Məhkəmə qərarları › İş №2(102)-597/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-597/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-597/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka müqaviləsi, kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ip oteka predmetinə yönəldilməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2287/2022 nömrəli iş üzrə 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 26 fevral 2014-cü il tarixli 25M000000221 nömrəli ipoteka müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 23 iyul 2013-cü il tarixli 25L000000350 nömrəli kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh8 mülkiyyətlərində olan Bərdə rayonu Hacallı kəndində yerləşən fərdi yaşayış evi 0,10 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yülkü edilmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmeti 16474,50 manat dəyərində qiymətləndirilmişdir;

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 mart 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh8 mülkiyyətlərində olan Bərdə rayonu Hacallı kəndində yerləşən fərdi yaşayış evi 0,10 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yülkü edilmişdir;

3. Bərdə Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli 2(021)-258/2020 nömrəli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 23 iyul 2013-cü il tarixli 25L000000350 nömrəli kredit xətti müqaviləsi əsasında bağlanmış 07 dekabr 2015-ci il tarixli 025R********** nömrəli kredit razılaşması üzrə 3749 manat əsas, 476,76 manat faiz, 200 manat cərimə; 11 noyabr 2015-ci il tarixli 025R********** nömrəli kredit razılaşması üzrə 4631,83 manat əsas,1969,64 manat faiz, 300 manat cərimə olmaqla hər iki kredit razılaşması üzrə cəmi 11327,23 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı ”Accessbank” QSC-nin xeyrinə tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 qarşı Bərdə Rayon Məhkəməsində iddia qaldıraraq, Bərdə Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(021)-258/2020 nömrəli qətnaməsi ilə iddiaçı ”AccessBank” QSC-nin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 tutulması qət edilmiş cəmi 11327,23 manat borc və 30 manat dövlət rüsumunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının Bərdə rayonu Hacallı kəndində xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, Bərdə rayonu Hacallı kəndində xüsusi mülkiyyətdə olan 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsi yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması, 11327,23 manat məbləğində borc, və 30 manat dövlət rüsumunun, məhkəmədə iddia qaldı rmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, Bərdə rayonu Hacallı kəndində xüsusi mülkiyyətdə olan 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutuma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh8ın həmin fərdi yaşayış evindən çıxarılmasına, həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etm işdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh6 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə etirməmişdir.

11. İş materiallarında olan,"xxxx" MMC-nin 17 avqust 2021-ci il tarixli 135-526/2021 nömrəli ekspert rəyinə əsasən Bərdə rayonu Hacallı kəndində yerləşən ümumi sahəsi 152,7 kv metr sahədən ibarət olan fərdi yaşayış evinin 0,10 ha torpaq sahəsi ilə birlikdə 17 avqust 2021-ci il tarixə 28000 manat bazar, 25200 manat isə likvid dəyəri müəyyən olunmuşdur.

12. Bərdə Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli 2(021)-2238/2021 nömrəli (hakim Ə.Kərimov) qətnaməsi ilə iddia təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli 2(021)-258/2020 nömrəli qətnaməsi ilə iddiaçı ”AccessBank” QSCnin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Ca vabdeh3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 tutulması qət edilmiş cəmi 11327,23 manat məbləğində borc və 30 manat dövlət rüsumunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X2, Cavabdeh7 və Cavabdeh8 arasında bağlanmış 25M000000221 nömrəli ipoteka müqaviləsinə əsasən Bərdə rayonu, Hacallı kəndində yerləşən 1 mərtəbəli 5 otaqlı 110,3 kv metr yaşayış 42,4 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0,10 torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiyməti 25200 manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılması, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehlərə qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Bərdə rayonu Hacallı kəndində yerləşən 1 mərtəbəli 5 otaqlı 110,3 kv metr yaşayış, 42,4 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0,10 torpaq sahəsi satıldıqdan bir ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X2 və Cavabdeh8 fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılması, həmin fərdi yaşayış evi və torpaq sahəsi boşaldılması və alıcıya təhvil verilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabde h3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 tutularaq iddiaçı ”AccessBank” QSC-yə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində puldan 100 manat İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən və 100 manat isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 tutulаrаq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin hesaba ödənilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklər cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən iddia təmin olunmalıdır. Həmçinin, məhkəmə ipoteka predmetinin qiymətində olan fərqlə bağlı qeyd etmişdir ki, likvid qiymət əsas götürülərək ipoteka predmetinin dəyəri 25200 manat məbləğində müəyyən edilməlidir.

14. Beləliklə, iddia tələbinin yaşayış evi satıldıqdan bir ay sonra cavabdehlərin Bərdə rayonu Hacallı kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi satıldıqdan sonra bir ay ərzində boşaldılması, evdən çxarılma və alıcıya təhvil verilməsinə dair hissəsi təmin edilməlidir.

15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 296 və 317 maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34 və 36 maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

16. Cavabdeh6 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia əriz əsində qeyd etdiklərinin hər biri qanunsuzdur. Cavabdeh istədiyi kimi məhsul əldə edə bilmədiyi üçün ziyana düşməsinə baxmayaraq, kredit borcundan hər ay davamlı olaraq ödəmişdir. Lakin bəzi hadisələr əsasında o, kredit borcundan az olaraq ödəməyə başlamış, ödədiyi borcları da evində olan bütün var-dövlətini, əşyalarını sataraq ödəmişdir. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik olaraq aldığı 3-5 manatla sadəcə ailəsinin dolanışığını təmin edə bilir. Kənd təsərrüfatının inkişafı üçün götürdüyü yüksək məbləğdə krediti hazırda ödəyə bilmədiyindən kredit borcundan ona bir az köməklik olunmasını, hər ay davamlı olaraq adına cədvəlin təyin edilməsini və hər ay 200 manat məbləğində pul ödəməsini istəyir. Bununla bağlı banka müraciət etmiş, lakin bank onunla razılaşmamış və məhkəməy ə iddia ərizəsi ilə müraciət etmişdir. Müraciət əsasında Bərdə rayon Hacallı kəndində yerləşən fərdi yaşayış evinin hərracda satılaraq borcun ödənilməsi, yetərli məbləğ olmadığı halda, cavabdehdən və digər zaminlərindən pulun tutulması tələb edilmişdir.

18. Tələbə münasibətdə cavabdeh əlavə olaraq qeyd etmişdir ki, həmin məbləği hazırda ödəyə bilmir. Öhdəliyində yaşlı anası, atası, ailəsi, qardaşı və qardaşınn ailəsi var. Anası kəskin Asma-Bronxit xəstəliyindən uzun müddətdir ki, əziyyət çəkir. Atası ağır şəkər xəstəsidir, 2 dəfə ağər əməliyyat olunmuşdur. Qardaşı isə 1-ci qrup əlildir, 3 azyaşlı övladı var. Bütün ailənin tələbatlarını cavabdeh ödəyir. Atası həmin bankdan 50000 manatdan çox kredit götürmüş və davamlı olaraq ödəyib bitirmişdir. Cavabdeh də borcunu ödəməkdən imtina etmir, sa dəcə düzgün cədvəl tərtib olunmasını istəyir. Bank tərəfindən evlərinin əllərindən alınması qanunsuzluqdur, əgər bu baş tutarsa, onlar qarlı soyuq günlərdə çöldə qalacaqlar.

19. Həmçinin, cavabdeh əlavə olaraq qeyd etmişdir ki, onların evlərinin dəyəri 11000 manatdan yüksəkdir. Bundan əlavə, İddiaçı QSC cavabdehin atasının hər ay davamlı olaraq aldığı pensiyadan kredit borcundan tutur. Pensiyadan tutma olduğu üçün onların dolanışığı çətinləşir.

20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2287/2022 nömrəli iş üzrə 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X3 (sədrlik edən və məruzəçi hakim), X1 və Cavabdeh4) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilm ədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsində icraat zamanı "xxxx" MMC-nin 17 avqust 2021-ci il tarixli 135-526/2021 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bərdə rayonu Hacallı kəndində yerləşən ümumi sahəsi 152,7 kv metr sahədən ibarət olan fərdi yaşayış evinin 0,10 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri 25200 manatdır. İşə baxan birinci instansiya məhkəməsi də həmin rəyi əsas tutaraq ipotekanın likvid satış dəyərini 25200 manat müəyyən etmişdir. Borcun hissə-hissə ödənilməsinə dair şikayətin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, borcun hissə-hissə ödənilməsi işin hazırkı mərhələsində təmin oluna bilməz. Hazırkı işin predmeti məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcun tutulmasının ipoteka predmetinə yönəldilməsidir. Qətnamənin hissə-hissə icrasının isə ayrıca prosessual qaydası nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317.1 və 319.1-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 11, 11.3, 34.1, 34.1.3, 36.1, 36.3, 37 və 41-ci maddələrinə istinadla əsaslandırmışdır. a. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh6 (vəkili V əkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasına xahiş etmişdir.

24. Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1 və 425.2-ci, “İpoteka haqqında” Qanunun 59-cu, Mülki Prosessual Məcəllənin 88,106 və 218.3-cü maddələrinə istinad edərək məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmiş, göstərmişdir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyi düzgün deyildir. İpoteka predmetinin dəyəri 28000 manat deyil, ən azı 80000 manatdır. Qiymətləndirici ekspertlər tərəfindən evə və evin yerləşdiyi torpaq sahəsinə baxış keçirilmədən vizual qiymət qoyulmuşdur ki, bunu əsaslı hesab etmək olmaz. Ekspert rəyi natamam olduğuna görə sübut kim i qəbul olunmalı deyildi.

25. Kassasiya şikayətində daha sonra qeyd edilmişdir ki, cavabdehin hazırda yaşamağa başqa yerləri yoxdur, 1-ci qrup əlildir, 3 övladı var, heç bir yerdə işləmir, ailənin 5 nəfər üzvü var. Banka olan borc maddi imkansızlıqdan ödənilməmişdir. Banka olan borcu hissə-hissə ödəməyə etiraz etmir. Ev hərracda satıldıqdan sonra yaşayış sahəsindən çıxarma yeni mülkiyyətçiyə aid hüquq olduğundan, mülkiyyət hüququ olmayan və yaşayış sahəsindən çıxarmaq üçün heç bir subyektiv hüquqa malik olmayan bankın tələbi üzrə həmin mübahisə həll oluna bilməzdi.

26. Bu məsələ ilə bağlı məhkəmə hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal olunan mübahisə ilə əlaqədar qərar qəbul etmişdir ki, bunu da qanuni hesab etmək olmaz. Gəncə Apellyasiya Məhkəməsi mübahisəyə “İpotek a haqqında” Qanununun 59-cu maddəsini tətbiq etmiş və tətbiq etdiyi maddələri yanlış təfsir edib və əsassız olaraq apelyasiya şikayətini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

31. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

32. Maddə 319.1.6 İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır 33. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

34. Maddə 33 Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tut ma yönəldilə bilər.

35. Maddə 34.1.1 Öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur.

36. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:

37. Maddə 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya

38. Maddə 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən hə min evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 417.1.1 kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi

46. Mə hkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan Cavabdeh6 apellyasiya şikayətinə əsasən apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillər apellyasiya şikayətində də irəli sürülmüş, həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirməyə zərurət görmür.

48. İpoteka predmetinin dəyəri 28000 manat deyil, ən azı 80000 manat olması, ilkin satış qiymətinin düzgün müəyyən olunmaması barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmeti olan Bərdə rayonu, Hacallı kəndində yerləşən 152,7 kv metr ümumi sahədən ibarət 1 mərtəbəli yaşayış evinin ilkin satış qiyməti kimi likvid dəyəri 25200 manat olması məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyi nəzərə alınmaqla müəyyən edilmişdir, bu qiymət tərəflər arasında bağlanmış ipoteka müqaviləsində göstərilən 16474,5 manat ilkin satış qiymətindən artıqdır. Cavabdeh tərəfindən ekspert rəyinin natamam olmasına dair hər hansı inandırıcı dəlil irəli sürülməmişdir.

49. İpoteka predmeti olan ev hərracdan satıldığı halda evdən çıxarılmasının qanunsuz olması barədə cavabdehin dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir. Çünki yaşayış evi ipotekaya qoyulmuşdur və yaşayış evə tutma yönəldildikdə və o satıldıqda yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi barədə cavabdeh ipoteka saxlayan qarşısında öhdəlik götürmüşdür.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

51. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2287/2022 nömrəli iş üzrə 22 sentyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh6 kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar