Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-605/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-605/22 (Açar sözlər: borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin qiyməti, ekspert rəyi, apellyasiya və kassasiyanın hədləri) Bakı şəhəri, 28 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka p redmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5294/2021 nömrəli, 30 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 06.07.2009-cu il tarixli, 129/09 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən "xxxx" ASC-yə heyvandarlıq kompleksinin tikintisi məqsədilə 12 ay müddətinə illik 8 faizlə ******* manat məbləğində kredit vermişdir.
2. Həmçinin İddiaçı2 ASC ilə "xxxx" ASC arasında bağlanmış 09.04.2010-cu il tarixli, 43/10 saylı təminatlı kredit müqaviləsinə əsasən bank tərəfindən "xxxx" ASC-yə mal-material alınması məqsədi il ə 3 ay müddətinə, illik 8 faizlə 400000 manat məbləğində kredit ayrılmışdır. "xxxx" ASC həmin müqavilə üzrə 395000 manat vəsaitdən istifadə etmişdir.
3. Cavabdeh2 məxsus Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən fərdi yaşayış evi 08.07.2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən 06.07.2009-cu il tarixli, 129/09 saylı kredit müqaviləsinin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" ASC-dən ASC-nin xeyrinə 06 iyul 2009-cu il tarixli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas, 608260,85 məbləğində faiz, 1.224.000 manat dəbbə borcu; 09 aprel 2010-cu il tarixli Kredit Müqaviləsi üzrə 395.000 manat əsas, 79087,77 faiz, 161160 manat dəbbə borcu olmaqla, cəmi 5.467 508,62 məbləğində borcun tutulması, tutmanın Cavabdeh2 məxsus olan Xaçmaz rayonu, Dalğalı qəsəbəsində istifadədə olan 0,23 ha torpaq sahəsində yerləşən 2-(1), 3-(1) mərtəbəli, 11 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra həmin əmlak ipoteka verən tərəfindən 1 ay ərzində könüllü olaraq boşaldılmadıqda məcburi qaydada boşaldılması, 30 manat və sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 28 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə borcun qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, bildiriş göndərilmiş, buna baxmayaraq, kredit borcu və hesablanmış faizlərin ödənilməsi təmin edilməmişdir.
6. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 319.1, 385.1, 442, 462.1, “İpoteka haqqında” Qanunun 34.1.1, 34.1.2, 36, 39.1, 59.3 və 59.4-ci maddələrinə istinad etmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1084/2013 nömrəli, 19 iyun 2013-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 06.07.2009-cu il tarixli Kredit Müqaviləsinə əsasən yaranmış 3.000.000 manat əsas, 608.260,85 faiz borcu, 100.000 manat dəbbə pulu olmaqla, cəmi 3.708.260, 85 məbləğində pul vəsaitinin, həmçinin "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 09.04.2010-cı il tarixli Kredit Müqaviləsinə əsasən yaranmı ş 395.000 manat əsas, 79.087,77 faiz borcu, 10.000 manat dəbbə pulu olmaqla, cəmi 484.087,77 məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin və sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 28 manat dövlət rüsumunun əvəzinin cavabdeh "xxxx" ASC-dən tutulub iddiaçı ASC-nin hesabına köçürülməsi, 06.07.2009-cu il tarixli Kredit Müqaviləsi üzrə cavabdeh "xxxx" ASC-dən tutulmalı olan, cəmi 3.708 260,85 məbləğində pul vəsaitinin 08.07.2009-cu il tarixli İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Xaçmaz rayonu, Dalğalı qəsəbəsində, mülkiyyətində olan 0.23 ha torpaq sahəsində yerləşən 11 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin (tələbdən artıq məbləğin) Cavabdeh2 verilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus fərdi yaşayış evinin açıq hərrac yolu ilə satıldıqda, həmin evin ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. (hakim Nurəddin Bağırov)
8. Birinci instansiya məhkəmə Mülki Məcəllənin 269.1, 279, 295, 319.1, 319.6, 385.1, 421.2, 428.4, 442, 445.1, 462.3, 467, -ci, “İpoteka haqqında” Qanunun 34.1.1, 59.3.1, 59.3.2-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh Cavabdeh2 20 aprel 2021-ci il tarixdə apelyasiya şikayəti verib, qətnamənin 06.07.2009-cu il tarixli Kredit Müqaviləsi üzrə cavabdeh "xxxx" ASC-dən tutulmalı olan, cəmi 3.708260,85 məbləğində pul vəsaitinin 08.07.2009-cu il tarixli İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ona məxsus Xaçmaz rayonu, Dalğalı qəsəbəsində, mülkiyyətində olan 0.23 ha torpaq sahəsində yerləşən 11 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin (tələbdən artıq məbləğ) ona verilməsi, ipoteka predmeti olan ona məxsus fərdi yaşayış evi açıq hərrac yolu ilə satıldıqda həmin evin ən geci 1 ay ərzində boşaldılması hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətinin dəlilləri: - qeyd edilən ipoteka müqavi ləsi formal olaraq bağlanılmışdır; - iddia tələbində ipoteka predmetinin açıq hərracda satılması və yaşayış sahəsinin satıldıqdan bir ay sonra boşaldılması tələbi iddiaçıya məxsus tələb deyildir. Nəzərə alınmalı idi ki, cavabdeh olaraq onların da hərracda iştirak etmək və əmlakı əldə etmək hüquqları vardır. Hətta həmin əmlakı hərracda digər şəxs əldə etdiyi təqdirdə belə həmin sahənin boşaldılması tələbi əmlakı əldə edən şəxsə məxsus olan tələbdir; - ipotekaya təqdim edilmiş əmlak ona edilən xahişə əsasən müvəqqəti xarakter daşımaqla girov qoyulmuşdur. Hələ 2012-ci ildə ona bildirilmişdir ki, sözügedən əmlakla bağlı hər hansı bir problem yoxdur, hətta bankdan Xaçmaz Reyestr idarəsinə əmlakın girovdan çıxarılmasına dair müvafiq məktub da verilmişdir; -2003-2020-ci illərdə Almaniyada yaşadığ ı üçün bu məslədə ilə bağlı məlumatı olmayıb; - aidiyyət qaydaları pozulub.
11. Cavabdehin vəkili apellyasiya instansiyasında ipoteka predmetinin qiymətləndirilməsini xahiş etmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi 07 iyun 2021-ci il tarixli qərardadı ilə ipoteka predmetinin qiymətləndirilməsi təyin edilmiş, qiymətləndirmə "xxxx" MMC-yə həvalə edilmişdir. 13. "xxxx" MMC-nin 13.07.2021-ci il tarixli hesabatına əsasən Xaçmaz rayonu, Dalğalı qəsəbəsində mülkiyyətində olan 0,23 ha torpaq sahəsində yerləşən 2-(1), 3-(1) mərtəbəli, 11 otaqlı fərdi yaşayış evinin həmin tarixə olan likvid dəyəri 320000 manatdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5294/2021 nömrəli 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1084/2013 saylı iş üzrə 19 iyun 2013-cü il tarixli qətnaməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinə aid hissədə dəyişdirilmiş, Xaçmaz rayonu, Dalğalı qəsəbəsində mülkiyyətində olan 0,23 ha torpaq sahəsində yerləşən 2-(1), 3-(1) mərtəbəli, 11 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 320000 manat müəyyən edilmiş, aparılmış tədqiqatının dəyərini təşkil edən 400 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutulması qət edilmişdir. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Azad İmanov)
15. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd edib ki, hazırki apelyasiya baxışının predmetini qətnamənin qismən yoxlanılması təşkil edir, çünki Cavabdeh2 qətnaməni tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndi rmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi müəyyən edib ki, İddiaçı2 ASC ilə "xxxx" ASC arasında bağlanmış 06.07.2009-cu il tarixli, 129/09 saylı Kredit Müqaviləsinə əsasən, bank kredit alana heyvandarlıq kompleksinin tikintisi məqsədilə 12 ay müddətinə illik 8 faizlə ******* manat məbləğində kredit vermişdir. İddiaçı2 ASC ilə Cavabdeh2 arasında bağlanmış 08.07.2009-cu il tarixli 16/09 saylı İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanla borcalan arasında bağlanmış kredit müqaviləsinə əsasən 3.000.000 manat məbləğində 12 ay müddətinə açılan kredit xətti və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər.
17. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, işə birinci instansiya m əhkəməsində baxılarkən məhkəmə tərəfindən ipoteka ilə yüklü edilmiş Xaçmaz rayonu, Dalğalı qəsəbəsində mülkiyyətində olan 0,23 ha torpaq sahəsində yerləşən 2-(1), 3-(1) mərtəbəli, 11 otaqlı fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satışı müəyyən edilsə də, ilkin satış qiyməti müəyyən edilməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-nin 13.07.2021-ci il tarixli hesabatı ilə Xaçmaz rayonu, Dalğalı qəsəbəsində mülkiyyətində olan 0,23 ha torpaq sahəsində yerləşən 2-(1), 3-(1) mərtəbəli, 11 otaqlı fərdi yaşayış evinin həmin tarixə olan likvid dəyərinin 320.000 manat təşkil etdiyini nəzərə alaraq hesab edib ki, qətnamə dəyişdirilməli, ipoteka predmetinin satış qiyməti 320.000 manat müəyyən edilməlidir.
19. Cavabdeh2 digər dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəmə si qeyd edib ki, ipoteka müqaviləsinin formal olaraq bağlanması iş materiallarından müəyyən olunmur. İpoteka predmetinin açıq hərracda satılması və yaşayış sahəsinin satıldıqdan bir ay sonra boşaldılması tələbi iddiaçıya qanunla verilmiş hüquqdur və həmin hissədə iddianı təmin etməkdə məhkəmə haqlı olmuşdur. Hərracda iştirak etmək və əmlakı əldə etmək hüququ isə ipoteka qoyana da mənsubdur və bu hüquqların məhdudlaşdırılması yolverilməzdir, odur ki, Cavabdeh2 hərracda iştirak edə və ipoteka predmetini ala bilər. Nəhayət, əmlakın ipotekadan azad edilməsinə gəldikdə, işdə bu barədə heç bir sənəd mövcud deyildir.
20. Birinci instansiya məhkəməsi tərəfindən aidiyyətlə bağlı tələblərin pozulması dəlillərinə də qiymət verərək apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, işdə cavabdehlərdən biri olan "xxxx" ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 73-dür. Belə olan halda iddia düzgün olaraq Səbail rayon Məhkəməsinə verilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə istinad etmişdir. a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı Cavabdeh2 (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsi qətnaməni qismən yoxlaması qənaəti düz olmamışdır. Belə ki, tutmanın ipoteka predmetinə yönəldilməsi "xxxx" ASC-dən tutilmaalı olan pul vəsaitinə münaisəbətdə olmuşdur. Bu səbəbdən də apellyasiya şikayətində göstərilmişdir ki, pulun ödənilib-ödənilmməsindən asılı olmayaraq ipoteka predmeti rəsmi olaraq girovdan azad edilmişdir; - ipoteka müqaviləsi 08 iyul 2009-cu ildə 12 ay müddətinə bağlanmışdı, qətnamə isə isə 3 il sonra, 2013-cü ildə çıxarılmışdır. Girovun müddəti bitsə də, apellyasiya məhkəməsi bu xüsusata diqqət yetirməmişdir. b) Kassasiya şikayətinə yazılı etirazın dəlilləri
24. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipo tekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Qanun Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin halların ın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiy ası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərə k işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
26. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etsə də, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yalnız tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin boşaldılması hissələrində mübahisələndirib, apellyasiya baxışının da predmeti yalnız həmin hissələr olub. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni apellyasiya baxışının predmeti olan hissədə yoxlayır.
27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazıl ı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
30. Cavabdeh apellyasiya şikayətində qətnaməni tələbin ipoteka predmetinə yönəldilməsi, ipo teka predmetinin boşaldılması hissəsində mübahisələndirib.
31. Apellyasiya məhkəməsi cavabdehin dəlilləri üzrə araşdırma aparaq, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetini boşaldılması hissəsində birinci instansiya məhkəməsini gəldiyi nəticəni əsaslı sayıb. Üstəlik, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin hərracda ilkin satış qiymətinin müəyyən edilməməsini düzgün hesab etməyərək, qiymətləndiricinin rəyinə əsasən ipoteka predmetinin ilkin satış qiymətini də müəyyən etmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin apellyasiya şikayəti üzrə hazırki qərarın 15-20-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinə şikayətin dəlilləri həddində baxmış v ə həmin hissədə şikayəti qismən əsaslı hesab edərək, ipoteka predmetini ilkin satış qiymətini qiymətləndiricinin rəyinə uyğun qiymətləndirmişdir. Gəlinən nəticə də işin müəyyən edilmiş hallarına və tətbiq edilən qanunvericilik normalarına uyğun olmuşdur.
33. Hazırda cavabdeh kassasiya şikayətində yeni dəlil irəli sürərək, qətnamənin tam yoxlanılmaması, ipoteka müqaviləsinin 12 ay müddətinə bağlanmasına baxmayaraq, qətnamənin üç ildən sonra çıxarılmasına apellyasiya məhkəməsinin qiymət verməməsini göstərmişdir.
34. Əvvəla, məhkəmə kollegiyası bir daha vurğulayır ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinə şikayətin dəlilləri həddində baxmış və həmin hissədə də şikayəti qismən əsaslı saymışdır.
35. Bundan başqa, məhkəmə kollegiyasının cavabdehin kassasiya şikayətində göstərdiyi bu dəl illə bağlı mövqeyi ondan ibarətdir ki, kassasiya baxışında işə mahiyyəti üzrə baxan məhkəmələrin araşdırma predmeti olmayan yeni dəlillərin irəli sürülməsi MPMin 407.2 və 416-cı maddəsinin tələblərinə uyğun olaraq istisna edilir. Kassasiya icraatı yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanması ilə məhdudlaşır.
36. Cavabdehin apellyasiya şikayətində irəli sürmədiyi dəlillərin apellyasiya instansiyası tərəfindən araşdırılmaması barədə kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Ümumiyyətlə, prosessual hüquq normalarının pozulması istisna olmaqla, işin faktiki halına dair irəli sürülməyən, başqa sözlə, mübahisələndirilməyən hər hansı halın araşdırılması ədalət mühakiməsinin hamının qanun və məhkəmə qarşısında bərabərliyi, dispozitivlik, məhkəmələr də işlərə tərəflərin çəkişməsi, eləcə də hakimlərin tərəfsizliyi kimi təməl prinsiplərə ziddir.
37. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5294/2021 nömrəli, 30 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməd