Məhkəmə qərarları › İş №2(102)-6005/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6005/2022

20.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6005/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: azyaşlı uşağın ananın himayəsinə verilməsi və aliment) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı azyaşlı uşağın ananın himayəsinə verilməsi və aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-861/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra-iddiaçı) və Cavabdeh (bundan sonra-cavabdeh) 2016-cı ildə faktiki nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 11 dekabr 2017-ci il təvəllüdlü X2 anadan olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı “azyaşlı uşağın ananın himayəsinə verilməsi və aliment” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 dekabr 2017-ci il təvəllüdlü X1 cavabdehdən alınaraq onun himayəsinə verilməsi və həmin azyaşlının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment in tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı münasibətlər artıq bir müddətdir ki, pozulub və ailə faktiki olaraq dağılıb. Azyaşlı uşaq əvvəl anasının himayəsində qalsa da, sonrada cavabdeh onu görüş adı ilə iddiaçıdan alıb öz yanına aparmış, azyaşlı uşağı bu günədək anasına göstərməmişdir. Bu səbəbdən azyaşlının anasının himayəsinə verilməsi zərurəti yaranmışdır. Hələ uşaq iddiaçının yanında olarkən cavabdeh onun saxlanılması üçün iddiaçıya heç bir maddi köməklik göstərməmişdir. Cavabdeh fərdi əməklə məşğuldur və aylıq gəliri təxminən 800 manat təşkil edir. Azyaşlının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 200 manat miqdarında aliment müəyyən edilməlidi r.

4. Abşeron rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2021-ci il tarixli 170 saylı rəyindən müəyyən edilir ki, komissiya üzvləri azyaşlının hüquq və mənafeyini, onun yaşayış şəraitini, ona göstərilən qayğını və komissiya üzvlərinin fikirlərini əsas götürərək, 11 dekabr 2017-ci il təvəllüdlü X1 atası Cavabdeh himayəsinə verilməsini məqsədəmüvafiq hesab edir.

5. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-4694/2021 nömrəli iş üzrə 9 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddianın qismən təmin edilməsi, 11 dekabr 2017-ci il təvəllüdlü Həsənova Aişə Qiyas qızı cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməsi, cavabdehdən iddiaçının xeyrinə 11 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəli 11 dekabr 2017-ci il təvəllüdlü X1 cavabdehdən alınaraq iddiaçının (ananın) himayəsinə verildiyi vaxtdan hesablanması, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə uşağın yaşını və mənafeyini nəzərə almaqla, 11 dekabr 2017-ci il təvəllüdlü X1 iddiaçının (ananın) himayəsinə verilməsini məqsədəmüvafiq hesab etmişdir. Belə ki, azyaşlının ananın himayəsinə verilməsini qeyri-mümkün edən hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

7. Məhkəmə hesab etmişdir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqla rından uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi vəziyyəti, uşaqların mənafeyi nəzərə alınmalı və uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, iddiaçı 11 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etsə də, alimentin bu məbləğdə tutulmalı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 22.1, 22.2, 22.2.1, 22.2.2, 56.1, 75.1, 75.4, 78.1, 78.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qət olunarkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2021-ci il tarixli 170 saylı rəyi ilə xx.xx.2017-ci il təvəllüdlü X1 atası Cavabdeh himayəsinə verilməsini məqsədə müvafiq hesab etsə də, X1 İddiaçı himayəsinə verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin azyaşlının ananın himayəsinə verilməsini qe yri-mümkün edən hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, qəyyumluq və himayəçilik orqanı uşağın atanın himayəsinə verilməsini məqsədə müvafiq etsə də iddiaçının iddia tələbini təmin etməklə əsassız qətnamə qət etmişdir. Həmçinin məhkəmə tərəfindən uşağın valideynlərindən kimi daha çox bağlılığın müəyyən edilməsinini müəyyən edilməsi barədə psixoloji ekspertiza təyin etməli halda bunu etməyərək öz şəxsi mülahizəsi əsasında uşağın anaya verilməsi barədə qanunsuz qətnamə qəbul etmişdir.

11. Tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə məhkəmə psixoloji ekspertizası təyin edilmiş və ekspert rəyi alınması üçün mülki işin icraatı dayandırılmışdır.

12. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzin in 14 iyun 2022-ci il tarixli 11/185 №li ekspert rəyinə əsasən 11 dekabr 2017-ci il təvəllüdlü X1 yaşı ilə əlaqədar onunla məhkəmə-psixoloji ekspertizasının keçirilməsi mümkün olmamışdır. Cavabdehin fərdipsixoloji xüsusiyyətlərində azyaşlı uşağın emosionaliradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. İddiaçının məhkəmə-psixoloji müayinəyə təqdim edilmədiyindən onun barəsində eskpert qarşısında qoyulmuş suala cavab verilməmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-861/2022 nömrəli iş üzrə 20 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Telman Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası uşağın ananın himayəsinə verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab etmişdir.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması uşağın mənafeyinə uyğun olmaqla, saxlanılması üçün uşağın marağının əhəmiyyətli dərəcədə məhdudlaşdırmadığından, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. K assasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsinə nəzər salarkən apelyasiya məhkəməsinin mülki kollegiyasının apellyasiya şikayətinin hansı səbəblərdən təmin etməməsini və Abşeron rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlayarkən gəldiyi nəticəni qətnamədə əsaslandırmamışdır. Belə ki, qəyyumluq və himayəçilik orqanı və məhkəmə psixoloji eksperti uşağın atanın yanında qalmasına müsbət rəy verməsinə baxmayaraq məhkəmə tam əksini qət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

19. Maddə 22.1. nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığ ını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanmas üçün vəsaitin ödənilməsi qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.

20. Maddə 22.2. 22.2.1. 22.2.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.

21. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

22. Maddə 75.1. Valideynlər övladlarını saxlamağa borcludurlar.

23. Ma ddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

24. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tər əfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

25. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam bax dıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflərin birgə nikahından 11 dekabr 2017-ci il təvəllüdlü Həsənova Aişə adlı uşaqları anadan olmuşdur. Tərəflər ayrılaraq müxtəlif ünvanlarda yaşamış, uşaq əvvəl anasının yanında qalsa da, sonradan atası uşağı öz yanında saxlamışdır.

39. Tərəflər arasında uşaqla bağlı yaranmış hüquq münasibətləri “valideynlərin razılığı olmadıqda uşağın yaşayış yerinin məhkəmə qaydasında müəyyən olunması” ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin, habelə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq Konvensiyaların aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

40. Bu iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsidir. Həmin maddəyə əsasən, valideynlər ayrı yaşadıqda uşağın yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşağın hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

41. İşə baxan məhkəmələr tərəfindən iddiaçının əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın inkişafı və tərbiyəsi üçün şərait yaradılması baxımından uşağın onun yanında saxlanmasını istisna edən hal lar müəyyən olunmamışdır.

42. Ailə Məcəlləsinin 60.1 və 60.2-ci, Azərbaycan Respublikası «Uşaq hüquqları» haqqında Qanunun 5-ci, «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 9-cu maddələrinə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin həllində ilk növbədə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

43. Hər bir halda başlanğıc prinsipin uşağın üstün mənafeyi olduğu unudulma malıdır. Uşaqların «üstün maraqları» konsepsiyası Uşaq hüquqları haqqında Bəyannamənin 2-ci maddəsindən, Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin birinci bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş «Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi Qaydaları»nda göstərilir ki, «üstün maraqlar» termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, valideynin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir».

44. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin hi mayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətdə məhkəmələr uşağın yaşayış yerini iddiaçının yanında müəyyən etməkdə haqlıdır, bu nəticə uşağın üstün mənafelərinə uyğundur. Konkret halda uşağın iddiaçının yanında saxlanması uşağın ən yaxşı mənafeləri naminə labüddür, uşağın anasından ayrılmasına əsas verən müstəsna şərait yoxdur. Bundan başqa, azyaşlı Aişənin yaş xüsusiyyətləri ana nəvazişinə əvəzolunmaz ehtiyacı baxımından onun ananın yanında saxlanmasını şərtləndirir ki, birinci instansiya məhkəməsi də haqlı olaraq bu hala istinad etmişdir.

46. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı qəyyumluq və himayəçilik orqanının iş üzrə təqdim etdiyi rəyin təsviri hissəsində komissiyanın gəldiyi yekun nəticənin əsasları öz əksini tapmamışdır. Bu baxımdan da məhkəmənin həmin rəyi mötəbər sübut kimi işin digər halları ilə birlikdə qiymətləndirərək gəldiyi nəticə əsaslı hesab edilmişdir.

47. Bundan başqa apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəməpsixoloji ekspertizanın nəticələrindən görünür ki, iddiaçı müayinəyə təqdim edilmədiyindən onun barəsində tədqiqat aparılmamış, cavabdeh barədə isə ekspertlər “azyaşlı uşağın emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqresivlik əlamətlərinin müəyyən edilmədiyi” nəticəsinə gəlmişdir. Bu nəticə əsasında isə məhkəmə azyaşlı uşağı atasının himayəsinə verməkdə haqlı hesab edilə bilməzdi.

48. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-861/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar