Məhkəmə qərarları › İş №2(102)-595/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-595/2025

11.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-595/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi – işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5342/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul et di. İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı 26 dekabr 1978-ci il tarixdən əmək müqaviləsi üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə işləmiş, 16 avqust 2021-ci il tarixdən etibarən cəmiyyətin Dübəndi qəsəbəsində yerləşən Neft terminalında sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin (SƏTƏM) ekologiya üzrə mütəxəssisi vəzifəsinə keçirilmişdir; 3. "Ştat cədvəllərinin təsdiq edilməsi barədə” 26 yanvar 2023-cü il tarixli, 106323 nömrəli əmrlə "ekologiya üzrə mütəxəssis” ştat vahidinin ixtisar edilməsi səbəbindən İddiaçı 3 fevral 2023-cü il tarixdə ştat ixtisarı barədə rəsmi xəbərdarlıq bildirişi verilmiş və Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uy ğun olaraq "Limançı” Həmkarlar İttifaqı Komitəsinin üzvü olmuş İddiaçı bu Məcəllənin 70-ci maddəsinin "b” bəndində göstərilən əsasla əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi üçün əvvəlcədən əsaslandırılmış 9 fevral 2023-cü il tarixli, 13-17/2-120/2023 nömrəli təqdimatla "Limançı” Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmiş, Komitənin 10 fevral 2023-cü il tarixli, HİK02/2023 nömrəli qərarı ilə buna razılıq verilmişdir. 4. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 2 fevral 2024-cü il tarixli, 120735 saylı saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidinin ixtisar ediməsi əsası ilə) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci iş üzrə birinci instansiya məhkəm əsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə 2 fevral 2024-cü il tarixli, 120735 saylı saylı əmrin (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən ştat vahidinin ixtisar ediməsi əsası ilə) ləğv olunması, əvvəlki vəzifəsinə - ekologiya üzrə mütəxəssis vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, hüquqi yardımla əlaqədar olaraq 150 manat, mediasiya xərcləri olaraq 60 manat, cəmi 210 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, X9 Mühəndislər İnstitutunu bitirmişdir, ali təhsilli İiman çıdır. 26 dekabr 1978-ci ildən 2 fevral 2024-cü il tarixədək cavabdeh təşkilatda işləmişdir. Sonralar ixtisasartırma kurslarında oxuyaraq ekoloq ixtisasına yiyələnmişdir. Uzun illər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də müxtəlif vəzifələrdə, 2015-ci ildən isə müddətsiz əmək müqaviləsi ilə ekologiya üzrə mütəxəssis vəzifəsində işləmişdir. Cavabdeh təşkilatda işlədiyi müddətdə barəsində bir dəfə də olsun intizam tənbehi tətbiq edilməmiş, üzərinə düşən vəzifələri vaxtında yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh qanunsuz və əsassız olaraq tutduğu vəzifəni guya ixtisara salmış və onu tutduğu vəzifədən azad etmişdir. Halbuki, onun ştatı ixtisara salındıqdan sonra uzun müddət xəstə olduğu müddətdə (işdən çıxardanadək) işlədiyi sahəyə cavabdeh tərəfindən bir neçə nəfər işə qəbul edil mişdir. Cavabdeh “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 120735 saylı, 2 fevral 2024-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (ştat vahidinin ləğv edilməsi) onunla olan müddətsiz əmək müqaviləyə xitam verilmişdir. Həmin əmrin surətini 2 fevral 2024-cü il tarixdə iş vaxtı qurtardıqdan sonra almışdır. Halbuki, həmin gün, yəni 2 fevral 2024-cü il tarixdə bütün günü iş yerində olmuş və üzərinə düşən əmək vəzifəsini yerinə yetirmişdir. Əmrin verilməsi üçün əsas cavabdehin “Ştat cədvəllərinin təsdiq edilməsi barədə” 26 yanvar 2023-cü il tarixli, 106323 nömrəli əmri ilə Cəmiyyətin ştat cədvəlinin yenidən təsdiq olunması ilə əlaqədar olaraq, bir sıra ştatların, o cümlədən ekologiya üzrə mütəxəssis ştatının ixtisara düşməsi olmuşdur. Cavabdeh tərəfindən verilmiş həmin əmri tam qanunsuz və əsasız hesab edir. Belə ki, əmr verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuş, onun işlədiyi vəzifəyə ehtiyac olduğu halda, o cümlədən həmin ixtisas üzrə yeganə mütəxəssis olması, uzun illər həmin ixtisas üzrə işləməsi nəzərə alınmadan qərəzli olaraq onu işdən azad etmişlər. O, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə (ştat ixtisarı) əsasən işdən azad edilmişdir. Həmin ərəfədə o xəstələnmiş və işə çıxmamışdır. Lakin xəstə olduğuna görə işə çıxmadığı müddətdə cavabdeh tərəfindən onun vəzifəsinə uyğun bir neçə ştat açılmış və işə yeni işçilər qəbul edilmişdir. Onun vəzifəsi ixtisara düşən vaxtlarda ona heç bir başqa iş təklif olunmamışd ır, halbuki həmin vaxtlarda başqa boş iş yerləri (vakant) olmuşdur. Əmək qanunvericiliyinin tələblərinə əsasən bu cavabdehin vəzifəsi idi (Əmək Məcəlləsinin 71-ci maddəsi). Onunla eyni vaxtlarda 5-6 nəfərin də ştatları ixtisara düşmüşdür, lakin cavabdeh tərəfindən həmin şəxslərə müxtəlif vəzifələr təklif edilmiş və onlar işlə təmin edilmişlər. Ali təhsilli olmaqla onun ixtisasının limançı olmasına baxmayaraq, cavabdeh tərəfindən qərəzli olaraq ona başqa iş təklif edilməmişdir. Halbuki, həmin vaxtlarda cavabdeh təşkilatda 30-40 vakant iş yeri olmuşdur. Bundan əlavə, cavabdeh tərəfindən 2-ci dərəcəli əlil olması da nəzərə alınmamışdır. Belə hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə 2 fevral 2024-cü il tarixli, 120735 saylı əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəg ötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar" adlanan 71-ci maddəsinin tələbləri pozulmaqla verilmişdir.

7. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı 2021-ci ildə 4 xəstəlik vərəqəsi üzrə 120 gün, 2022-ci ildə 3 xəstəlik vərəqəsi üzrə 25 gün olmaqla ümumilikdə iki il ərzində 7 dəfə xəstəlik vərəqəsi təqdim etməklə 145 gün işdə olmamışdır. 2023-cü ilin yanvar ayında isə əmək qabiliyyətli olmamasını xəstəlik vərəqəsi əsasında iş yerinə bildirməklə 25 yanvar 2023-cü il tarixindən 27 yanvar 2023-cü il tarixədək işə çıxmamışdır. Ştat ixtisarı barədə 2023-cü ilin 3 fevralında rəsmi xəbərdarlığa dair bildirişlə tanış olduqdan sonra isə 6 fevral 2023-cü il tarixdən 25 fevral 2023 -cü il tarixədək xəstəlik vərəqəsi təqdim etməklə yenidən işə davamiyyətsizlik göstərmişdir. Eyni zamanda, yenidən 2023-cü ilin mart ayının 29-dan 2023-cü ilin 11 dekabr tarixinə qədər "Seymur-M” MMC-yə məxsus "General Hospital” tərəfindən verilən xəstəlik vərəqələri əsasında Cəmiyyətlə birbaşa danışıq, əlaqə, təmas yaratmadan işə çıxmamışdır. Beləliklə, 2023-cü il ərzində 281 gün işdə olmamışdır. İddiaçı 2023-cü il 12 dekabr tarixindən 2024-cü il 10 yanvar tarixinədək işdə olduqdan sonra yenidən 2024-cü ilin 11 yanvar tarixindən 2024-cü ilin 29 yanvar tarixinədək xəstəlik vərəqəsi təqdim etməklə işə çıxmamışdır. Yalnız bundan sonra ştat ixtisarı barədə rəsmi bildirişin təqdim edildiyi tarixdən etibarən iddiaçının işdə olduğu günlər hesablanaraq Məcəllənin 77-ci maddəsində nəzərdə tutulmuş işçinin iş stajına uyğun olaraq 9 təqvim həftəsini əhatə edən xəbərdarlıq müddəti gözlənilməklə iddiaçının əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin "b” bəndi əsası ilə 2 fevral 2024-cü il tarixli, 120735 saylı əmrlə xitam verilmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarması üçün iddiaçıya şərait yaradılmışdır. Eyni zamanda həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən "əmək müqaviləsinə xitam verilməsi barədə” 2 fevral 2024-cü il tarixli 120735 nömrəli əmrin surəti, əmək kitabçası və son haqq-hesabla (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işdənçıxarma müavinəti) bağlı müvafiq sənədlər 2 fevral 2024-cü il tarixində son iş günündə iddiaçıya təhvil verilmiş və i ddiaçı müvafiq sənədləri təhvil almasına dair aktı öz imzası ilə təsdiq etmişdir. Yuxarıda qeyd olunduğu kimi, təqdim edilən xəstəlik vərəqələri əsasında İddiaçı son 3 il ərzində 445 gün işdə olmamasını nəzərə alaraq, təqdim etdiyi xəstəlik vərəqələrinin mövcud formal əsasının həqiqətə uyğunluğunun araşdırılması, qanunvericiliyin, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın tələbinə uyğun şəkildə əsaslı olaraq tərtib olunubolunmamasına münasibət bildirilməsi üçün 6 dekabr 2023-cü il tarixdə 13-17/2-1064/2023 nömrəli məktubla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə (Səhiyyə Nazirliyi) Cəmiyyətin rəhbərliyi adından müraciət olunmuşdur. Lakin təəssüf ki, Səhiyyə Nazirliyindən müraciətlə bağlı heç bir cavab daxil olmamışdır. Buna baxmayaraq, Səhiyyə Nazirliyinə müraciətin ardından "Seymur-M” MMC-yə məxsus "General Hospital” tərəfindən 11 dekabr 2023-cü il tarixdən xəstəlik vərəqələrinin verilməsi dayandırılmışdır. Bir müddət işə çıxdıqdan sonra İddiaçı M.Ə.Əfəndiyev adına X11 tərəfindən verilən xəstəlik vərəqələri əsasında yenidən işə çıxmamışdır (2024-cü ilin 11 yanvar tarixindən 2024-cü ilin 29 yanvar tarixinədək). Göstərilənlər xarakterizə edici hal kimi iddiaçının işə laqeyd münasibətini, formal əsaslar taparaq davamlı işə gəlməmək niyyətini təsdiq edir. İddiaçı əmək hüquqlarının pozulması barədə mülahizələrinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ün vanladığı müraciətlə bağlı X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən cavabdehə ünvanlanmış 3 aprel 2023-cü il tarixli, 3-17-5/2-10978/2023 nömrəli və 2 may 2023-cü il tarixli 3-17-5/2-15083/2023 nömrəli məktublarına Cəmiyyətdə baxılmış və lazımi məlumatlar qeyd edilməklə, eləcə də zəruri sənədlər əlavə edilməklə müvafiq olaraq 27 aprel 2023-cü il tarixli 13-17/2-401/2023 nömrəli və 14 iyun 2023-cü il tarixli 13-17/2- 548/2023 nömrəli məktublarla cavab verilmişdir. Hesab etmişlər ki, təqdim edilmiş məlumat və sənədlərin qanunvericiliyə uyğun olması səbəbindən X5 Xidməti tərəfindən bundan sonra hər hansı əlavə məlumat, sənədlər tələb olunmamış və araşdırma həyata keçirilməmişdir. İddia ərizəsində İddiaçı Cəmiyyətdə işlədiyi müddətdə barəsində bir dəfə də olsun intizam tənbehi tətbiq edilmə məsinə dair qeyd olunan mülahizəsi həqiqətə uyğun deyildir. Belə ki, onun barəsində 11 may 1982-ci il tarixdə 414/L nömrəli, 10 dekabr 1982-ci il tarixdə 2134/L nömrəli, 2 iyul 1981-ci il tarixdə 501/L nömrəli, 12 avqust 1982-ci il tarixdə 777/i nömrəli əmrlərlə yol verdiyi nöqsanlar səbəbindən intizam tənbehi tətbiq olunmuşdur. İddiaçının iddia ərizəsində işlədiyi müddətdə Cəmiyyətin SƏTƏM departamentində ekologiya üzrə yeganə mütəxəssis olduğunu qeyd etməsi də tamamilə əsassızdır. Belə ki, SƏTƏM departamentində ştatı ixtisar olunandan əvvəl eyni vəzifəni tutmuş, hazırda SƏTƏM departamentinin mütəxəssisi vəzifəsində çalışan digər işçi, 4 mart 1992-ci il təvəllüdlü X7 bakalavr təhsili üzrə Bakı Dövlət Universitetinin Ekologiya ixtisası üzrə məzunu, magistr təhsili üzrə isə Qafqaz Universit etinin Ekologiya mühəndisliyi üzrə məzunudur. Eyni zamanda 18 mart 2021-ci il tarixində "Azərsu” ASC-nin "Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu üzrə 2020-ci tədris ili üçün doktoranturaya keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən "Ətraf mühitin texnologiyası və mühəndisliyi” ixtisası üzrə institutun fəlsəfə doktoru proqramı üzrə doktoranturasına (qiyabi) qəbul edilmişdir. Həmçinin xx.xx.2019-cü il tarixdən etibarən Bakı Mühəndislik Universitetində radioekologiya, mədən ekologiyası və təbiət mühəndisliyi üzrə əvəzedici müəllim kimi akademik fəaliyyətlə məşğuldur. Bununla da, iddiaçının ərizəsində irəli sürdüyü bu mülahizəsinin də doğru olmadığı təsdiqedici sənədlər əsasında diqqətə çatdırılır. Bundan əlavə, iddiaçının xəstə olduğuna görə işə çıxmadığı müddətdə ekologiya üzrə m ütəxəssis vəzifəsinə uyğun digər ştat vahidlərinin yaradıldığı və yeni işçilərin işə qəbul olunduğu iddiası da əsassızdır. Belə ki, həmin müddət ərzində SƏTƏM departamentində "mütəxəssis” vəzifəsi üzrə 1 yeni ştat vahidi yaradılmış və ştatı ixtisar edilmiş, ixtisası və peşəkarlıq səviyyəsi İddiaçı münasibətdə daha yüksək olan X4 həmin vəzifə üzrə işə keçirilməsi təklif olunaraq razılıq əsasında həmin vəzifəyə keçirilmişdir. İddiaçının ərizəsində ştat ixtisarı zamanı ona başqa iş təklif olunmasının Məcəllənin 71-ci maddəsinə əsasən Cəmiyyətin vəzifəsi olduğunu göstərməsi onu deməyə əsas verir ki, ərizənin müvafiq abzaslarında 71-ci maddənin 2008-ci il 16 may tarixinə qədər qüvvədə olan əvvəlki redaksiyasına istinad edilmişdir. Qeyd etmişdir ki, cari qanunvericilikdə işəgötürənin belə bir və zifəsi nəzərdə tutulmamışdır. Məcəllənin 71-ci maddəsinin birinci hissəsinin hazırkı redaksiyasında qeyd olunur: "İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.” Belə ki, iddiaçının ştat vahidinin ixtisarı barədə qabaqcadan həmkarlar ittifaqı təşkilatından müvafiq razılığın alınması, ştat ixtisarı barədə rəsmi bildiriş təqdim olunması, eyni zamanda Məcəllənin 78-ci maddəsinin tələbləri üzrə peşə keyfiyyətləri qiymətləndirilərkən işdə saxlanmasına üstünlük verilməsi üçün hər hansı əsasın olmadığı nəzərə alınsa, cavabdehin Məcəllənin 71-ci maddəsinin birinci hissəsində qeyd olunan "Məcəll ə ilə müəyyən olunmuş tədbirlər görmək vəzifəsini” tam icra edilmiş hesab edilməlidir. İddiaçının əlillik meyarının nəzərə alınmaması ilə əlaqədar dəlilinə dair isə qeyd edilməlidir ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 iyun 2022-ci il tarixli arayışına əsasən 16 iyun 2022-ci il tarixdən ikinci dərəcə əlillik qrupu (ürək qüsurları) təyin edilsə də, əlillik səbəbi kimi ümumi xəstəlik qeyd olunmaqla, diaqnoz stenokardiya, ÜİX, digər ürək xəstəlikləri ilə bağlı təsbit edilmişdir ki, bu da Məcəllənin 78ci və 79-cu maddələrinə və "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 24.1-ci maddəsinə uyğun olaraq ştatların ixtisarı zamanı işdə saxlanmasına üstünlük verilən və ya əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən konkret əsas kimi, ə lilliyin həmin müəssisədə məhz peşə xəstəliyinin nəticəsində yaranması halını istisna edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən iddiaçının əlilliyi peşə xəstəliyi səbəbinə əsasən (1.5.1.3) deyil, ümumi xəstəlik səbəbi (1.5.1.1) üzrə təsnifləşdirilmişdir ki, bu da yuxarıdakı əsaslandırmanı bir daha təsdiq edir. Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 14 yanvar tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”nda hər hansı ümumi xəstəlik adı ilə ürək qüsuru (xəstəliyi) nəzərdə tutulmamışdır. Həmçinin, Əmək Məcəlləsinin 78-ci maddəsinin birin ci hissəsinə əsasən ixtisar prosesində ixtisasın və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması ilə bağlı tələb İddiaçı münasibətdə şamil edilməməlidir, bu əsasla ki, o, əmək funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməmişdir. Eyni zamanda İddiaçı yuxarıda qeyd edildiyi kimi son 3 ildə ümumilikdə 445 gün işdə olmamaqla əmək funksiyalarının icrasına etinasızlığı onun peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində əsas amillərdən biri kimi nəzərə alınmışdır. Həmçinin eyni vəzifə üzrə digər işçi X3 peşə keyfiyyətləri meyarı üzrə iddiaçı ilə müqayisəsinin qiymətləndirilməsi zamanı ekologiya üzrə həm bakalavr, həm də magistr ali təhsil dərəcələrinə malik olması, hal-hazırda isə "Azərsu” ASC-nin "Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunda "Ətra f mühitin texnologiyası və mühəndisliyi” ixtisası üzrə institutun fəlsəfə doktoru proqramı üzrə doktorantura (qiyabi) pilləsində təhsil alması faktları əsas götürülərək X7 işdə saxlanılmışdır. Əmək Məcəlləsinin 78-ci maddəsinin ikinci hissəsində isə peşə xəstəliyi üzrə əlilliyi müəyyən olunmuş işçinin digər işçilərlə eyni peşəkarlıq səviyyəsinə malik olduğu halda işdə saxlanmasına üstünlük verilməsi müəyyən edildiyindən, iddiaçının peşə xəstəliyi üzrə əlilliyi olsa idi belə, onun peşə keyfiyyətləri ona işdə saxlanmaqda üstünlük hüququnun tanınmasına imkan verməyəcəkdir. Beləliklə də, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar hüquqi əsaslara söykənmədiyindən iddiası əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(006)2556/2024 nömrəli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia rədd edilmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" QSC işçilərinin “Limançı” Həmkarlar İttifaqı Komitəsi həmçinin X2 edilən təminatların həll edilməsi, o cümlədən əmək stajından asılı olaraq müvafiq müddətlərdə rəsmi xəbərdar edilməsi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad edilmələri təmin edilməsini, xüsusilə ştatı ixtisar edilmiş, SƏTƏM departamentində ekologiya üzrə mütəxəssis xx.xx.1955-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli arayışına əsasən xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlillik qrupu (ürək qüsurları) təyin edilsə də, əlillik səbəbi kimi ümumi xəstəlik qeyd olunmaqla, diaqnoz stenokardiya, ÜİX, digər ürək xəstəlikləri ilə bağlı təsbit edilməsi, bunun da Məcəllənin 78-ci və 79-cu maddələrinə və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 24.1-ci maddəsinə uyğun olaraq ştatların ixtisarı zamanı işdə saxlanmasına üstünlük verilən və ya əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən konkret əsas kimi, əlilliyin həmin müəssisədə məhz peşə xəstəliyinin nəticəsində yaranması halını istisna etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə razılıq vermişdir. İddiaçı iddia tələbində göstərilənlərin, o cümlədən onunla bağlı verilmiş əmrin ona qarşı qərəzli münasibət ilə əsasl andırmağa çalışmışdır. Bu halların sübutetmə yükü iddiaçının üzərində olmaqla öz təsdiqini tapmamışdır. Eyni zamanda İddiaçı cavabdeh tərəfindən verilmiş əmrin qanunsuz və əsassız olması iddiasını təşkil edən dəlillərin əsasında həmin ixtisas üzrə yeganə mütəxəssis olması və ona alternativ vəzifənin təklif olunmaması durmuşdur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC işçilərinin “Limançı” Həmkarlar İttifaqı Komitəsi yığıncağının № 02/2023 protokoldan xx.xx.2023-cü il tarixli çıxarışda həmçinin göstərilmişdir ki, Məcəllənin 78-ci maddəsinin birinci hissəsinə əsasən ixtisar prosesində ixtisasın və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması ilə bağlı tələb İddiaçı münasibətdə şamil edilməməlidir, bu əsasla ki, o, əmək funksiyalarını yüksək peşəkarlıq səviy yəsində yerinə yetirməmişdir. Eyni zamanda son iki il ərzində 7 dəfə xəstəlik vərəqəsi təqdim etməklə 145 gün, o cümlədən 2021-ci ildə 4 xəstəlik vərəqəsi üzrə 120 gün, 2022- ci ildə 3 xəstəlik vərəqəsi üzrə 25 gün işdə olmamışdır. 2023-cü ilin yanvar-fevral aylarında isə artıq 2 dəfə əmək qabiliyyətli olmamasını iş yerinə bildirməklə, ştat ixtisarı barədə 2023-cü ilin 3 fevralında rəsmi xəbərdarlığa dair bildirişlə tanış olduqdan sonra, 2023-cü ilin fevral ayının 6-dan 28 yanvar 2024-cü il tarixə qədər işə çıxmamışdır. İşçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunduqda və bununla bağlı məhkəmə mübahisəsi yarandıqda isə işə baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunub-olunmaması, işəgötürənin özünü n diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edib-etməməsinə dair məsələləri nəzərdən keçirməlidir. İş materiallarından göründüyü kimi, iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, ştatların ixtisarı barədə cavabdeh tərəfindən müvafiq əmr verilmiş, həmin əmrin verilməsinin zəruriliyi əsaslandırılmış, işçiyə işəgötürən tərəfindən ştatların ləğvi barədə xəbərdarlıq göndərilmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 80.1, 70, 71 və 300-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İdd iaçı apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməklə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işə götürən tərəfindən onun işlədiyi “ekologiya üzrə mütəxəssis” ştatının ixtisara düşməsi barədə cavabdeh tərəfindən verilmiş əmr əsaslandırmamışdır. Cavabdeh tərəfindən qanunvericilikdə nəzərdə tutulan təminatlar ona tətbiq edilməmişdir. Cavabdeh tərəfindən uzun illər bu sahədə iddiaçının işləməyinə baxmayaraq işlədiyi vəzifəni qərəzli olaraq ixtisara salmışdır. Lakin cavabdeh tətəfindən həmin bu normanın tələbinin pozulmasına məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. İddia ərizəsində qeyd olunanlar məhkəmə iclasında tam təsdiq olun sa da, iddia tələbi qərəzli olaraq təmin edilməmişdir. Məhkəmə düzgün nəticəyə gəlməmiş və yuxarıda qeyd olunan hallara əsasən iddia tələbini qanunsuz və əsassız olaraq təmin etməmişdir.

13. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətinə etiraz etmiş, iddiaçının Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilərkən əmrin əsaslandırılmamasına dair mülahizəsinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyə səhv istinad olunmaqla əmr rəsmiləşdirilərkən onun zəruriliyinin əsaslandırılması 70-ci maddəsində deyil, Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsi və 83-cü maddəsinin 1-ci hissəsində tələb olaraq qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi icraatında məhkəməyə təqdim olunan əmr və əmrin əsaslandırma hissəsində əlavə olunmuş M əcəllənin 80-ci maddəsinin tələblərinə uyğun olaraq “Limançı” Həmkarlar İttifaqı Komitəsinin üzvü olmuş İddiaçı bu Məcəllənin 70-ci maddəsinin “b” bəndində göstərilən əsasla əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi üçün əvvəlcədən əsaslandırılmış 9 fevral 2023-cü il tarixli, 13-17/2-120/2023 nömrəli təqdimat və həmin Komitənin 10 fevral 2023-cü il tarixli, HİK-02/2023 nömrəli qərarı ilə razılığı məhkəmə tərəfindən tədqiq edilmiş və iş materialları ilə müəyyən edilmişdir ki, əmrin zəruriliyi əsaslandırılmış, cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən cavabdehin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. Odur ki, iddiaçının apellyasiya şikayətindəki “ixtisara dair əmr əsaslandırılmamışdır” iddiası əsassızdır. Belə k i, MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı istinad etdiyi hallara dair heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş sənədlər və iş materialları əsasında müəyyən etmişdir ki, ştatların ixtisarı barədə cavabdeh tərəfindən xəbərdarlıq müddəti gözlənilməklə müvafiq əmr verilmiş, həmin əmrin verilməsinin zəruriliyi əsaslandırılmış, işçiyə işəgötürən tərəfindən ştatların ləğvi barədə xəbərdarlıq göndərilmiş, son haqqhesab üzrə ödənişlər sonuncu iş günü iddiaçıya tam ödənilmişdir. İddiaçının Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə istinad etməklə, əmr verilərkən cavabdeh tərəfindən Məcəllə ilə müəyyən edilmiş tədbirlər görməməsi barədə mülahi zəsinə dair bildirilir ki, iddiaçının ştat vahidinin ixtisarı barədə qabaqcadan həmkarlar ittifaqı təşkilatından müvafiq razılığın alınması, ştat ixtisarı barədə rəsmi bildirişin təqdim olunması, eyni zamanda həmkarlar ittifaqı təşkilatının qərarında əsaslandırıldığı kimi, Məcəllənin 78-ci maddəsinin tələbləri üzrə peşə keyfiyyətləri qiymətləndirilərkən işdə saxlanmasına üstünlük verilməsi üçün hər hansı əsasın olmadığını nəzərə alaraq, birinci instansiya məhkəməsi iddia tələbini əsassız hesab etməklə cavabdehin iddiaçıya qarşı qərəzli münasibəti ilə bağlı iddiaçının həqiqətə uyğun olmayan mülahizələri qismində sübuta yetirilməmiş və öz təsdiqini tapmamışdır. Məcəllənin 77-ci maddəsində nəzərdə tutulan təminatların tətbiq edilməməsi ilə bağlı mülahizəsi də tamamilə əsassızdır. Belə ki, bir inci instansiya məhkəməsi iş materiallarında olan sənədlər əsasında ştat ixtisarı barədə 2023cü ilin 3 fevralında rəsmi xəbərdarlığa dair bildirişlə tanış olduqdan sonra Məcəllənin 77-ci maddəsində nəzərdə tutulmuş işçinin iş stajına uyğun olaraq 9 təqvim həftəsini əhatə edən xəbərdarlıq müddəti gözlənildikdən sonra iddiaçının əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “b” bəndi əsası ilə 2 fevral 2024-cü il tarixdə əmrlə xitam verilməsi, Məcəllənin 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində azı bir iş günü əmək haqqı saxlanılmaqla iş axtarması üçün iddiaçıya şərait yaradılmasını müəyyən etmiş, 77-ci maddənin tətbiqində heç bir pozuntu aşkar etməmişdir. İddiaçının birinci instansiya məhkəməsinin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsini düzgün tətbiq etməməsi barədə təqdim etdiyi dəlili maddi hüquq norması ilə uzlaşmadığından nəzərə alınmamalıdır. Belə ki, Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsində ştat ixtisarı zamanı ixtisası və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərə üstünlük verilməsi tələb olunsa da, iddiaçının bu maddənin məhkəmə tərəfindən pozulmasına dair aydın olmayan mülahizələri qərəzlilik kimi qələmə verilərək hər hansı sübutla əsaslandırılmır. MPM-in 387.1-ci maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. İddiaçı MPM-in 77.1-ci maddəsinə istinad edərək, tərəfindən təqdim edilmiş sübutlara birinci instansiya mə hkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmədiyini iddia edir. Hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar əsasında işin hallarına hüquqi qiymət verərək, yekun olaraq düzgün qətnamə qəbul etmişdir. İddiaçının daha bir mülahizəsi isə ondan ibarətdir ki, təqdim etdiyi sübutlara birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmiş və iddia tələbi tam təsdiq olunsa da, qərəzli olaraq təmin edilməməklə MPM-in 88-ci maddəsi düzgün tətbiq edilməmişdir. Bildiririk ki, iddiaçının bu mülahizəsi həqiqətə uyğun deyil. Belə ki, məhkəmə işə sübutlar əsasında baxmış və iddiaçının iddia tələbi heç bir sübuta söykənmədiyindən öz təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin əsasları birinci instansiya məhkəməsinə təqdim olunmuş iddia ərizəsinin əsasları ilə əsasən eynilik təşkil etdiyindən və birinci instansiya məhkəməsi tərəfindən baxılarkən mövcud olmuş faktiki hallardan fərqli faktiki hal nəzərdə tutmadığından, iddiaçının mülahizələri əsassızdır və həqiqətə uyğun deyildir. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin və məhkəmənin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməsini nəzərə alaraq iddiaçının şikayəti təmin olunmamalıdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5342/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov - sədrlik edən və məruzəçi, Fuad Abdıyev və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəm ə kollegiyası işə götürən tərəfindən iddiaçının işlədiyi “ekologiya üzrə mütəxəssis” ştatının ixtisara düşməsi barədə cavabdeh tərəfindən verilmiş əmrin əsaslandırmamasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, hazırkı mübahisənin predmetini ştatların ixtisara düşməsi barədə əmr təşkil etmir, həmin əmr mübahisələndirilməmişdir.

16. Apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, ştatların ixtisarı ilə bağlı iddiaçıya münasbətdə əmək qanunvericiliyinin hər hansı tələbinin pozulması müəyyən edilmir. Belə ki, müvafiq əmrlə "ekologiya üzrə mütəxəssis” ştat vahidi ixtisar edilməsi səbəbindən iddiaçıya qanunvericiliklə nəzərdə tutulmuş müddətdə barədə rəsmi xəbərdarlıq bildirişi verilmiş və Həmkarlar İttifaqı Komitəsinə müraciə t edilmiş, komitə buna razılıq vermişdir.

17. İddiaçı 2021-ci ildə 4 xəstəlik vərəqəsi üzrə 120 gün, 2022-ci ildə 3 xəstəlik vərəqəsi üzrə 25 gün olmaqla ümumilikdə iki il ərzində 7 dəfə xəstəlik vərəqəsi təqdim etməklə 145 gün işdə olmamış, 2023-cü ilin yanvar ayında isə əmək qabiliyyətli olmamasını xəstəlik vərəqəsi əsasında iş yerinə bildirməklə 25 yanvar 2023-cü il tarixdən 27 yanvar 2023-cü il tarixədək işə çıxmamışdır. Ştat ixtisarı barədə 3 fevral 2023-cü il tarixdə rəsmi xəbərdarlığa dair bildirişlə tanış olduqdan sonra isə yenidən xəstəlik vərəqələri təqdim etməklə işə çıxmamış və cavabdeh məhz qanunvericiliklə müəyyən olunmuş Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işçinin iş stajına uyğun olaraq 9 təqvim həftəsini əhatə edən müddəti gözləmək məcburiyyətində olduğunda n əmək müqaviləsinə 2 fevral 2024-cü il tarixdə xitam vermiş, yəni xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarması üçün iddiaçıya şərait yaradılmışdır. Bundan başqa, əmrin surəti, əmək kitabçası və son haqq-hesabla (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işdənçıxarma müavinəti) bağlı müvafiq sənədlər 2 fevral 2024-cü il tarixdə son iş günündə iddiaçıya təhvil verilmişdir.

18. Apellyasiya şikayətinin digər dəlili kimi iddiaçının ekologiya üzrə yeganə mütəxəssis olması bildirilsə də, cavabdeh tərəfindən təqdim olunmuş sənədlərlə bu xüsusat təkzib olunur. Eyni vəzifə üzrə digər işçi X3 peşə keyfiyyətləri meyarı üzrə iddiaçı ilə müqayisəsinin qiymətləndirilməsi zamanı ekologiya üzrə həm bakalavr, həm də magistr ali təhsil dərəcələrinə malik ol ması, "Azərsu” ASC-nin "Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunda "Ətraf mühitin texnologiyası və mühəndisliyi” ixtisası üzrə institutun fəlsəfə doktoru proqramı üzrə doktorantura (qiyabi) pilləsində təhsil alması faktları əsas götürülərək Abbaslı işdə saxlanılmışdır.

19. İddiaçının əlillik meyarının nəzərə alınmaması ilə əlaqədar apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya 16 iyun 2022-ci il tarixdən ikinci dərəcə əlillik qrupu (ürək qüsurları) təyin edilsə də, əlillik səbəbi kimi ümumi xəstəlik qeyd olunmuşdur. Əmək Məcəlləsinin 78.2-ci maddəsində isə yalnız həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə üstünlük hüququnun verilməsi nəzərdə tutulmuşdur.

20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3 (5-ci hissə), 68 (1 və 2-ci hissə), 70, 71 (1-3-cü hissələr), 77 (1-9-cu hissələr), 78 (1 və 2-ci hissələr) və 79 (1-3-cü hissələr) maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Cavabdehin nümayəndəsi kassasiya şikayətinə etiraz edərək iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılma sını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

24. Maddə 3 (5-ci hissə). Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

25. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

26. Maddə 68 (2-ci hissə, a bəndi). Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır.

27. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;

28. Maddə 71 (1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəz ifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

29. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin ç bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

30. Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilə rkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

31. Maddə 78 (2-ci hissə). İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslər ə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

32. Maddə 79 (1-ci hissə). İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyə tdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

33. Maddə 79 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin a bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

34. Maddə 79 (3-cü hissə). Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol v erilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdı rması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin mübahisə olunan əmri əmək qanunveric iliyinin tələblərinə zidd olmamış, iddiaçı tələbinin əsasında qoyduğu faktiki halları sübuta yetirə bilməmişdir. Belə olan halda iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmir.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və İddiaçı dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılm ası vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kas sasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5342/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar