Məhkəmə qərarları › İş №2(102)-602/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-602/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-602/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” ASC-nin cavabdehlər “xxxx” KFT MMC-yə, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh “xxxx” KFT MMC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər “xxxx” KFT MMC-yə, Cavabdeh1, Cavabdeh3, Cavab deh2, Cavabdeh5 və X2 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12725/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavadeh “xxxx” KFT MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. SKMF/170 saylı xx xxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən, kredit verən “xxxx” ASC (bundan sonra – iddiaçı və ya bank) kredit alan “xxxx” KFT MMC-yə (bundan sonra – borcalan və ya MMC) xx.xx.2015-ci il tarixədək qaytarmaq şərti ilə illik 6% ödəmək şərti ilə 322000 manat məbləğində kredit verilməsini, kredit alan isə müqavilə ilə müəyyən oluna n şərtlərlə və qaydada krediti banka qaytarmağı və faizləri ödəməyi öhdələrinə götürmüşlər.

2. İ-SKMF/170 saylı ipoteka müqaviləsinə əsasən xx xxxx 2010-cu il tarixli, SKMF/170 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini kimi Cavabdeh5 özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində istifadədə olan 0,02112 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 28 b saylı fərdi yaşayış evini kredit verənin xeyrinə yüklü etmişdir. 3. xx.xx.2010-cu il tarixli G-025/İFC saylı ipoteka müqaviləsinə 4 saylı Əlavə razılığa əsasən ipoteka saxlayan və MMC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 1936 saylı və xx xxxx 2010-cu il tarixli SKMF/170 saylı Kredit müqavilələri və onlara ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi lə ipoteka qoyan Cavabdeh3 özünə məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov (Neftçilər) küçəsində 0,052 ha torpaq sahəsində yerləşən üçmərtəbəli, ümumi sahəsi 438,2 kvadrat metr olan beş otaqlı 135 saylı fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir.

4. Bank ilə MMC arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli 100.LN.2004.221012.00001 saylı kredit müqaviləsinə əsasən kredit verən (iddiaçı) borcalana illik 6% ödəmək şərti ilə xx.xx.2019-cu il tarixədək ******* manat məbləğində kredit verilməsini, kredit alan isə müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti banka qaytarmağı və faizləri ödəməyi öhdələrinə götürmüşlər.

5. CL.221012.00001/i saylı ipoteka müqaviləsinə əsasən xx xxxxxxx 2012-ci il tarixli 100.LN.2004.221012.00001 saylı əsas kredit müqaviləsindən irəli gə lən öhdəliklərin icrasının təmini kimi Cavabdeh1 özünə məxsus Şirvan şəhəri, Fariz Eynullayev küçəsi, 1 A ünvanda olan 0,8920 ha torpaq sahəsini kredit verənin xeyrinə yüklü etmişdir.

6. G-025/İFC saylı ipoteka müqaviləsinə xx xxxxxxx 2012-ci il tarixli 1 saylı Əlavə razılığa əsasən ipoteka saxlayan və MMC arasında bağlanmış xx xxxx 2010-cu il tarixli RSSSKMF/170 saylı, eləcə də xx xxxxxxx 2012-ci il tarixli 100.LN.2004.221012.00001 saylı əsas kredit müqavilələri və onlara ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İpoteka qoyan Cavabdeh5 özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində istifadədə olan 0,02112 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 28 b saylı fərdi yaşayış evini kredit verənin xeyrinə yüklü etmişdir.

7. G-025/İFC sa ylı ipoteka müqaviləsinə xx xxxxxxx 2012-ci il tarixli 5 saylı Əlavə razılığa əsasən ipoteka saxlayan və MMC arasında bağlanmış xx xxxx 2010-cu il tarixli RSSSKMF/170 saylı, eləcə də xx xxxxxxx 2012-ci il tarixli 100.LN.2004.221012.00001 saylı əsas kredit müqavilələri və onlara ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İpoteka qoyan Cavabdeh3 özünə məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov (Neftçilər) küçəsində 0,052 ha torpaq sahəsində yerləşən üçmərtəbəli, ümumi sahəsi 438.2 kvadrat metr olan beş otaqlı 135 saylı fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. 8. 100.LN.2004.221012.00001 saylı kredit müqaviləsinə xx xxxxxx 2013-cü il tarixli 1 saylı Əlavə razılığa əsasən 100.LN.2004.221012.00001 saylı xx xxxxxxx 2012-ci il tarixli kredit m üqaviləsinə edilmiş 2 saylı əlavə qüvvəyə minməklə müqavilənin müddəti xx xxxxxxx 2019-cu il tarixədək uzadılmışdır. 9. xx.xx.2013-cü il tarixdə bağlanmış 100.CL.221012.00001/i saylı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayan və MMC arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli 100.LN.2004.221012.00001 saylı əsas kredit müqaviləsi və ona ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İpoteka qoyan Cavabdeh1 özünə məxsus Salyan rayonu, Qaraçala qəsəbəsində olan 15 ha torpaq sahəsində yerləşən, ümümi sahəsi 7822 kvadrat metr. olan əmlak kompleksini ipoteka ilə yüklü etmişdir. 10. xx.xx.2013-cü il tarixli 2 saylı Əlavə razılığa əsasən 100.LN.2004.221012.00001 saylı kredit müqaviləsinə görə kreditor tərəfindən borcalana ******* manat məbləğində əlavə kredit ayrılmış və bununla da ümumi kredit məbləği ******* manata çatdırılmışdır. xx.xx.2013-cü il tarixdə bağlanmış 100.CL.221012.00001/i saylı ipoteka müqaviləsinə 1 saylı Əlavə razılıqdan görünür ki, ipoteka saxlayan və MMC arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli 100.LN.2004.221012.00001 saylı əsas kredit müqaviləsi və ona edilmiş xx xxxx 2013-cü il tarixli 2 saylı əlavə razılıq və ona ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İpoteka qoyan Cavabdeh1 özünə məxsus Salyan rayonu, Qaraçala qəsəbəsində olan 15 ha torpaq sahəsində yerləşən, ümümi sahəsi 7822 kvadrat metr. olan əmlak kompleksini ipoteka ilə yüklü etmişdir. 11. xx.xx.2013-cü il tarixdə bağlanmış 100.CL.221012.00001/i saylı ipoteka müqaviləsinə 1 saylı Əlavə razılıqdan görünür ki, ipoteka saxlayan və MMC arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli 100.LN.2004.221012.00001 saylı əsas kredit müqaviləsi və ona edilmiş xx xxxx 2013-cü il tarixli 2 saylı əlavə razılıq, ona ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İpoteka qoyan Cavabdeh1 özünə məxsus Şirvan şəhəri, Fariz Eynullayev küçəsi, 1 A ünvanda olan 0,8920 ha torpaq sahəsini kredit verənin xeyrinə yüklü etmişdir. 12. xx.xx.2013-cü il tarixdə bağlanmış 100.CL.221012.00001/i saylı ipoteka müqaviləsinə 1 saylı Əlavə razılığa əsasən, ipoteka saxlayan və MMC arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli 100.LN.2004.221012.00001 saylı əsas kredit müqaviləsi və ona edilmiş xx xxxx 2013-cü il tarixli 2 saylı əlavə razılıq və ona ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İpoteka qoyan Cavabdeh3 özünə məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov (Neftçilər) küçəsində 0,052 h torpaq sahəsində yerləşən üçmərtəbəli, ümumi sahəsi 438.2 kvadrat metr. olan beş otaqlı 135 saylı fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. 13. xx.xx.2013-cü il tarixdə bağlanmış 100.CL.221012.00001/i saylı ipoteka müqaviləsinə 1 saylı Əlavə razılığ əsasən, ipoteka saxlayan və MMC arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli 100.LN.2004.221012.00001 saylı əsas kredit müqaviləsi və ona edilmiş xx xxxx 2013-cü il tarixli 2 saylı əlavə razılıq və ona ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İpoteka qoyan Cavabdeh5 özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində istifadədə olan 0,02112 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 28 b saylı fərdi yaşayış evini kredit verənin xeyrinə yüklü etmişdir. 14. xx.xx.2013-cü il tarixdə bağlanmış 100.CL.221012.00001/i saylı və 100.CL.221012.00001/k saylı zaminlik müqavilələrinə əsasən, Cavabdeh3 və Cavabdeh1 Bank ilə MMC arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli 100.LN.2004.221012.00001 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasına görə öz üzərlərinə zaminlik öhdəliklərini götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdehlər MMC-yə, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və X2 qarşı “kredit müqavilısi üzrə borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

16. Sonradan iddi açı tərəfindən iddia tələbinin həcminin artırılması tələbinə dair ərizə ilə müraciət edilərək, SKMF/170 saylı xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən MMC-dən bankın xeyrinə 55781,03 manat əsas, 221181,83 manat faiz, 221181 manat artırılmış faiz (cərimə) borcu olmaqla, cəmi 100144,69 manat borcun, 100.LN.2004.221012.00001 saylı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə MMC-dən, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada bankın xeyrinə ******* manat əsas borc, 494583,32 manat faiz borcu, 60062,48 manat cərimə borcu olmaqla, cəmi 3054645,80 manat və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın SKMF/170 saylı xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh5 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində istifadədə olan 0,02112 ha t orpaq sahəsində yerləşən iki mərtəbəli 28 b saylı fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov (Neftçilər) küçəsində 0,052 h torpaq sahəsində yerləşən üçmərtəbəli, ümumi sahəsi 438.2 kvadrat metr olan beş otaqlı 135 saylı fərdi yaşayış evinə, 100.LN.2004.221012.00001 saylı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə- Cavabdeh5 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində istifadədə olan 0,02112 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 28 b saylı fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov (Neftçilər) küçəsində 0,052 ha torpaq sahəsində yerləşən üçmərtəbəli, ümumi sahəsi 438.2 kvadrat metr olan beş otaqlı 135 saylı fərdi yaşayış evinə, Cavabdeh1 məxsus Şirvan şəhəri, Fariz Eynullayev küçəsi, 1 A ünvanda olan 0,8920 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus Salyan rayonu, Qaraçala qəsəbəsində olan 15 ha torpaq sahəsində yerləşən, ümümi sahəsi 7822 kvadrat metr olan əmlak kompleksinə yönəldilməsi, ipoteka əmlaklarının açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin xx.xx.2010-cu il tarixli, SKMF/170 saylı kredit müqaviləsinə əsasən MMC-dən, xx.xx.2012-ci il tarixli 100.LN.2004.221012.00001 saylı kredit müqaviləsi üzrə MMC, Cavabdeh3 və Cavabdeh1 ümumi qaydada tutulması, Cavabdeh3 məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov (Neftçilər) küçəsində 0,052 h torpaq sahəsində yerləşən üçmərtəbəli, ümumi sahəsi 438.2 kvadrat metr olan beş otaqlı 135 saylı fərdi yaşayış ev inə tutma yönəldikdən və o satıldıqdan sonra, orada yaşayan Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 ən geci bir ay ərzində yaşayış sahəsini tərk etməsi, yaşayış evinə istifadə hüquqlarının itirilməsi, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları və evin boşaldılması, Cavabdeh5 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində istifadədə olan 0,02112 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 28 b saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra, orada yaşayan Cavabdeh5 ən geci bir ay ərzində yaşayış sahəsini tərk etməsi, yaşayış evinə istifadə hüquqlarının itirilməsi, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları və evin boşaldılması, Cavabdeh1 məxsus Şirvan şəhəri, Fariz Eynullayev küçəsi, 1 A ünvanda olan 0,8920 ha torpaq sahəsinə və Salyan rayonu, Qaraçala qəsəbəsində olan 15 ha torpaq sahəsində yerləşən, ümümi sahəsi 7822 kvadrat metr olan əmlak kompleksinə tutma yönəldikdən və satıldıqdan sonra əmlakların boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş 05/265 saylı xx.xx.2017-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, bank ilə MMC arasında bağlanmış SKMF/170 saylı xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixə qalıq borcəsas borc üzrə 55781,03 manat, faiz borcu üzrə 22181,83 manat, artırılmış faiz borcu üzrə isə 22181,83 manat, cəmi 100144,69 manat təşkil edir. 18. 05/240 saylı xx.xx.2018-ci il tarixli maliyyə arayışından isə müəyyən olunur ki, bank ilə MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100.LN.2004.221012.00001 saylı kred it müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə qalıq borc-əsas borc üzrə ******* manat, faiz borcu üzrə 494583,32 manat, artırılmış faiz borcu üzrə isə 60062,48 manat olmaqla, cəmi 3054645,8 manat təşkil edir.

19. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Ekspertiza Mərkəzinin verdiyi xx xxxxxx 2017-ci il tarixli 26598 saylı rəydən müəyyən olunmuşdu ki, MMC ilə bank arasında bağlanmış xx xxxx 2010-cu il tarixli SKMF/170 saylı kredit müqaviləsinə görə borcalanın xx.xx.2017-ci il tarixə ödənilməmiş əsas borcu 45847.21 manat, faiz borcu isə 3522,59 manat təşkil edir. 20. “xxxx” MMC tərəfindən verilmiş 29/YR/01-18 saylı xx.xx.2018-ci il tarixli rəyə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov (Neftçilər) küçəsində 0,052 ha torpaq sahəsində yerləşən üçmərtəbəli, ümumi sahəsi 438,2 kvadrat metr olan beş otaqlı 135 saylı fərdi yaşayış evinin bazar dəyəri 905100 manat, Cavabdeh1 məxsus Şirvan şəhəri, Fariz Eynullayev küçəsi, 1 A ünvanda olan 0,8920 ha torpaq sahəsinin bazar dəyəri 890000 manat, Cavabdeh5 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində istifadədə olan 0,02112 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 28 b saylı fərdi yaşayış evinin bazar dəyəri 707520 manat, Cavabdeh1 məxsus Salyan rayonu, Qaraçala qəsəbəsində olan 15 ha torpaq sahəsində yerləşən, ümümi sahəsi 7822 kvadrat metr olan əmlak kompleksinin bazar dəyəri isə 60000 manat təşkil edir. 21. “xxxx” MMC tərəfindən verilmiş 08/NR/11-18 saylı xx.xx.2018-ci il tarixli rəydən görünür ki, Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisində yerləşən MMC-yə məxsus əmlak kompleksi və kapital aktivlərinin xx xxxxxx 2018-ci il tarixinə olan (əsalətli) bazar dəyəri ******* manat təşkil edir. 22. “xxxx” MMC tərəfindən verilmiş Ç-1121 saylı xx.xx.2018-ci il tarixli rəy əsasında müəyyən edilmişdi ki, Cavabdeh3 məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov (Neftçilər) küçəsində 0,052 ha torpaq sahəsində yerləşən üçmərtəbəli, ümumi sahəsi 438,2 kvadrat metr olan beş otaqlı 135 saylı fərdi yaşayış evinin bazar dəyəri 420000 manat, Cavabdeh1 məxsus Şirvan şəhəri, Fariz Eynullayev küçəsi, 1 A ünvanda olan 0,8920 ha torpaq sahəsinin bazar dəyəri 600000 manat, Cavabdeh5 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində istifadədə olan 0,02112 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 28 b saylı fərdi ya şayış evinin bazar dəyəri 230000 manat və Cavabdeh1 məxsus Salyan rayonu, Qaraçala qəsəbəsində olan 15 ha torpaq sahəsində yerləşən, ümümi sahəsi 7822 kvadrat metr olan əmlak kompleksinin bazar dəyəri ******* manat təşkil edir.

23. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-303/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Anar Qasımov) iddia qismən təmin edilərək, SKMF/170 saylı xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh6-dən İddiaçı ASC-nin xeyrinə 45847,21 manat əsas borc, 3522.59 manat faiz borcu, 500 manat cərimə borcu, cəmi 49869,80 manat, 100.LN.2004.221012.00001 saylı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2 500 000 manat əsas borc, 494583.32 manat faiz borcu, 1000 manat cərimə borcu, cəmi 2995583,32 manat pul və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, xx.xx.2010-cu il tarixli SKMF/170 saylı kredit müqaviləsi üzrə tutmanın Cavabdeh5 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində istifadədə olan 0,02112 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 28 b saylı fərdi yaşayış evinə ilkin satış qiymətinin 230000 manat müəyyən edilməklə, Cavabdeh3 məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov (Neftçilər) küçəsində 0,052 ha torpaq sahəsində yerləşən üçmərtəbəli, ümumi sahəsi 438,2 kvadrat metr olan beş otaqlı 135 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 420000 manat müəyyən edilməklə yönəldilməsi, 100.LN.2004.221012.00001 saylı xx.xx.2012-ci il tarixli kredit müqavilə si üzrətutmanın Cavabdeh5 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində istifadədə olan 0,02112 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 28 b saylı fərdi yaşayış evininilkin satış qiymətinin 230000 manat müəyyən edilməklə, Cavabdeh3 məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov (Neftçilər) küçəsində 0,052 ha torpaq sahəsində yerləşən üçmərtəbəli, ümumi sahəsi 438,2 kvadrat metr olan beş otaqlı 135 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 420000 manat müəyyən edilməklə, Cavabdeh1 məxsus Şirvan şəhəri, Fariz Eynullayev küçəsi, 1 A ünvanda olan 0,8920 ha torpaq sahəsinə ilkin satış qiymətinin 600000 manat müəyyən edilməklə, Salyan rayonu, Qaraçala qəsəbəsində olan 15 ha torpaq sahəsində yerləşən, ümümi sahəsi 7822 kvadrat metr. olan əmlak kompleksinin ilkin sat ış qiymətinin ******* manat müəyyən edilməklə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına hər iki kredit müqaviləsi üzrə cavabdehlərin İddiaçı ASC-yə olan borclarının, dövlət rüsumunun ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

24. Məhkəmə Mülki Məcəllənin 151.1, 203.1, 442, 448.1, 465.2, 467, 470.1, 739.1, 739.2-ci, “İpoteka haqqında” AR Qanunun 34.1.1, 34.1.2, 1.0.9, 39.3.3, 59.3-cü maddələrinə istinad edərək, iş üzrə keçirilmiş ekspert rəylərini və mütəxəssis rəylərini nəzərə alaraq iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir.

25. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və MMC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərək, qətnamənin ləğv edilməsi, iş üzrə yenidən qiymətlənd irmə və mühasibatlıq ekspertizaları keçirilməklə ipoteka predmetləri olan daşınmaz əmlaklara düzgün qiymət verilməklə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyalə Cəmilova sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, SKMF/170 saylı xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə MMC-dən bankın xeyrinə 3522,59 manat faiz borcunun tutulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmişdir. Qətnamə mübahisələndirilən digər - xx.xx.2010-cu il tarix li kredit müqaviləsi üzrə 45847,21 manat əsas borcun, 500 manat cərimənin, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə ******* manat əsas borcun, 494583,32 manat faiz borcunun, 1000 manat cərimənin tutulması və ipoteka predmeti olan daşınmaz əmlakların satış qiymətlərinin müəyyən edildiyi hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin belə əsaslandırmışdır ki, hazırki işdə birinci instansiya məhkəməsi cavabdehdən Bankın xeyrinə xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan əsas və faiz borcunun məbləğini müəyyən edərkən həmin müqavilə üzrə müddətin xx.xx.2015-ci il tarixədək müəyyənləşdirilməsini nəzərə almamış, Bankın “iddia tələbinin artırılması” barədə ərizəsinə (İİ cild i.v. 59) və bundan əvvəlki tarixə verilmiş ekspert rəyinə istinadən həmin müqavilə üzrə cavabdehdən tutulmalı olan əsas borcun məbləğini 45847,21 manat, faiz borcunun məbləğini isə 3522,59 manat müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə iddiaçı Bank razılaşaraq qətnamədən apellyasiya şikayəti verməmişdir. Lakin apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş 05/362 saylı xx.xx.2019-cu il tarixli maliyyə arayışından müəyyən olundu ki, tərəflər arasında bağlanmış SKMF/170 saylı xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən verilmiş kreditin məbləği 322000 manat olmuş, həmin müqavilə üzrə cavabdeh tərəfindən Banka cəmi 319128,99 manat vəsait ödənilmişdir ki, bunun da 246268,97 manatı əsas borca, 72860,02 manatı isə faiz borcuna silinmiş, müqav ilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2015-ci il tarixə cavabdehin əsas borcu 75732.03 manat, faiz borcu isə 6505.82 manat təşkil etmişdir. Buna baxmayaraq iş materiallarından da görünür ki, birinci instansiya məhkəməsi tərəfindən SKMF/170 saylı xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan əsas borc 45847,21 manat, faiz borcu isə 3522,59 manat müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətində sözügedən müqavilə üzrə Banka daha çox məbləğdə pul ödəməsi və nəticədə əsas borcunun 45847,21 manatdan az qaldığını təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qətnamə ilə xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə əsas borcun məbləğinin iddia tələbi həddindən də az, yəni 45847,21 manat müəyyən edildiyini, cavabdeh tərəfindən əsas bo rcunun daha az məbləğdə qaldığının sübuta yetirilə bilmədiyini və həmin qətnamənin iddiaçı Bank tərəfindən mübahisələndirilmədiyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi həmin hissədə qətnamə ilə razılaşmış və hesab etmişdir ki, qətnamə xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 45847,21 manat əsas borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

28. Tərəflər arasında bağlanmış digər - xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən tutulmuş əsas və faiz borcunun məbləği ilə hissədə apellyasiya şikayətinin dəlillərinə qiymət verən məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin kredit müqaviləsi üzrə ******* manat əsas, 494583,32 manat faiz borcunun tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, həmin müqavilə üzrə m üddət xx.xx.2019-cu il tarixədək müəyyən edilsə də, iddiaçı tərəfindən sonuncu dəfə “iddia tələbinin artırılması” barədə xx.xx.2018-ci il tarixdə ərizə verilərkən əsas və faiz borcu ilə bağlı xx.xx.2018-ci il tarixli maliyyə arayışına istinad edilmişdir. Qeyd olunan maliyyə arayışına əsasən xx.xx.2018-ci il tarixə əsas borcun ******* manat, faiz borcunun isə 494583,32 manat təşkil etdiyi müəyyən olunur.

29. Apellyasiya baxışı zamanı cavabdehlər xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə daha az məbləğdə həm əsas, həm də faiz borcunun qaldığını təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Beləliklə də, hər iki kredit müqaviləsinin həqiqiliyini şübhə altına alan, habelə edilmiş ödənişlər nəticəsində Banka daha az borcun qaldığı faktını sübuta yetirə bilməmişlə r. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

30. Buna görə də apellyasiya instansiyası məhkəməsi qətnamə ilə tutulan xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə əsas, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə isə həm əsas, həm də faiz borcunun məbləğləri ilə bağlı şübhəli məqamların mövcud olmadığına əsaslanaraq mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət görməmiş və apellyasiya şikayəti verən cavabdehlərin bu barədə dəlilini əsassız hesab etmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin “hər iki müqavilə üzrə tutulmuş cərimə məbləğləri” ilə bağlı gətirdiyi dəlilləri də əsassız hesab etmişdir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhk əmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla bağlı işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəflər arasında bağlanmış SKMF/170 saylı xx xxxx 2010-cu il tarixli kredit müqaviləsinəəsasən tələb olunan 22181,83 manat cərimə borcunu azaldaraq 500 manat, 100.LN.2004.221012.00001 saylı xx xxxxxxx 2012ci il tarixli kredit müqaviləsi üzrə isə 60062,48 manat cərimə borcunu azaldaraq 1000 manat məbləğində müəyyən etmişdir ki, həmin məbləğləri də apellyasiya instansiyası məhkəməsi bankın xeyrinə tutulan borc məbləğlərinə nisbətdə ağlabatan məbləğ hesab etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi hər iki kredit müqaviləsi ü zrə 500 manat və 1000 manat məbləğində cərimə məbləğlərinin tutulması ilə bağlı hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

32. İpoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki işdə birinci instansiya məhkəməsi “xxxx” MMC tərəfindən verilmiş 29/YR/01-18 saylı xx.xx.2018-ci il tarixli rəylə bağlı mübahisənin mövcudluğunu nəzərə alaraq ipoteka predmeti olan daşınmaz əmlakların yenidən qiymətləndirməsini aparmış və həmin daşınmaz əmlakların satış qiyməti “xxxx” MMC tərəfindən verilmiş Ç-1121 saylı xx.xx.2018-ci il tarixli rəy əsasında müəyyən edilmişdir. Buna baxmayaraq apellyasiya şikayəti verən hər iki cavabdeh həmin qiymətləndirmə ilə razılaşmayaraq bu sahədə yenidən qiymətləndirmənin aparılmasını tələb etmişdir. Lakin cavabdehlər ipoteka predmeti olan daşınmaz əmlakların qiymətinin düzgün müəyyən edilmədiyini göstərsələr də, bu halı təsdiq edə biləcək sübutları, o cümlədən fərqli qiymətləndirmə ilə bağlı hər hansı sübutu - rəyi məhkəməyə təqdim etməmişlər. Buna görə də məhkəmə hər iki apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibətdə əlavə qiymətləndiricinin təyin edilməsi və bu barədə yenidən rəy alınmasına zərurət görməmişdir.

33. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh MMC (Vəkil) kassasiya şikayəti verərə k apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsasladırılmışdır ki, verilmiş apellyasiya şikayətində iddiaçının tələb etdiyi borc məbləğlərinin faiz və əsas borc hissələri, dəbbə pulu bissəsi mübahisələndirilmişdir. İddiaçının iddia ərizəsindən məlum olduğu iki kredit müqaviləsi üzrə tələb irəli sürülmüşdür. Sabunçu Rayon Məhkəməsində işə baxılarkən məhkəmə tərəfindən yalnız bir kredit müqaviləsi üzrə mühasibatlıq ekspertizası təyin edilərək xx.xx.2010-cu il tarixli, SKMF/170 saylı kredit müqaviləsi üzrə borc məbləğinin düzgün hesablanıb-hesablanmaması müəyyən edilmişdir. Digər kredit müqaviləsinin, l00.LN.2 004.221012.00001 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə isə borc məbləğinin düzgün hesablanıb-hesablanmaması barədə isə ekspert rəyinin alınması hansısa səbəbdən təmin edilməmişdir. Eyni zamanda kredit müqavilələrinin təminatı kimi girov qoyulmuş ipoteka predmetlərinin də mütəxəssislər tərəfindən düzgün qiymətləndirilməməsi göstərilərək məhkəmə qətnaməsi bu hissədə də mübahisələndirilmişdir. Lakin Apellyasiya Məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlməmişdir. Belə ki, ipotekadakı əmlaklar barəsində iki ekspertiza təyin edilmiş və hər iki ekspertiza rəylərində əmlaklara ayrı-ayrı qiymətlər qoyulmuş və bu qiymətlər arasında kəskin fərqlər mövcud olmuşdur. Məhkəmə isə əmlaklara ən aşağı qiymət qoyan ekspert rəyini əsas götürməklə qətnamə çıxarmışdır. Bu isə məhkəmə tərəfin dən toplanmış sübutlara düzgün qiymət verilməməsi anlamına gəlir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Cavabdeh MMC-nin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

38. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edi lən hüquq

39. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

40. Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

42. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

43. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklə rin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). 44. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu.

45. Maddə

34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir.

46. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermi r.

49. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. İşdən görünür ki, birinci instansiya məhk əməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, iddiaçı bank iddia tələbinin rədd edilən hissəsindən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni cavabdehlər Cavabdeh1 və MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi qismən rədd edilmiş, iddiaçı bank həmin hissədən də kassasiya şikayəti verməmişdir. Hazırda qətnamədən yalnız cavabdeh MMC kassasiya şikayəti vermişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilməyən hissədə kassasiya qaydasında yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməs i tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kassasiya şikayətində cavabdeh MMC iş üzrə borc məbləğinin düzgün müəyyən edilmədiyini və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin yuxarı qiymətə qiymətləndirildiyii göstərmişdir.

54. İşdən görünür ki, kassasiya şikayətinin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instans iyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Cavabdeh MMC eyni dəlilləri təkrarlayaraq apellyasiya instansiyası məhkəməsinin həmin dəlillərlə bağlı hansı maddə və yaxud prosessual pozuntuya yol verməsini əsaslandırmamışdır.

55. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh ipoteka predmetinin qiymətləri ilə bağlı rəylərdə ziddiyətlərin olmasını göstərmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi nə üçün iş üzrə “xxxx” MMC tərəfindən verilmiş rəyi sübut kimi qəbul etdiyini əsaslandırmışdır. Belə ki, məhkəmə həmin rəyin iş üzrə verilmiş sonuncu rəy olmasına, həmin rəyin mövcud bazar qiymətlərini əks etdirməsinə istinad edərək həmin rəyi sübut kimi qəbul etmişdir.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavadeh “xxxx” KFT MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12725/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar