Məhkəmə qərarları › İş №2(102)-6057/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-6057/2020

30.10.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6057/2020 30.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı1 cavabdeh “xxxxxxxx” ASC-yə qarşı iş üzrə Açar sözlər: iş kommersiya məhkəməsinə aiddir Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən) İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı1 cavabdeh “xxxxxxxx” ASC-yə qarşı qeyri-yaşayış obyektinə ikinci elektrik xəttin bərpa olunması və vurulmuş maddi ziyan tələbinə dair Lənkəran Rayon Məhkəməsinin 2(049)-1541/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərardadındaniddiaçının verdiyi şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ İddiaçı1 (bundan sonra - iddiaçı) cavabdeh “xxxxxxxx” ASC-yə qarşı (bundan sonra cavabdeh) qeyri-yaşayış obyektinə ikinci elektrik xəttin bərpa olunması və vurulmuş maddi ziyan tələbi barədə iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, 1985ci il tarixdən Lənkəran şəhəri, Mirmustafaxan küçəsində yerləşən “XXX” ticarət evinə ikinci qidalanma olan 9 saylı hava xəttindən verilən elektrik enerjisinin bərpa edilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması və dəymiş 4500 manat məbləğində maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək 1985-ci il tarixdən, Lənkəran şəhəri, Mirmustafaxan küçəsində yerləşən “XXX ” ticarət evinin, ikinci qidalanma olan elektrik cərəyanı bərpa olunduğu təqdirdə, hal-hazırda obyektdə quraşdırılmış iki xəttə xidmət edən avtomat ayrıcı vasitəsilə daxil olmuş elektrik enerjisini tənzimləyən, uyğun elektrik gücünə malik olan elektrik sayğacı ilə təmin olunmasını xahiş etmişdir. İşə birinci instansiyası məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi ərizə ilə müraciət edərək işin baxılması üçün aidiyyəti kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2020-ci il tarixli qərardadı ilə (hakim M.İsayev; iş № 2(049)-1541/2020) işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Lənkəran R ayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin olunmamış, baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 26.1-cı maddələrinə, həmçinin Mülki Məcəllənin 13-cü maddəsinə istinadla qeyd etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan, Lənkəran şəhəri, Mirmustafaxan küçəsində yerləşən “XXX” ticarət evi iddiaçının xüsusi mülkiyyətindədir, iddiaçı vergi ödəyicisi kimi qeydiyyatda olmaqla, sahibkarlıq fəaliyyəti işə məşğul olur. Hazırki iddia tələbi də onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Odur ki, işə kommersiya məhkəməsində baxılmalıdır. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş mater iallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (maddə 26.1). İşdən görünür ki, mübahisə tə rəflərindən biri (iddiaçı) fiziki şəxs olsa da, vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli məktubu; VÖEN ********** (i.v.30-31)). Hazırki iddia tələbi də iddiaçının xüsusi mülkiyyətində olan, Lənkəran şəhəri, Mirmustafaxan küçəsində yerləşən “XXX” ticarət evi ilə əlaqədar iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlir. Nəzərə alınmalıdır ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. “İşlərin ümu mi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 nömrəli qərarında qeyd olunur ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətlə ri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, “xxxxxxxx” ASC, “xxxxxx” ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaq dır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə icraatın başlanmasına əsas olmuş və iddiaçı tərəfindən imzalanmış iddia ərizəsində cavabdeh kimi məhz “xxxxxxxx” ASC göstərilmiş və iddia tələbi həmin orqana qarşı yönəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi işin aidiyyəti üzrə göndərilməsi barədə düzgün qərar qəbul etmişdir. Qüvvədə olan mülki prosessual qaydalara əsasən işə kommersiya məhkəməsində baxılmalıdır. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin t əqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1). Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və 403-1.6 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı1 şikayəti təmin edilməsin. İddiaçı1 cavabdeh “xxxxxxxx” ASC-yə qa rşı qeyri-yaşayış obyektinə ikinci elektrik xəttin bərpa olunması və vurulmuş maddi ziyan tələbinə dair Lənkəran Rayon Məhkəməsinin 2(049)-1541/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar