Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6010/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddia tələbinin əsasının sübut edilməməsi 30.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5791/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 30 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, Cavabdeh (borc verən) ilə İddiaçı (borc alan) arasında 20.11.2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında borc verən 230000 manat məbləğində pulu borc alana verməyi, borc alan isə krediti 26.11.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
2. Bundan başqa 20.11.2018-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh (ipoteka saxlayan) ilə İddiaçı (ipoteka qoyan) arasında 20.11.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 327.5 kv.m olan fərdi yaşayış evi 20.11.2018-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasınının təminatı kimi Cavab deh ipotekaya qoyulmuşdur. İpoteka predmeti 500000 manat məbləğində qiymətləndirilmişdir.
3. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23.02.2019-cu il tarixli qərardan görünür ki, İddiaçı girov müqaviləsi əsasında iki evini və bir torpaq sahəsini girov qoymaqla Cavabdeh borc pul götürməsi və götürdüyü pulu qaytara bilmədiyindən mülklərinin girovda qalması ilə bağlı toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında imzalanmış 20 noyabr 2018ci il tarixli, 3M-1397 reyestr nömrəli kredit müq aviləsi və 20 noyabr 2018-ci il tarixli, reyestr nömrəsi 3M-1398 olan ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən evin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin noyabr ayında oğlu X ona zəng edərək 14 saylı notariat kontoruna gəlməyini xahiş etmişdir. O və digər oğlu qeyd olunun notariat kontoruna getmişlər. X3 işi ilə əlaqədar təcili 680.000 manat pul lazım olduğunu və həmin məbləğin müqabilində əmlak qoyulmasını xahiş etmişdir. 20 noyabr 2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında 230.000 manat pulun borca verilməsi ilə bağlı reyestr nömrəsi 3M-1397 olan kredit müqaviləsi və həmin kredit müqaviləsinin təminatı kimi 20 noyabr 2018-ci il tarixli, 3M-1398 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 327,5 kv.m olan evi ipoteka ilə yüklü etmişdir. Bundan sonra oğlu X tərəfindən 20 noyabr 2018-ci il tarixli 3M-1397 reyestr nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ140.000 ABŞ dolları olmaqla, onun 120.000 ABŞ dolları X, 20.000 ABŞ dolları isə oğlu X vasitəsilə Cavabdeh ödənilmişdir. Bu fakt Bakı şəhəri, BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis kapitanı X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 fevral 2019-cu il tarixli qərarı ilə də sübut olunur. Həmçinin whatsapp danışmalarında da cavabdeh ona 140.000 ABŞ dolları məbləğində pulun verilməsini etiraf edir. Göründüyü kimi 20 noyabr 2018-c i il tarixli, 3M1397 reyestr nömrəli kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən icra olunmuşdur. Belə olan halda 20 noyabr 2018-ci il tarixli, 3M-1397 reyestr nömrəli kredit və 20 noyabr 2018-ci il tarixli, 3M-1398 reyestr nömrəli ipoteka müqavilələri üzrə öhdəliyə xitam verilməli və ona məxsus ünvan 2 ünvanında yerləşən ev ipoteka yüklülüyündən azad olunmalıdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.Mustafayeva) 15 mart 2021-ci il tarixli, 2(006)-391/2021 nömrəli qətnaməsi ilə İddiaçı Bakı şəhəri 14 Saylı Notariat Konturu, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Suraxanı rayon İcra və probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmə klə Cavabdeh qarşı "kredit və ipoteka müqavilələri üzrə öhdəliklərin xitam olunması və s." tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdeh qarşısında öz üzərinə götürmüş olduğu öhdəliyi tam yerinə yetirdiyini təsdiq edə biləcək hər hansı bir hala rast gəlinmir. İddiaçı tələbinin əsası kimi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23.02.2019-cu il tarixli qərarda Cavabdeh verdiyi izahata istinad edərək, onun borcun ödənildiyini etiraf etdiyini bildirir. Lakin qeyd edilən qərarda cavabdehin 20 noyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənildiyini təsdiq edən hər hansı ifadəsi müəyyən edilməmişdir. Beləliklə, iddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi c inayət işinin başlanmasının rədd edilməsi haqqında 23.02.2019-cu il tarixli qərarda onun dedikləri öz təsdiqini tapmamışdır.
8. Həmçinin iddiaçının iş materiallarına əlavə etdiyi sosial şəbəkə çıxarışlarinı məhkəmə mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin yazışmaların sübut kimi qiymətləndirildiyi halda belə, yazışmalarda iddia tələbində qeyd olunan hallar təsdiq edilmir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 294.1, 307.6, 385.1, 386.1, 527.1, 528, 739-cu, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5791/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş,Məmmədova (sədrlik edən və məruzəçi), F.Talışinski və X.Sarıyev) apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(006)-391/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı tələbinin əsası kimi irəli sürdüyü hallar məhkəmə araşdırılması zamanı sübuta yetirilməmiş, iddiaçı tələbini yalnız iddia ərizəsində göstərdikləri ilə əsaslandırmaqla kifayətlənmiş və tələbini təsdiq edən hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şi kayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.
15. Kassasiya şikayətində irəli sürülən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə t ətbiq edilən hüquq
22. Mülki Məcəllə
23. Girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. (maddə 294.1)
24. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. (maddə 307.6)
25. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
26. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin ə mələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1)
27. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir (maddə 527.1)
28. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir (maddə 528)
29. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
30. Mülki Prossesual Məcəllə
31. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
32. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
33. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
34. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə d əlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan a pelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5791/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.