Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-594/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Əmək münasibətlərindən irəli gələn mübahisələr, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), işçi əmək vəzifələrini kobud şəkildə pozduğuna görə əmək müqaviləsinə xitam verilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respu blikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6479/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidməti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2018-ci ildə Cavabdehnə işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixdən təşkilatın mənzil bölməsinin müdiri vəzifəsinə təyin edilmişdir. 2. xx.xx.2018-ci il tarixli əmrlə İddiaçı xx.xx.2018-ci il tarixindən təşkilatın Həmkarlar İttifaqı Komitəsinə üzv qəbu l edilmişdir. 3. “Xidmətdə yol verilən nöqsanlar və təqsirkar vəzifəli şəxslərin cəzalandırılması haqqında” xx.xx.2024-cü il tarixli, 10 nömrəli əmrlə tapşırıqlara laqeyd yanaşaraq xidmətin düzgün təşkil edilməməsi, həvalə edilmiş sənədlərin tərtib edilməsində qüsurlara yol verilməsi, tabeliyində olan şəxslərə zəif nəzarət edilməsi səbəbindən İddiaçı töhmət elan edilmişdir.
4. Təşkilatın rəisinin müavini Sənan Abbasov tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixində saat 08:32-də iş yerini özbaşına tərk etməsi, faktla əlaqədar araşdırma aparılması barədə göstəriş verilməsinin xahiş olunması barədə cavabdeh təşkilatın rəisinə xx.xx.2024-cü il tarixli raport ünvanlamışdır.
5. Təşkilatın “Şəxsi heyətin uçotu” bölməsinin Nizami hissə rəisi İradə Məhərrəmova iddiaçının xx.xx.2024-cü il tarixdə üzü rlü səbəb olmadan işə gəlməməsi, faktla əlaqədar araşdırma aparılması barədə göstəriş verilməsi üçün təşkilatın rəisinə xx.xx.2024-cü il tarixli raport ünvanlamışdır.
6. Cavabdeh təşkilatda fəaliyyət göstərən fərdi əmək mübahisələrin baxılması üzrə komissiyasının sədri Texniki-İstehsalat bölməsinin rəisi polkovnik-leytenant X1, komissiyanın üzvləri Həmkarlar İttifaqı Komitəsinin sədri X8, hüquqşünas X5, kadrlar üzrə mütəxəssis X9 və mühasib X2 tərəfindən xx.xx.2024-cü il tarixli akt tərtib olunmuşdur. Həmin aktda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli raportlara əsasən iddiaçı 12 fevral 2024-cü il tarixdə saat 8:32 radələrində iş yerini özbaşına tərk etmiş və iş gününün sonunadək işə gəlməmiş, 13 fevral 2024-cü il tarixdə isə bütün iş günü ərzində işə gəlm əmişdir. İş gününün sonunda komissiyanın sədri bunun səbəbini araşdırmaq məqsədi ilə komissiya üzvlərinin yanında mobil telefon vasitəsi ilə iddiaçıya zəng etmiş, lakin iddiaçı mobil zənglərə cavab verməmişdir.
7. Təşkilatın hüquq işləri üzrə köməkçisi tərəfindən cavabdeh təşkilatın rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli xülasədə qeyd edilmişdir ki, iddiaçının 13 feral 2024-cü il tarixində iş yerində olmaması faktı araşdırılmış və müəyyən olunmuşdur ki, 13 fevral 2024-cü il tarixində iddiaçı bütün iş günü ərzində üzrsüz səbəbdən iş yerinə gəlməmişdir. Onunla telefon əlaqəsi saxlanılaraq qeyd olunan gündə işə gəlməməsi ondan soruşulmuş və bununla bağlı izahat verməli olduğu bildirilmişdir. İddiaçı cavabdeh təşkilata gəlməyəcəyini, barəsində hər hansı tədbir görmək istəyirlərsə görmələ rini demişdir. Nəticədə iddiaçının araşdırma zamanı izahatını almaq mümkün olmamış və buna dair akt tərtib edilmişdir. Qeyd edilənlər nəzərə alınmaqla iddiaçı tərəfindən əmək vəzifəsi kobud şəkildə pozulduğundan onun barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinin tələbinə əsasən tədbir görülməsi təklif edilmişdir.
8. İddiaçı tərəfindən cavabdeh təşkilata səhhəti ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli məktub ünvanlanmış, məktub xx.xx.2024-cü ildə cavabdeh təşkilata daxil olmuşdur. 9. “Xidmətdə yol verilən nöqsanlar və təqsirkar vəzifəli şəxslərin cəzalandırılması haqqında” xx.xx.2024-cü il tarixli, 26 nömrəli əmrlə 12 fevral 2024-cü il tarixində saat 08:32-08:35 radələrində iş yerini özbaşına, üzrsüz səbəbdən t ərk etməsi ilə əlaqədar İddiaçı şiddətli töhmət elan edilmişdir. 10. xx.xx.2024-cü il tarixli, 48 nömrəli əmrlə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsini “ç” bəndinə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əsasən 23 fevral 2024-cü il tarixindən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh təşkilat) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın 48 nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, cavabdeh təşkilatın m ənzil bölməsinin müdiri vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək cavabdeh təşkilatda müxtəlif vəzifələrdə işləmişdir. İşlədiyi son günə qədər heç bir intizam tənbehi olmamışdır. Hadisədən bir neçə vaxt əvvəl rəhbərliklə aralarında səbəbsiz soyuq münasibət yaranmışdır. Hadisədən iki gün əvvəl ona rəhbərlik tərəfindən zəng olunaraq iş otağının artıq bağlandığı və işə gəlməməyi barədə xəbərdarlıq olunmuşdur. Həftənin bazar ertəsi, yəni xx.xx.2024-cü il tarixdə o işdən azad olunması barədə və ona verilmiş evin təslim olunması barədə ərizəsini yazaraq tanışı vasitəsilə iş yerinə göndərmişdir. Özü çox sarsıntı keçir diyi üçün işə getmək istəməmişdir. İdarədə evin təslim edilməsi barədə ərizə qəbul edilsə də, işdən azad edilmə barədə ərizənin poçt vasitəsilə göndərilməsi bildirilmişdir. O da həmin ərizəni poçt vasitəsilə göndərmişdir. Buna baxmayaraq xx.xx.2019-cu ildə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmin əmr qəti olaraq əsassızdır və qanun normaları kobud pozulmaqla verilmişdir. Belə ki, əmrin forması üzrə Əmək Məcəlləsinin tələbləri ilə müəyyən edilmiş qaydalara riayət edilməmiş, onun iş yerini özbaşına tərk etməsi barədə həqiqəti əks etdirməyən məlumat yazılmış, müəssisənin hüquqi ünvanı qeyd olunmamış, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab edilən rəsmi sənədlər göstərilməmişdir.
13. Məhkəmə tə rəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
14. Cavabdeh təşkilat iddia ərizəsinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixli 48 nömrəli əmr Əmək Məcəlləsinin tələblərinə əməl edilməklə verilmişdir. Belə ki, iddiaçı 12 fevral 2024-cü il tarixdə işə gəlmiş və 08:32 radələrində iş yerini rəhbərliyə demədən üzürsüz səbəbdən tərk edərək iş gününün sonunadək iş yerinə qayıtmamışdır. Bununla bağlı onunla telefon əlaqəsi saxlanılaraq qeyd olunan gündə işə gəlməməsinin səbəbi sorulmuş və buna görə izahat verməli olduğu bildirilmişdir. İddiaçı isə cavabında işə gəlməyəcəyini, hər hansı tədbir görmək istəyirlərsə görmələrini deyərək telefon danışığına s on vermişdir. İddiaçı xx.xx.2024-cü il tarixində də iş yerinə gəlməmiş, səbəbini öyrənmək üçün onun mobil telefonuna zənglər edilsə də, telefonu açmamışdır və buna dair komissiya üzvləri tərəfindən “Fərdi əmək mübahisələrinə baxılması” aktı tərtib edilmişdir. Sonradan iddiaçı tərəfindən 12, 13 fevral tarixlərində işdə olmamasını üzrlü səbəb kimi təsdiqləyən hər hansı bir sənəd təqdim edilməmiş, yalnız onun tərəfindən işdən azad olunması üçün xx.xx.2024-cü il tarixli cavabdeh təşkilatın rəisinə yazdığı ərizə ünvanlanmış və həmin ərizə xx.xx.2024-cü il tarixində cavabdeh təşkilata daxil olmuşdur. Bütün bu müddət ərzində iddiaçı iş yerində olmamış və 23 fevral 2024-cü il tarixində əsaslı olaraq onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən (Əmək Məcəlləsinin 72-ci maddənin 3 bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) xitam verilmişdir. Xidmətdə yol verilən nöqsanlara görə iddiaçıya xx.xx.2024-cü il tarixli 10 nömrəli əmrlə töhmət, eləcə də xx.xx.2024-cü il tarixli 26 nömrəli əmrlə şiddətli töhmət verilmişdir. Ona görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, idarəyə yeni təyin edilmiş rəislə işçilər arasında fikir ayrılığı yaranmış, həmin rəis iddiaçını qeyri-qanuni olaraq, heç bir hüquqi əsası olmadan, qərəzli şəkildə işə buraxmamış və heç bir hüquqi əsas olmadan iddiaçının otağını n qapısını möhürləmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi Həmkarlar İttifaqının qabaqcadan razılığı alınmadan ləğv edilmişdir. Əmrdə iddiaçının hər hansı bir hərəkətinə görə iş yerində əmək və icra intizamının normal ahəngini pozması və mülkiyyətçinin, işəgötürənin, ya əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı bir formada ziyan dəydiyi göstərilməmişdir. Bazar günü iddiaçının icazəsi və iştirakı olmadan iş otağının qapısı açılmış, müdaxilələr olmuşdur.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı əlavə olaraq bildirmişdir ki, ola bilər ki, Səbuhi müəllim onu Həmkarlar İttifaqının iclasına çağırmışdır, lakin xatırlamır. xx.xx.2024cü il tarixdə ona Sənan müəllim telefonla bildirmişdir ki, işə gəlməsin. xx.xx.2024-cü il tarixdə işə getmişdir. Ona bildirilmişd ir ki, rəhbərliyin qərarı ilə işdən çıxarılmışdır və otağın qapısı möhürlənmişdir. Son haqq-hesabın nə vaxt ödənildiyini dəqiq xatırlamır. Səhv etmirsə ya fevral, ya da mart ayı idi.
17. Məhkəmə iclasında iştirak edən cavabdeh təşkilatın nümayəndəsi X5 izahatında bildirmişdir ki, işdən azad edilməyən işçilərin idarəyə giriş-çıxışına məhdudiyyət qoyulmur. İddiaçı xx.xx.2024-cü il tarixdə 5 dəqiqə işdə olduqdan sonra işdən çıxıb-getmişdir. Şəxsən o, iddiaçı ilə telefonla danışaraq idarəyə gəlməyini və münasibətini üzbəüz bildirməyi tövsiyə etmiş, lakin iddiaçı ona işə gəlməyəcəyini bildirmişdir. İddiaçı barədə Həmkarlar İttifaqı Komitəsinin qərarının olmamasının səbəbi iddiaçının onların telefonlarına cavab verməməsidir. İddiaçının iştirakı olmadığına görə qərar qəbul edilməsi mümkün olmamış dır. 08 yanvar 2024-cü il tarixdə bir neçə işçiyə sənədlərin icrasında səhlənkar münasibətə görə töhmət verilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının otağının qapısının möhürlənməsi barədə məlumatı olmuşdur. xx.xx.2024-cü il tarixdə otağın qapısı açılan zaman o da iştirak etmişdir. Otaqda müəyyən sənədlər aşkar olunmuşdur.
18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(004)3717/2024 saylı qətnaməsi ilə (hakim - X3) iddia təmin olunmuş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin 23 fevral 2024-cü il tarixli, 48 nömrəli əmri ləğv edilmiş, iddiaçının əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, 23 fevral 2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidməti tərəfindən iddiaçıya ödənilməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh təşkilat tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı Həmkarlar ittifaqının üzvü olduğundan Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinin tələbi nəzərə alınmaqla, onunla əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməzdən əvvəl müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı idi. Habelə, Əmək Məcəlləsinin 80-cı maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla mürac iət etməli, həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməli idi. Lakin belə bir razılığın alınmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh təşkilatın nümayəndəsi Həmkarlar İttifaqı Komitəsinin sədri X4 da cavabdeh təşkilatda fəaliyyət göstərən “Fərdi əmək mübahisələrinə baxılması üzrə komissiyası”nın xx.xx.2024cü il tarixli aktı tərtib edilərkən orada iştirakına istinad edərək, bunu həmkarlar ittifaqı təşkilatının razılığı kimi qiymətləndirmişdir. Lakin bu hal həmkarlar ittifaqı təşkilatının razılığı kimi qəbul edilə bilməz. Həmçinin, iş materiallarında olan cavabdeh təşkilatda fəaliyyət göstərən “Fərdi əmək mübahisələrin baxılması üzrə komissiyası”n ın sədri Texniki İstehsalat bölməsinin rəisi polkovnik-leytenant X1, komissiyanın üzvləri Mənzil-İstismar xidmətinin Həmkarlar İttifaqı Komitəsinin sədri X8, hüquqşünas X5, kadrlar üzrə mütəxəssis X9 və mühasib X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktın məzmununa nəzər yetirdikdə görmək olur ki, aktın məzmununda hər hansı bir razılıqdan söz açılmamış, sadəcə iddiaçının 12 fevral 2024-cü il tarixdə saat 8:32 radələrində iş yerini özbaşına tərk etdiyi və iş gününün sonunadək işə gəlmədiyi, 13 fevral 2024-cü il tarixdə isə bütün iş günü ərzində işə gəlmədiyi, iş gününün sonunda komissiyanın sədrinin bunun səbəbini araşdırmaq məqsədi ilə komissiya üzvləri yanında mobil telefon vasitəsi ilə iddiaçıya zəng etdiyi, lakin iddiaçının mobil zənglərə cavab vermədiyi öz əksini tapmışd ır. Göründüyü kimi sözügedən akt hadisələrin və faktların təsdiqi üçün tərtib olunmuş, iddiaçının əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün razılığın alınması məqsədi daşımamışdır.
20. Cavabdehin iddiaçı Həmkarlar İttifaqı Komitəsinin razılığının alınması ilə bağlı məsələdə iştirak etmədiyindən razılıq verilməsi məsələsini təmin etməyin mümkün olmadığı barədə əsaslandırmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh işçinin işdən çıxarılmasına razılıq verilməsi məsələsinə həmkarlar ittifaqında baxılması zamanı iddiaçının iştirakının təmini üçün zəruri tədbirlər görməmiş, iclas keçiriləcəyi təqdirdə onun yeri və vaxtı barədə iddiaçı məlumatlandırılmamış, ümumiyyətlə belə bir iclasın təşkil olunması öz təsdiqini tapmamışdır. b) Apellyasiya instan siyası məhkəməsindəki icraat
21. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Həmkarlar İttifaqı Komitəsinin sədrinin iştirakı ilə keçirilmiş iclasın nəticəsi ilə əlaqədar tərtib edilmiş 13 fevral 2024-cü il tarixli aktı Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan əmək müqaviləsinin ləğvinə qabaqcadan razılıq alınma kimi qəbul etməmiş, iddiaçının işdən azad edilməsi barədə ərizəsinə, onun iş yerinə gəlməkdən və fərdi əmək mübahisələrinin baxılması üzrə komissiyanın iclasında iştirak etməkdən imtina etməsinə hüquqi qiymət vermədən iddia tələbinin təmin edilməsini qət etmişdir. Bunun la da mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab edilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6479/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3717/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işçinin üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi öz-özlüyündə əmək müqaviləsinin ləğv edilməsi üçün əsas sayılmır. Əmək müqaviləsinin ləğv edilməsi üçün işçinin bu hərəkətsizliyinin (işə gəlməməsinin) doğurduğu nət icələr də nəzərə alınmalıdır. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində qeyd olunub ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin iddiaçının işə gəlməməsinin belə nəticələrə səbəb olduğu müəyyən edilmir. Heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməyən işçinin bu hərəkətsizliyi yuxarıda göstəri lən nəticələrə səbəb olmayıbsa, ona qanunvericilikdə nəzərdə tutulan intizam tənbehlərindən biri (töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət və s.) verilə bilər. Əmək münasibətlərində işçi üçün ən ağır məhrumiyyət yaradan tədbir əmək müqaviləsinin ləğv edilməsidir: o, işini və qazancını itirir. Odur ki, əmək müqaviləsi formal mülahizələrlə ləğv edilə bilməz. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin göstərişi də bunu təsdir edir. Bundan başqa, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə görə, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı idi. Lakin işəgötürən həmkarlar ittifaqı təşkilatının razılığını almadan əmək müqaviləsini ləğv edib. İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarix li ərizə yazıb. O, apellyasiya icraatı zamanı bildirib ki, həmin ərizə onun həqiqi iradəsini ifadə etməyib, o cümlədən heç bir üzrlü səbəb olmadan işə gəlməməsi barədə cavabdehin məhkəməyə verdiyi məlumat həqiqi deyil, cavabdeh onun əmək vəzifələrini icra etməsinə maneə yaradıb. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70(ç), 71(2), 71(3), 72, 80(1)-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh müəssisə kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilmə sini xahiş etmişdir.
27. Kassasiya şikayəti apelyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
29. Maddə 2 (3-cü hissə). Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır.
30. Maddə
11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:... b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...
31. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallard a əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
32. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
33. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zərurili yini əsaslandırmalıdır.
34. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
35. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə t əqdim etməlidir.
36. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsin in qətnaməsi cavabdeh təşkilat tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
50. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
51. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
52. Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
53. Adıçəkilən Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin «ç» bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən tərəfindən intizam tənbehi kimi əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilə bilər.
54. Nəzərə alınmalıdır ki, istənilən intizam pozuntusunun mövcudluğu özlüyündə əmək müqaviləsinə 70-ci maddənin «ç» bəndinə əsasən xitam verilməsi üçün yetərli deyildir.
55. Çünki Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
56. Baxılan işdə iddiaçıya irad tutulan hərəkətləri nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmаsı, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi müəyyən olunmamışdır. Bu hal ona dəlalət edir ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində göstərilən əsas olmamışdır.
57. Bundan başqa, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bənd inin tələbinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
58. Baxılan işin düzgün həlli baxımından bu normada bəhs olunan “zərurilik” anlayışının nəyi ifadə etməsini açıqlamaq vacibdir. Bununla bağlı qeyd olunmalıdır ki, qanunverici intizam tənbehi institutunu müəyyən edərkən, işçiyə tərbiyəedici təsir etməklə onu əmək və icra intizamına əməl etməyə, əmək vəzifələrini yerinə yetirməyə məcbur etmək məqsədini güdür. Əmək Məcəlləsinin 186-cı maddəsində bu məqsədə xidmət edən intizam tənbehi növləri müəyyən olunmuşdur. Seçilən intizam tənbehi, işçinin yol verdiyi xətanın xarakterinə, ağırlıq dərəcəsinə uyğun olmalıdır. Təsadüfi deyildir ki, Əmək Məcəlləsinin 3-cü maddəsində müə yyən olunur ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
59. İşəgötürən aşkar olunmuş xətaya görə bu tənbeh növlərindən hər hansını seçə bilər və ondan bu tənbeh növlərinin ardıcıllığına riayət olunması tələb olunmur. Lakin hər bir halda tətbiq olunan tənbeh növü Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olmalı və eyni zamanda bu xətasına uyğun əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmalıdır.
60. Hazırki işdə məhkəmə kollegiyası iddiaçı ilə əmək mü qaviləsinə xitam verilməsi üçün bu cür zəruriliyin əsaslandırılmadığını bununla da Əmək Məcəlləsinin 71-ci maddəsi ilə müəyyən edilmiş qaydalara əməml olunmadığını müəyyən etmişdir. Əmək Məcəlləsinin 71-iı maddəsi ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən işçi ilə əmək münasibətlərinə xitam verməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılması üçün müstəqil əsasdır.
61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
62. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşki l etmir.
64. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6479/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.