Məhkəmə qərarları › İş №2(102)-6078/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6078/2021

22.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6078/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: zəbt olunmuş gediş-gəliş yolunun açılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, vəkili Vəkil, Cavabdeh X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-87/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №-li, 27 may 2011-ci il tarixli Çıxarışa əsasən İddiaçı Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 0,12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qonşusu Ehtibar Səmədovun zəbt etdiyi həyətyanı torpağının ona qaytarılması və ona məxsus həyətyanı torpağının müəyyən hissəsini zəbt edib uzun illər əkib-becərərək əl də etdiyi 1000 manat qazancın 600 manat hissəsinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Yevlax Rayon Tanrıqulular kəndində yerləşən keçmiş “hamamın” həyəti deyilən yerin 0,12 ha sahəsini bələdiyyədən almış və bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsində saxlanılan Dövlət kadastr kitabında 22 fevral 2007-ci ildə qeydiyyat aparılmışdır. Məhlədə hamamın işləməsi üçün tikilmiş transformatora əsas küçədən 4 metr enində, 67 metr uzununda yol olmuş və bu hal sənədlərdə öz əksini tapmışdır. Həmin transformatora gedən yoldan indi sahibkarlıq məqsədilə ona verilmiş 0,78 ha qonşunun torpaq sahəsinə gediş-gəliş yolu kimi istifadə olunur. Cavabdeh Ehtibar Səmədov küçə tərəfindən eni 5 metr və uzunu 67 metr məhlə torpağını zəbt etmiş və və oraya “setkadan” hasar çəkmişdir. Cavabdeh tərəfindən zəbt edilmiş həyətyanı torpaq sahəsinin ona qaytarılması və torpaq sahəsini zəbt edərək əldə etdiyi gəlirdən 600 manatın ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış 27.02.2020-ci il tarixli mütəxəssis rəyi ilə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası”nın 20 noyabr 2020-ci il tarixli 489 nömrəli ekspert rəyinə əsasən iddiaçının ekspertiza baxışında göstərdiyi, həmçinin cavabdeh X1 faktiki istifadə etdiyi Yevlax rayonu Tanrıqulular kəndində yerləşən torpaq sahəsi, MA seriyalı ******* nömrəli, **********18-10301 reyestr nömrəli çıxarışla iddiaçının adına qeydiyyata alınmış və elektron kadastr bazasında göstərilən 0,12 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) 05 may 2020-ci il tarixli, 2(039)-291/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilkin olaraq 27.05.2011ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan cavabdehin zəbt etdiyi məhlə torpağının ona qaytarılmasını xahiş etmiş, məhkəmə tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış 27.02.2020-ci il tarixli mütəxəssis rəyi ilə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsi müəyyən olunmuş, məhz mütəxəssis rəyinin alınmasından sonra iddiaçı iddia predmetinin dəyişdirilməsi barədə ərizə verərək, mülkiyyətində olan 0,78 ha torpaq sahəsinə gediş-gəliş yolunun cavabdeh tərəfindən zəbt edilmiş kimi qəbul edilməsini xahiş etsə də, bu tələbinin də əsaslı olmasına dair məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Ümumiyyətlə, iddiaçı tərəf izahatlarında da qeyrimüəyyənliyə yol verərək, gah cavabdehin zəbt etdiyi sahənin ona məxsus çıxarışda göstərilmiş 0,12 ha torpaq sahəsinə aid olduğunu, əslində DƏDRX-in əməkdaşlarından narazı olduğunu, onların planı düzgün tərtib etmədiklərini, gah da cavabdehin 0,78 ha torpaq sahəsinə gediş-gəliş yolunu zəbt etdiyin i göstərmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə versə də, birinci instansiya məhkəməsinin hakimi ərizəni qəbul etməmişdir. Bundan başqa o, işin detallarına aydınlıq gətirmək üçün 04.05.2020-ci il tarixdə məhkəməyə izahat ərizəsi verərək bütün dediklərini ətraflı izah etmiş, bütün sənəd və sübutlarını təqdim etmişdir. Qətnamədə isə onun sənəd və sübut təqdim etməməsi səbəbindən iddiasının təmin edilmədiyi bildirilir. Ekspertiza xərci olan 67 manatın isə ondan tutulması tamamilə ədalətsiz və əsassızdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası” nın 06 may 2021-ci il tarixli 167 nömrəli ekspert rəyinə əsasən Yevlax rayonu Tanrıqulular kəndində yerləşən, iddiaçının nümayəndəsinin ekspertiza baxışına təqdim etdiyi mübahisəli torpaq sahəsi faktiki olaraq, cavabdeh X1 istifadəsində olan torpaq sahəsinin daxilindədir. Sözügedən mübahisələndirilən torpaq sahəsi iş materiallarına əlavə edilmiş, MA seriyalı ******* nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilən, həmçinin AA seriyalı 003135 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən, yaşayış məntəqələrinin torpaqları kateqoriyalı sahibkarlıq məqsədli 0,78 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi nəzərdə tutulmamışdır. Həmin iddiaçıya məxsus olan 0,78 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi ərazinin ümumi xəritəsinə əsasən cənub-qərbdən yol nəzərdə tutulmuşdur. Xəri tə üzrə nəzərdə tutulan yol ərazisi naturada İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir və həmin yol sahəsi xüsusi coğrafi informasiya proqramları vasitəsilə tərtib edilən ortofotoplanda aydın şəkildə göstərilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: İmanverdi Şükürov - sədrlik edən və məruzəçi, Akif Eyvazov, Gündüz Abbasov) 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Hazırda tədqiq edilən iş materialları ilə iddiaçının mülkiyyətində olan 0,12 ha və sahibkarlıq məqsədilə ona verilmiş 0,78 ha torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı bir müdaxilə edilməsi öz tə sdiqini tapmır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə hesab etmişdir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, apellyasiya şikayətində göstərilən dəlillə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və buna dair təsdiqedici rəy də almışdır. Məhkəmə ekspert rəyini iş üzrə sənədlərlə birlikdə təhlil edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaş mış və belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Məhkəmə tərəfindən ekspertiza xərclərinin iddiaçıdan tutulmasının əsassızlığı ilə bağlı apellyasiya şikayətinin dəlilini məhkəmə əsassız hesab edərək qeyd etmişdir ki, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqə dar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Hazırkı işdə isə iddia təmin edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyy əti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kass asiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin v ə ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müd afiə olunur; Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 111.1 Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111.2 Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya ş ikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-87/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar