Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5971/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, YYYna və Cavabdeh4 qarşı QƏRARİ Açar sözlər: buraxılmış prosessual müddətin bərpa olunması barədə icraatın xüsusiyyətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, YYYna və Cavabdeh4 qarşı qanunsuz inşa edilmiş tikililərin və hasarın, mülkiyyətində olan torpaq sahəsinə qanunla müəyyən giriş-çıxış yolunun bərpa edilməsi hissəsində sökülməsi və giriş-çıxış yolunun bərpa edilməsi t ələbinə dair iş üzrə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-216/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərardadından cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Tərəflər arasında iddiaçının həyətinə gedən yoldan istifadə üzrə mübahisə vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, YYYna, Cavabdeh4 qarşı qanunsuz inşa edilmiş tikililərin və hasarın mülkiyyətində olan torpaq sahəsinə qanunla müəyyən giriş-çıxış yolunun bərpa edilməsi hissəsində sökülməsi, giriş-çıxış yolunun bərpa edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-710/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakim X1) iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin giriş-çıxış yolunda cavabdehlər Cavabdeh1, Cavabdeh2, YYY və Cavabdeh4 məxsus qanunsuz inşa edilmiş hasar və tikililərin yolun (nəqliyyat vasitələrinin hərəkətinin) məhdudlaşdırıldığı hissədə sökülməsi və həmin torpaq sahəsinə giriş-çıxış yolu bərpa edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
4. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, YYYna və Cavabdeh4 qarşı qaldırdığı Bakı şəhəri, Zabrat qəsəbəsində yerl əşən 0,12 ha sahəli 5F saylı torpaq sahəsinin giriş-çıxış yolunda qanunsuz inşa edilmiş hasar və tikililərin yolunun məhdudlaşdırılması hissəsində sökülməsi və ona məxsus torpaq sahəsinə qanunla müəyyən edilmiş norması hüdudlarında giriş-çıxış yolunun bərpa edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Həmçinin, cavabdehlər Cavabdeh2 və YYY qətnamədən birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər.
6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-216/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova, Rafael Eyvazov və Fuad Talışinski) iddiaçının apelyasiya şikayəti tam, cavabdehlərin apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-710/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi müba hisələndirilən hissədə - iddiaçının mülkiyyətinə gedən yolun məhdudlaşdırılması hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə təmin olunmuş, İddiaçı mülkiyyətində olan ünvan ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin giriş-çıxış yolunun soldan 1 metr və sağdan 1 metr olmaqla enləndirilməsi məqsədi ilə sağ tərəfdən hasar və tikililər (fərdi yaşayış evi (evləri), sol tərəfdən isə daş hasarların sökülərək yolun genişləndirilməsi qət edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
7. Cavabdehlər Cavabdeh1, YYY və Cavabdeh4 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-216/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış prossesual müddətin bərpası barədə ərizə vermişlər.
8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-216/2021 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehlərin prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir.
9. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı kassasiya şikayəti, vəkil X2 tərəfindən imzalansa da, onun kassasiya şikayətini imzalaması üçün səlahiyyətli olmasını təsdiq edən heç bir sənəd (etibarnamə) iş materiallarına əlavə edilməmişdir.
10. Bundan başqa digər cavabdehlər Cavabdeh1, YYY və Cavabdeh4 tərəfindən prossesual müddətin bərpası barədə ərizə təqdim edilsə də, həmin ərizəyə kassasiya şikayətlərini əlavə etməmişlər. Elektron qaydada verilmiş kassasiya şikayətində isə kassasiya şikayəti verən şəxs kimi yalnız Cavabdeh2 və onun vəkili X2 göstərilmişdir. Halbuki, Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) əsasən 133.3-cü bəndinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh YYY kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini və müddətin bərpa olunması haqqında qərar çıxarılmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti belə əsaslandırılıb ki, məhkəmə onun tərəfindən qətnamənin nə vaxt alındığını araşdırmamışdır. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilə n hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
15. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
16. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
17. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məluma t verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.
18. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
19. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
20. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.
21. Maddə 417.1.4. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası m əhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
22. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
23. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki halla rını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-216/2021 saylı xx.xx.2022-ci il tarixli qərardadından cavabdehlərdən yalnız Əlimusa Musayev kassasiya şikayəti vermişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən - cavabdeh Əlimusa Musayevə aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhk əmə kollegiyası kassasiya şikayətinin dəlillərini və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı mübahisələndirilən – cavabdeh Əlimusa Musayevin kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunnasından imtina edilməsi hissəsində ləğv olunmalı, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
27. Belə ki, apellyasiya instansiyası məhkəməsi müddətin bərpa olunması barədə cavabdehlərin ərizəsini təmin etməməsini onunla əsaslandırmıdır ki, cavabdehlər tərəfindən prossesual müddətin bərpası barədə ərizə təqdim edilsə də, həmin ərizəyə kassasiya şikayətlərini əlavə etməmişlər.
28. Məhkəmə kollegiyası prosessual müddətlərin bərpa olunması barədə icraatla bağlı qeyd edir ki, prosessual müddətlərin bərpasından bəhs edən MPM-nin 133-cü maddəsində müddətin bərpa olunmasının prosessual əsasları (ərizənin verilməsi, ərizəyə baxılması, ərizəyə baxılmasının nəticələrinə dair qərardad çıxarılması və qərardaddan şikayət verilməsi) müəyyən olunmuşdur.
29. MPM-nin 133-cü maddəsinin təhlili onu ehtiva edir ki, məhkəmənin prosessual müddətin bərpa olunması barədə ərizəyə baxması üçün zəruri şərtlər aşağıdakılardır: buraxılmış müddətin bərpa olunması barədə ərizənin verilməsi; ərizənin prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilməsi; müddəti buraxılmış zəruri prosessual hərəkətlərin edilməsi (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
30. Bu şərtlər olduğu halda məhkəmə ərizəyə baxılması üçün məh kəmə iclasının vaxtını təyin edir və tərəflərə bu barədə məlumat verir.
31. Müddətin bərpa olunması üçün üzürlü əsasların olub-olmaması isə ərizənin mahiyyəti üzrə həlli üçün araşdırılmalı olan hallardır. Yəni müddətin bərpa olunması üçün prosessual əsaslar olduğu halda, müddətin bərpa olunması üçün üzürlü səbəblərin olub olmaması araşdırıla bilər. Başqa sözlə, müddətin bərpası üçün icraatın başlanmasına əsas verən halların olmaması, ərizəyə mahiyyəti üzrə baxılmasını istisna edir.
32. Lakin apelyasiya instansiyası məhkəməsi cavabdehlər Cavabdeh1, YYY və Cavabdeh4 tərəfindən prossesual müddətin bərpası barədə ərizə təqdim edilsə də həmin ərizəyə kassasiya şikayətlərini əlavə etmədiyini müəyyən etməsinə baxmayaraq, onların ərizəsinə mahiyyəti üzrə baxmış, müddətin bərpa olunmasından imtina olunması barədə qərardad çıxartmışdır. Halbuki, bu halda müddətin bərpa olunması barədə ərizəyə baxıla bilməzdi və məhkəmə həmin ərizəni geri qaytarmalı idi.
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən YYYnun müddətin bərpa olunması barədə ərizəsi üzrə prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, ərizə üzrə icraat MPM-nin 133-cü maddəsinin tələblərinə uyğun olmamışdır.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı YYYna aid hissədə ləğv olunmalı və müddətin bərpa olunması barədə Ə.Musayevin ərizəsi üzrə sonrakı hərəkətlərin edilməsi üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası M PM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-216/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərardadı mübahisələndirilən hissədə ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.