Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6026/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndəvə iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 aprel 2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 oktyabr 2018- ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 14.12.2011-ci il tarixli *********saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4026,50 manat əsas, 953,79 manat əldən çıxmış fayda, cəmi 4980,29 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus 1999-cu il buraxılışlı, "Mercedes Benz 320" minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı, WDB2200651A030330 ban nömrəli, mavi metal rəngli avtomobilin açıq hərracdan satılması, avtomobilin satışından əldə olunan vəsaitdən kredit borcuna görə 4980,29 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manatın tutularaq "İddiaçı" ASC-nin hesabma keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4030/2019 saylı 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov, X.Cəmilova və İ.Kərimli) Cavabdeh apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması” tələbinə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə yaranmış 4026,50 manat məbləğində əsas borc, əldən çıxmış faydaya görə 8254 manat olmaqla, cəmi 12280,50 məbləğində kredit borcunun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutman ın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Mercedes Benz-320 minik (buraxılış ili-1999, ban WDB2200651A030330, mühərrik- **********0907 rəngi-mavi met., dövlət nömrə nişanı ** UN ***) markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi və avtomobilin satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin "İcra Haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən cavabdehlərdən LPO "İddiaçı" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, bankın ləğv edildiyi tarixdən ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verildiyi tarixədək faktiki olaraq bankın iddia qaldırmaq hüququ olmamış, həmin 1 il 2 ay müddətində lisenziyanın ləğv edilməsi ilə bağlı məhkəmə qərarı müvafiq instansiyalarda mübahisələndirilirmiş və həmin ərəfədə bankın iddia qaldırmaq hüququ olmamışdır. Ona görə də Bakı Apelyasiya məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və Nərimanov rayon məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlilərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası, Cavabdeh məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbin ə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normaların düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun p ozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi işin materiallarına əsasən müəyyən etmişdir ki, cavabdehin müqavilə öhdəliyinin yaranması halı təsdiq olunur. Çünki cavabdeh borcun tam olaraq ödənilməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmaş halları ilə gəldiyi digər nəticəyə əsasən isə kredit müqaviləsi iki il müddətinə bağlandığı üçün müqavilənin müddəti 14 dekabr 2013-cü il tarixdə bitmişdir. Həmin tarixdən sonra iddia müddətinin axımı başlayır. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmaş halları ilə gəldiyi nəticələrdən həmçinin görünür ki, cavabdehin kredit müqaviləsi üzrə beş ildən sonra 30 manat ödəniş etməsi inandırıcı görünmür. Həmin ödənişin hes abdan çıxarışa salınması ötürülmüş iddia müddətinin bərpasına hesablanmışdır. Ona görə məhkəmə kollegiyası hesab edir ki, həmin məsələdə sübutların saxtalaşdırılması cinayətinin tərkib əlamətləri olduğundan xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməlidir. Apellyasiya instansiyası məhkəməsi nəticələrin maddi əsası kimi Azərbaycan Respublikasının Mülk Məcəlləsinin 373.2, 377.2, 375.2, 380.1-ci maddələrinə və L.Binnətovanın şikayəti üzrə 08 may 2008- ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenum qərarına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişd ir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, LPO "İddiaçı" ASC-nin "Bakı" filialı ilə Cavabdeh arasında 14.12.2011-ci il tarixli *********saylı kredit müqaviləsi bağlanmış, kreditor borcluya illik 26% qaytarmaq şərti ilə 7900 manat məbləğində kredit vermişdir. Cavabdeh məxsus 1999-cu il buraxılışlı, "Mercedes Benz 320" minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə cavabdehin borcunun qalıbqalmaması və həmin borcun tutulub-tutulmaması işin mübahisələndirilən hallarındadır. İşin materiallarından görünür ki, cavabdehin 14.12.2013-cü il tarixdə Cavabdeh banka olan borcu 4026,50 manat əsas, 953,79 manat əldən çıxmış fayda, cəmi 4980,29 manat təşkil edir. Həmçinin iddiaçını n cavabdehin ödənişlərinə dair təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, borclu sonuncu dəfə 21.10.2013-cü il tarixdə kredit borcuna görə 400 manat ödəniş etmişdir. Bundan sonra 23.02.2018-ci il tarixdə kredit borcuna görə 30 manat ödəniş etməsi göstərilmişdir. İşin materiallarından görünür ki, cavabdeh sonuncu ödənişin onun tərəfindən ödənilməsini inkar edir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi kredit müqaviləsi iki il müddətinə bağlandığı üçün müqavilənin müddəti 14 dekabr 2013-cü il tarixdə bitmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülk Məcəlləsinin 373.2, 377.2, 375.2, 380.1-ci maddələrinə istinadən düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddia müddətinin axımı 14 de kabr 2013cü il tarixdən sonra başlayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasənmüqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarına düzgün şərh edərək göstərmişdir ki, qanunun mənasına görə iddia müddətinin kəsilməsi iddia müddəti ərzində baş verməlidir. “Kəsmə” sözü mövcud olan bir şeyin bir hissəsinin kəsilməsi kimi istifadə olunur. Nə isə kəsilirsə, onun bir hissəsi qalmalıdır. İddia müddəti bitmişdirsə burada kəsilmədən söhbət gedə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin üç illik iddia müddəti keçdikdən sonra borclunun ödənişlər etməsi iddia müddətini kəsən hal hesab oluna bilməməsinə dair qənaəti ilə razılaşır. Çünki iddia müddəti o halda kəsilir ki, həmin müddət başa çatmamış olsun və borclu öhdəliyin icrası ilə əlaqədar müəyyən hərəkətlər etmiş olsun. Lakin hazırkı işdə iddia müddəti başa çatdıqdan sonra borclunun ödənişlər etdiyi bildirildiyinə görə, artıq başa çatmış iddia müddətinin kəsilməsindən söhbət gedə bilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin nəticəsini kollegiya əsaslı sayır. Kollegiya həmçinin apellyasiya instansiyası məhkəməsinin iddiaçının is tinad etdiyi cavabdehin isə ödəməsini etraf etmədiyi 30 manat ödənişin aparılmasının iddia müddətinin axımını dayandırmamasına dair nəticəsi ilə də razılaşır və hesab edir ki, iddiaçı bank iddia müddətini buraxmaqla məhkəməyə müraciət etsə də bunu heç bir səbəblə əsaslandırmamasına dair də düzgün hüquqi nəticəyə gəlmişdir. İddia müddəti ilə əlaqədar Konstitusiya Məhkəməsi özünün bir çox qərarlarında qeyd etmişdir ki, qanunverici konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafıəsi üçün hüququ pozulmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına iddia müddətini şamil edir. Bununla əlaqədar olaraq L.Binnətovanın şikayəti üzrə 08 may 2008ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş hüquqi mövqeyinə görə iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin ke çməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, cavabdehin 1-ci instansiya məhkəməsin iclaslarında iştirakı təmin olunmadığı üçün o, iddia müdətinin tətbiqi barədə apellyasiya icraatında ərizə verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq 30 manat ödənişin cavabdeh tərəfindən aparılmasına şübhə ilə yanaşmışdır. Belə ki, cavabdehin kredit müqaviləsi üzrə beş ildən sonra 30 manat ödəniş etməsi inandırıcı görünmür. Həmçinin də işin materiallarından görünür ki, cavabdeh də bu faktın mövcudluğunu təsdiq etmir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq mün asibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edi lən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlid ir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdehin ape llyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək hazırki iş üzrə iddia müddətinin tətbiq edilməli olması ilə bağlı düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 30 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6026/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6026/2019
25.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver