Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-596/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7327/2021 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən ediblər ki, iddiaçı ilə Cavabdeh1 arasında etibarlı münasibətlər olub, bu səbəbdən iddiaçı özünə aid olan işlərin aparılmasını ona tapşırıb. Digər Cavabdeh2 isə Cavabdeh1 arvadıdır. Sonradan iddiaçı ilə Cavabdeh1 arasındakı münasibətlər pozulub.
2. Hazırkı mübahisə “Lexus LX 570” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınmasından irəli gəlmişdir. Həmin avtomobil 20.06.2018-ci ildə mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınıb, 13.02.2019-cu ildə isə başqa şəxsin mülkiyyətinə keçib.
3. İddiaçı iddia edir ki, avtomobil Cavabdeh1 adına qeydə alınsa da əslində onun (iddiaçının) pulu ilə alınıb.
4. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-12226/2019 saylı, 06.12.2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı cavab dehlər Cavabdeh1, Cavabdeh2 və X11 qarşı “əmlak üzərində mülkiyyət hüququnun tanınması və sair tələbləri barədə” iddiası təmin olunmamışdır. Həmin qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən qüvvəsində saxlanılmışdır.
5. Bundan sonra iddiaçı, 23.06.2020-ci ildə aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə 150.000 (yüz əlli min) manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbinin həcmi artırılmışdır).
7. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, cavabdehlərdən Cavabdeh1 ilə 2005-ci ildə sonuncunun əmisi oğlu Emil Cavadov vasitəsilə tanış olmuşdur. Həmin dövrdə iddiaçı Rusiya Federasiyasının vətəndaşı idi və Moskva şəhərində yaşayırdı. Lakin qızı X4 övladları ilə birlikdə daimi olaraq Bakı şəhərində yerləşən və iddiaçıya məxsus olan mənzildə yaşayırdı və bu səbəbdən həyat yoldaşı çox vaxt Bakı şəhərində qızının yanında olurdu. Bundan başqa iddiaçının Bakı şəhərində Rolls-Royce, Bentley markalı avtomobilləri var idi və həmin avtomobillərə qulluq olunması üçün vaxtı-vaxtında servisə aparmaq lazım idi. Həmçinin, iddiaçının Bakı şəhərində şəxsi yaxtası mövcud idi və həmin yaxtada xidmət göstərən heyət var idi. Həmin şəxslərin fəaliyyətinə daimi nəzarət etmək və aylıq əmək haqlarını ödəmək lazım idi. Ancaq iddiaçı Bakı şəhərində həm sürücü, həm da verəcəyi tapşırıqlarını yerinə yetirəcək adam lazım idi. Bu səbəbdən yuxarı da göstərilən işlərin görülməsi və həmçinin sürücü kimi fəaliyyət göstərməsi üçün Cavabdeh1 2006-cı ildə ayda 3000 ABŞ dolları əmək haqqı ödəməklə işə götürmüşdür. İddiaçı Cavabdeh1 etibar etdiyi üçün bütün şəxsi işləri ilə məşğul olmağı, o cümlədən evi, yaxtası və maşınları ilə bağlı maliyyə məsələlərini ona həvalə etmişdir. Pulları bank vasitəsi ilə Bakı şəhərinə Cavabdeh1 adına köçürmək yolu ilə göndərirdi. İddiaçı Cavabdeh1 o qədər çox inanırdı ki, onun pulları necə sərf etdiyinə nəzarət etmirdi, yalnız Bakı şəhərinə gəldiyi zamanlarda göndərdiyi pulları haralara sərf etdiyinə dair özünün adi kağızda apardığı qeydiyyatı göstərirdi. 2011-ci ildə iddiaçı bankdan götürdüyü kreditin hesabına Lexus LX 350 markalı avtomobil almışdır. Həmin dövrdə iddiaçı Rusiya Federasiyasının vətəndaşı oldu ğuna görə cavabdeh Cavadov demişdir ki, maşın hazırki iş üzrə digər cavabdeh olan onun həyat yoldaşı Cavabdeh2 adına alınsın və onun adına kredit rəsmiləşdirilsin. İddiaçı onunla razılaşmışdır. Avtomobil Cavabdeh2 adına rəsmiləşdirilmiş, avtomobilə **-KS-*** dövlət qeydiyyatı nişanı verilmiş və alınmış kreditə görə Muğan Bank ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 2014-cü ildə iddiaçı avtomobilin kreditini tam ödəmişdir. Bununla bağlı avtomobilə yeni qeydiyyat vəsiqəsi və yeni **-GT-*** dövlət qeydiyyat nişanı verilmişdir. 2014-cü ildə iddiaçı şəxsi vəsaiti hesabına daha bir avtomobil (Lexus LX 579 markalı avtomobil) almış və Rusiya Federasiyasının vətəndaşı olduğuna görə yuxarıda qeyd edilən eyni səbəbə görə avtomobili Cavabdeh1 adına rəsmiləşdirmişdir. Bu avtomobilə **-TK-*** dövl ət qeydiyyat nişanı verilmişdir. İddiaçı həmin avtomobili idarə etməyə alınan gündən digər sürücüsü X13 həvalə etmişdir. Bu səbəbdən iddiaçının göstərişinə əsasən Cavabdeh1 tərəfindən sürücü Malik Əzimova etibarnamə verilmişdir. Həmçinin iddiaçı Bakı şəhərinə gəldiyi zaman ehtiyac yaranacağı halda həmin avtomaşını idarə edə bilməsi üçün Cavabdeh1 iddiaçının göstərişi ilə iddiaçının adına da etibarnamə vermişdir. 2018-ci ildə Mercedes Vito markalı yeni avtomaşını Avstriyadan gəldikdən sonra Cavabdeh1 iddiaçım göstərişinə əsasən əvvəlki Lexus LX 350 markalı, **-GT-*** dövlət nömrə nişanlı avtomaşını satmış və satışdan əldə olunmuş 24000 ABŞ dolları məbləğində pulu iddiaçıya, iddiaçının dostu Azər Mehdiyevin və yaxtanın ekipajı yanında, iddiaçının şəxsi yaxtasında vermişdir. Sonradan iddiaç ıya məlum olmuşdur ki, cavabdeh həmin avtomobili 27000 ABŞ dollarına satmışdır. 2017-ci ilin ortalarında iddiaçı Azərbaycan Respublikasına köçərək Bakı şəhərində ailəsi ilə birlikdə daimi yaşamağa başlamışdır. İddiaçı burda yaşadığına görə Cavabdeh1 maliyyə məsələlərindən kənarlaşdıraraq şəxsi maliyyə məsələlərini özü həll etməyə başlamışdır. Cavabdeh1 isə yalnız sürücü kimi iddiaçıya xidmət göstərirdi. 2018-ci ilin iyun ayında mübahisəli avtomobilə təhkim olunmuş **-TK-*** dövlət qeydiyyat nişanı dəyişdirilmiş və avtomobilə əvvəlki, yəni (**-KS-*** dövlət nömrə nişanı verilmişdir. İddiaçı özü Bakıda yaşadığından köməkçi lazım olmadığına görə 2018-ci ilin noyabr ayından Cavabdeh1 sürücü kimi 3500 manat əmək haqqı verməyə başlamışdır. Çünki, o, artıq yalnız ailə sürücüsü kimi qalmışdır. Cav abdehin çalışdığı son iki ayda yalnız gördüyü iş Mercedes Vito markalı avtomaşınla iddiaçını səhər saat 11-də işə aparıb axşam saat 6-da evə gətirməkdən ibarət olmuşdur. İddiaçının ailə üzvləri isə digər sürücü M.Əzimov mübahisəli avtomobili ilə xidmət göstərmişdir. Cavabdeh1 29.12.2018-ci il tarixindən 03.01.2019-cu il tarixədək istirahətdə olmuş, 03.01.2019-cu il tarixdən sonra isə onun işi mübahisəli avtomobillə iddiaçının nəvələrini məktəbə aparıb gətirmək olmuşdur. Cavabdeh1 əvvəlki dövrdən fərqli olaraq, iddiaçıya məxsus olan pulları artıq özünün bildiyi kimi sağa-sola xərcləyə bilmədiyi üçün və uşaqları məktəbə aparmaqdan ötrü hər gün səhər tezdən oyanmalı olduğuna görə 02.02.2019-cu il tarixdə iddiaçının yanına gələrək artıq sürücü kimi çalışmaq istəmədiyini bildirmişdir. İddiaçı i sə onun istəyinə etiraz etməyərək avtomobilin açarlarını təhvil verməsini tələb etmiş, lakin Cavabdeh1 avtomobilin əsassız olaraq ona çatmalı olduğunu bildirmişdir. Lakin yuxarıdakı məlumatlardan da göründüyü kimi cavabdeh əsassız olaraq iddiaçının pul vəsaitini mənimsəmişdir. Bundan əlavə qeyd etmək istəyirlər ki, "xxxx" ASC-də olan AZ63AHB******************** nömrəli bank hesabından 12.02.2019-cu il tarixli çıxarışından görünür ki, təkcə 28.10.2014-cü il tarixdən 12.02.2019-cu il tarixədək olan müddət ərzində Cavabdeh1 iddiaçının verdiyi etibarnamə əsasında hesabından 1.000.514,96 manat məbləğində pul məxaric etmişdir. Həmçinin, "xxxx" ASC-də olan ******************** nömrəli bank hesabının 11.02.2019-cu il tarixli çıxarışından görünür ki, 01.01.2010-cu il tarixdən 11.02.2019-cu il tarix ədək olan müddət ərzində Cavabdeh1 iddiaçının verdiyi etibarnamə əsasında hesabından 1.174.264,23 avro məxaric etmişdir. Mübahisəli avtomobilin dəyəri olaraq ödənilmiş pulla məhz iddiaçının göndərdiyi həmin məbləğlərdən ödənilmişdir. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl Cavabdeh1 ilə dəfələrlə normal şəkildə danışaraq avtomobilin geri qaytarmasını və adına rəsmiləşdirməsini tapşırsa da, Cavabdeh1 avtomobilin “Qeydiyyat şəhadətnaməsinin” adına olmasından suiistifadə edərək avtomobili geri qaytarmaqdan imtina etmişdir. Hətta məhkəməyə müraciət edəcəyi barədə dediyi sözdən sonra, Cavabdeh1 iddiaçını avtomobili partladaraq məhv edəcəyi ilə hədələmişdir. Sonradan isə məlum olmuşdur ki, Cavabdeh1 avtomobili V.Əmirova satmışdır. Elvin-2007 Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi alq ı-satqı müqaviləsi ilə müəyyən olunur ki, Lexus LX 570 markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil 13.02.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 60.000 (altmış min) manata Cavabdeh1 tərəfindən X2. Həmin əsassız varlanma yolu ilə əldə olunmuş pul vəsaiti birgə nikah dövründə Cavabdeh1 və digər Cavabdeh2 tərəfindən xərclənmişdir. Qeyd olunan məsələlər tərəflər arasında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-(103)-12226/2019 saylı iş üzrə 06 dekabr 2019-cu il tarixli qətnaməsi ilə də bir daha sübuta yetirilir. Qeyd etmək lazımdır ki, avtomobilin 13.02.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 60.000 (altmış min) manata Cavabdeh1 tərəfindən X3 barədə müqavilə formal bağlanmış, avtomobil Cavabdeh1 faktiki mülkiyyətində qalmışdır. Həmçinin həmin avt omobilin faktiki qiyməti 70.000 (yetmiş min) ABŞ dollarından daha artıqdır. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, 70.000 (yetmiş min) ABŞ dolları pul vəsaitinin ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdehlər yuxarıdakı faktalara əsasən iddiaçının pullarını mənimsəmişlər. Burada əsasız varlanmanın əlamətləri mövcuddur. Qeyd etmək istərlər ki, Lexus LX 570 markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı vəsaiti əsasında alınması tərəflər arasında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-(103)12226/2019 saylı iş üzrə 06 dekabr 2019-cu il tarixli qətnaməsi ilə sübuta yetirilir.
8. İddia t ələbinin həcminin artırılması barədə ərizədə qeyd edilmişdir ki, "xxxx" ASC-də olan AZ63AHB******************** nömrəli bank hesabından 12.02.2019-cu il tarixli çıxarışından görünür ki, təkcə 28.10.2014-cü il tarixdən 12.02.2019-cu il tarixədək olan müddət ərzində Cavabdeh1 iddiaçının verdiyi etibarnamə əsasında hesabından 1.000.514,96 manat məbləğində pul məxaric etmişdir. Həmçinin, "xxxx" ASC-də olan ******************** nömrəli bank hesabının 11.02.2019-cu il tarixli çıxarışından görünür ki, 01.01.2010-cu il tarixdən 11.02.2019-cu il tarixədək olan müddət ərzində Cavabdeh1 iddiaçının verdiyi etibarnamə əsasında hesabından 1.174.264,23 avro məxaric etmişdir. Mübahisəli avtomobilin dəyəri olaraq ödənilmiş pul da məhz iddiaçının göndərdiyi həmin məbləğlərdən ödənilmişdir. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl Cavabdeh1 ilə dəfələrlə normal şəkildə danışaraq avtomobilin geri qaytarmasını və adına rəsmiləşdirməsini tapşırsa da, Cavabdeh1 avtomobilin “Qeydiyyat şəhadətnaməsinin” adına olmasından sui-istifadə edərək avtomobili geri qaytarmaqdan imtina etmişdir. Hətta məhkəməyə müraciət edəcəyi barədə dediyi sözdən sonra, Cavabdeh1 iddiaçını avtomobili partladaraq məhv edəcəyi ilə hədələmişdir. Sonradan isə məlum olmuşdur ki, Cavabdeh1 avtomobili V.Əmirova satmışdır. Elvin-2007 Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, Lexus LX 570 markalı, 90- KS-811 dövlət qeydiyyat nişanlı avtomobil 13.02.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 60.000 (altmış min) manata Cavabdeh1 tərəfindən X2. Həmin əsassız varlanma yolu ilə əldə olunmuş pul vəsaiti birgə nikah dövründə Cavabdeh1 və digər Cavabdeh2 tərəfindən xərclənmişdir. Qeyd olunan məsələlər tərəflər arasında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12226/2019 saylı iş üzrə 06 dekabr 2019-cu il tarixli qətnaməsi ilə də bir daha sübuta yetirilir. Qeyd etmək lazımdır ki, avtomobilin 13.02.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 60.000 (altmış min) manata Cavabdeh1 tərəfindən X3 barədə müqavilə formal bağlanmış, avtomobil Cavabdeh1 faktiki mülkiyyətində qalmışdır. Həmçinin həmin avtomobilin faktiki qiyməti 70.000 (yetmiş min) ABŞ dollarından daha artıqdır. Qeyd etmək istəyirlər ki, məhkəmədə iddia qaldırıldıqdan sonra tərəflərindən Azərbaycan Respublikası Baş X19 İdarəsindən əldə etdikləri 19 dekabr 2020-ci il tarixli alqı-satq ı müqaviləsinə əsasən müəyyən olunmuşdur ki, həmin avtomobil Cavabdeh1 tanışı və qohumu olan X6 etibarnamə əsasında iştirakı əsasında 140000 (yüz qırx min) manata X1. Cavabdeh1 tanışı və qohumu olan X12 həmçinin 13.02.2019-cu il tarixli alqı-satqı müqaviləsi zamanı da etibarnamə ilə Cavabdeh1 adından etibarnamə ilə çıxış etmişdir. Həmçinin 23.03.2018-ci il tarixində Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş akt ilə müəyyən olunur ki, 13.02.2019-cu il tarixli alqısatqı müqaviləsi formal olaraq imzalanmış, Lexus LX 570 markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 həyətində saxlanılmaqla faktiki Cavabdeh1 mülkiyyətində olmuşdur. Avtomobil uzun müddət qanunsuz və əsassız olaraq Cavabdeh1 tərəfindən özündə saxlanılmış, avomobil istifadə edilmiş və bununla da onu n dəyəri azalmışdır. Həmin avtomobil vaxtında geri qaytarılsa İddiaçı həmin avtomobili minimum 150000 (yüz əlli min) manata satılardı. Belə olan halda hazırda iddia tələbinin həcminin artırılması zərurəti yaranıb. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, 150.000 (yüz əlli min) manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Lexus LX 570 markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin idiaçı İddiaçı vəsaiti əsasında alınması tərəflər arasında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12226/2019 saylı iş üzrə 06 dekabr 2019-cu il tarixli qətnaməsi ilə sübuta yetirilir. Tərəflərindən Azərbaycan Respublikası Baş X19 İdarəsindən əldə etdikləri 19 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunmuşdur ki, həmin avtomobil Cavabdeh1 tanışı və qohumu olan X6 etibarnamə əsasında iştirakı əsasında 140000 (yüz qırx min) manata X1. Avtomobil uzun müddət qanunsuz və əsassız olaraq Cavabdeh1 tərəfindən özündə saxlanılmış, avtomobil istifadə edilmiş və bununla da onun dəyəri azalmışdır. Həmin avtomobil vaxtında geri qaytarılsa İddiaçı həmin avtomobili minimum 150000 (yüz əlli min) manata satılardı.
9. Cavabdeh1 nümayəndəsi və vəkili X9 birinci instansiya məhkəməsinin iclasında iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsində nümayəndəsi və vəkili olduğu Cavadov X5 Fərid Qərib oğlunun iddiası əsasında əsassız varlanma nəticəsində 150000 (yüz əlli min) manat pul tələbinə əsasə n cavabdeh qismində işə cəlb edilib. İddianın əsası Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyun 2020-ci il tarixli qərarı olmuşdur ki, həmin iş üzrə iddiaçı cavabdehə qarşı “avtomobilə mülkiyyət hüququnun tanınmasına dair” iddiası olmuşdur. “Avtomobilə mülkiyyət hüququnun tanınmasına dair” iddia Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə 07 mart 2019-cu il tarixdə verilmişdir və həmin məhkəmədə 17 iyul 2019-cu il tarixli qətnamə ilə iddia tələbi təmin edilmişdir. Qeyd edilən qətnamədən apellyasiya şikayəti verilmiş və şikayət Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyun 2020-ci il tarixli qərarı ilə təmin edil məmişdir. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyun 2020-ci il tarixli qərarı elan edildiyi gün əvvəlki iddia ərizəsinə qismən dəyişiklik edilməklə yenidən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Hazırkı iş üzrə yuxarıda da qeyd etdiyi kimi əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin tələb edilməsidir. İddiaçı iddia ərizəsində göstərir ki, 2014-cü ildə Rusiya Federasiyasının vətəndaşı olduğu səbəbindən əvvəlki iş üzrə mübahisəli avtomobil Cavabdeh1 adına alınmışdır. Bildirir ki, mübahisəli avtomobil 01 oktyabr 2014-cü il tarixdə 43 000 manata "xxxx" MMC-dən alınıb. İş materiallarına əlavə edilmiş MAPS arayışında iddiaçı 13.03.2014-cü il tarixdə artıq Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əldə etmişdir. Bu hal göstərir ki, iddiaçının idd ia etdiyi kimi avtomobili öz adına almaq imkanın olmaması həqiqətə uyğun deyil, iş materiallarından da görünür ki, mübahisəli avtomobil cavabdehin mülkiyyətində 4 ildən artıq olub. İddiaçının istinad etdiyi cavabdehin mülki qanunvericiliyinin tələbinə əsasən əsassız varlanma müddəası isə absurdur. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsində göstərilir ki, Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
10. Cavabdeh1 birinci instansiya məhkəməsinin ic lasında bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsində nümayəndəsi və vəkili olduğu Cavabdeh1 İddiaçı iddiası əsasında 150.000 (yüz əlli min) manat pul tələbinə əsasən cavabdeh qismində işə cəlb edilib. İş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert qarşısında qoyulan suala cavab olaraq ona təqdim edilmiş sənəd əsasında avtomobilin qiyməti 140.000 manat dəyərindirilmişdir. Məhkəməyə təqdim edilmiş avtomobilin alğı-satqı müqaviləsində saxtalaşdırma edilmişdir. Belə ki, avtomobil 40 000 manata alğı-satqı edilmişdir və bunu avtomobili satan şəxs təsdiq edir, məhkəmə baxışı zamanı təsdiq etmişdir. Azərbaycan Respublikası CM-nin 294.1-ci maddəsinin tələbinə əsasən mülki iş üzrə sənədlərin saxtalaşdırılması cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası DİN BD YPİ tərəfindən aparılmış 19 dekabr 2020-ci tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsini və ona əlavə edilmiş sənədlərdə saxtakarlıq edilərək müqavilənin dəyişdirilməsi və sübutların saxtalaşdırılmasına görə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Həmçinin bildirmişdir ki, maşın onun mülkiyyətindədir. Maşını özü almışdır. Maşını Toyota servisdən almışdır. İddiaçı yanında köməkçi işləmişdir. İşdən çıxdığına görə İddiaçı ona qarşı görə məhkəmələrdə müxtəlif iddialar qaldırır. 2018-ci ildə maşının qeydiyyat nömrəsini dəyişdirmişdir. Ailəsi birgə maşınla istirahətə getmişdir. Maşını Fəridə etibarnamə əsasında vermişdir. Vəkilinə görə vaxtında digər iş üzrə çıxarılmış Bakı Apelyasiya Məhkəməsinin qətnaməsindən şikayət verə bilmədiyini bildirmişdir. İddianın rədd edilm əsini məhkəmədən xahiş etmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Musayeva) 30 mart 2021-ci il tarixli, 2(006)433/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 119.000 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 24 manatı, cəmi 119.024 (yüz on doqquz min iyirmi dörd) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın digər hissədə rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 10 manatının İddiaçı, 40 manatın isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
12. Məhkəmə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad edərək mövqeyini belə əs aslandırmışdır ki, iddiaçı və cavabdehin tərəf olduqları mülki iş üzrə yuxarı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş və bu iş üçün preyudisiyal əhəmiyyətinə malik olan faktlardan görünür ki, mübahisəli avtomobil iddiaçının vəsaiti hesabına əldə olunaraq onun istifadəsində və sahibliyində olmuşdur. Belə ki, məhkəmə bu qənaətə gələrkən “Kapital Bank" ASC-də olan AZ63AHB******************** nömrəli bank hesabından 12.02.2019-cu il tarixli çıxarışa, təkcə 28.10.2014-cü il tarixdən 12.02.2019-cu il tarixədək olan müddət ərzində Cavabdeh1 iddiaçının verdiyi etibarnamə əsasında hesabından 1.000.514,96 manat məbləğində pulu məxaric etdiyinə, həmçinin, "xxxx" ASC-də olan ******************** nömrəli bank hesabının 11.02.2019-cu il tarixli çıxarışına əsasən, 01.01.2010-cu il tarixdən 11.02.2019-cu il tarixədək olan müddət ərzində Cavabdeh1 iddiaçının verdiyi etibarnamə əsasında hesabından 1.174.264,23 avro məbləğində pulu məxaric etdiyinə əsaslanmışdır. Məhkəmə mübahisəli avtomobilin dəyəri olaraq ödənilmiş pulun məhz iddiaçının göndərdiyi həmin məbləğlərdən ödənildiyi qənaətinə gələrkən eyni zamanda iddiaçı ilə Cavabdeh1 arasında mübahisəni məhkəmədən kənar həll etmək üçün aparılmış danışıqların videogörüntülərini özündə əks etdirən video diskinə istinad etmişdir. Həmin videogörüntüdən müəyyən edilmişdir ki, mübahisəli avtomobil iddiaçının vəsaiti hesabına əldə olunmuşdur. Bu xüsusatlar nəzərə alınaraq məhkəmə tərəfindən iddiaçıya ona dəymiş maddi ziyanın ödənilməsi, konkret olaraq isə onun tərəfindən mübahisəli avtomobilə görə ödənilmiş pulun tutulması ilə bağlı ona zi yan vurmuş şəxsə (şəxslərə) qarşı “pul tələbi barədə” iddia ilə məhkəməyə müraciət etmək hüququna malik olduğu izah edilmişdir. Beləliklə məhkəmə qeyd etmişdir ki, yuxarıda göstərilən faktların hazırki məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Belə ki, mübahisəli avtomobilin məhz iddiaçının vəsaiti hesabına alınması faktı bu mülki iş üzrə artıq müəyyən edilmiş kimi qəbul edilməlidir. Lakin İddiaçı əmlak itkisi nəticəsində dəymiş zərərin məbləği işin mübahisələndirilən hallarına aid olduğundan bu hal hazırki məhkəmə baxışında araşdırılmalıdır. Məhkəmə Mülki Məcəllənin 1091-ci və 1092-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, cavabdehlər iddiaçıya məxsus avtomobili satmaqla onun hesabına əsassız olaraq varlanmışlar. Cavabdehlər tərəfində n geri qaytarılmalı olan məbləği müəyyən etmək üçün məhkəmə mübahisəli avtomobilin mövcud bazar qiymətinin müəyyən edilməsinə zərurət olduğunu qeyd edir. Belə ki, həmin məbləğ müəyyən edilərkən bunun eyni markalı və il buraxılışlı avtomobilin əldə olunması üçün yetərli olub-olmaması kimi meyarı nəzərə alınmalıdır. İş materiallarında olan avtomobillərin satış saytlarından çıxarışdan göründüyü kimi, 2014-cü il buraxılışlı “Lexus LX 570” markalı avtomobillərin təxmini qiyməti 67.000-81.000 ABŞ dolları civarındadır. Beləliklə qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehlərdən (hazırda 70.000 ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq) 119000 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə bu məsələdə 02.02.2021-ci il tarix li, 9/5743 saylı ekspert rəyinə istinad etmədiyini, ekspertin, 2014-cü il buraxılışlı “Lexus LX 570” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ekspertiza tədqiqatına təqdim edilmədiyindən, həmin avtomobilə dair bağlanmış 19.12.2020-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”ndə göstərilən satış qiymətinə əsaslandığının subyektiv xarakter daşıdığı ilə izah etmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “X20” şirkətinin 2014cü il buraxılışlı “Lexus LX 570” markalı avtomobilin qiymətinin 140.000-145.000 ABŞ dolları aralığında olmasına dair arayışı ilə əlaqədar eyni qənaətdədir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, əsassız varlanma ilə bağlı mübahisələrdə iddia müddəti deyil, Mülki M əcəllənin 1095-ci maddəsində təsbit olunmuş kəsici müddət tətbiq edilir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) 13 avqust 2021-ci il tarixli, 2(103)-7327/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, cavabdehlərin apellyasiya şikayəti qismən təmin olunaraq, iş üzrə Nəsimi Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli qətnaməsi Cavabdeh2 aid olan hissədə ləğv edilmiş, və ona qarşı yönəlmiş tələb rədd olunmuş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, hazırkı mübahisə “Lexsus LX 570” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı dır. Avtomobil 20.06.2018-ci ildə mülkiyyət hüququ əsasında 1-ci cavabdehin adına qeydə alınıb, 13.02.2019cu ildə isə başqa şəxsin mülkiyyətinə keçib. İddiaçı iddia edir ki, avtomobil 1-ci cavabdehin adına qeydə alınsa da əslində onun (iddiaçının) pulu ilə alınıb. Avtomobilin iddiaçının pulu ilə alındığı qanuni qüvvədə olan qətnamə ilə müəyyən edilib. Belə ki, bundan əvvəl başqa işdə 2(103)-12226/2019 nömrəli işdə tərəflərin arasında avtomobillə bağlı mübahisə olub, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunmuş 06.12.2019-cu il tarixli qətnamədə bu halı təsdiq edən faktlar sadalandıqdan sonra qeyd olunub: “Bütün bu faktlar isə mübahisəli avtomobilin məhz iddiaçının vəsaiti hesabına alınmasını tam sübuta yetirir”. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 82.3-cü m addəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, həmin hal yenidən sübut edilməli deyil. İddiaçı avtomobilin əldə edilməsi üçün ödədiyi pulu əsassız varlanma qaydalarına uyğun olaraq 1-ci cavabdehdən geri tələb etmək hüququna malikdir. Bu hüquq Mülki Məcəllənin 1092.1-ci maddəsində müəyyən edilib. İddiaçı həmin tələbi irəli sürmək üçün Mülki Məcəllənin 1095-ci maddəsində müəyyən edilmiş 2 illik müddəti ötürməyib. Belə ki, avtomobillə bağlı məhkəmə mübahisəsi yekunlaşdıqdan sonra iddiaçı belə bir hüququnun olduğunu bilib və 2 il keçməmiş pulun qaytarılması üçün hazırkı iddianı verib. Pulun qaytarılması vəzifəsi 1-ci cavabdehin üzərinə düşür. Belə ki, iddiaçı pulu 1-ci cavabdehə verib, həmin pul ilə əldə edilən avtomobil mülkiyyət hüququ əsasında 1-ci cavabdehin adına qeydə alınıb. 2-c i cavabdehin 1-ci cavabdehin arvadı olması 2-ci cavabdeh üçün vəzifə yaratmır, çünki qanuni qüvvədə olan qətnamə ilə müəyyən olunub ki, avtomobil ərarvadın (cavabdehlərin) ümumi qazancı hesabına deyil, iddiaçının pulu hesabına alınıb. Avtomobil ər-arvadın birgə mülkiyyəti sayılmadığından iddiaçının qarşısında ər-arvad deyil, yalnız ər məsuliyyət daşıyır. Odur ki, iddiaçı pulu 1-ci cavabdehdən tələb edə bilər. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməmiş hissədə ləğv və iddianın tam təmin edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş materiallarında 19.12.2020-ci il tarixli “Nə qliyyat vasitəsinin alqı-satqı müqaviləsi mövcuddur. Həmin müqavilədən aydın olur ki, avtomobil 140.000 manata X1. Yəni iddiaçı, həmin avtomobilin onun sahibliyində olmaması səbəbindən 140.000 manat məbləğində maddi ziyan çəkmişdir. Məhkəmə isə öz qətnaməsində həmin müqaviləyə düzgün hüquqi qiymət vermədən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa, iddiaçı tərəfindən sorğu əsasında “X20” şirkətindən 2014-cü il buraxılışlı “Lexus LX 570“ markalı avtomobilin qiymətinin 140.000-145.000 ABŞ dolları təşkil etməsi barədə müvafiq məktub da iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu mə hkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, iddiaçıya məxsus avtomobil cavabdehlər birgə nikah dövründə olan zaman ələ keçirilmiş, həmin avtomobilin satışından əldə edilmiş pul vəsaiti onlar birgə nikah dövründə olan zaman öz ailə ehtiyacları üçün sərf edilmişdir.
17. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsində əsassız varlanmanın izahı verilib. Həmin maddədə göstərilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Bu hal məhkəmə tərəfindən araşdırılmayıb və formal mülahizə ilə qətnamə qəbul edib. Belə ki, məhkəmə tərəfindən hansı hüquqa zidd hərəkət nəticəsində əmlak əldə edilməsini əsaslandırmayıb. Həmin Məcəllənin 1095-ci maddəsində göstərilir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Lakin məhkəmə qanunvericiliyin bu normasına da düzgün qiymət verməmiş, qətnaməsində göstərmişdir ki, iddiaçı bu hüququ sonradan bilmişdir. Hakim buna istinad etməklə işdə iddiaçın ın vəkili olmasını unutmuşdur. İddiaçı yetərincə yüksək dövlət vəzifəsi tutan şəxs olması işə baxan hakimin nəzərində qaçmışdır. Baxmayaraq ki, bu barədə məhkəmə iclasında iddiaçının vəkili iddiaçının əvvəl DTX rəisinin, daha sonra isə X7 müşaviri olmasını xüsusi qeyd etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, cavabdehin kassasiya şikayəti formal xarakter daşımaqla apellyasiya şikayətində istinad edilən hallara istinad edildiyindən və həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırıldığından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməlidir.
20. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçı larının izahatları
21. Məhkəmə iclasında iştirak edən İddiaçıyevin vəkili Vəkil2 verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
22. Cavabdeh1 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş verm iş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
24. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
25. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
28. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
29. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyə n edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları (§ 1-3) üzrə iddiaçının cavabdehlərdən pul tələbi əsassız varlanma ilə bağlı qaydalara söykənir. İddiaçı “Lexsus LX 570” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun tapşırığı və vəsaiti hesabına alındığını, lakin maşının mülkiyyətinin ona keçirilmədiyini, bu barədə iddia tələbinin də təmin olunmadığını bildirərək, hazırda veridyi vəsaitin özünə qaytarılmasını tələb edir (§ 6-8).
34. İddiaçının qeyd etdikləri qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təsdiq olunduğu üçün məhkəmələr həmin halları sübut olunmuş kimi qəbul etməkdə haqlı olmuşlar (§ 5, 27-28).
35. Belə olan halda, Cavabdeh1 avtomobilin dəyəri həcmində iddiaçının hesabına varlanması, belə varlanmanın keçərli hüquqi səbəbinin olmaması, yəni əsassız varlanma təşkil etməsi barədə gəlinən qənaət əsaslıdır (§ 23-24). Odur ki, cavabdehin mövqeyi bu hissədə əsaslı deyil.
36. Bundan əlavə, iddiaçı bildirir ki, sözügedən avtomobillə bağlı cavabdehlə mübahisə 2019-cu ilin fevral ayından başlayıb. Eyni zamanda işdən görünür ki, iddiaçı, əvvəlcə əşyanın özünün qaytarılması haqqında iddia qaldırmış, həmin iddianın rədd olunması barədə qətnamə kassasiya məhkəməsinin qərarı ilə qüvvəsində saxlanıldığı gün – 23.06.2020-ci ildə pul tələbinə dair hazırkı iddianı qaldırmışdır (§ 5).
37. Belə olan halda, əsassız varlanma tələbi ilə bağlı iddia müddətinin keçməməsi barədə apellyasiya məhkəməsinin mövqeyi düzgündür (§ 14, 25). Ona görə də cavabdeh tərəfin kassasiya şikayətinin dəlilləri əsaslı deyil.
38. Eyni zamanda cavabdehdən tutulan məbləğ birinci instansiya məhkəməsi tərəfindən müvafiq qaydada əsaslandırılmış və apellyasiya məhkəməsi də bu qənaətlə razılaşmışdır. Məbləğə dair iddiaçının kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv olunması üçün əsas təşkil etmir.
39. Bundan əlavə, məhkəmə kollegiyası pulun ikinci Cavabdeh2 tutulmalı olmaması barədə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır (§ 14) və həmin xüsusata əlavə hüquqi qiymət verilməsinə lüzum görmür. Odur ki, iddiaçının kassasiya şikayəti həmin hissədə də əsassızdır.
40. Qeyd olunanları nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmə dən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7327/2021 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.