Məhkəmə qərarları › İş №2(102)-6023/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6023/2021

22.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6023/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsində tikilmiş evin sökülməsi və həmin torpaq sahəsinin təhvil verilməsi tələbinə dair Şəki Apellyasiya Məhk əməsi Mülki kollegiyasının 2(107)-1648/2020 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat

1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 09 avqust 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda göstərilən 0,16 ha torpaq sahəsinin bir hissəsinə düşən qanunsuz inşa edilmiş tikilinin sökülməsi, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(033)-72/2020 nömrəli iş üzrə 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia tələbi təmin edilmişdir.

3. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1648/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Əliyev – sədrlik edən və məruzəçi, A.Eyvazov və İ.Şükürov) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Cavabdehlər 03 avqust 2021-ci il tarixdə apellyasiya instansiya sı məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə, daha sonra kassasiya şikayəti ilə həmin Məhkəməyə müraciət etmişlər. Cavabdehlər ərizədə göstərmişlər ki, məhkəmə qətnaməsi onların ünvanına göndərilməmiş, poçt göndərişinin verilməsi barədə qəbzlərdəki imzalar onlara məxsus deyildir, Cavabdeh3 Yuxarı Tala kəndində yaşamadığı üçün məhkəmə sənədinin ona çatdırılması mümkün olmamışdır.

5. Apellyasiya instansiyası məhkəməsinin 2(107)-1648/2020 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qərardadı ilə (hakimlər Ə.Məcidov – sədrlik edən və məruzəçi, M.Əsədli və A.Mahmudov) buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.

6. Apellyas iya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin birinci instansiya məhkəməsində, həmçinin apellyasiya instansiya məhkəməsində baxışı müddətində Cavabdeh3 dəfələrlə “Yuxarı Tala kəndi” ünvanına göndərilmiş bütün məktublar həmin ünvanda alınmışdır. Cavabdeh3 məhkəmə qərardadının (əvvəllər verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə) onun tərəfindən “Yuxarı Tala kəndi” ünvanında alınmamasını göstərərkən özünün yeni ünvanı barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 146cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməy ə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

7. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür və müddətin bərpa edilməsi üçün göstərilən səbəblər əsaslı hesab oluna bilməz.

8. Qərardaddan cavabdehlər kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları

9. Cavabdehlər (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, müddətin bərpasına dair ərizənin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətində qeyd olunmuşdur ki, prosessual müddətin bərpasına dair ərizədə apellyasiya instansiyası məhkəməsi qətnaməsinin cavabdehlərin ünvanına göndərilməsinə dair şifarişli poçt qəbzindəki imzaların cavabdehlərə məxsus olmaması, məhkəmə qərarlarının cavabdehlər tərəfindən qəbul olunmaması göstərilmişdir. Bununla bağlı sifarişli poçt göndərişləri qəbzlərinin surətləri ərizəyə əlavə olunmuşdur. Qəbzlərə baxdıqda imzaların cavabdehlərə məxsus olmaması ekspertiza rəyi olmadan da aşkar şəkildə görünür. Lakin məhkəmə poçt qəbzlərindəki imzaların cavabdehlərə məxsus olmamasını müəyyən etmək üçün xəttşünaslıq ekspertizası təyin etməmiş, məsələyə aydınlıq gətirməmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər hər hansı üzrl ü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri

12. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

13. Cavabdehlər apellyasiya instansiyası məhkəməsinin qərardad ının tam ləğvini xahiş etdiklərindən, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

14. MPM Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir (maddə 134.1.5). Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir (maddə 146). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər (maddə 405.0.1). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır (maddə 408.1.4). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

16. Kassasiya şikayətinin dəlilləri müddətin bərpası barədə ərizənin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

17. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

18. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabde hlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1648/2020 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar