Məhkəmə qərarları › İş №2(102)-6071/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6071/2019

24.09.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6071/2019 24.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 aprel 2019-cu il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜ ƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli, 2(006)3922/2018 saylı qətnaməsi ilə (hakim R.Səmədov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 aprel 2019-cu il tarixli 2(103)-3665/2019 saylı qətnaməsi ilə (sədrlik edən X.Mərdanova, hakimlər E.Həsənov və F.Babayev) İddiaçı apelliyasiya şikayəti təmin edilməmiş, Nəsimi rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 2(006)-3922/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 aprel 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin 16 aprel 2018-ci il tarixli, 30 saylı əmrinin ləğv olunması və bu barədə əmək kollektivinin tanış edilməsi, işəbərpa və məcburi işburaxma dövrü üçün vurulmuş zərərin ödənilməsi, həmçinin mənəvi zərərə görə 50 000 manat məbləğində pul kompe nsasiyasının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə olunmayan halları ondan ibarətdir ki, İddiaçı ilə cavabdeh arasında 01 dekabr 2015-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmçinin baş direktoru xidməti otağında təhdid etdiyinə və ona qarşı qeyri-etik və kobud davranışa yol verdiyinə görə iddiaçıya 16 fevral 2018-ci il tarixli əmrlə töhmət verilmişdir. Eyni zamanda o da mübahisə olunmur ki, iddiaçı 13 mart 2018-ci il tarixli şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Dövlət Miqrasıya Xidmətinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Vergilər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinə (OMBUDSMAN) müraciət etmişdir. 14 m art 2018-ci il tarixli, 11 saylı əmrlə iddiaçıya Cəmiyyətin Baş direktorunun 07 mart 2018-ci il tarixli əmrinin icrasını təmin etməkdən və verilən tapşırığı yerinə yetirməkdən imtina etdiyinə və nəticədə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 9.4-cü bədinin tələbini ( yuxarı rəhbərliyin əmr və tapşırığını yerinə yetirməkdən boyu qaçırma) pozduğuna görə töhmət elan edilmişdir. 16 aprel 2018-ci il tarixli, 30 saylı əmrlə İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 01 dekabr 2015-ci il tarixli əmək müqaviləsinə İddiaçı tərəfindən, işlədiyi dövrdə cavabdehə münasibətdə ağır böhtan xarakterli ittihamlar irəli sürməklə müxtəlif dövlət orqanlarına şikayət etdiyinə və bununla da cavabdehin qanuni mənafeyinə, habelə işgüzar nüfuzuna xələl gətirdiyinə, subordinasiya qaydalarını pozmaqla Cavabdeh M MC-nin baş direktorunu təhqir etdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı bildirir ki, onu işdən çıxarılmasının əsas səbəbi baş direktorun düzgün olayan kadr siyasətinə qarşı kəskin etiraz etməyi ilə əlaqədar olmuşdur. Belə ki, Cavabdeh MMC nəzdində müxtəlif tibbi xidmətlər göstərən Gəncə Beynəlxalq Xəstəxanası kimi fəaliyyət göstərməsinə baxmayaraq, orada çalışan və Türkiyyə Respublikasından dəvət olunan həkimlərin tibbi təhsilini və peşəkarlığını təstiq edən sənədlərin mötəbərliyi heç vaxt olmamışdır. Məhz, tibb aləmindən uzaq həkimlərin müalicəsinə görə, Gəncə şəhər sakinlərinin həyat və sağlamlığı ciddi təhlükə ilə nəticələnmişdir. Bu kimi halların qanunsuz və yol verilməz olmasına kəskin irad və etirazlar bildirsə də, baş direktor ona kobud cavablar verərək “mən buranın direktoruyam özüm bilərəm necə idarə edirəm” demişdir. Bundan sonra baş direktor onunla qərəzli davranmağa başlayaraq, müxtəlif bəhanələrlə onu işdən uzaqlaşdırmağa çalışmış həmçinin əmək haqqının 500 manat azaldılmasına dair şifahi göstəriş vermişdir. Daha sonra cəmiyyətin maliyyə direktoru X1 onu “baş direktor səninlə işləmək istəmir, ərizəni yaz çıx” sözləri ilə təhdid etmişdir. Könüllü ərizə yazmadığı üçün cəmiyyətin direktoru əməkdaşların şəxsi işlərinin saxlanıldığı dəmir sənəd dolabını bağlatdıraraq açarının götürülməsinə tapşırıq vermiş, istifadəsidə olan kompyüter icazəsi olmadan götürülmüşdür. Davamlı olaraq baş direktor ona qarşı qərəzli hərəkətləri davam etdirərək barəsində töhmət verilməsi üçün insan resursları üzrə mütəxəssis Afaq Cavadova ya tapşırıq verilmiş, lakin o bu qanunsuz tapşırığı icra etmədiyi üçün onunla da əmək müqaviləsinə eyni maddə ilə xitam verilmişdir. Cavabdeh bildirir ki, İddiaçı müəssisədə qanunsuzluqların baş alıb getməsini, müəssisənin yalnız insan ölümü ilə məşğul olmasını, müəssisədə Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələblərinin pozulması kimi dəlilləri əsas gətirərək və bununla bağlı müəssisə barəsində həqiqətə uyğun olmayan məlumatları 9 instansiyadan ibarət olan dövlət orqanlarına şikayət ərizəsi ilə ünvanlayaraq və həmin ərizəsinə müəssisəyə aid olan sənədləri əsassız olaraq əlavə edərək AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi üzrə 72-ci maddənin “e” bəndinin tələbləri altına düşmüşdür. Həmçinin tərəflər arasında bağlanmış əmək müqaviləsinin 3-cü maddəsinin tələblərini yəni müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini pozmuşdur. İddiaçı bu faktların 2015-ci il tarixindən məlumatı olduğu təqdirdə, həmin faktların mövcudluğu ilə bağlı niyə məhz 2018-ci il tarixdə şikayət etməsinin səbəbini göstərmir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən sonuncunun əsas vəzifəsi insan resursları ilə bir başa fəaliyyətdir və bu fəaliyyətə, əməyə nəzarət etmək fəzifəsi bir başa onun işidir. Qeyd olunanlar onu göstərir ki, iddiaçının göstərdiyi arqument və dəlillər qanunsuz olmaqla ona qarşı şər və böhtan olmaqla onun işgüzar fəaliyyətinə, imidjinə və tibb sahəsində olan nüfuzuna bir başa müdaxilə etməklə hüquqlarının və qanuni maraqlarının pozulması deməkdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Ape llyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş protokol və aktlardan iddiaçının işəgötürənə qarşı subordinasiya qaydalarını kobud surətdə pozması, cəmiyyətə yəni, iş yerinə münasibətdə təhqir və böhtanlara və sair bu kimi hallara yol verməsi aşkar olunmuşdur. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Res publikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a)töhmət vermək; b)sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c)kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi işçiyə əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək daxil olmaqla intizam tənbehi yalnız əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda verilə bilər. Göründüyü kimi qanunvericilikdə işçinin işlədiyi müəssisənin rəhbərliyi tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması barədə yuxarı orqanlara şikayət ərizəsi ilə müraciət etməsinə görə intizam tənbehinin verilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən apelliyasıya instansiyası məhkəməsi nəzərə almamışdır ki, işəgötürənə qarşı subordinasiya qaydalarını pozduğuna görə iddiaçıya 16 fevral 2018-ci il tarixli əmrlə töhmət verilmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189.1-ci maddəsinə görə bir i ntizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 ap rel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar