Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5993/2019 26.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X11 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxsnın nümayəndəsi və vəkili X2, digər vəkili Dünyamalılı İradə Şəms qızının iştirakıilə, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2703/2019 nömrə li iş üzrə 01 aprel 2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Gültəkin Əsədova) 05 yanvar 2018-ci il tarixli 2(005)-441/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ünvan 1 ünvanında inşa edilən 2 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində sahəsi 101,5 kvadrat metr olan 2 otaqlı mənzilin və həmin ünvanda tikilmiş 3 nömrəli yaşayış kompleksin 1-ci mərtəbəsində sahəsi 200 kvadrat metr olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə iddia tələbi təmin olunmuşdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər – Rafael Eyvazov sədrlik edən və məruzəçi, Sənan Hacıyev, Fuad Talışinski) 14 iyun 2018-ci il tarixli 2(103)460 9/2018 saylı qətnaməsi ilə üçüncü şəxslər Maraqlı şəxs2, üçüncü şəxs və X12 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin isə qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 05 yanvar 2018-ci il tarixli qətnaməsinin qismən, yəni “ünvan 2 ünvanda inşa edilən 3 nömrəli yaşayış sahəsinin 1-ci mərtəbəsində ümumi sahəsi 200 kvadrat metrdən ibarət olan qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilsin” hissədə ləğv olunması, iddia ərizəsinin həmin iddia tələbi ilə bağlı hissədə təmin olunmaması, qətnamənin cavabdehin apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Aslan Kalbalıyev - sədrlik edən və məruz əçi, Vəfaddin İbayev, Ələsgər Əliyev) 07 dekabr 2018-ci il tarixli 2(102)-8049/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-4609/2018 nömrəli iş üzrə 14 iyun 2018-ci il tarixli qətnaməsi qeyri-yaşayış sahəsinin təhvil verilməsinin ləğv edilməsi, iddianın rədd edilməsi hissəsdə ləğv edilib, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Azad İmanov) 01 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti və üçüncü şəxslər Maraqlı şəxs2, üçüncü şəxs və X13 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov r ayon məhkəməsinin iş üzrə 05 yanvar 2018-ci il tarixli qətnaməsi şikayətlər üzrə baxılan hissədə (ünvan 2 ünvanda inşa edilən 3 nömrəli yaşayış sahəsinin 1-ci mərtəbəsində ümumi sahəsi 200 kvadrat metrdən ibarət olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil –verilsin) dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «daşınmaz əmlakların təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən 2 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində sahəsi 101,5 kvadrat metr olan 2 otaqlı mənzilin və həmin ünvanda tikilmiş 3 nömrəli yaşayış kompleksin 1-ci mərtəbəsində sahəsi 200 kvadrat metr olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ba rədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla cavabdeh arasında ünvan 3 ünvanında inşa edilən 2 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində tikinti sahəsi 101,5 kvadrat metr olan 2 otaqlı mənzilin alqı-satqısına dair 23 fevral 2008-ci il tarixdə 257 nömrəli müqavilə bağlanmış və 23 fevral 2008-ci il tarixli kassa mədaxil orderinə əsasən 77090 manat ödənilmişdir. Bundan əlavə, onunla cavabdeh arasında 04 iyun 2008-ci il tarixdə həmin tikilmiş 3 nömrəli yaşayış kompleksinin 1-ci mərtəbəsində sahəsi 200 kvadrat metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış, 04 iyun 2008-ci il tarixli kassa mədaxil orderinə əsasən 425000 manat ödənilmişdir. Qeyd edilən müqavilələrin 1-ci bəndlərinə əsasən yuxarıda qeyd edilən mənzil və qeyri-yaşayış sahəsi ona təhvil verilməklə onun mülkiyyətinə verilməlidir. Dəfələrlə şifahi və yazılı müraciət etməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməkdən və qeyd edilən daşınmaz əmlakları təhvil verməkdən imtina etmişdir. Bunun nəticəsində hüquqları ciddi şəkildə pozulmuşdur və pozulmaqda davam etməkdədir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş olunmuşdur. Maraqlı şəxs2, Qasımova Abbasova) Kamalə Kamil qızı və X12 müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində icraata cəlb olunmuşlar. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi m ülki kollegiyasının 01 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmıdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. ünvan 1 ünvanında inşa edilən 3 nömrəli yaşayış kompleksinin 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahələri ayrı-ayrılıqla qanuni əsaslarla Hüseynzadə Çingiz Muxtar oğluna, üçüncü şəxsna və X1. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətində iddiaçı ilə bağlanmış hər hansı müqavilə aşkar olunmamışdır. MMC-nin keçmiş rəhbəri X14 tarəfindən ayrı-ayrı vətəndaşların aldadılaraq bir mənzilin bir neçə şəxsə satılması faktları olmuş, bu səbəbdən də sonuncunun barəsində cinayət təqibi həyata keçirilmiş, lakin intihar etməsi səbəbindən cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. İddiaçının bu müddət ərzində bir dəfə də olsa əmlakların ona təhvil verilməsi ilə bağlı müraciət etməmiş, ötən 10 il müddət ərzində əmlakları ilə maraqlanmamışdır. Bütün bunların iddiaçının təqdim etdiyi müqavilələrin sonradan, qanunsuz yolla bağlanmasını deməyə əsas verir. Məhkəmə bu hallara qiymət verməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmıdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Mübahisəli qeyri-yaşayış sahəsi 13 dekabr 2009-cu il tarixli müqavilə əs asında ona satılmış və o, həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “Satıcı” ünvan 3 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 kvadrat metrdən ibarət olan qeyri-yaşayış sahəsi “Alıcı”ya təhvil verilir. Mağazanın dəyəri hər kvadrat metr üçün 800 manat, ümumi 139200 manat təşkil edir. 13 dekabr 2009-cu il tarixli kassa mədaxil orderindən müəyyən olunur ki, qeyri-yaşayış sahəsinin dəyərini tam olaraq ödəmişdir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində göstərir ki, üçüncü şəxslərə ünvan 2 ünvanda inşa edilən 3 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin alqı-satqısına dair onlarla Cavabdeh arasında bağlanmış müqavilələrin və həmin sahələrə görə aparılmış ödənişə dair kassa mədaxil qəbzlərinin əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini, üçüncü şəxsna isə həm də soyadının dəyişdirilməsi haqqında şəhadətnamə və s. sənədlərin əslini və ya lazımi qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim etmək rəsmi qaydada təklif olunsa da, “üçüncü şəxslərin nə özləri gəlmiş, nə də həmin sənədləri təqdim etməmişlər (göndərməmişlər). Məhkəmə 3-cü şəxslər tərəfindən apellyasiya şikayətində göstərilən mübahisəyə, yəni iş üzrə İddiaçı Alış oğluna qeyd edilən qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin aşkar olunmaması, MMC-nin əvvəlki rəhbəri Məzahir Cəfərov tərəfindən ayrı-ayrılıqda vətəndaşları aldadaraq bir mənzili bir neçə şəxsə satmasını, buna görə ona cinayət işinin başlanılması, intihar etməsi, 10 ildən artıq bir müddətdə iddiaçının həmin qeyri-y aşayış sahəsi ilə maraqlanmaması, müqavilənin sonradan qanunsuz yolla bağlanmasını və s. halları göstərmələrinə baxmayaraq məhkəmə qeyd edilən halları araşdırmaq əvəzinə 3-cü şəxslərin bağladıqları müqavilələrin qanuni və ya qanunsuz olmasını araşdırmış halbuki belə bir tələb irəli sürülməmişdir. Yəni məhkəmə iddianın predmetindən kənar məsələləri araşdıraraq hüquqi qiymət vermişdir.Məhkəmənin Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə istinad etməklə 3-cü şəxslərin bağladıqları müqavilələrin əslinin və ya təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunmaması qənaətinə gəlməsi buna sübutdur. Bu halların araşdırılması yalnız iddiaçı tərəfindən irəli sürüldüyü və 3-cü şəxslərin subyektiv hüquqlarının olub-olmamasının araşdırılması zamanı baxılaraq hüquqi qiymət verilə bilərdi. Məhkə mə qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edir ki, işdə olan 04 iyun 2008-ci il tarixli müqavilələrinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanda inşa edilən 3 nömrəli yaşayış sahəsinin 1-ci mərtəbəsində ümumi sahəsi 200 kvadrat metr ibarət qeyri-yaşayış sahəsini alıcı İddiaçı Alış oğluna təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyriyaşayış sahəsinin ümumi dəyəri 415000 təşkil edir. Məhkəmənin bu halları göstərməklə artıq qeyd edilən MMC ilə iddiaçı arasındakı müqavilənin qanuni olması qənaətinə gəlməsidir. Halbuki, 3-cü şəxslər və cavabdeh məhz MMC ilə iddiaçı arasında belə bir müqavilənin olmaması təqdim edilmiş müqavilənin saxta olmasını, iddiaçının hər hansı bir ödəniş etməməsini göstərmişlər. Məhkəmə iş üzrə iddiaçının Cavabdeh ilə bağladığı müqavilənin etibarlıl ığını, həmin dövrdə 200 kvadrat metr qeyri-yaşayış sahəsinin hər kvadrat metr görə ödədiyi (ödəyibsə) 2075 manatın real bazar qiymətinə uyğun olub- olmamasını, həmin 200 kvadrat metr qeyri-yaşayış sahəsinin ümumi sahəsi 783,5 kvadrat metr olan qeyri-yaşayış sahəsinin hansı hissəsindən ayrılmasının müqavilədə nəzərdə tutulub-tutulmamasını, 10 ildən artıq bir müddət ərzində cavabdehin üzərinə götürdüyü öhdəliyi necə yerinə yetirib-yetirmədiyi ilə maraqlanmamasını araşdırmalı olduğu halda bunları araşdırmadan İddiaçı Alış oğlu ilə Cavabdeh arasında bağlanmış müqaviləni etibarlı hesab etmiş və cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi qənaətinə gəlmişdir. Tərəflərin izahatları: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxsnın nümayəndəsi və vəkili X3, digər vəki li Dünyamalılı İradə Şəms qızı kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X10 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər üçüncü şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasi ya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxsnın nümayəndəsi və vəkili X2, digər vək ili Dünyamalılı İradə Şəms qızının izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ünvan 2 ünvanda inşa edilən 3 nömrəli yaşayış sahəsinin 1-ci mərtəbəsində ümumi sahəsi 200 kvadrat metrdən ibarət olan qeyriyaşayış sahəsinə aid hissədə apellyasiya qaydasında yoxlamışdır. Çünki işə əvvəl baxmış kassasiya instansiya məhkəməsi işi ancaq həmin hissədə yeni apellyasiya baxışına göndərimişdir. Ona görə də, qətnamənin dig ər hissələri hazırki kassasiya baxışının predmetini təşkil etmir. İşdən göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 23 fevral 2008-ci il tarixli və 04 iyun 2008-ci il tarixli müqavilələri rəhbər tutub, nəmin müqavilələr üzrə aldığı mənzil və qeyri-yaşayış sahəsinin təhvil verilməsini cavabdehdən tələb etmiş, məhkəmə də həmin tələbi təmin etmişdir, işə birinci instansiya məhkəməsində baxıldıqdan sonra cavabdeh və üçüncü şəxslər qətnamədən apellyasiya şikayəti vermiş, cavabdeh iddiaçıya hər hansı yaşayış və qeyri-yaşayış sahəsi satılmadığını, üçüncü şəxslər isə 3 nömrəli yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin onlara satıldığını və orada iddiaçıya veriləcək əlavə sahə qalmadığını bildirmişlər. Birinci ins tansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının müqavilə şərtlərinə tam əməl etdiyi halda cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən 04 iyun 2008-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 2 ünvanda inşa edilən 3 nömrəli yaşayış sahəsinin 1-ci mərtəbəsində ümumi sahəsi 200 kvadrat metrdən ibarət olan qeyri-yaşayış sahəsini alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ümumi dəyəri 415000 manat təşkil etmişdir. İşdə olan kassa mədaxil qəbzinin təsd iq olunmuş surətindən görünür ki, 04 iyun 2008-ci il tarixli müqavilə üzrə 415000 manat İddiaçı tərəfindən kassaya mədaxil edilmişdir. Üçüncü şəxslərin apellyasiya şikayətlərinə əlavə etdikləri müqavilələrin və ödəniş qəbzlərinin surətindən görünür ki, ünvan 2 ünvanda inşa edilən 3 nömrəli yaşayış sahəsinin 1ci mərtəbəsində olan qeyri-yaşayış sahələrinə dair Cavabdeh ilə bağlanmış 14 yanvar 2008-ci il tarixli müqaviləyə əsasən sahəsi 566 kvadrat metr olan qeyri-yaşayış sahəsi Maraqlı şəxs2, 11 aprel 2007-ci il tarixli müqaviləyə əsasən sahəsi 43,5 kvadrat metr olan qeyri-yaşayış sahəsi X9 və 13 dekabr 2009-cu il tarixli müqaviləyə əsasən sahəsi 174 kvadrat metr olan qeyriyaşayış sahəsi üçüncü şəxsna satılmışdır. Əvvəlki apellyasiya baxışında üçüncü şəxslərin nümayəndəsi olmuş Nümayəndə2 iz ahatında göstərmişdir ki, üçüncü şəxsnın müqaviləsi 13 dekabr 2009-cu il tarixli olsa da, sonuncu sahəsi 174 kvadrat metr olan qeyri-yaşayış sahəsini əvvəlki qanuni sahib olan X5 almışdır ki, sonuncunun da müqaviləsi 05 aprel 2007-ci il tarixdə, yəni iddiaçının müqaviləsindən daha əvvəl bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxs Qasımova (Abbasova) Kəmalə Kamil qızı sahəsi 174 kvadrat metr olan qeyri-yaşayış sahəsini, həmin sahəni 05 aprel 2007-ci il tarixli müqavilə əsasında almış X5 aldığını bildirsə də, iş materiallarına həmin halları təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Eləcə də üçüncü şəxslər iddiaçı ilə qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanan zaman (04 iyun 2008-ci il) artıq 3 nömrəli yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən bü tün qeyri-yaşayış sahələrinin onlara məxsus olmasına istinad etsələr də, iş materiallarından görünür ki, X6 adına olan 14 yanvar 2008-ci il tarixli, X7 adına olan 11 aprel 2007-ci il tarixli və Qasımova (Abbasova) Kəmalə Kamil qızının adına olan 13 dekabr 2009-cu il tarixli müqavilələr və ödəniş qəbzləri kserosurət olmaqla, surətləri lazımi qaydada təsdiq edilməmişdir. Kassa mədaxil qəbzlərindən isə görünür ki, onlar kserosurət olmaqla yanaşı yalnız direktor tərəfindən imzalanmış, mühasib və kassir tərəfindən imzalanmamışdır. Üçüncü şəxslərə ünvan 4 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin alqı-satqısına dair onlarla Cavabdeh arasında bağlanmış müqavilələrin və həmin sahələrə görə aparılmış ödənişə dair kassa mədaxil qəbzlərinin əslini və ya lazımi qaydada təsdiq edilmiş surətlərini (Qasımova (Abbasova) Kəmalə Kamil qızına isə həm də soyadının dəyişdirilməsi haqqında şəhadətnamə və qeyriyaşayış sahəsini X5 alması, sonuncunun isə həmin sahəni Cavabdeh-dən 05 aprel 1307-ci il tarixli alqı-satqı müqaviləsi əsasında alması barədə sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surətlərini) məhkəməyə təqdim etmək apellyasiya instansiyası məhkəməsi tərəfindən təklif olunsa da, üçüncü şəxslərin nə özləri (nümayəndələri) apellyasiya instansiyası məhkəməsinin iclaslarına gəlməmiş, nə də həmin sənədləri təqdim etməmişlər (göndərməmişlər). Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü -addəsinin tələblərinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. El əcə də Cavabdeh-yə ünvan 4 ünvanında inşa edilən 3 saylı yaşayış binasının tikintisi ilə bağlı tikinti-layihələndirmə ilə əlaqədar icra hakimiyyəti orqanı tərəfindən verilmiş ilkin sərəncam, inşaat pasportu, ilkin eskiz layihəsi, habelə həmin sənədlərdə sonradan edilmiş dəyişikliklərə dair (əgər edilmişsə) tikinti sənədlərinin əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətlərinin əvvəlki apellyasiya baxışında təqdim olunmuş 3 saylı binanın eskiz layihəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə 30 may 2012ci ildə -razılaşdırıldığı üçün həmin tarixdən əvvəlki vəziyyətin öyrənilməsi zəruri olmuşdur) məhkəməyə təqdim edilməsi təklif olunsa da, cavabdeh həmin sənədləri məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ca vabdeh iddiaçıya qeyri-yaşayış sahəsinin satıldığını inkar etsə də, həmin hal işdə olan 04 iyun 2008-ci il tarixli alqı-satqı müqaviləsi və ödəniş qəbzi ilə təsdiq olunur. Cavabdeh və üçüncü şəxslər adıçəkilən müqaviləni mübahisələndirməmişlər. Müqavilənin etibarsızlığı və ya ləğvi barədə qüvvədə olan məhkəmə aktı mövcud deyildir. Digər tərəfdən, 3 nömrəli yaşayış sahəsinin 1-ci mərtəbəsində olan, o cümlədən iddiaçının tələb etdiyi sahə də daxil olmaqla 783,5 kvadrat metr qeyri-yaşayış sahəsinə dair üçüncü şəxslərin adına müqavilələrin olub-olmaması 04 iyun 2008-ci il tarixli alqı-satqı müqaviləsini qüvvədən salmır. 04 iyun 2008-ci il tarixli müqavilə ilə cavabdeh 3 nömrəli yaşayış sahəsinin 1-ci mərtəbəsində ümumi sahəsi 200 kvadrat metr olan qeyriyaşayış sahəsini alıcıya - iddiaçıya təhv il verməyi öhdəsinə götürmüşdür. Müqavilədə digər qeyd-şərt göstərilməmiş, onun qüvvədə olması digər müqavilənin (müqavilələrin) qüvvədə olması ilə şərtləndirilməmişdir. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hətta üçüncü şəxslərlə bağlınmış müqavilələrin mötəbərliyi təsdiq olunduğu halda belə, həmin hal cavabdehi iddiaçıya münasibətdə müqavilə öhdəliklərini icra etmək vəzifəsindən azad etmir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istiədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəll ənin 152.5-ci maddəsinin tələbinə görə də mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui- istifadə olmasın. Sadalanan normalara istinad edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh 04 iyun 2008-ci il tarixli müqavilə üzrə iddiaçıya ünvan 2 ünvanda inşa edilən 3 nömrəli yaşayış sahəsinin 1-ci mərtəbəsində ümumi sahəsi 200 kvadrat metr olan qeyriyaşayış sahəsini iddiaçıya təhvil verilməsi barədə öhdəliyi icra etmədiyindən, bununla da müqavilə şərtlərini və mülki qanunvericilyin yuxarıda sadalanan normalarının tələblərini pozduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunması, cavabdehin 3 nömrəli yaşayış sahəsinin 1 -ci mərtəbəsində ümumi sahəsi 200 kvadrat metr olan qeyriyaşayış sahəsini iddiaçıya təhvil verməli olması barədə nəticəyə gəlmişdir. Cavabdeh və üçüncü şəxslərin apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərə qiymət verərək apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şikayətdə göstərilən dəlillər yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan q ətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunuludur. İşdən görünüür ki, həmin dəlillər apellyasiya instansiya m əhkəməsində işə baxılarkən də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi mübahisəyə baxarkən həmin dəlilləri araşdıraraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bir dəfə də olsa əmlakların ona təhvil verilməsi ilə bağlı müraciət etməməsi, ötən 10 il müddət ərzində əmlakları ilə maraqlanmaması, iddiaçının təqdim etdiyi müqavilələrin sonradan, qanunsuz yolla bağlanması anlamına gələ bilməz. Müqavilə qüvvədə olduğu təqdirdə onun icra edilməsini, əmlakın ona verilməsini tələb etmək tələbkarın hüququdur və bu hər hansı bir vaxtla məhdudlaşdırıla bilməz. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri məhkəmə kollegiyası əsassız hesab edir. Mübahisəli qeyri-yaşayış sahəsinin 13 dekabr 2009-cu il tarixli müqavilə əsasında ona satılması və onun, həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olması barədə dəlillərə apellyasiya instansiyası məhkəməsi hüquqi qiymət vermişdir. Məhkəmə üçüncü şəxsə alqısatqı müqavilələrinin və kassa mədaxil orderlərinin əslinin verilməsini tələb etməsinə baxmayaraq həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs bu halı kassasiya şikayətində MMC-nin əvvəlki rəhbəri Məzahir Cəfərov tərəfindən ayrı-ayrılıqda vətəndaşların aldadaraq bir mənzili bir neçə şəxsə satması, buna görə ona cinayət işinin başlanılması, intihar etməsi, 10 ildən artıq bir müddətdə iddiaçının həmin qeyri-yaşayış sahəsi ilə maraqlanmaması, müqavilənin sonradan qanunsuz yolla bağlanmasını və s. halları ilə əsaslandırmışdır. Lakin qeyd edilən halların heç biri tələb olunan sənə dələrin əslinin məhkəməyə təqdim edilməməsi üçün əsas deyildir. Üçüncü şəxs kassasiya şikayətində 3-cü şəxslərin bağladıqları müqavilələrin qanuni və ya qanunsuz olmasını araşdırmasını iddia tələbindən kənara çıxmaq kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası şikayətin bu dəlilini də əsassız hesab edir. Belə ki, üçüncü şəxs verdiyi şikayətlərdə həmin müqavilələrə istinad etmişdir. Məhkəmə də həqiqəqin müəyyən edilməsi və mübahisənin düzgün həll edilməsi üçün təqdim edilmiş həmin sübutları araşdıraraq hüquqi qiymət vermişdir. Məhkəmənin işə baxarkən təqdim edilmiş sübutları araşdırması iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Şərh edilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2703/2019 nömrəli iş üzrə 01 aprel 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-5993/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5993/2019
26.08.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver