Məhkəmə qərarları › İş №2(102)-5950/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5950/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5950/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5950/21 (Açar sözlər: prosessual müddətin ötürülməsi əsası ilə kasasiya şikayətinin geri qaytarılması) Bakı şəhəri, 02 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1İ ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6747/2019 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qərardadından iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh X2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 may 2018-ci il tarixli, 2(007)-244/2018 saylı qətnaməsi ilə (hakim Məzahir Sadıqov) iddia rədd edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiya sının (hakimlər – İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) 2(103)-6747/2019 saylı, 27 may 2019-cu il tarixli qətnaməsi iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli, 2(007)-244/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) 2(103)-6747/2019 saylı, 27 may 2019-cu il tarixli xüsusi qərardadı ilə ləğv prosesində olan İddiaçı ASC-nin vəzifəli şəxslərinin hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olmasına hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. Qətnam ədən iddiaçı kasasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 2(103)-6747/2019 saylı, 07 dekabr 2020-ci il tarixli qərardadı ilə qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra verildiyi əsas göstərilərək kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İlqar Dəmirov sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, Vüqar Həsənov) 2(102)-2462/21 saylı, 20 may 2021ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6747/2019 saylı, 07 dekabr 2020-ci il tarixli qərardadı ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Babayev - sədrl ik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 2(103)-6747/2019 saylı, 30 iyun 2021-ci il tarixli qərardadı ilə kasasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası kasasiya şikayətini geri qaytarması barədə gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, təkrar apelyasiya baxışı zamanı kasasiya instansiya məhkəməsinin qərarında göstərilənləri nəzərə alaraq kollegiya qətnamənin iddiaçı tərəfindən nə zaman alınmasını müəyyən etmək məqsədilə Bakı Apellyasiya Məhkəməsinin Ümumi Şöbəsinə sorğu vermiş, sorğuya verilmiş 25 iyun 2021-ci il tarixli cavabla müəyyən olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)6747/2019 saylı, 27 may 2019-cu il tarixli qətnaməsinin təsdiq edilmiş surəti 27.08.2020-ci il tarixdə təkrarən LPO İddiaçı ASC-yə göndərilmiş və 04.09.2020-ci il tarixdə poçt vasitəsilə çatdırılmışdır. Göründüyü kimi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 may 2019-cu il tarixli 2(103)-6747/2019 saylı qətnaməsinin surətini ilk dəfə 27 iyun 2019-cu il tarixdə poçt xəbərnaməsinə (i.v. 195) imza etməklə rəsmi qaydada almış və 27 avqust 2019-cu il tarixdə kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət bitdikdən sonra, yəni 28 oktyabr 2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Kollegiya xüsusilə qeyd edir ki, iddiaçının hüquqi ünvanına göndərilən sənədlərin Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilməməsi isə inandırıcı deyildir. Nəzərə alınmalıdır ki, məhkəmə lərdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən 1 ildən artıq müddətdən sonra ondan əsassız şəkildə şikayət verilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı LPO İddiaçı ASC (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərar dadının ləğv edilərək kasasiya şikayətinin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi xəbərnaməyə hansı səlahiyyətli şəxsin imza edib qəbul etməsi barədə heç bir məlumat qeyd etməmişdir. Apelyasiya kollegiyası maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, kasasiya şikayətinin üqanunla nəzərdə tutulmuş müddət ərzində verilməsinə baxmayaraq kasasiya şikayətini geri qaytarmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı q LPO İddiaçı ASC-ni n vəkili Vəkil və cavabdeh X3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şik ayəti verilə bilər. Maddə 405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kasasiya şikayəti verilə bilər. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yo xlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilm işdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı kasasiya şikayətində prosessual müddətinin ötürülməməsinə istinad etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 may 2019-cu il tarixli 2(103)-6747/2019 saylı qətnaməsinin surətini ilk dəfə 27 iyun 2019-cu il tarixdə poçt xəbərnaməsinə imza etməklə rəsmi qaydada almış, bundan bir ildən artıq müddət keçdikdən sonra kasasiya şikayəti ilə mçəhkəməyə müraciət etmişdir. İddiaçı kasasiya şikayətində apelyasiya kollegiyasının xəbərnamənin iddiaçının hansı nümayəndəsi tərəfindən imza edilməsini əsaslandırmasına istinad etsə də, bununla bağlı qeyd edilməlidir ki, iddiaçı hüquqi şəxsdir və onun ünvanı işə baxıldığı zamandan hazırki zamanadək dəyişməmişdir. İddiaçı özü də məhkəmə qətnamənin onun ünvanına göndərilmədiyini mübahisələndirməmişdir. Belə olan halda xəbərnaməyə hansı nümayəndənin imza etməsinin göstərilməməsi barədə istinad belə olan halda özünü müdafiə xarakterli və forma istinaddır. Bu istinad isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO İd diaçı ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6747/2019 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar