Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-608/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin cavabdehlər “xxxx” KFT-yə, “X2” FM-nə və Cavabdeh3 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsinin müəyyən edilməsi ilə bağlı mülki işin kassasiya baxışından çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh “xxxx” KFT-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı-nin cavabdehlər “xxxx” KFT-yə, “X2” FM-nə və Cavabdeh3 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-409/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” KFT tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər “xxxx” KFT-yə, “X2” FM-nə və Cavabdeh3 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” KFT-dən bankın xeyrinə xx.xx.2011-ci il tarixli, 103.LN.2004.251011.00001 saylı kredit müq aviləsi üzrə xx.xx.2016-cı il tarixə olan 305800 manat əsas borcun, 61555,92 manat faiz borcunun, 30295,43 manat cərimə borcunun, cəmi 397651,35 manat borcun, xx.xx.2013-cü il tarixli, 120.LN.2004.260913.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə olan ******* manat əsas borcun, 146125 manat faiz borcunun, cəmi 2246,125 manat məbləğində borcun tutulması, “xxxx” KFT-yə məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 2,2414 ha torpaq sahəsi, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 5,9818 ha torpaq sahəsi, “X2” FMə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, ev 72, 1 saylı mənzil, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0,11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi, 113,31 kvadrat metr-d ən ibarət 774 nömrəli bağ evinin açıq hərracda satılması, qeyd olunan əmlakların satışından əldə olunmuş pul vəsaitləri “xxxx” KFT-nin banka olan xx.xx.2011-ci il tarixli 103.LN.2004.251011.00001 saylı kredit müqaviləsi üzrə ümumi olaraq 397.651,35 manat, xx.xx.2013-cü il tarixli 120.LN.2004.260913.00001 saylı kredit müqaviləsi üzrə isə ümumi olaraq 2246,125 manat məbləğində borcun ödənilməsinə yönəldilməsi, “X2” FM-ə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, ev 72, 1 saylı mənzilin və Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0,11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi, 113,31 kvadrat metr-dən ibarət 774 nömrəli bağ evinin 01 ay müddətində boşaldılması, ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4/2019 saylı qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia qismən təmin edilərək, cavabdeh “xxxx” KFT-dən xx.xx.2011-ci il tarixli, 103.LN.2004.251011.0001 saylı kredit müqaviləsi üzrə 301100,42 manat əsas, 24491,42 manat faiz və 10000 manat cərimə borcu, ümumilikdə isə 335591,84 manat məbləğində borc İddiaçı-nin xeyrinə tutulması, cavabdeh “xxxx” KFT-dən xx.xx.2013-cü il tarixli, 120.LN.2004.260913.0001 saylı kredit müqaviləsi üzrə 2100000,00 manat əsas və 146125 manat faiz borcu, ümumilikdə isə ******* manat borc İddiaçı-nin xeyrinə tutulması, tutulan məbləğlər ilkin satış qiyməti ******* manat məbləğində müəyyən edilməkl ə cavabdeh “xxxx” KFT-nə məxsus və banka girov qoyulmuş Abşeron rayonu, Hökməli qəsəbəsinə yerləşən, 2,2414 ha torpaq sahəsinə, ilkin satış qiyməti ******* manat məbləğində müəyyən edilməklə cavabdeh “xxxx” KFT-nə məxsus və banka girov qoyulmuş Abşeron rayonu, Hökməli qəsəbəsinə yerləşən, 5,9818 ha torpaq sahəsinə, ilkin satış qiyməti 120000 manat məbləğində müəyyən edilməklə Cavabdeh3 məxsus və banka girov qoyulmuş Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0,11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi, 113,31 kvadrat metr-dən ibarət 774 nömrəli bağ evinə və ilkin satış qiyməti 500000 manat məbləğində müəyyən edilməklə cavabdeh “X2” firmasına məxsus və banka girov qoyulmuş ünvan 1 ünvanında yerləşən, 1 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlaklar açıq h ərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı-nə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi cavabdehlərə (müvafiq olaraq ipoteka qoyan şəxslərə) qaytarılması, ipoteka predmetləri olan Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0,11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi, 113,31 kvadrat metrdən ibarət 774 nömrəli bağ evi və ünvan 1 ünvanında yerləşən, 1 nömrəli mənzil açıq hərracdan satıldıqdan sonar ən geci 1 (bir) ay ərzində cavabdehlər həmin daşınmaz əmlaklardan çıxmadığı təqdirdə, onlar məcburi qaydada çıxarılmaları, iş üzrə ödənilmiş 31 manat dövlət rüsumu müştərək qaydada cavabdeh “xxxx” KFT-dən ASC-nin xeyrinə tutulması, aparılmış eks pertiza tədqiqatının dəyəri 145 manat cavabdeh “xxxx” KFT-dən dövlət nəfinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
3. Qətnamədən İddiaçı, cavabdehlər Cavabdeh3 və “xxxx” KFT apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Şərafət Məmmədova) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 2,2414 ha torpaq sahəsinin bazar dəyəri 840000 manat, Abşeron rayonu, Hök məli qəsəbəsi ərazisində yerləşən 5,9818 ha torpaq sahəsinin bazar dəyəri ******* manat, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, ev 72, 1 saylı mənzilin bazar dəyəri 300000 manat, Sumqayıt şəhəri, Novxanı bağmassivində xüsusi mülkiyyətdə olan 0,11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumisahəsi, 113,31 kvadrat metr-dən ibarət 774 nömrəli bağ evinin bazar dəyəri 107000 manat müəyyən edilmiş, cavabdehlər Cavabdeh3 və “xxxx” KFT tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2011-ci il tarixli, 103.LN.2004.251011.0001 saylı kredit müqaviləsi üzrə tutmanın Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Novxanı bağmassivində xüsusi mülkiyyətdə olan 0,11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumisahəsi, 113,31 kvadrat metrdən ibarət 774 nömrəli bağ evinə yönəldilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
5. Cavadeh “xxxx” KFT (Vəkil Aftandil oğlu) kassasiya şikayəti vermişdir.
6. Kassasiya şikayəti onunla əsasladırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissədə düzgün nəticəyə gəlməmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatl arı
8. Cavabdeh “xxxx” KFT-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasına yazılı vəsatət təqdim edərək hazırki iş üzrə digər cavabdeh “X2” FM tərəfindən hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edildiyini və bu səbəbdən mülki işin baxışdan çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. Vəkil cavabdeh “X2” FM tərəfindən verilmiş kassasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinin dəftərxanası tərəfindən qəbul edilməsi barədə şikayətin sürətini məhkəməyə təqdim etdi.
9. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat verm ədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
11. Maddə: 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-409/2020 nömrəli iş üz rə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” KFT tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə icraata qəbul edimişdir.
13. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin nümayəndəsi və vəkilinin izhatını dinləyib, hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” KFTn-in verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, qətnamədən cavabdeh “X2” FM tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406-409-cu maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də mülki iş kasasiy a baxışından çıxarılmalıdır.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
15. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Hazırki mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)409/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnam əsindən cavabdeh “xxxx” KFT-nin verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. 2(102)-608/2021 saylı mülki iş kasasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-409/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən digər cavabdeh “X2” FM-in verdiyi kasasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov