Məhkəmə qərarları › İş №2(102)-602/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-602/2020

31.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-602/2020 31.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı vəkili X2, Cavabdeh və onun vəkili X5 iştirakları ilə, Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verər ək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü tələbinə dair ilk iddia ərizəsi ilə, Cavabdeh İddiaçı qarşı əmlak bölgüsü tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Yevlax rayon məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən R.Əlizadə, iş 2(039)-680/2019) ilkin iddia qismən təmin edilmiş, tərəflərin birgə nikah dövründə əldə edilmiş “Toyota Land-Cruiser” markalı, 99-XH966 dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərində üçdə bir hissədə Cavabdeh payı, üçdə iki hissəsində İddiaçı payı müəyyən edilməklə İddiaçı çatası üçdə iki payın dəyəri 23333 ABŞ dollarının ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəs mi məzənnə üzrə manat hesabı ilə Cavabdeh alınaraq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikah dövründə əldə edilmiş Yevlax şəhəri Heydər Əliyev prospekti b 10 ünvanında yerləşən 32,80 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin üçdə bir hissəsində Cavabdeh payının müəyyən edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və İ.Quliyev, iş № 2(107)-2378/2019) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Yevlax rayon məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şik ayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili X7 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı vəkili X4 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmam alıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompyuter uçot bazasına görə Cavabdeh adında 06 aprel 2015-ci il tarixdən “Toyota Land-Cruiser” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı minik avtomobil qeydiyyatdadır. xxxx MMC-nin 06 fevral 2019-cu il tarixli rəyindən məlum olur ki, “Toyota Land-Cruiser” markalı, buraxılış ili 2010-cu il olan, **-XH*** dövlət qeydiyyat nişanlı avtomobilin analoq üzrə hazırki bazar dəyəri 35000 ABŞ dolları təşkil edir. Hüquqların Döv lət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı, 29 yanvar 2016-cı il tarixli çıxarışına görə, Yevlax şəhəri Heydər Əliyev prospekti b 10 ünvanında yerləşən 32,80 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan o lan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürs üz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.” Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, məhkəmə ümumi əmlak kimi böldüyü Yevlax şəhəri Heydər Əliyev prospekti b 10 ünvanında yerləşən 32,80 kv.m sahəsi olan qeyri-yaşayış sahəsində və “Toyota Land-Cruiser” markalı, **-XH-*** dövlət nişanlı minik avtomaşınında İddiaçı payını 2/3, onun payını isə 1/3 hissədə müəyyən etməklə səhvə yol vermiş, mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsini tətbiq edərkən səhvə yol vermişdir. Kassasiya şikayətinin həmin dəlili ilə əl aqədar Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Mülki işin materialları ilə müəyyən edilir ki, tərəflər 07 mart 2014-cü il tarixdə nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından bir uşaqları dünyaya gəlmişdir. Ailə münasibətləri baş tutmadığından Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli 2(004)-6581/2018 saylı qətnaməsi ilə tərəflər arasında 07 mart 2014-cü il tarixdə bağlanmış nikah pozulmuş, 19 oktyabr 2015-ci il təvəllüdlü X6 anası İddiaçı yanında qalması müəyyən edilmiş, Cavabdeh 19 oktyabr 2015-ci il təvəllüdlü X1 üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında İddiaçı xeyrinə aliment tutulmuşdur. Beş yaşında olan uşağın saxlanılması, yaşayış yeri ilə təmini, uşağın gələcək inkişafının hərtərəfli qayğısına qalınması ana nəvazişi, qayğısı, zəhməti ilə yanaşı, həm də maddi imkanın yüksək olmasını tələb edir. Yetkinlik yaşına çatmayan uşaqların mənafeyi onların himayəsində olduqları valideynlərinin maddi imkanı cəhətdən sıxıntıya məruz qalmamasını tələb edir. Yetkinlik yaşına çatmayanların mənafeyi həmçinin onların yaşayış yeri ilə təmini baxımından da yaxşı vəziyyətdə olmasını, məhkəmənin valideynl ərə məxsus yaşayış sahəsini bölərkən onların mənafeyinin nəzərə alınmasını da ehtiva edir. Müəyyən yaş həddinə çatdıqdan sonra yetkinlik yaşına çatmayan uşağın məktəbə getməsi, istirahətinin təşkili ilə bağlı avtomaşından istifadə etmək imkanına malik olmaları onların mənafeyinə xidmət edən hallar kimi qiymətləndirilməlidir. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinin tətbiqi yanlış hesab edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin payların müəyyən edilməsi hissəsində dəyişdirlməsini məqsədəmüvafiq hesab etmir. Kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, işdə olan və iddiaçının məhkəməyə təqdim etdiyi “«xxxx» MMC-nin 06 fevral 2019-cu il tarixli rəyindən (mütəxəssis rəyi) görünür ki, “Toyota Land-Cruiser” markalı, buraxılış ili 2010-cu il olan, **XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin analoq üzrə hazırki bazar dəyəri 35000 ABŞ dolları təşkil edir. Hər iki məhkəmə də həmin rəyə istinad edərək qətnamələr qəbul etmişlər. Birincisi, həmin avtomobilin dəyəri 35000 ABŞ dolları deyil ondan olduqca aşağıdır. Yəni həmin maşının hazırkı bazar dəyəri 25000 ABŞ dollardan da azdır. İkincisi, hazırda avtomobil real olaraq mövcud olduğu halda, qiymətləndirmə avtomobilə baxış keçirilmədən fərziyyə əsasında qoyulmuşdur. Üçüncüsü və ən əsası isə, iş materiallarından görünür ki, istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəmələrində İddiaçı nümayəndəsi və vəkili X4 olmuşdur. Hətta iddia ərizəs ini, bütün vəsatətləri də o, imzalamış, məhkəmə iclaslarında şəxsən özü iştirak etmişdir. Məhkəmənin istinad etdiyi mütəxəssis rəyini verən «xxxx» MMC-nin təsisçisi və İdarəedici Partnyoru da məhz həmin şəxs, yəni X4 olmuşdur. Bu faktdır və «xxxx» MMC-nin rəsmi internet səhifəsindən çıxarılaraq kassasiya şikayətinə əlavə etdiyim çıxarış ilə də sübut olunur. Göründüyü kimi, Yusif Allahverdiyev özünün təsisçisi və İdarəedici Partnyoru olduğu bir qiymətləndirici təşkilatdan özünün və hüquqlarını müdafiə etdiyi şəxsin maraqlarına uyğun olaraq əsassız bir rəy almışdır. Bu isə birbaşa mənim hüquqlarımın pozulması ilə nəticələnmişdir ki, hər iki məhkəmə də bunu nəzərə almamışdır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə razılaşır və əlavə olaraq qeyd edir ki, İddiaçı 05.03.2019 -cu il tarixli ərizəsində birgə nikah dövründə əldə edilmiş əmlakda payının 2/3 hissədə müəyyən edilməsini və avtomobilin dəyərinin Cavabdeh alınaraq ona ödənilməsini tələb etmişdir. Həmin tələblə əlaqədar birinci instansiyası məhkəməsi cavabdehlər tərəfindən mübahisələndirilən rəyə əsasən Cavabdeh 23.333 ABŞ dollarının ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə alınıb İddiaçı ödənilməsini qət etmiş, apelyasiya instansiyası məhkəməsi də həmin qətnaməni dəyişdirmədən qüvvəsində saxlamışdır. Müəyyən edilir ki, əvvəla qeyd olunan rəy qərəzsizlik prinsipinə riayət edilmədən İddiaçı nümayəndəsi və vəkilinin təsisçisi olduğu “xxxx” şirkəti tərəfindən verilmişdir və cavabdehlər tərəfindən mübahisələndirilir. Digər tərəfdən Cavabdeh İddiaçı payına uyğun olar aq ona 23.333 ABŞ dolları ödəməsi ilə razı deyildir. Mülki Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən isə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MM-nin 220-ci maddəsi ilə müəyyən edilmiş prosedurlara riayət etmədiyinə görə avtomobilin dəyərinin bir hissəsinin ona ödənilməsi tələbi təmin edilə bilməz. Ona görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi “İddiaçı çatası üçdə iki payın dəyəri 23.333 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə Cavabdeh alınaraq İddiaçı ödənilsin” hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsinin qismən “İddiaçı çatası üçdə iki payın dəyəri 23333 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə Cavabdeh alınaraq İddiaçı ödənilsin.” hissəsində ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli 2(107)-2378/2019 saylı qətnaməsi qismən “İddiaçı çatası üçdə iki payın dəyəri 23333 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə Cavabdeh alınaraq İddiaçı ödənilsin.” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar