünür ki, “satıcı” "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə mə xsus “AAAF Park” yaşayış massivində inşa edilən 240-A saylı, 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi 67,0 kv.metr olan, 1 otaqdan ibarət 19 saylı mənzili alıcı Novruzov Nazim Qalıxverdi oğluna satmağı, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. 17. "xxxx" MMC-nin 21 oktyabr 2020-ci il tarixli 4404 nömrəli məktubunda qeyd olunmuşdur ki, "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 03 mart 2018-ci il tarixli İH-B/0011 nömrəli mənzilin alğı-satqısı haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində “AAAF-Park” yaşayış massivində inşa edilmiş 240-A saylı 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi (balkon və ya eyv an, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 67 kv.metr olan, 1 otaqdan ibarət vahid əmlak dəyəri 43.550 manat məbləğində olan 19 saylı mənzil alıcı Cavabdeh satılmışdır. "xxxx" MMC-nin qeydiyyat sistemində olan məlumatlara istinad edərək “AAAFPark” yaşayış massivində inşa edilmiş 240-A saylı 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi 67.0 kv.metr olan, 1 (bir) otaqdan ibarət 19 saylı mənzil üçün Cavabdeh adına vərəsəlik şəhadətnaməsi MMC-yə təqdim edilməmişdir. MMC-yə məxsus yaşayış binaların alıcı-sakini vəfat etdiyi halda Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərindən irəli gələrək qanun və ya vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi və digər əlaqəli sənədlər tələb olunar aq sənədləşdirilir. Xüsusilə qeyd edilməlidir ki, mənzilin alqı-satqı müqaviləsi dəyişdirilən zaman vərəsəlik qaydasında keçməsinə dair qeydlər göstərilir. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF-PARK” yaşayış massivində inşa edilmiş yaşayış binalarının mənzilləri ilə bağlı alğı-satqı müqavilələrinə dair hüquqlar hələ ki "xxxx" MTK-nə ötürülməmiş və müqavilələrə dair sənədləşmələr "xxxx" MMC tərəfindən həyata keçirilir.

18. Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(012)-857/2020 saylı qətnaməsi ilə (hakim H. Əhmədov) iddia qismən təmin edilərək, cavabdeh tərəfindən satılmış ** XC *** dövlət nömrə nişanlı, “VAZ 21725 minik” markalı avtomobilin satışından əldə olunan pulun ½ - 8000 manat hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması, ** DN *** dövlət nömrə nişanlı, «Renault Laquna» markalı avtomobilə İddiaçı ilə Cavabdeh hər birinin ½ hissədə mülkiyyət hüquqlarının tanınması, ünvan 4 ünvanında yerləşən yataq dəsti (şifoner, trimo, qoşa çarpayı, kamot, 2 ədəd tumboçka, trimo stulu); qonaq otağı üçün stol və 6 ədəd stul; mətbəx üçün stol və 4 stul; mətbəx mebeli; divan; iri xalça; kiçik xalça; qonaq otağı üçün çilçıraq; yataq otağı üçün çilçıraq( gümüşü rəng); qonaq otağı üçün pərdə-günlük; mətbəx otağı üçün pərdə-jalüz; soyuducu; 108 ekran televizor; paltaryuyan; tozsoran; ətçəkən; şirəçəkən; ütü; soba; mikser; qaz plitəsi; kompyuter; üç gözlü elektrik qızdırıcı; böyük yorğan; 2 ədəd kiçik yorğan; böyük qoşa döşək; 2 ədəd tək döşək; 4 ədəd yastıq; odeyal; 5 ədəd qoşa yataq dəsti; 4 ədəd tək nəfərlik dəst; çar payı üçün örtük; divan üçün örtük; 4 ədəd can dəsmalı; 12 ədəd əl-üz dəsmalı; 12 ədəd mətbəx dəsmalı; 3 ədəd süfrə; şirəli qazan dəsti; gümüşü rəng qazan dəsti; qaşıq dəsti; 12 ədəd 4 künc boşqab dəsti; 18 ədəd düz boşqab; 6 ədəd kasa; bagema; 12 ədəd rəngli bakal; 6 ədəd stəkan; 6 ədəd nəlbəki; 6 ədəd xrustal düz qabı; 6 ədəd çay dəsti; 4 ədəd farfor çaşka-nəlbəki; 2 ədəd meyvə qabı; 2 ədəd konfet qabı; 2 ədəd qənd qabı; 2 ədəd xrustal mürəbbə qabı; 2 ədəd ləpə qabı; qab yığılan setka; podnos; 5 kiçik qazan dəsti; kauçuk qablar; tava; keks qabları; geyim əşyaları - kofta, şalvar, ev geyimi, ziyafət geyimi, dəst yubka-kofta, 4 ədəd pencək, palto, 2 ədəd balonka, uzun dabanlı çəkmə, qısa boğazlı çəkmə, 2 ədəd hündür daban ayaqqabı, 4 ədəd alçaq düz ayaqqabı, hündür pasanoşka, 2 ədəd alçaq pasanoşka; 4 qb flaşkart, saçburan fen, ütü fen, kosmetika, diplom qiymət kağızı ilə, doğum şəhadətnaməsinin, qızıl-zinət əşyaları - brilyant klon 1 ədəd 470 manat dəyərində, brilyant üzük 1 ədəd 320 manat dəyərində, təkqaşlı üzük 1 ədəd 250 manat dəyərində, brilyant sırğa 1 dəst 450 manat dəyərində, boyunbağı 2 ədəd 130 manat dəyərində, onların özləri mövcud olmadıqda dəyərləri (cəmi 1620 manat məbləğində) Cavabdeh alınıb, İddiaçı verilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli mənzil cavabdehin atası Novruzov Nazim Qalıxverdi oğluna məxsus olmuş, onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri olan mərhumun həyat yoldaşı və qızı digər qanun üzrə birinci növbəli vərəsəsi olan cavabdehin xeyrinə miras əmlakdan imtina edərək miras əmlakın cavabdehin adına qeydiyyata keçməsinə razılıq vermişlər. İddiaçı isə mərhumun qanun üzrə vərəsəsi sayılmır, cavabdehin adına vərəsəlik əsasında keçmiş əmlaka dair iddiaçının tələb etmək hüququ yaranmadığına görə məhkəmə mənzilin mülkiyyətinin və ya dəyərinin müvafiq hissəsinə mülkiyyət hüququnun tanınmasının mümkünlüyü məsələsinin müzakirəsinə əsas görmür, hesab edir ki, iddia həmin hissədə əsassız hesab olunaraq təmin edilməməlidir.

20. Məhkəmə iddia tələbinin «Lada Priora» markalı ** XC *** dövlət nömrə nişanlı avtomaşının satışından əldə olunan pulun 1/2 hissəsinə, yəni 8000 manatına mülkiyyət hüququnun tanınması ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, DİN BDYPİ-nin rəsmi məlumatına əsasən “VAZ 21725” markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobil 01 mart 2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, 18 iyul 2019-cu il tarixdə qeydiyyatdan çıxarılıb özgəninkiləşdirilmişdir. Cavabdehin həmin avtomobilin atasına məxsus olması, bacısına vərəsəliklə keçməsi, bacısının avtomobili ona hissəhissə ödəmək şərti ilə verməsi barədə göstərilənlərin əsası yoxdur, bununla bağlı sübutlar mövcud deyildir, avtomobilin birgə nikah dövründə əldə edilməsi, birgə nikah dövründə özgəninkiləşdirilməsi, bu zaman isə iddiaçının razılığının alınmaması tədqiq edilmiş iş materialları və tərəflərin izahatı ilə sübuta yetirilir. Nəzərə alınmalıdır ki, avtomobil təyinatına görə bölünməzdir. İddiaçının təqdim etdiyi sübutla müəyyən olunur ki, eyni markalı və eyni il buraxılışlı “VAZ 21725” («Lada Priora») markalı avto mobillərin satış qiyməti iddia ərizəsinə dəqiqləşdirilmə verildiyi 2020-ci ilin may ayı ərzində 14.300 manatdan 15.300 manatadək olan məbləğlərdə olmuşdur.

21. Ona görə məhkəmə qeyd etmişdir ki, “VAZ 21725” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan pulun 1/2 hissəsinə, yəni 8000 manatına iddiaçının mülkiyyət hüququnun tanınması ilə bağlı iddia tələbini əsaslı hesab etmişdir.

22. Məhkəmə iddia tələbinin ** DN *** dövlət nömrə nişanlı «Renault Laquna» markalı avtomaşının 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, DİN BDYPİ-nin rəsmi məlumatına əsasən sözügedən avtomobil 13 avqust 2014-cü il tarixdə nikaha daxil olmuş tərəflərin birgə nikah dövründə, 07 noyabr 2016-cı il tarixdə Cavabdeh adına qeydiyyata a lınmışdır, hazırda da qeydiyyatdadır. Məhkəmə hesab etmişdir ki, mübahisəli ** DN *** dövlət nömrə nişanlı «Renault Laquna» markalı avtomobil tərəflərin birgə nikah dövründə əldə edildiyindən və hazırda cavabdehin adına rəsmi qeydiyyatda olduğundan, avtomobil onların ümumi birgə mülkiyyəti sayılmalı, onların bu əmlakdakı payları bərabər hesab edilməli, iddiaçı və cavabdehin avtomobil üzərində hər birinin 1/2 hissədə mülkiyyət hüquqları tanınmalıdır. Məhkəmə iddia tələbinin cavabdehin qanunsuz isifadəsində olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evində yerləşən geyim, şəxsi və cehiz əşyalarının və ya onların dəyəri olan 14.824 manatın ona verilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bir ədəd kondisioner is tisna olmaqla qalan hissədə cavabdeh tərəfindən qəbul və etiraf edilir, mübahisələndirilmir. Kondisionerlə bağlı tələb araşdırılarkən müəyyən edildi ki, həmin kondisioner iddiaçının cehiz əmlakına daxil olmamışdır, sonradan cavabdehin özü tərəfindən alınmışdır.

23. İddiaçının özü də məhkəmədə verdiyi izahatında həmin faktı təsdiq edərək kondisionerlə bağlı hissədə iddiasından imtina etmişdir. Lakin nəzərə alınmalıdır ki, iddia yazılı şəkildə verildiyi kimi iddiadan imtina da yazılı surətdə ifadə olunmalıdır. İddiaçı iddiadan imtinasını yazılı surətdə vermədiyindən məhkəmə iddiaya hüquqi qiymət verməli, bu zaman iddiaçının mövqeyi də nəzərə alınmalıdır. Baxılan iddia tələbinin predmeti cehiz əşyalarının alınması ilə bağlı olduğundan, kondisionerin isə cehiz əşyalar sırasına aid olmadığı müə yyən edildiyindən məhkəmə hesab edir ki, kondisionerin cehiz əşya kimi cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində iddianın təmin edilməsi üçün əsaslar yoxdur, lakin iddia tələbində qeyd edilən və cavabdeh tərəfindən etiraf edilən cehiz əşyaları və şəxsi əşyalar cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, tərəflər arasında ailə münasibətləri artıq pozulmuşdur, tərəflər ayrı yaşayırlar, ona görə iddiaçının həmin əşyaları cavabdehin qanunsuz sahibliyindən geri tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, cehiz əşyaları naturada mövcud olduğundan onların dəyərinin müəyyən edilməsi və ya dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılması üçün qanuni əsaslar yoxdur, ona görə iddia həmin hissədə təmin edilməməlidir.

24. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən hədiyyə edilmiş qızılların və ya onun dəyəri olan 1620 manatın alınması ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı qızıl-zinət əşyalarının - 1 ədəd brilyant klonun, 1 ədəd brilyant üzüyün, 1 ədəd təkqaşlı üzüyün, 1 dəst brilyant sırğanın, 2 ədəd boyunbağının cavabdeh tərəfindən ona hədiyyə şəklində verildiyini bildirmişdir. Cavabdeh həmin qızıl-zinət əşyalarının bacısına məxsus olmasını, bacısının öz qızıllarını toy zamanı müvəqqəti istifadə etmək üçün iddiaçıya verdiyini bildirsə də, buna dair müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı o, toydan sonra özünün iddiaçıya qızıl-zinət əşyaları aldığını etiraf etmişdir.

25. Məhkəmə hesab etmişdir ki, cavabdehin bu etirafının özü, iddianın əsaslı hesab olunaraq təmin edilməsi üçün yetərlidir, belə k i, iddiaçıya qızıl-zinət əşyalarının alınması təsdiq olunur, qızıl-zinət əşyalarının belə alınması isə nikah dövründə hədiyyə şəklində verilmiş əmlak hesab olunmasına kifayət qədər əsas verir. Qızıl-zinət əşyaları naturada mövcud olmadığına görə qiymətlərin müəyyən olunması üçün məhkəmə tərəfindən qiymətləndirilmə keçirilmiş, müvafiq mütəxəssisin verdyi hesabat aktı (rəy) ilə müəyyən edilmişdir ki, 1 ədəd brilyant klon 470 manat, 1 ədəd brilyant üzük 320 manat, 1 ədəd təkqaşlı üzük 250 manat, 1 dəst brilyant sırğa 450 manat, 2 ədəd boyunbağı 130 manat olmaqla, bazar qiyməti cəmi 1620 manat təşkil edir.

26. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 34.1, 34.2, 36.1, 36.3-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 222.1, 225.1, 650, 1159.1-ci, Azərba ycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli Qərarı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın bütövlükdə təmin olunması və təmin edilməmiş hissəsində, yəni cavabdehlə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Siti”, bina 240A, mənzil 19-da yerləşən yaşayış evinin 1/2 hissəsinin mülkiyyətinin və ya evin dəyəri olan pulun 1/2 hissəsinin - 70000 manatın yarısının, yəni 35000 manatın ona verilməsinin də təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xirdalan şəhəri, “Abşeron Siti”, bina 240A, mənzil 19-da yerləşən yaşayış evi mövcuddur. Bu, məhkəmə araşdırmalarında tam sübuta yetirilmiş və təsdiq edilmişdir. Lakin məhkəmə tərəfindən iddianın bu hissədə təmin edilməməsi onun və uşaqlarının mülkiyyət hüquqlarını pozmaqla yanaşı, Azərbaycan Respublikasının ailə və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə cavabdehin anasının və bacısının imtina ərizəsini əsas götürmüşdür. Həmin ev miras əmlak siyahısına daxil edilmir. Belə ki, evi onlar almışlar və sənədlər də cavabdehin adınadır. Cavabdehin anası və bacısı mərhum qayınatasının adına olan digər əmlaklardan imtina etmiş və həmin imtinaların bu işə aidiyyatı yoxdur. Ümumiyyətlə, vərəsəlik olsa belə, vərəsəliyin tələblərinə əməl edilməmiş, vərəsələrin dairəsi müəyyən edilməmiş, müəyyən edilmiş müddətlər nəzərə alınmamışdır. Bu da belə bir halın olmadığını sübut edir. Digər tərəfdən, evin onlar tərəfindən alınmasına bir sübut da həmin evin cavabdehin adına rəsmiləşməsinə heç kimin iradı olmamasıdır. Göründüyü kimi, evin təyinatı bəllidir və onlar tərəfindən alınmasına heç bir ş übhə yoxdur.

29. Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni “VAZ 21725” markalı, ** XC *** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunan pulun ½ - 8.000 manat hissəsində və qızıl zinət əşyalarının - 470 manat dəyərində 1 ədəd brilyant klonun, 320 manat dəyərində 1 ədəd brilyant üzüyün, 250 manat dəyərində 1 ədəd təkqaşlı üzüyün, 450 manat dəyərində 1 ədəd brilyant sırğanın, 130 manat dəyərində 2 ədəd boyunbağının, onların özləri mövcud olmadıqda dəyərinin (cəmi 1.620 manatın) təmin olunması hissəsində rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan qismən - iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməl i və həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı mübahisənin həllinə qeyri-obyektiv yanaşılmış, mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır ki, bunun da nəticəsində yanlış qətnamə qəbul edilmişdir. İşin təkzibedilməz halları ilə sübut olunur ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları onda qalmamışdır. Məhkəmə qızıl-zinət əşyaları tələbi hissəsində heç bir sübut olmadan iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Hətta iddiaçının təqdim etdiyi foto şəkillərdən göründüyü kimi, iddiaçı hazırda Tovuz rayonunda yerləşən ata evində həmin şəkilləri çəkdirmişdir. “VAZ 21725” markalı, ** XC *** dövlət nömrə nişanlı avtomobil isə mərhum atası Novruzov Nazim Qalıxverdi oğuna məxsus olmuş, sonra isə vərəsəlik qa ydasında bacısına keçmişdir. Bacısı həmin avtomobili ona bağışlama ilə vermiş, ancaq sonradan aralarında soyuq münasibətlər olduğundan yenidən həmin avtomobili bacısının mülkiyyətinə keçirmişdir, yəni bu əmlak birgə nikah dövründə əldə olunmuş əmlak siyahısına daxil edilə bilməz. Çünki avtomobil birgə nikah dövründə qazanılmış vəsait hesabına alınmamışdır. Bu hal iş materiallarında olan sorğulardan da aydın görünür.

31. Apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, iş üzrə keçirilmiş ekspertizanın xx.xx.2022-ci il tarixli, 9/1353 saylı rəyinə əsasən, buraxılış ili 2014-cü il olan, “VAZ 21725 minik” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti 12000 manat müəyyən olunmuşdur.

32. Məhkəmə icraatı gedişində "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

33. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-94/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), G.Tağızadə və A.Qafari) apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilinə aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilinin əldə edilməsinə sərf edilən 43.550 manatın ½ hissəsi - 21.775 (iyirmi bir min yeddi yüz yetmiş beş) manatın Cavabdeh İddiaçı xeyrinə tutulması, qətnamənin “VAZ 21725 minik” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinə aid hissəsində dəyişiklik edilməklə həmin avtomobilin dəyərinin ½ hissəsi, 6000 (altı min) manatın Cavabdeh alınaraq iddiaçı Dünyamalıyeva (Novruzova) Mehparə Tofiq qızına verilməsi qət edilmiş, qətnamə qızılzinət əşyalarına aid hissədə ləğv edilərək, həmin hissədə iddia tələbi təmin edilməmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini mənzilə aid hissəsini rədd edərkən mübahisəli mənzilin cavabdehin atası Novruzov Nazim Qalıxverdi oğluna məxsus olmasına, onun ölüm ündən sonra qanun üzrə birinci növbəli vərəsələri olan mərhumun həyat yoldaşı və qızının digər qanun üzrə birinci növbəli vərəsəsi olan cavabdehin xeyrinə miras əmlakdan imtina edərək miras əmlakın cavabdehin adına qeydiyyata alınmasına razılıq vermələrinə və iddiaçının mərhumun qanun üzrə vərəsəsi sayılmamasına istinad etmişdir. Birinci instansiya məhkəməsinin iddia tələbinin bu hissəsi üzrə gəldiyi nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir.

35. Belə ki, iş materiallarında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Abşeron Siti, 240A saylı evin 19 saylı mənzilinin dəyərinin cavabdehin atası Novruzov Nazim Qalıxverdi oğlu tərəfindən ödənilməsi və həmin məbləğə dair Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini təsdiq edən heç bir sənəd yoxdur.

36. İş materiallarında olan 03 mart 2018-ci il tarixli maliyyə arayışı, "xxxx" MMC-nin məktublarından görünür ki, mübahisəli mənzilin dəyəri Cavabdeh tərəfindən 03 mart 2018ci il tarixdə, yəni tərəflərin birgə nikahı dövründə ödənilmişdir.

37. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mənzilə aid hissədə ləğv edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilinin əldə edilməsinə sərf olunan 43.550 manat tərəflərin birgə nikahları dövründə qazanılmış vəsait olduğundan, həmin məbləğin ½ hissəsi, yəni 21.775 manat Cavabdeh iddiaçının xerinə tutulmalıdır.

38. Mübahisəli mənzilin dəyərinin 70.000 manat olması na dair iddiaçının apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab etmişdir.

39. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni “VAZ 21725” markalı, ** XC *** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunan pulun ½ hissəsinin, yəni 8.000 manatın ondan tutulmasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və apellyasiya şikayətinin bu hissəsini bacısının həmin avtomobili ona bağışlaması ilə əsaslandırmışdır. Lakin iş materiallarında olan 01 mart 2019-cu il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən X3 “VAZ 21725” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobili 11.500 manata Cavabdeh satmışdır. İş üzrə keçirilmiş ekspertizanın rəyinə əsasən “VAZ 21725 minik” markalı, ** XC ** * dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti 12000 manat müəyyən olunmuşdur.

40. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə həmin avtomobilin dəyərinə aid hissəsinə dəyişiklik edilməli, “VAZ 21725 minik” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsi, yəni 6000 manat Cavabdeh alınaraq iddiaçı Dünyamalıyeva (Novruzova) Mehparə Tofiq qızına verilməlidir.

41. Qızıl-zinət əşyalarına aid hissədə apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehin evində qalması iş materialları ilə öz təsdiqini tapmır və bu barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü is ə cavabdehin üzərinə düşür. Buna görə də məhkəmə kollegiyası iddia tələbinin qızıl-zinət əşyalarına aid hissədə ləğv edilməli olması, həmin hissədə iddia tələbinin rədd edilməli olması qənaətinə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. İddiaçı M.Novrozova (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilinin əldə edilməsinə sərf edilən 43.550 manatın ½ hissəsi - 21.775 manat pulun Cavabdeh İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilərək Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyevprospekti, Abşeron Siti, 240A saylı evin 19 saylı mənzilinin üzərində iddiaçı və cavabdehin hər biri nin ½ hissədə mülkiyyət hüququnun müəyyən edilməsi, həmçinin qətnamənin ““VAZ 21725 minik” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinə aid hissədə dəyişiklik edilməsi, həmin avtomobilin dəyərinin ½ hissəsi, 6000 (altı min) manat Cavabdeh alınaraq iddiaçı Dünyamalıyeva (Novruzova) Mehparə Tofiq qızına verilməsi”, habelə qızıl-zinət əşyaları tələbinin rədd olunmasına aid hissədə ləğv edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilin əldə edilməsinə sərf edilən 43.550 manatın ½ hissəsi - 21.775 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması hissəsində apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin normasını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə həmin evin ödənilmiş dəyərinin yarısını id diaçının xeyrinə cavabdehdən tutulmasını qət etmişdir. Apellyasiya instansiya məhkəməsi həmin mənzilin ½ hissədə iddiaçının payını müəyyən etməli və ya bazar dəyərinin yarısı (35000 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalı olsa da, qeyd edilən normanı düzgün tətbiq etməmişdir. Qətnaməyə dəyişiklik edilməsi, həmin avtomobilin dəyərinin ½ hissəsi, 6000 manat pulun Cavabdeh alınaraq iddiaçı Dünyamalıyeva (Novruzova) Mehparə Tofiq qızına verilməsi hissəsində məhkəmə iş materiallarında olan “VAZ 21725 minik” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiymətinin 12000 manat müəyyən olunmasına dair iş üzrə keçirilmiş ekspertizanın xx.xx.2022-ci il tarixli, 9/1353 saylı rəyinə əsaslanmışdır. Həmin rəy xx.xx.2022-ci il tarixinə avtomobilin bazar qiymətini müəyyən edir. Ancaq həmin tarixdən tərəflərin faktiki ayrıldıqları müddətə qədər cavabdeh avtomobildən təkbaşına istifadə etmişdir. Əsl həqiqətdə tərəflər faktiki ayrılan vaxtı avtomobilin bazar dəyəri 16000 manat təşkil etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bunu nəzərə almamış, bu hissədə əsassız olaraq birinci instansiya məhkəməsinin qərarını dəyişdirmişdir. Nəticə etibarı ilə Ailə Məcəlləsinin 32.1-ci maddəsi düzgün tətbiq edilməmişdir.

44. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilinin əldə edilməsinə sərf edilən 43.550 manatın ½ hissəsi - 21.775 manat pulun Cavabdeh İddiaçı xeyrinə tutulması, həmçinin “VAZ 21725 minik” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsi - 6000 manat pulun Cavabdeh alınaraq iddiaçı Dünyamalıyeva (Novruzova) Mehparə Tofiq qızına verilməsi hissəsində ləğv edilməsi və həmin hissələrdə iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

45. Kassasiya şikayəti belə əsaslandırılıb ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilinin əldə edilməsinə sərf olunan 43.550 manat tərəflərin birgə nikahları dövründə qazanılmış vəsait olduğundan, həmin məbləğin ½ hissəsi, yəni 21.775 manat Cavabdeh iddiaçının xerinə tutulmalı olmasına dair məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etsə də, öz qə tnaməsində yalnız həmin normaları sadalamaqla kifayətlənmiş, bununla da faktiki olaraq normanı tətbiq etmiş, lakin maddi hüquq normasını düzgün təfsir etməmişdir. Adi hüquq normalarının da tələblərindən göründüyü kimi, hər hansı bir daşınmaz əmlakın ərarvadın ümumi birgə mülkiyyəti hesab olunması üçün təkcə həmin əmlakın tərəflərin birgə nikahı dövründə əldə olunması kifayət deyildir. Həm də həmin əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması da zəruridir. Hazırki işdən görünür ki, sözügedən mənzil eyni mənzildir, tikinti şirkəti eyni şirkətdir, həmin mənzili ilk dəfə cavabdehin atası əldə edib və pulunu da tam ödəyibdir. Cavabdehin atasının vəfatından sonra, ailə üzvlərinin razılığı ilə mənzil Cavabdeh adına keçib. İşdə bu barədə rəsmi sənəd olmasa da, işgüzar dövriyyə adətl ərindən bəllidir ki, MTK-lar satdıqları mənzilin mülkiyyətçisi bu və ya digər səbəbdən dəyişdikdə, yenidən sənədləşmə aparırlar və yeni tarixlə müqavilə bağlayaraq, yeni maliyyə arayışı verirlər. Bu, mövcud qanunvericiliyin tələblərinə zidd təcrübə olsa da, MTKlar bu təcrübədən geniş yararlanırlar. Təbii ki, heç cürə ağlabatan deyil ki, şəxs atasının 3 il öncə aldığı evi atası öləndən sonra yenidən eyni məbləğdə pul ödəyib MTK-dan alsın. Həmçinin bu da ağlabatan deyil ki, MTK 3 il ərzində həmin mənzili cavabdehin atasının adına havayı sənədləşdirsin və istifadəsinə versin. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işin bu halını araşdırmalı olduğu halda, bu istiqamətdə heç bir araşdırma aparmamış, işdə olan sübutlar əsasında işə baxmış, lakin bu zaman maddi hüquq normala rının tələblərini pozmuşdur. 2014-cü il buraxılışlı “VAZ 21725” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilə aid hissədə də iddia tələbi əsassızdır. Sözü gedən avtomobil tərəflərin birgə nikahı dövründə cavabdehin adına rəsmiləşdirilsə də, faktiki olaraq onların birgə gəlirləri hesabına alınmamışdır. Həmin avtomobil cavabdehin atası Nazim Novruzova məxsus olmuş, onun tərəfindən qızı X1 adına sənədləşdirilmiş, daha sonra isə, sonuncu onu qardaşının mülkiyyətinə keçirmişdir. Lakin bu zaman tərəflər arasında formal alğı-satqı əqdi bağlanmış, faktiki olaraq heç bir məbləğdə pul ödənilməmişdir. Daha sonra cavabdeh həmin avtomobili təkrarən bacısının adına keçirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

48. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

49. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

50. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.

51. Maddə 225.1. Ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah müqav iləsində və ya digər onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətindədir.

52. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

53. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

54. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə-onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

55. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

56. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

57. Maddə 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.

58. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

59. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər bir inə çatacaq əmlakı müəyyən edir.

60. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəmə si işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

66. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri

67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçı və cavabdehin kassasiya şikayətləri əsasında mübahisələndirilən hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Lakin tərəflərin nikah müddətində əldə edilmiş mənzildən payın müəyyən edilməsi hissəsində məhkəmə düzgün nəticəyə gəlməmişdir. Buna görə də qətnamə «Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilinin əldə edilməsinə sərf edilən 43.550 manatın ½ hissəsi, 21.775 (iyirmi bir min yeddi yüz yetmiş beş) manatın Cavabdeh İddiaçı xeyrinə tutulması» hissəsində ləğv olunmalı, həmin hissədə iddia tələbi təmin olunmaqla «Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilə ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh payları tanınmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanmalıdır.

70. Belə ki, iddia tələbinin qızıl-zinət əşyaları tələbinin maddi hüquq i əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normanın dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

71. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi qızıl-zinət əşyaları tələbi üzrə işin hallarını bu əsaslar üzrə araşdırmış, iş üzrə düzgün nəticəyə gəlmişdir.

72. Verilmiş iddia tələbi nikah müddətində əldə olunmuş əmlakların bölünməsi hissəsində iddia tələbinin maddi hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.

73. Nikah müddətində əldə olunmuş əmlak Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbi baxımından ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Qeyd olunmalıdır ki, ərarvadın nikah müqaviləsi bağlamaqla birgə mülkiyyətin qanun i rejimini dəyişib birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq etmək hüququ vardır (Ailə Məcəlləsinin 38.2-ci maddəsi). Lakin hazırki işdə tərəflərin arasında nikah müqaviləsi bağlanmamışdır və onların birgə əmlakının qanuni rejimi tətbiq olunmalıdır. Bu halda Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən nikah müddətində əldə olunmuş əmlakın bölünməsi zamanı bu əmlaklardakı payları bərabər hesab edilir.

74. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də mübahisənin həllinə bu maddi hüquq normalarını tətbiq etmiş və işin hallarını həmin normanın dispozisiya şərtləri əsasında araşdıraraq müəyyən etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzil tərəflərin birgə nikahı müddətində əldə olunmuşdur.

75. Bu halda həmin əmlakd a tərəflərin payları bərabər hesab olunmalıdır. Lakin apellyasiya instansiyası məhkəməsi mənzilin alınması üçün ödənilən məbləği tərəflər arasında bölmüşdür. İddiaçı bu nəticə ilə razılaşmır və əmlakda payın müəyyən olunmasını tələb edir. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə razılaşır. Çünki birgə nikah müddətində əldə etdikləri pul vəsaiti artıq mənzildə maddiləşmişdir və iqtisadi əhəmiyyəti baxımından iddiaçı üçün ödənilmiş pulun məbləği deyi, mənzildəki pay kimi daha dəyərlidir. Başqa sözlə, iddiaçının mənzildən pay almaqda ifadə olunan seçim hüququ vardır. Buna görə də iddiaçının mənzildən payın müəyyən olunması barədə tələbi təmin olunmalı, mənzildə tərəflərin payları bərabər hesab edilməlidir.

76. Mənzilin mərhum Nazim Novruzov tərəfindən alındığı və buna görə də nikah müdd ətində əldə edilmiş əmlaka aid olmaması barədə cavabdehin dəlilləri əsasszıdır.

77. Çünki apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi, "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 03 mart 2018-ci il tarixli İH-B/0011 nömrəli mənzilin alğı-satqısı haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində “AAAF-Park” yaşayış massivində inşa edilmiş 240-A saylı 9 mərtəbəli yaşayış binasında 19 saylı mənzil 43.550 manata Cavabdeh satılmışdır. Həmin tarixdə "xxxx" MMC mənzilin dəyərinin Cavabdeh tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir.

78. Cavabdeh həmin mənzilin 23 aprel 2015-ci il tarixli müqavilə əsasında atası Novruzov Nazim Qalıxverdi oğlu tərəfindən alınması barədə dəlil irəli sürüb bu barədə müqavilə təqdim etsə də, mənz ilin dəyərinin atası vəfat edən xx.xx.2018-ci il tarixə kimi atası tərəfindən ödənilməsi barədə sübutu təqdim etməmişdir.

79. Cavabdehin onunla "xxxx" MMC arasında bağlanmış 03 mart 2018-ci il tarixli müqavilənin vərəsəlik əsasında onun adına rəsmiləşdirildiyi barədə dəlil də apellyasiya məhkəməsi tərəfindən haqlı olaraq rədd edilmişdir. Çünki "xxxx" MMC 21 oktyabr 2020-ci il tarixli 4404 nömrəli məktubunda qeyd etmişdir ki, MMC-yə məxsus yaşayış binaların alıcısakini vəfat etdiyi halda Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərindən irəli gələrək qanun və ya vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi və digər əlaqəli sənədlər tələb olunaraq sənədləşdirilir. Xüsusilə qeyd edilməlidir ki, mənzilin alqı-satqı müqaviləsi dəyişdirilən zaman vərəsəlik qaydasında keçməsinə dair qeydlər gös tərilir.

80. Lakin mənzilə dair "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilədə vərəsəlik qaydasında keçməsinə dair heç bir qeyd əksini tapmamışdır. Ümumiyyətlə Nazim Novruzovun əmlaklarına dair vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim olunmamışdır. 81. "xxxx" MMC-nin 21 oktyabr 2020-ci il tarixli 4404 nömrəli məktubu, cavavbdehin “MTK-lar satdıqları mənzilin mülkiyyətçisi bu və ya digər səbəbdən dəyişdikdə, yenidən sənədləşmə aparırlar və yeni tarixlə müqavilə bağlayaraq, yeni maliyyə arayışı verirlər” dəlilini də təkzib edir.

82. Apellyasiya instansiyası məhkəməsinin “VAZ 21725 minik” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinə aid hissədə dəyişiklik edilməsi, həmin avtomobilin dəyərinin ½ hissəsi, 6000 (altı min) manat Cavabdeh alınaraq iddiaçı Dünyamalıye va (Novruzova) Mehparə Tofiq qızına verilməsi hissəsində də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Çünki məhkəmə kollegiyası bu nəticəyə gələrkən avtomobilin nikah müddətində əldə edildiyini və iddiaçının razılığı olmadan satıldığını, habelə avtomobilin qiymətləndiricinin rəyi əsasında müəyyən olunmuş dəyərini əsas tutmuşdur. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi qanunauyğundur.

83. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prose ssual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

84. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-94/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qətnaməsi «Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilinin əldə edilməsinə sərf edilən 43.550 manatın ½ hissəsi - 21.775 (iyirmi bir min yeddi yüz yetmiş beş) manat Cavabdeh İddiaçı xeyrinə tutulması» hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar çıxarılsı n və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilə ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh payları tanınsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar