Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6064/2022 26.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, əqdə əsaslanan iddialar üzrə məhkəmə icraatının vəzifələri, əqdə əsaslanan iddialara baxıldığı halda ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1674/ 2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. X3 xx.xx.2013-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, əri İddiaçı (bundan sonra – iddiaçı) ilə birgə nikah dövrlərində əldə edilmiş, xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X4 küçəsinddə 0,05 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evini (bundan sonra – mübahisəli fərdi yaşayış evi) 60000 manat qarşılığında Cavabdeh (bundan sonra – cavabdeh) satmışdır.
2. Cavabdeh həmin müqaviləyə istinad edərək, iddiaçıya, onun arvadına və digər ailə üzvlərinə qa rşı mübahisəli fərdi yaşayış evinin onun sahibliyinə və istifadəsinə verilməsi barədə iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin 2(012)-1788/2016 nömrəli, 09 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. İddiaçının arvadının həmin qətnamədən verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1567/2017 nömrəli, 09 iyun 2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə qeyd olunmuşdur ki, “...məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini (mənzili satmaq barədə fikri olmaması, aldadılaraq müqaviləyə imza etməsi və s.) əsassız hesab edir. Belə ki, tərəflər arasında evin alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin həqiqiliyi hər hansı şəxs tərəfind ən mübahisələndirilməmiş, həmin müqavilə əsasında cavabdehin adına mülkiyyət hüquqlarını təsdiq edən çıxarış verilmiş və həmin çıxarış qüvvədədir”.
3. Həmin iş üzə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-8185/2017 nömrəli, 05 dekabr 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Cavabdeh daha bir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının, arvadının və digər ailə üzvlərinin mübahisəli fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasını xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-4322/2019 nömrəli, 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(105)922/2020 nömrəli, 20 iyul 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4Ə/5322 reyestr nömrəli, ******* saylı, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin mübahisəli evi girov qoymaqla öncədən razılaşdırılmış kredit müqaviləsini pərdələmək məqsədilə bağlanmış yalan əqd, yəni əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi, həmin müqavilə əsasında cavabdehin mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müb ahisəli fərdi yaşayış evi arvadı ilə birgə nikah dövrlərində əldə olunmuşdur. 2013-cü ildə qohumları X1 vasitəsilə özünü "xxxx" Şirkətinin direktoru kimi təqdim edən X5 ilə tanış olmuşlar. Rəhim onlara xaricdə yerləşən iri investisiya şirkətlərindən birinin onun şirkətinə böyük məbləğdə yatırım etmək istədiyini, sənədləşdirmə işlərinin aparılması üçün pul lazım olduğunu, sadəcə onların yaşadıqları evi girov qoyaraq 60000 manat pul götürəcəyini və 15 gün sonra evi girovdan azad edərək onlara 15000 əlavə pul verəcəyini bildirmiş, onlar da arada tanışlıq yarandığından onun səmimiyyətinə inanaraq arvadının mülkiyyətində olan mübahisəli evin Abşeron notariusunda girov qoyularaq pul götürülməsinə razı olmuşlar. Müqavilə bağlandıqdan bir neçə gün sonra sənədləri təsadüfən hüquqşünaslara göstərd ikdə aydın olmuşdur ki, onlar əslində evi girov qoymamış, cavabdehə satmışlar. Halbuki, onlar evi satmaları barədə müqavilə bağladıqlarını bilməmiş, müqaviləni təsdiqləmiş notarius onlara müqavilənin mahiyyəti və hüquqi nəticəsi barədə heç bir məlumat verməmişdir. Sadəcə müqaviləni imzalamış və Rəhim dövlət rüsumunu ödədikdən sonra “Kapital Bank”a gedərək orada hesabda olan pulu götürüb, dərhal Rəhimə vermişlər. İki gün sonra Rəhimlə əlaqə saxlayaraq narahatçılıqlarını bildirdikdə, sonuncu pulu Tariel Qarayev adlı dostunun verdiyini, cavabdehin onun sadəcə şoferi olduğunu, tez bir zamanda pulu qaytaracağını və evin sənədlərini düzəldəcəyini bildirmişdir. Lakin Rəhim onları aldadaraq, nə pulu geri qaytarmış, nə də ki evin sənədlərini bərpa etmişdir. Bu barədə dəfələrlə hüquq mühafizə orqanl arına müraciət etsələr də, heç bir nəticəsi olmamışdır.
7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, göstərmişdir ki, mübahisəli evə dair aralarında mövcud olmuş əvvəlki məhkəmə işləri üzrə qəbul edilmiş qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən iddiaçının digər ailə üzvləri ilə birlikdə onun mülkiyyətində olan mübahisəli fərdi yaşayış evindən məcburi qaydada çıxarılması qərara alınmışdır. Hesab edir ki, iddiaçı həmin məhkəmə aktlarının icrasına süni maneələr yaratmaq məqsədilə hazırkı iddia tələbi ilə müraciət etmişdir.
8. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-232/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia rədd olunmuşdur.
9. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 337.1, 337.5, 360.1, 389.1, 394 və 646.1-ci, və Mülki Prosessual Məcəllənin 77.1, 88 və 217.4-cü maddələrinə istinadla qeyd etmişdir ki, hazırkı iddia tələbinin qanuni əsası olmadığına görə təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasını yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməmiş, məhkəmə tərəfləri dinləmədən, işdə olan sübutlara hüquqi qiymət vermədən, şahidləri dəvət etmədən qətnamə qəbul etmiş, alqısatqı müqaviləsinin başqa əqdi pərdələmək məqsədilə bağlandığını, müqavilə bağlanarkən mübahisəli evdə qeydiyyatda olan X2 razılıq ərizəsi v ermədiyini nəzərə almamışdır.
12. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddia ərizəsinə qarşı etirazı ilə eyni dəlillərdən çıxış etmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1674/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, eyni zamanda mübahisələndirilən alqı-satqı müqaviləsi 2013- cü ildə bağlanmaqla həmin müqaviləyə əsasən hazırkı iş üzrə cavabdehin iddiaçıya, arvadına və ailə üzvlərinə qarşı müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi, evin boşaldılaraq istifadəyə verilməsi tələbinə dair iddiası təmin edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində alqı-satqı müqaviləsinin yalan əqd olduğunu bildirsə də, buna dair sübut təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, hə mçinin qeyd olunmuşdur ki, məhkəmə onların təkidinə baxmayaraq, iş üzrə zəruri olan məlumatları, video-audio görüntüləri, digər sənədləri notariat ofisindən tələb etməmişdir. Halbuki, arvadı ilə birgə əmlakı sayılan mübahisəli evin alqı-satqısından onun xəbəri olmamış, ondan heç bir razılıq alınmamış, notariusun hərəkətləri nəticəsində evləri əllərindən alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddia ərizəsinə və apellyasiya şikayətinə qarşı etirazları ilə eyni dəlillərdən çıxış etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər o la bilər.
19. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
20. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
21. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
22. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əg ər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
23. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əv əzinin ödənilməsini tələb etsin.
24. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı
25. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə idd ia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
26. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mü bahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadı
27. Bənd
27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir.
28. Bənd
36. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.” məzmunundakı hüquqi mövqedən də görünür ki, əqdin etibarlılığının yoxlanılmasının zəruri şərti etibarsızlıq barədə tələbin irəli sürülməsi deyil, sadəcə tələbin əqdə söykənməsidir. Odur ki, məhkəmə “əqdin etibarsız sayılması, əqdən doğan öhdəliyin icrası üzrə və s.” tələbləri, yaxud bu iddialara etiraz əsasında tərəflərin faktiki münasibətlərində baş vermiş halları, varsa əqdi mübahisələndirmə (iradənin qarşı tərəfə çatdırılması) faktını araşdırır, əqdin etibarlı olub-olmamasına görə mübahisəni həll edir.
29. Bənd
37. Bu baxımdan, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq idd ianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin baxımından yolverilməzdir.
30. Bənd
53. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına ist inad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
38. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərinə əsasən yoxlayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillər iddia ərizəsinin və apelyasiya şikayətinin dəlilləri ilə eynidir, həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
41. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1674/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.