Məhkəmə qərarları › İş №2(102)-5936/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5936/2021

07.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5936/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə müqavilənin etibarsız hesab edilməsi, əmrin ləğv edilməsi və işə bərpa olunma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin vəkili Vəkil3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.07.2021-ci il tarixli, 2(103)6935/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə bağladığı 01.02.1998-ci il tarixli əmək müqaviləsinə əsasən mühasib vəzifəsinə işə qəbul edilmiş, 05.01.2015-ci il tarixli, 01/15 saylı əmrə əsasən təchizat üzrə menecer İ vəzifəsinə keçirilmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində satınalma prosesində pozuntuları müəyyən etmək məqsədilə malgöndərənlərin seçimi və satınalma sahəsində təsərrüfat fəaliyyətinə dair audit keçirilmişdir. Audit zamanı müəyyən edilmişdir ki, iddiaçı təchizat şirkəti ilə maraqlar toqquşması vəziyyətini açıqlamamış, 3.8 milyon dollar məbləğində post-faktum sifariş tapşırıqlarına yol verilmiş, 2 milyon dollarlıq alış-veriş üçün rəqabət təkliflərini almamışdır. Bu barədə iddiaçıya işəgötürən tərəfindən 27.10.2020-ci il tarixli bildiriş verilmişdir. İddiaçı bildirişi almış, rəydə göstərilən hallar onunla müzakirə edilmiş və verdiyi yazılı izahatında auditin müəyyən etdiyi nöqsanlarda məsuliyyətini qismən qəbul etdiyini, nöqsanların böyük əksəriyyətinin müəssisədə menecer işləyən Nərgiz Qasımova tərəfindən idarə olunan daşınmaz əmlak sahəsinə aid olduğunu bildirmişdir.

2. Tərəflər arasında 29 oktyabr 2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndində tərəflər onların arasınd a bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilməsi barədə qarşılıqlı razılığa gəlmişdir. Müqavilənin 8-ci bəndində işçinin işəgötürənə və ya onun hüquqi varislərinə və ya hüquqlarını qanuni şəkildə əldə etmiş bütün şəxslərə qarşı bütün hüquq və iddialarından (belə hüquq və iddiaların bu müqavilənin bağlandığı məqamda mövcud olubolmamasından və ya bu müqavilənin bağlandığı məqamda tərəflərə məlum olubolmamasından asılı olmayaraq) qanunvericiliklə icazə verilən maksimal həddə imtina etməsi və işəgötürəni və ya onun hüquqi varislərini və ya hüquqlarını qanuni şəkildə əldə etmiş bütün şəxsləri işçi qarşısında olan öhdəliklərindən azad etməsi əksini tapmışdır. Müqavilənin 9-cu bəndinə əsasən müqavilənin hər hansı müddəası səlahiyyətli yurisdiksiyanın məhkəməsi tərəfindən qeyri-qanuni, etibarsız yaxud icrası mümkünsüz olan müddəa hesab olunduğu təqdirdə həmin müddəa (etibarsız yaxud icrası mümkünsüz olduğuna görə) qüvvəsini itirmiş və bu müqaviləyə daxil olunmamış kimi hesab edilir və bu zaman bu hal müqavilənin qalan müddəalarının hər hansı birinin qüvvəsinə təsir göstərmir.

3. Bundan sonra Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi üzrə 29 oktyabr 2020-ci il tarixli, 111/20 saylı əmrlə təchizat üzrə menecer İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən 29 oktyabr 2020-ci il tarixindən xitam verilmişdir. Əsas kimi işçi ilə 29.10.2020-ci il tarixli qarşılıqlı razılaşma göstərilmiş, kadrlar və mühasiba tlıq şöbəsinə qanunvericilikdə nəzərdə tutulan son haqq-hesabın və istifadə olunmamış məzuniyyət günləri üçün kompensasiyanın hesablanması və həyata keçirilməsi tapşırılmışdır.

4. İşəgötürən 21 dekabr 2020-ci il tarixdə iddiaçının işdən azad edilməsi haqqında 29 oktyabr 2020-ci il tarixli 111/20 saylı əmrinə dəyişiklik edərək, iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «e» bəndinə əsasən 29 oktyabr 2020-ci il tarixdən xitam verilməsi barədə əmr vermiş, 22 dekabr 2020-ci il tarixli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə və İddiaçı bu barədə məlumat vermiş, iddiaçıdan əmək kitabçasının orada olan texniki səhvin aradan qaldırılması üçün təqdim edilməsi xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məh kəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 29.10.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında müqaviləsinin etibarsız hesab edilməsi, 29.10.2020-ci il tarixli əmrin ləğv edilərək, onun işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildən etibarən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində müxtəlif vəzifələrdə çalışmış, işlədiyi bütün dövrlərdə də şirkətin daxili qaydalarına əməl etmiş, heç vaxt əmək pozuntusu törətməmişdir. Lakin 29.10.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında müqaviləyə əsasən, Azərbaycan Respublikası Əm ək Məcəlləsinin 68.2-ci maddəsinin (e) bəndi rəhbər tutularaq işdən azad edilmişdir. Bu əmr qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı ilə cavabdehin arasında bağlanmış 29.10.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında müqavilədə iddiaçının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin (e) bəndi rəhbər tutularaq işdən azad olunması razılaşdırıldığı halda, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin (a) bəndinə əsasən işdən çıxarıldığı qeyd olunmuşdur. Bundan başqa, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında müqavilənin 8-ci bəndində qeyd olunur ki, “İşçi işəgötürənə və ya onun hüquqi varislərinə və ya hüquqlarını qanuni şəkildə əldə etmiş bütün şəxslərə qarşı bütün hüquq və iddialarından (belə hüquq və iddiaların bu Müqavilənin bağlandığı məqamda mövcud olub-olmamasından və ya bu Müqavilənin bağlandığı məqamda tərəflərə məlum olub-olmamasından asılı olmayaraq) qanunvericiliklə icazə verilən maksimal həddə imtina edir və işəgötürəni və ya onun hüquqi varislərini və ya hüquqlarını qanuni şəkildə əldə etmiş bütün şəxsləri işçi qarşısında olan öhdəliklərdən azad edir”. Qeyd edilən müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43 və 46-cı maddələrinin və vətəndaşın konstitusion hüquqlarının, insan hüquq və azadlıqlarının pozulması ilə bağlanmışdır. Bu da öz növbəsində müqavilənin etibarsız sayılması üçün əsasdır. Bundan əlavə, 27 oktyabr 2020ci il tarixli audit rəyinə əsaslanan bildirişə əsasən, iddiaçı tərəfindən a) Təchizat şirkəti ilə maraqlar toqquşması vəziyyətin açıqlanmamas ı; b) 3.8 milyon dollar məbləğində postfaktum sifariş tapşırıqları; c) 2 milyon dollarlıq alış-veriş üçün rəqabət təklifləri alınmaması barədə pozuntulara yol verdiyi qeyd edilmişdir. Lakin iddiaçı yazdığı izahatında da göstərmişdir ki, qeyd olunmuş pozuntuları törətməmişdir, audit rəyində qeyd olunanların onunla heç bir əlaqəsi yoxdur. Təchizat proseslərinin olmaması və natamam təşkilati quruluşu, Əməliyyatlar və Funksiyalar tərəfindən dəstək olmaması və şirkətin tələblərinə laqeydlik şirkətin siyasət və prosedurlarının pozulması ilə nəticələndi. Nəticədə, 3.8 milyon ABŞ dolları məbləğində mallar (xidmətlər) təqdim olunandan sonra sifariş tapşırıqlarının yaradılması aşkarlandı. İndi təlimlər keçirilir, sifariş tapşırığı olmadan sifarişə qadağa siyasətini paylayıb və tarixən qurulmuş düşün cə tərzi və yanaşmanı dəyişdirmək üçün sahə direktorları və funksiya liderlərinin iştirakı və dəstəyini əldə etmişdir. İnsanların bu sahədəki mədəniyyətini dəyişdirməyə, qaydalardan xəbərdar etməyə və tələbləri yerinə yetirməyə çalışır. Təchizat sahəsində hər hansı bir struktur quruluşu yox idi, audit dövründə funksiyalar müstəqil fəaliyyət göstərirdi. İndi təchizat prosedurlarını mərkəzləşdirən və onları idarə edə bilən bir təchizat strukturu var. 2020-ci ilin may ayından etibarən yeni “sifariş tələbi - sifariş tapşırığı” prosesinin tətbiqi həyata keçirildi. Üçüncü tərəf təchizatçı şirkətlər məlumatlandırıldı ki, onlar sifariş tapşırığı olmadan mallar (xidmətlər) çatdırmasınlar. Lakin şirkət daxilində sifariş tapşırıqlarının yerləşdirilməsi və təsdiqlənməsinin gecikdirilməsi bu əsas icra göstəricisinə pis təsir göstərir və daha təkmilləşdirilmə tələbinə səbəb olur. İstifadə olunan tək mənbəli satıcılara gəldikdə SLK Sement BP tərəfindən təsdiqlənən Class-G sement təchizatçısıdır. 2018, 2019-cu illərdə sement həcmini yenidən tender elan etməyə, yerli və bölgədən sement təchizatçılarından təkliflər almağa çalışmışlar, lakin bu tədbirlər hələ də mövcud təchizatçının dəyişdirilməsi ilə nəticələnməyib.

7. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, iddia əsassızdır. Əmək Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin a) bəndinə görə əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilə bilər. Tərəflər arasında imzalanmış 1 fevral 1998-ci il tarixli əmək müqaviləsinin 8.1-ci bəndində qeyd edilir ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilə bilər. Beləliklə, tərəflər imzaladıqları əmək müqaviləsində Əmək Məcəlləsinin 75-ci maddəsinə istinad etməklə həmin maddədə əmək müqaviləsinə xitam verilməsi üçün nəzərdə tutulmuş halları (o cümlədən “tərəflərin qarşılıqlı razılığına əsasən” xitam verilmə halını) əmək müqaviləsinə inkorporasiya yolu ilə daxil etmişlər. Tərəflər Əmək Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin a) bəndinin və əmək müqaviləsinin 8.1-ci maddəsinin onlara verdiyi hüquqi imkandan istifadə edərək, əmək müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam vermək barədə razılığa gəlmişlər. Bu məqsədlə, iddiaçı və cavabdeh “əmək müqaviləsinə xitam verilməsi haqqında” 29 oktyabr 2020-ci il tarixli müqavilə imzalamışlar. İddiaçı 14 maddədən ibarət olan xitam haqqında müq avilənin yalnız bir maddəsinin, yəni 8-ci maddəsinin qanunsuz olduğunu hesab edir və bu əsasdan çıxış edərək müqavilənin bütövlükdə etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Halbuki xitam haqqında müqavilənin 8-ci maddəsi qanunvericiliyə zidd deyildir və hətta hər hansı səbəbdən adıçəkilən müqavilənin 8-ci maddəsi etibarsız hesab edilsə belə, bu hal həmin müqavilənin bütövlükdə, yəni onun qalan digər maddələrinin də etibarsız hesab edilməsinə hüquqi əsas vermir. Belə ki, qanunvericilik şəxsin ona məxsus olan hüquqdan imtina etməsini qadağan etmir, şəxs ona məxsus olan subyektiv hüquq barəsində istədiyi kimi sərəncam verərək həmin subyektiv hüququn müqəddəratını həll edə bilər. Hüquqdan imtina da sərəncam vermənin bir növüdür. İddiaçı özünün imzaladığı xitam haqqında müqavilədə razı laşmışdır ki, o, işəgötürənə qarşı hüquq və iddialardan imtina edir. Beləliklə, işçi ona məxsus olan hüquq və iddialar barəsində sərəncam vermişdir. İkincisi, xitam haqqında müqavilənin 8-ci maddəsində aydın şəkildə qeyd edilir ki, işçi qanunvericiliklə icazə verilən maksimal həddə hüquqlardan (iddialardan) imtina edir və işəgötürəni öhdəliklərdən azad edir. “Qanunvericiliklə icazə verilən maksimal həddə” ifadəsi o deməkdir ki, bu maddədə söhbət yalnız və yalnız qanunvericiliklə imtina edilməsi mümkün olan hüquqlardan (iddialardan) və azad edilməsi mümkün olan öhdəliklərdən gedir. Əgər qanunvericikdə hər hansı hüquqdan (iddiadan) imtina və öhdəlikdən azad etmə qadağandırsa, xitam haqqında müqavilənin 8-ci maddəsinə görə həmin hüquqlardan (iddiadan) imtina etmək və öhdəliklərdən azad etmə b aş vermir və işçi həmin hüququ (iddiaları) özündə saxlamış olur. Bu səbəbdən, müqavilənin 8-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.3-cü maddəsinə də zidd deyildir. Belə ki, Əmək Məcəlləsinin adıçəkilən maddəsində deyilir ki, “...əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.” Xitam haqqında müqavilə də “qanunvericiliklə icazə verilən” ifadəsini işlətməklə işçiyə qanunvericiliklə mütləq qaydada məxsus olan və imtina edilməsinə icazə verilməyən bütün hüquq və təminatlarını işçidə saxlanmasını ehtiva edir. Bundan başqa, müqavilənin 9-cu maddəsində də tərəflər aydın şəkildə razılaşmışlar ki, müqavilənin hər hansı bir müddəasının etibarsız olması müqavilənin digər müddəalarının qüvvəsinə təsir etməyəcəkdir. Xitam haqqında müqavilənin Əmək Məcəlləsinin 46-cı maddəsinə zidd olması barədə iddiaçının fikrinə gəldikdə isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin qeyd edilən maddəsi əmək müqaviləsinin bağlanmasını və ona dəyişikliklər edilməsini tənzimləyir. Hazırkı işdə isə mübahisənin predmeti nə əmək müqaviləsinin bağlanılmasıdır, nə də ki ona dəyişikliyin edilməsidir. İddiaçının onunla bağlanmış xitam haqqında müqavilədə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2(e) maddəsinə əsasən xitam verilməsi nəzərdə tutulduğu halda, 113/20 saylı 29 oktyabr 2020-ci il tarixli əmrdə əmək müqaviləsinə xitam vermənin əsası kimi Əmək Məcəlləsinin 68.2(a) maddəsinə istinad olunması barədə dəlili ilə bağlı qeyd edir ki, texniki səhv ucbatından cavabdeh əmək müqaviləsinə xitam vermə haqqında 113/20 s aylı 29 oktyabr 2020-ci il tarixli əmrdə Əmək Məcəlləsinin 68.2(a) maddəsinə istinad edilmişdir. İddiaçının iddia ərizəsini aldıqdan sonra cavabdeh bu texniki səhv barədə məlumat əldə etmiş və texniki səhvi aradan qaldırmaq məqsədi ilə 113/20 saylı 29 oktyabr 2020-ci il tarixli əmrə müvafiq düzəliş etmək üçün 130/20 saylı 21 dekabr 2020-ci il tarixli əmr imzalamaqla iddiaçının işdən azad edilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2(e) maddəsi göstərilmişdir. Eyni zamanda həmin əmr iddiaçıya poçt vasitəsi ilə göndərilmiş və iddiaçıdan onun əmək kitabçasına da müvafiq düzəlişin edilməsi üçün əmək kitabçasının təqdim edilməsi xahiş edilmişdir. Başqa sözlə, iddiaçının qaldırdığı bu məsələ artıq öz müsbət həllini tapmışdır. İddiaçının əmək vəzifələrinin yerinə yetirilmə məsi və ya əmək funksiyaların pozulması halına yol verməməsi, bununla bağlı əmrin əsaslandırılmaması barədə dəlili də əsassızdır. İddiaçının gətirdiyi bu dəlilin hazırkı işə heç bir aidiyyatı yoxdur. Çünki Əmək Məcəlləsinin 71.2-ci maddəsinə görə iddiaçının sadaladığı halları əmrdə qeyd etmək yalnız o halda tələb edilir ki, işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilmiş olsun. İddiaçının əmək müqaviləsinə isə bu əsasla xitam verilməmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1281/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva) iddia təmin edilməmişdir.

9. Məhkəmə tərəfindən mübahisənin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan işin faktik halları kimi müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh Şirkətinin Azərb aycan Respublikasındakı Nümayəndəliyində təchizat üzrə menecer vəzifəsində işləmiş, Nümayəndəlikdə satınalma prosesində pozuntuları müəyyən etmək məqsədilə malgöndərənlərin seçimi və satınalma sahəsində təsərrüfat fəaliyyətinə dair audit zamanı pozuntulara yol verilməsi aşkar olunmuşdur. Bununla əlaqədar iddiaçının 27 oktyabr 2020ci il tarixli yazılı izahatından görünür ki, o, qeyd edilən məsələnin onunla müzakirə olunmasını təsdiq etmiş, məsuliyyəti qismən etiraf etmişdir. Bunun nəticəsi olaraq tərəflər arasında 29 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında müqavilə bağlanmış, iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qarşılıqlı razılaşma əldə olunmuşdur.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı sözügedən audit yoxlamasının nəticələri kimi qeyd edilən nöqsanların onun səlahiyyət dairəsinə aid əmək funksiyaları ilə bağlı olmadığını, həmin pozuntuların onun təqsiri üzündən baş vermədiyini bildirsə də, bu dəlilləri təsdiq edən hər hansı sübutu məhkəmə araşdırması zamanı təqdim etməmiş, yalnız öz şəxsi mülahizələri ilə əsaslandırmışdır. Bundan başqa iddiaçının bu məsələdə istinad etdiyi dəlillərin hazırki iş üzrə araşdırılmalı olan məsələlərə heç bir aidiyyəti yoxdur. Belə ki, mübahisə predmeti olan əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən göründüyü kimi iddiaçının tərəf olduğu əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “e” bəndinə əsasən, yəni tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdehin 29 oktyabr 2020-c i il tarixli, 111/20 saylı işdən azad edilmə haqqında əmrdə əmək müqaviləsinə xitam verilməsi əsasının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndi kimi göstərməklə səhvə yol verdiyini vurğulamışdır. İş materiallarından göründüyü kimi işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinin xitam verilməsini rəsmiləşdirmək üçün verilmiş 29 oktyabr 2020-ci il tarixli, 111/20 nömrəli əmrdə və ona məxsus əmək kitabçasında həqiqətən də xitam vermənin əsası ilə bağlı səhvə yol verilərək, Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “e” bəndi göstərilmək əvəzinə, “a” bəndi göstərilmişdir. Lakin bu səhv müvafiq düzəlişlər edilməklə aradan qaldırılmışdır. Belə ki, qeyd edilən texniki səhvi aradan qaldırmaq məqsədi ilə 113/20 saylı, 29 oktyabr 2020-ci il t arixli əmrə müvafiq düzəliş etmək üçün cavabdeh tərəfindən 130/20 saylı, 21 dekabr 2020-ci il tarixli əmr imzalanmış, bu əmrin surəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə göndərilərək, əmək müqavilələrinə xitam verilməsi barədə elektron informasiya sistemində müvafiq düzəlişin edilməsi xahiş edilmişdir. Eyni zamanda 130/20 saylı, 21 dekabr 2020-ci il tarixli əmr cavabdeh tərəfindən iddiaçıya poçt vasitəsi ilə göndərilmiş, ondan müvafiq düzəlişin edilməsi üçün əmək kitabçasının təqdim edilməsi xahiş edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf texniki səhvin aradan qaldırılmasına yönəldilmiş hərəkətlərin edilməsinə işin məhkəmədə araşdırılması zamanı yol verilmədiyini vurğulasa da, bunu qadağan edən hüquq normasını göstərə bilməmişdir.

12. Məhkəmə iddia çının mülahizəsinə görə razılaşmanın etibarsız hesab edilməsinə əsas olan 8-ci bənddə göstərilən “bütün hüquq və iddialarından qanunvericiliklə icazə verilən maksimal həddə imtina edir” ifadəsinin uğursuz olduğunu qəbul etsə də hesab etmişdir ki, bu bənd işçiyə məxsus və qanunvericilikdə öz əksini tapan hər-hansı hüquqdan imtina etməsini təsbit etmir və işçi üçün heç bir hüquqi nəticə yaratmır. Belə ki, Mülki Məcəllənin 25.4-cü maddəsinin tələblərinə görə fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxslərin hüquq qabiliyyəti onların qanunda nəzərdə tutulmuş və ya yol verilən konkret subyektiv mülki hüquqlar əldə etmək və vəzifələr daşımaq üzrə qanunla müdafiə edilən ömürlük hüquqi imkanlarıdır. Mülki hüquq qabiliyyəti insandan ayrılmazdır və onun yaşından, səhhətindən və s. asılı olmayaraq ömrünün sonunadək özünə münasib mülki hüquqlar və vəzifələr əldə etmək üçün ona hüquqi imkanlar verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, qanunvericilikdə fiziki şəxsin özünə məxsus hüquqlardan məcburi imtinasının nəzərdə tutulmaması və hətta qadağan olduğu “maksimal həddə hüquqlardan imtina etməsini“özündə ehtiva edən bu bəndi mənasız edir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 75-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı Nəsimi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyas ının 14.07.2021-ci il tarixli, 2(103)6935/2021 saylı qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşmış, bu qənaətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 və 75-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

18. Kas sasiya şikayətində iddia ərizəsində göstərilən işin faktik halları və hüquqi əsaslandırma təkrarlanmış, xüsusi olaraq qeyd olunmuşdur ki, əmək müqaviləsinə xitam verilməsi haqqında müqavilənin 8-ci bəndinin müqaviləyə daxil edilməsi qanunsuzdur və işçinin Azərbaycan Respublikası Konstitusiyası və digər qanunları ilə təsbit olunmuş hüquq və azadlıqlarını məhdudlaşdırır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxılmamış, iş üzrə sübutlar, həmçinin tərəflərin izahatları düzgün qiymətləndirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil2 kassasiya şikayətin in dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin vəkili Vəkil3 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə

68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsini n əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə

75. Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi

1. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.

2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar.

4. Əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təm inatı prinsiplərinə zidd olmamalıdır. Maddə

76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilm iş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi“barədə qətnamə“və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə“qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.“

23. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri“ 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsini n qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yo l verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

25. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İddia tələbinin hüquqi əsasını Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir. Həmin normada məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi“üçün aşağıdakı dispozisiya şərtləri müəyyən olunmuşdur: işəgötürən tərəfindən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarının pozulması; 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilmədən əmək müqaviləsinə xitam verilməsi; həmin Məcəllənin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsi.

30. Göründüyü kimi qa nunvericilik əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsində müəyyən olunan əsaslara və qaydalara ciddi şəkildə əməl olunmasını tələb edir.

31. Bu şərtlər əsasında işin halları araşdırıldıqda görünür ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Həmin normaya görə tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən olunmuşdur. Bu norma göndərici olmaqla, məzmunu Əmək Məcələsinin 75-ci maddəsində açıqlanır. Əmək Məcəlləsinin 75-ci maddəsinin mənasına görə tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam veril məsi barədə tərəflərin qarşılıqlı razılığı şərti nəzərdə tutula bilər.

32. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin 8.1-ci bəndində müəyyən olunan şərtə görə, həmin əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər.

33. Bu baxımdan, tərəflərin arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 29.10.2020-ci il tarixli müqavilə, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndində müəyyən olunan hüquqi əsası təşkil etmişdir.

34. Kassatorun cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 29.10.2020-ci il tarixli razılaşmanın 8-ci bəndinin qanunvericiliyə zidd olması barədə dəlili işə baxmış məhkəmələr tərəfindən araşdırılm ış və həmin dəlil qəbul olunmamışdır (bu qərarın 12-ci paraqrafı).

35. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, iddiaçının indi irəli sürdüyü iddia ərizəsinin mümkün sayılması, icraata qəbul edilib mülki icraat qaydasında araşdırılması, özlüyündə iddiaçının həmin dəlilinin əsassızlığını təsdiq edir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 8-ci maddəsi onun işdən çıxarılması ilə bağlı işəgötürənin əmrindən iddia verilməsini və bununla bağlı işəgötürənin hərəkətlərinin araşdırılmasına heç bir maneə yaratmamışdır. Başqa sözlə, baxılan iddianın araşdırılmasında sözügedən müqavilənin 8-ci bəndində müəyyən olunmuş şərtin hər hansı məhdudlaşdırcı təsiri yoxdur.

36. İddiaçının audit araşdırması ilə müəyyən olunmuş pozuntulara yol verməməsi, ona aidiyyəti olmaması barədə kassatorun dəlilləri də məhkəmələr tərəfindən araşdırılmış və hüquqi qiymət verilmişdir (bu qərarın 10-cu bəndi). Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin həmin mövqeyi ilə razılaşır.

37. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.07.2021-ci il tarixli, 2(103)6935/2021 saylı qətna məsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar