Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5922/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva X1 Rayon Məhkəməsinin X5 nömrəli, 04 sentyabr 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə dəymiş ziyana görə 4673,29 (dörd min altı yüz yetmiş üç, iyirmi doqquz) manat sığorta ödənişinin, ödənilmiş 30.40 (otuz, qırx) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəməyə vəsatət təqdim edərək, mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmiş və Masallı Rayon Məhkəməsinin 04.09.2020-ci il tarixli, X5 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh1 tərəfindən verilmiş şikayət Masallı Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli, qərardadı ilə təmin edilməyərək, şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Hesab edirəm ki, kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və iş şikayətlə birlikdə Masallı Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, şikayət vəkil tərəfind ən imzalanmamış və vəkil orderi şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 - 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 403-1.4-cü maddəsinə əsasən şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayəti n birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi əlavə olunmalıdır. Bu səbəbdən hesab edirəm ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3 və 407.4-cü maddələrinin tələbləri pozulmaqla verildiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət onun geri qaytarılması məsələsinin həlli üçün Masallı RayonMəhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407.4 və 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Masallı Rayon Məhkəməsinin 04.09.2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin. Şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Masallı Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-5922/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-5922/2020
12.10.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver