Məhkəmə qərarları › İş №2(102)-595/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-595/2021

25.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-595/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi paylı mülkiyyətdə olan mənzilin açıq hərracdan satılması və satış pulunun paylara mütənasib surətdə bölüşdürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçıların vəkili X2, Cavabdehin vəkili Vəkil Hümmət oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı ümumi paylı mülkiyyətdə olan mənz ilin açıq hərracdan satılması və satış pulunun paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4988/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavadeh Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı № ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 34b, 30 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) 1/3 hissə Cavabdeh1, 1/3 hissə İddiaçı və 1/3 hissə Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 291 saylı reyestr kitabında 28001 nömrə ilə qeydə alınmışdır.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-683/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən ki, mənzilin tərəflərin paylarına uyğun naturada bölünməsi mümkün olmadığından iddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı “payın ayrılması tələbinə dair” iddia ərizəsi rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı "ümumi paylı mülkiyyətdə olan mənzilin açıq hərracdan satılması və satış pulunun paylara mütənasib surətdə bölüşdürülməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilinin mövcud bazar qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və satış pulunun paylarına mütənasib olaraq, yəni hər birinə 1/3 hissə verilməklə aralarında bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, mübahisəli mənzil üzərində onların və cavabdehin qanun üzrə vərəsəlik hüququ əsasında paylı mülkiyyət hüququ mövcuddur ki, (yəni hər birinə 1/3 hissədə) bu barədə onlara Çıxarış verilmişdir. Göstərilən mənzil üzərində hər biri 1/3 hissədə mülkiyyət hüququna malik olsalar da, cavabdeh mənzildən yalnız öz ailəsi ilə istifadə edərək bu günədək onları həmin mənzilə buraxmamış və 3 ildən artıqdır ki, mülkiyyətlərindən məhrum edilmişlər. Bir sözlə, mənzilə sahi blik və ondan istifadə barədə, habelə mənzilin bölünməsi və ya ondan payların ayrılması barədə heç bir razılığa gələ bilməmişlər. Odur ki, hələ xx xxxxxx 2015-ci il tarixdə onlar cavabdehə xəbərnaməli məktub ünvanlayaraq paylı mülkiyyətdə olan mənzilin mövcud bazar qiyməti ilə satılması və satış pulunun bərabər paylarla aralarında bölünməsini cavabdehə təklif etmişlər. Lakin cavabdeh həmin məktubu xx.xx.2015-ci il tarixdə alsa da, məktublarına cavab verməmiş və onlarla heç bir danışığa getməmişdir. Ona görə də onlar hələ 2016-cı ildə cavabdehə qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, cavabdeh isə qarşılıqlı iddia tələbi irəli sürərək “Çıxarışın etibarsız hesab edilməsini” məhkəmədən xahiş etmişdir. Həmin məhkəmə icraatı zamanı vəsatətləri əsasında “Məhkəmə tikinti -texniki ekspertizası” təyin edilmiş və xx xxxxxx 2016-cı il tarixli, 12071 saylı ekspert rəyi ilə mübahisəli mənzilin paylara uyğun natura şəklində bölünməsinin texniki cəhətdən qeyri-mümkün olması müəyyən edilmişdir. İş üzrə keçirilən məhkəmə iclaslarında onların cavabdehə və yaxud da cavabdehin onlara kompensasiya vermək imkanı araşdırılmış və hər iki tərəf belə bir imkana malik olmadığını bildirmişdir. Odur ki, onlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə müvafiq qaydada iddianın predmetini dəyişərək “Paylı mülkiyyətdə olun mənzilin açıq hərracdan satılması və satış pulunun tərəflər arasında paylara uyğun bölünməsi barədə” qətnamə çıxarılmasını məhkəmədən xahiş elmiş və nəticə etibarilə həmin məhkəmənin 2(005)1196/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, cavabdehin qarşılıqlı iddiası isə rədd edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiva Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 548/2017 saylı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, ilkin iddia rədd olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə göstərilən qətnaməsindən onlar tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəməsinin 2(102)- 4271/2017 saylı, xx xxxx 2017-ci il tarixli qərarı ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanı lmışdır. Həm apellyasiya instansiyası məhkəməsinin, həm də kassasiya instansiyası məhkəməsinin işə baxan məhkəmə kollegiyaları müvafiq olaraq öz qətnamə və qərarlarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyə istinad edərək göstərmişlər ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Bir sözlə, belə b ir qərar yalnız Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.” Həmin məhkəmə mübahisəsindən sonra onlar, məsələni qarşılıqlı razılıqla həll etmək üçün cavabdehə xx xxxxxxxx 2017-ci il tarixli təklif ünvanlamış, əks təqdirdə yenə də məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqlarını bildirmişlər. Cavabdeh isə xx xxxxxxxx 2017-ci il tarixli məktubla təkliflərinin müsbət cavablandırılmasının mümkünsüzlüyünü bildirmişdir. Bu səbəbdən onlar, mübahisəli mənzildə hər birinin 1/3 hissədə olan paylarının real olaraq ayrılmasına dair cavabdehə qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində 2-ci iddianı qaldırmışlar. Həmin məhkəmə icraatı zamanı “Məhkəmə mühəndis-texniki ekspertizası” təyin edilmiş və xx xxx 2018-cı il ta rixli, 7216 saylı ekspert rəyi ilə mübahisəli mənzilin paylara uyğun natura şəklində ayrılmasının texniki cəhətdən qeyri-mümkün olduğu müəyyən edilmişdir. 2-ci məhkəmə icraatı zamanı da onların cavabdehə və yaxud da cavabdehin onlara kompensasiya vermək imkanı araşdırılmış və hər iki tərəf belə bir imkana malik olmadığını bildirmişdir. Nəticə etibarilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbləri rədd edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil Hümmət oğlu izahatında bildirmişdir ki, mübahisəli mənzil 1/3 hissə Cavabdeh1, 1/3 hissə İddiaçı və 1/3 hissə cavabdehin ad ına xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçılara paylarına uyğun pul təklif etsə də, onlar imtina edərək daha yüksək məbləğ tələb etmişlər. Buna görə tərəflər arasında razılıq əldə etmək mümkün olmamışdır. Cavabdeh iddiaçıların evdən çıxmaları üçün hər birinə 40000 təklif edir. Özünə isə 60000 manat verilərsə evdən çıxmağa razıdır. 6. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, H/01-PLS saylı hesabatından görünür ki, mübahisəli mənzilinin bazar dəyəri 170000 manat müəyyən edilmişdir. 7. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, QR-284M saylı qiymətləndirmə rəyindən görünür ki, mübahisəli mənzilinin bazar dəyəri 160000 manat müəyyən edilmişdir.

8. Cavabdehə evin iddiaçıların payına düşən hissəsinə uyğun kompensasiya ödənilməsi təklif edilsə də, o, həmin məbləğdə kompensasiya ödəməyə maddi imka nının olmadığını bildirmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-125/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim Hətəmzadə Fərid) iddia tələbi təmin edilmişdir.

10. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxx 2014cü il tarixli qərarına istinadən qeyd etmişdir ki, iddiaçılar öz paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən onlara ödənilməsini təklif etmiş, lakin nəticəsi olmamışdır. Bundan sonra iddiaçılar əmlakın hərracdan satılması, əldə olunan pulun paylara uyğun bölünməs i barədə məhkəməyə müraciət etmişlər.

11. Təsvir olunanlar belə bir nəticəyə gəlməyə əsas verir ki, iddiaçılar öz paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən onlara ödənilməsini təklif etmiş, lakin nəticəsi olmamışdır. Bundan sonra iddiaçılar əmlakın hərracdan satılması, əldə olunan pulun paylara uyğun bölünməsi barədə məhkəməyə müraciət etmişlər.

12. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçıların əsaslı tələbi təmin edilməli, mübahisəli mənzili açıq hərracdan satılmalı və satış pulu paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir

13. Cavadeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya in stansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Talışinski - sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Ziya Şirinov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə qərarları və ekspertiza rəyi ilə payların naturada bölgüsü mümkün olmamışdır.

16. Apellyasiya şikayətində dəliləri: pretenziya qaydalarına riayyət edilməməsi, orada uzun müddət ya şayaraq əmlakın cavabdeh tərəfindən yaxşılaşdırılması və müəyyən məbləğ müqabilində iddia tərəfinin razılığa gəlməməsidir.

17. Məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kom pensasiya ödənilməsi vəzifəsini qoya bilər.

18. İşin hallarından göründüyü kimi, paylı mülkiyyətin naturada bölünməsi mümükün olmamış, tərəflər arasında mübahisə uzun müddətdir gedir və tərəflərin qarşılıqlı razılığa gəlməsi mümkün olmamışdır. Ona görə, cavabdehin dəlilləri formal mülahizə daşıyır və əsassızdır. Diqqətə çatdırılmalıdır ki, əmlakın miras qalması və ondan sonra payların müəyyən edilməsi zamanı cavabdehin əmlakın yaxşılaşdırılması nəticəsində payının artırılmasını tələb etməmişdir və bunlar hüquqi müstəvidə müzakirə edilməmişdir. Bununla belə, mülkün biləvasitə istifadə edilməsində maraqlı olan şəxslərin hərracda iştirak edərək tam mülkiyyət hüquqlarına sahib olmaq imkanları tükənməmişdir və bu mənada cavabdeh də bu imkandan istifadə etmək hüququna malikdir. Kassasiya şikayə tinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (Vəkil Hümmət oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçılar və vəkili kassasi ya şikayətinə qarşı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

22. Etiraz onunla əsaslandırılmışdır ki, şikayətin dəlilləri əsassızdır. Şikayətdə maddi hüquq normasının pozutusu kimi Mülki Məcəllənin 220.4-cü maddəsinə istinad edilmişdir. Lakin həmin norma hazırki mübahisəyə tədbiq edilə bilməz. Həmin norma naturada ayrıla bilən paylı mülkiyyətlə bağlı münasibətləri tənzimləyir. Halbuki hazırki işdə mübahisəli mənzilin naturada ayrılmasının mümkünsüzlüyü qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Cavabdehin vəkili Vəkil Hümmət oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

24. İddiaçıların vəkili X3 məhkəm ə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

26. Maddə 220.3 Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir

27. Maddə 220.4 Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

28. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin P lenumunun 29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair“ xx xxxxx 2014-cü il tarixli qərarı: 30. “Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”...

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hal larına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

33. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçü n əsas yoxdur.

37. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur.

38. Kassasiya şikayətində cavabdeh ümumi sözlərlə mənzilin real dəyərinin məhkəmənin müəyyən etdiyi məbləğdən aşağı olduğunu qeyd etmiş, lakin iş üzrə alınmış müətəxəssis rəylərinin qeyri-mötəbər olmasını cavabdeh şikayətində əsaslandırmamış, mənzilin real qiyməti nin onun iddia etdiyi kimi aşağı olmasına dair işə mahiyyəti üzrə baxılan zaman məhkəmələrə hər hansı bir sübut təqdim etməmişdir.

39. İşə baxılarkən ümumi mülkiyyət hüququna xitam verilməsi əsaslarından biri olan əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına uyğun bölüşdürülməsi (Mülki Məcəllənin 220.6-cı maddəsi) qaydalarına riayət olunmuş, payların naturada ayrılmasının mümkünsüzlüyü, payların dəyərinin birinin digərinə ödəməkdən paylı mülkiyyətçilərin imtina etmələri, bu barədə razılığın əldə edilməməsi müəyyən edilmişdir.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

41. Yuxa rıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavadeh Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4988/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar