Məhkəmə qərarları › İş №2(102)-600/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-600/2021

16.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-600/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı1 İddiaçı: A.A.A. Cavabdeh: “xxxx” BOKT ASC Cavabdeh: Cavabdeh2 İddia tələbi: «kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mənzildən çıxarılma» Açar sözlər: müqavilələrin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, cavabdeh “xxxx” BOKT ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5017/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və A.A.A. tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları xx.xx.2008-ci il tarixdə “xxxxbank” ASC ilə İddiaçı1 arasında 197/08/PB saylı kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsinin təminatı olaraq 197/08/PB saylı, xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 96, mənzil 38 öhdəliklərin təminatı kimi “xxxxbank” ASC-nin xeyrinə yüklü edilmişdir. xx.xx.2008-ci il tarixli, 197/08/PB saylı kredit müqaviləsi üzrə borc lu üzərinə götürüyü öhdəlikləri icra etmədiyindən, bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, nəticədə kredit müqaviləsinin təminatı kimi xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 96 №-li, 9 mərtəbəli binada İddiaçı1 məxsus 97,4 kv.m. ümumi, 68,03 kv.m. yaşayış sahəsi olan 5 otaqdan ibarət 38 №-li mənzilin cavabdeh və qeyrilərin mənzildən çıxarılmaqla açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən 34.376,73 ABŞ dolları əsas borc, 20.567 ABŞ gecikdirilmiş faiz, 27.856,5 ABŞ dolları dəbbə pulu, cəmi 82.800,23 ABŞ dolları milli manat ekvivalentində, hüquqi yardıma görə 500 manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “xxxxbank” ASC -yə ödənilməsi işə baxan birinci instansiya məhkəməsi tərəfindən qət edilmişdir.Tutmanın yönəldilməsi nəticəsində açıq hərrac vasitəsilə satılmış Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 96 saylı evin 38 saylı mənzilinin hal-hazırki mülkiyyətçisi Cavabdeh2dur. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı1 və A.A.A. iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxbank” ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 197/08/PB №li kredit müqaviləsinin və xx.xx.2008-ci il tarixli 197/08/PB №li ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 96 ünvanda yerləşən 38 №-li mənzilə dair Cavabdeh2 adına xx.xx. 2014-cü il tarixdə verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş bütün hüquqi sənədlərin (alqı-satqı müqaviləsi və s.) etibarsız hesab edilməsi; Cavabdeh2 onunla yaşayan ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 96 ünvanda yerləşən 38 №-li mənzilindən çıxarılması; Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 96 ünvanda yerləşən 38 №-li mənzilin “xxxx” BOKT ASC tərəfindən ələ keçirilməsi zamanı mənzildə olan əşyaların ələ keçirilməsi nəticəsində onlara dəyən 15000 manat məbləğində zərərin cavabdeh “xxxx” BOKT ASC tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-256/2020 saylı, xx.xx.2020- ci il tarixli qətnaməsi ilə (hakim C.C.Musayeva) iddiaçılar İddiaçı1 və A.A.A.nın cavabdehlər “xxxx” BOKT ASC və Cavabdeh2 qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən iddiaçılar İddiaçı1 və A.A.A. apelyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5017/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), Z.A.Şirinov və R.Ə.Eyvazov) iddiaçılar İddiaçı1 və A.A.A. tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-256/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçılar İddiaçı1 və A.A.A. kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iddiaçılara məhkəmə bildirişi göndərilməməsi səbəbindən onların məhkəmə iclasında iştirak etmədikləri halda “xxxx” BOKT ASC-nin maraqlarına uyğun olaraq qərar qəbul edərək iddiaçıların hüquqlarını pozmuş, işə birtərəfli yanaşmış, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 96 ünvanında yerləşən 38 saylı mənzilin iddiaçıların xüsusi mülkiyyətində olmasına və mülkiyyətçi kimi iddiaçıların hüquqlarına əhəmiyyət verməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh “xxxx” BOKT ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar İddiaçı1, A.A.A. və Cavabdeh2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və q ərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kasasiya instansiyası məhkəməsinin mövqeyi Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını a raşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə nəzərə alaraq və MM-nin 28, 324, 337, 342, 354, MPM-nin 342ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apelyasiya şikayəti üzrə yoxlayan apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin sübuta yetirilməyən dəlillərinə müvafiq qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki iş üzrə tələb həddində qəbul edilmiş qətnamə üzrə mübahisələndirilən fərqli dəlillər müzakirəyə təqdim edilmiş və keçirilmiş ekspertizanın sübut növündə mötəbərliyini şübhə altına alan hallar müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi məhz iddiaçıların vəsatəti əsasında 2 dəfə məhkəmə xətşünaslıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 20075 nömrəli eskpert rəyinə əsasən ekspertizaya təqdim olunmuş, “xxxxbank” ASC ilə İddiaçı1 arasında bağlanmış 197/08/PB nömrəli xx xxxxxxxx 2008-ci il tarixli ipoteka müqaviləsində və “xxxxbank” ASC il ə İddiaçı1 arasında bağlanmış 197/08/PB nömrəli, xx xxxxxxxx 2008-ci il tarixli kredit müqaviləsində “Borc alan” və “İpoteka qoyan” qrafalarındakı imzalar - İddiaçı1 tərəfindən icra olunmuşdur.Ekspertizaya təqdim olunmuş,A.A.A.nın adından olan xx xxxxxx 2008-ci il tarixli razılıq ərizəsində “Cabbarova T” soyadının önündəki imza - A.A.A. tərəfindən icra olunmuşdur Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 28753 nömrəli eskpert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, 3M-6/915 nömrəli notariat işinin 3-6-cı vərəqələrində “xxxxbank” ASC ilə İddiaçı1 arasında olan 197/08/PB nömrəli xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsinin 1-4-cü vərəqələrində “Borc alan” və “İpoteka qoyan” qrafalarındakı imzalar, 4-cü vərəqəsində “İpoteka qo yan:” və “Borc alan.” qrafalarından aşağıda yerləşən “İmza:” qrafalarındakı imzalar; 16-20-ci vərəqələrində “xxxxbank” ASC ilə İddiaçı1 arasında olan 197/08/PB nömrəli xx xxxxxxxx 2008-ci il tarixli Kredit müqaviləsinin 1-5-ci vərəqələrində “Borc alan” və “İpoteka qoyan” qrafalarındakı imzalar, 5-ci vərəqəsində “Borc alan:” qrafasından aşağıda yerləşən “İmza” qrafasındakı imza - İddiaçı1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 3M6/915 nömrəli notariat işinin 12-ci vərəqəsində A.A.A.nın adından olan xx.xx.2008-ci il tarixli razılıq ərizəsində (Bakı şəhəri 6 saylı DNK) “İmza” qrafasındakı imza-A.A.A. tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgü n tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və A.A.A. tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5017/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyiş dirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar