Məhkəmə qərarları › İş №2(102)-6/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-6/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6/2020 27.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5428/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Fərid Əyyubov) 2(004)-4/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tari xli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçınnun 0,36 ha torpaq sahəsi Oğuz-Qəbələ-Bakı su kəmərinin mühafizə zolağına düşdüyündən, 40300 manat məbləğində pul kompensassiyasının Cavabdeh1-dən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbləri qalan hissələrdə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Elşad Şamayev, Xəyal Sarıyev) xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə və “X5 və Ticarət Şirkətin”ə qarşı dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkil əşdirilməsi ilə əlaqədar kompensasiyanın və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 - dən 0,87 hektar torpağa görə kompensasiya kimi 87000 manat, dəymiş zərər və əldən çıxmış faydaya görə 26300 manat, cəmi 113300 manat, Cavabdeh2ndən 50000 manat, “X5 və Ticarət Şirkəti”ndən 25000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə xüsusi mülkiyyət hüquqi ilə ona (iddiaçıya) məxsus Qəbələ rayonu, Şamlı kəndində 2,07 hektar torpaq sahəsinin 0,87 hektar ərazisi Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi ərazisinə düşmüşdür. 2008-ci ilin əvvəlindən qeyd olunan kəmərin tikintisi ilə əlaqədar bu tikintinin dövlət sifarişçisi olan Cavabdeh1 və icraçısı “X5 və Ticarət Şirk əti” ona heç bir xəbərdarlıq etmədən, torpağın əvəzi ödənilmədən onun 0,87 hektar torpaq sahəsini buldozerlə məhv etmişlər. Sonradan Cavabdeh1 dəymiş zərərin İcra hakimiyyəti tərəfindən ödəniləcəyini bildirmiş, lakin bu günə qədər ona kompensasiya və ya digər torpaq sahəsi verilməmişdir. 2008-ci ilin əvvəlindən ailəsi ilə birlikdə 0,87 ha torpaq sahələrinin zəbt edilməsi səbəbindən gəlir əldə edə bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apelyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. iddiaçının tələbləri Nazirlər Kabinetinin Oğuz-Qəbələ-Bakı su kəməri ilə bağlı 211 s saylı xx xxxxxx 2009-cu il tarixli qərarı əsasında və qərarda adı çəkilən aidiyyatı təşkilatlar tərəfindən həll edilməlidir və Cavabdeh1 müvafiq normativ –hüquqi aktlarla su kəmərinin çəkilməsi ilə bağlı sifarişçi təşkilat kimi müəyyən edilsə də, onun su kəmərinin çəkilişinin təsirinə məruz qalan torpaqların dövlət ehtiyacları üçün alınması və ya əvəzləşdirilməsi məsələsinə heç bir aidiyyatı və səlahiyyəti yoxdur. Başqa sözlə Cavabdeh1 Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi ilə bağlı su kəmərinin çəkilişinin təsirinə məruz qalan to rpaqların dövlət ehtiyacları üçün alınması və ya əvəzləşdirilməsi məsələləri, müvafiq torpaq sahələrinin mülkiyyət və ya istifadə hüquqlarının itirilməsi və ya məhdudlaşmasına görə kompensasiyanın ödənilməsi tələbləri üzrə cavabdeh qismində çıxış etməli idi. Cavabdeh1 qanunla üzərinə qoyulmuş vəzifələri icra edərək müəyyən edilmiş və razılaşdırılmış sənədlərə uyğun olaraq su kəmərinin çəkilməsini həyata keçirmişdir. Su kəmərinin çəkilişi ilə əlaqədar torpağın əvələşdirilməsi vəzifəsi Nazirlər Kabienti tərəfindən icra hakimiyyətlərinin üzərinə qoyulmuşdur. Əgər İcra Hakimiyyətləri tərəfindən müvafiq tədbirlər görülməyibsə və ya torpağın dəyəri ödənilməyibsə buna görə Cavabdeh1 heç bir məsuliyyət daşımır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydad a məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin adına ümumi sahəsi 2,07 hektar olan JN-0057 № - li torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 211 s saylı, xx xxxxxx 2009-cu il tarixli sərəncamına əsasən Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi istiqamətində tikinti işlərinin aparılması müəyyə n edilmişdir. Aparılmış yol tikinti işləri ilə əlaqədar iddiaçıya məxsus torpaq sahəsi Oğuz-QəbələBakı su kəmərinin mühafizə zolağında tikinti altına düşmüş, lakin həmin əmlaka dair iddiaçıya hər hansı kompensasiya ödənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2018 ci il tarixli 13897 nömrəli rəyindən görünür ki, “...İddiaçının mübahisələndirdiyi torpaq sahələrinin “Torpağa mülkiyyət hüququna dair JN-57 nömrəli Dövlət Aktına” əsasən müvafiq qaydada təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat planı, ayrıca aktı və ölçüsü həmin torpaq sahəsinin hal-hazırda faktiki olaraq yerləşdiyi əraziyə və ölçüyə uyğundur. İddiaçıların mübahisələndirdiyi torpaq sahələrinin “Torpağa mülkiyyət hüququna dair JN-57 nömrəli Dövlət Aktına” əsasən müvafiq q aydada təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat planına uyğun olaraq göstərilən torpaq sahəsinin Oğuz-Qəbələ-Bakı su kəmərinin və digər qurğuların faktiki mühafizə zonasına və ya üzərinə düşür. JN-57 nömrəli Dövlət Aktında qeyd olunan 1,55 ha torpaq sahəinin 0,30 ha hissəsi, JN-57M nömrəli planşetdə göstərilən 0,52 ha torpaq sahəsinin isə 0,06 ha hissəsi, cəmi 0,36 ha torpaq sahəsi Oğuz-Qəbələ-Bakı su kəmərinin və onun mühafizə zolağının altına düşür. İddiaçı hazırkı tələbində mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın və dəymiş zərərin əvəzinin ödənilməsi tələb etmiş, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qismən təmin edilmiş, tələbin rədd edilən hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Ona görə də, tələbin rədd e dilən hissəsi hazırki kassasiya baxışının da həddlərini təşkil etmir. İddia tələbinin qismən təmin edən məhkəmənin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus torpağın alınması, habelə həmin əmlakın sökülməsi müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması” zərurəti ilə bağlı olduğundan, iddiaçıya sökülmüş əmlaka görə kompensasiya ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 211 s saylı, xx xxxxxx 2009-cu il tarixli sərəncamına əsasən Qəbələ RİH tərəfindən görülmüş tədbirlər Cavabdeh1-yə müvafiq su kəmərinin çəkilməsi işlərinə yardım edilməsi məqsədilə olmuşdur. Layihə üzrə sifarişçi təşkilat Cavabdeh1 Açıq Səhmdar Cəmi yyəti olduğundan kompensasiya da həmin təşkilat tərəfindən ödənilməlidir. Kompensasiyanın məbləği ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli 144/E nömrəli ekspert rəyinə əsasən, JN-57 kod-40604068 saylı torpağın İddiaçı mülkiyyətində olan JN-57 nömrəli Dövlət Aktında qeyd olunan 1,55 ha torpaq sahəsinin 0,30 hissəsinin, JN-57M nömrəli planşetdə göstərilən 0,52 ha torpaq sahəsinin 0,06 ha hissəsi, cəmi 0,36 ha torpaq sahəsinin bazar qiyməti 40300 manat müəyyən olunur. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmalı və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr cavabdeh ASC-dən tutulacaq kompensasiyanın məbləğini müəyyən edərkən iş materiallarında olan sübutları tam, hərtəfərli və obyektiv tədqiq etməmişlər. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, birinci instansiya məhkəməsi dəymiş zərərin məbləğini müəyyən edərkən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli rəyinə əsaslandmışdır. Lak in həmin rəydən görünür ki, ekspertiza tədqiqatı aparılarkən idddiaçıya məxsus torpaq sahəsinin qiymətləndirilməsi “Özəlləşdirilən dövlət müəssisə və obyektlərininin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə uyğun olaraq aparılmışdır. Rəydə qeyd edilmişdir ki, Əsasnamə “Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə və qüvvədə olan digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətini müəyyən edir. Göründüyü kimi istinad edilən əsasnamə özəlləşdirilən dövlət müəssisə və obyektlərininin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətləndirilməsini tənzimləyir. Halbuki iddiaçıya məxsus torpaq sahəsi dövlət müəssisə və obyeklətrin və ya fiziki şəxsə məxsus müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsi deyil, torpaq islah atı ilə əlaqədar əvəzsiz olaraq verilmiş kənd təsərrüfat təyinatlı torpaq sahəsidir. İşə baxan məhkəmələr bu halı diqqətdən qaçırmış, ekspert tərəfindən torpaq sahəsinin qiymətini müəyyən edərkən iş materiallarına əlavə edilmiş torpaq sahəsinə dair JN0057 № li Dövlət Aktında göstərilmiş mübahisəli torpağa dair xüsusiyətlər (torpaq sahəsinin kateqriyası, məqsədli təyinatı, torpaq sahəsinin yerləşdiyi rayon (ərazi), ekoloji vəziyyəti, yoldan və dayanacaqdan vəziyyəti, gediş-gəliş yolunun vəziyyəti, ətrafda yaşayış evlərin olub-olmaması, kommunikasiya xətləri, oxşar xüsusiyətlərə malik torpaq sahələrinin müqayisəli qiyməti və s.) nəzərə alınaraq torpaq sahəsinin orta bazar qiyməti müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 101.7 və 103.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmədə t ədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəm ə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyas ı məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəra ra alır: Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5428/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar