Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-608/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5974/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2015-ci ildə Cavabdehnə (bundan sonra – cavabdeh müəssisə) işə qəbul olunmuş, xx.xx.2018-ci il tarixdən cavabdeh müəssisənin Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilmişdir;
3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsi Xidməti araşdırmalar şöbəsinin rəisi Mirşahin Mirişli, həmin idarənin rəis müavini Əliqulu Cəfərov tərəfindən tərtib edilmiş və Komitənin sədri Səfər Mehdiyev tərəfindən xx.xx.2020ci il tarixdə təsdiq edilmiş arayışda qeyd edilmişdir ki, iddiaçı maddi-məsul şəxs olduğu cavabdeh müəssisənin Abş eron rayonu, Məhəmmədi kəndində yerləşən anbarında işi düzgün təşkil etməmiş, anbardakı malların mühafizəsini və vaxtaşırı sayılaraq eyniləşdirməsini təmin etməmiş onun vəzifəli şəxs kimi işə laqeyd münasibəti və xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi səbəbindən ********* №-li cinayət işi üzrə maddi sübut hesab edilmiş və həmin anbarda müvəqqəti saxlancda olan müxtəlif markalı siqaretlərdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən orta bazar qiyməti cəmi 158020,50 manat təşkil edən 55435 qutu siqaret naməlum şəxs və ya şəxslər tərəfindən gizli yolla anbardan oğurlanmış, bununla da iddiaçı səhlənkarlıq edərək əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Ona görə də hesab edilmişdir ki, cavabdeh müəss isənin direktoru X4 iddiaçının intizam məsuliyyətinə cəlb edilməsini təmin etməli, toplanmış materiallar araşdırmanın davam etdirilməsi və hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməlidir;
4. İddiaçı «səhlənkarlıq edərək, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə» xx.xx.2020-ci il tarixli 2300/205 №-li əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur;
5. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron sistemə xx.xx.2020-ci il tarixdə yerləşdirilmiş, əmək kitabçası xx.xx.2020-ci il tarixdə iddiaçıya təqdim edilmişdir;
6. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin xx.xx.2020-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyya t-İstintaq baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulovun xx.xx.2020-cı il tarixli raportunun araşdırılmasının nəticəsinə dair toplanmış materiallar araşdırmanın davam etdirilməsi və hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir;
7. Azərbaycan Respublikası Baş Prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinini rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbovun xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müraciəti əsasında fakt üzrə cinayət işi başlanılmışdır; 8. xx.xx.2020-ci il tarixdə iddiaçı həmin cinayəti işi üzrə təqsirləndirilən şəxs qismində işə cəlb edilmişdir;
9. Bakı Ağır Cinaytlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 179.3.2-ci maddəsi ilə 05 il müddətə, CM-in 213-1.2.1 maddəsi ilə 04 il müddətə, CM-in 308.1-ci maddəsi ilə 01 il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş həmin cəza 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir;
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmiş, iddiaçı barəsində CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi və üzərində 02 il sınaq müddəti müəyyən edilməsinə dair müddəalar hökmdən xaric olunmuş, iddiaçı CM-in 179.3.2, 213- 1.2.1 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə CM-in 179.3.2-ci maddəsi ilə 05 il müddətə, CM-in 213-1.2.1 maddəsi ilə 04 il müddətə, CM-in 308.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqan larında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və dərhal məhkəmə zalından həbsə alınmışdır;
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi yenidən apellyasiya baxışına təyin edilmişdir;
12. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş, iddiaçının təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilmişdir;
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmiş, cinayət işi yenidən apellyasiya baxışına təyin edilmişdir. Həmin qərarla apellyasiya məhkəməsi tərəfindən iddiaçıya bəraətin verilməsi qanuni və əsaslı hesab edilmiş, lakin onun əmlakın rəhbərlik etdiyi anbarda yerləşdirilərək saxlanılması və qorunmasını lazımi qaydada təşkil edib-etməməsi məsələlərinə qiymət verilməsi ilə əlaqədar cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir;
14. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş, iddiaçının təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Həmin hökmdə qeyd edilmişdir ki, cavabdeh müəssisənin tabeliyində olan anbarlarda saxlanılan ə mlakların mühafizəsi və qorunması üzrə vəzifəli şəxslərin hüquq və vəzifələri cavabdeh müəssisənin Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin xx.xx.2016-cı ildə təsdiq edilmiş Əsasnaməsi və cavabdeh müəssisənin direktoru ilə bağlanmış tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilə ilə müəyyən edilir. Həmin Əsasnamədə şöbənin inspektorlarının vəzifələri ümumi şəkildə göstərilmiş, cavabdeh müəssisənin tabeliyində olan anbarlarda saxlanılan əmlakların mühafizəsi və qorunması üzrə hər hansı vəzifə və öhdəlik qeyd olunmamışdır. Belə öhdəliklər cavabdeh müəssisənin direktoru ilə bağlanmış tam maddi məsuliyyət haqqında fərdi müqavilə ilə tənzim olunmuşdur. Əsasnamənin 3.1.6-cı maddəsində anbarlara nəzarətdən kənar malların daxil olmasının və çıxar ılmasının istisna edilməsini həyata keçirmək Şöbənin əsas vəzifəsi kimi qeyd olunmuşdur. Əsasnamənin 5.5.1-ci bəndinə əsasən şöbənin rəisi şöbəyə ümumi rəhbərliyi həyata keçirir. Apellyasiya məhkəməsi tərəfindən həmin Əsasnamə təhlil edilərək müəyyən edilmişdir ki, iddiaçıya verilmiş ittihamda istinad edilən Şöbənin Əsasnaməsinin 5.6-cı bəndinin məzmunu tamamilə fərqli olmaqla, həmin bənd Şöbə rəisinin müavinin səlahiyyətlərinə aiddir. Bundan başqa iş materiallarında olan əmrlərdən və müqavilələrdən məlum olmuşdur ki, cavabdeh müəssisənin direktorunun xx.xx.2018-ci il tarixli, 182/482Ş nömrəli əmri ilə iddiaçı cavabdeh müəssisənin Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixli, 182/545 Ş nömrəli əmrlə bundan əvvəl digər əməkdaşların öhdəsində olan malların təhvil-təslim aktına əsasən iddiaçıya verilməsi, onunla “Tam maddi məsuliyyət haqqında” müqavilənin bağlanması əmr olunsa da, həmin əmrin icrası təmin olunmamış, cavabdeh müəssisə tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilə iddiaçı tərəfindən imzalanmamışdır. Yəni, iddiaçı xx.xx.2018-ci il tarixli "Tam maddi məsuliyyət haqqında” müqavilə ilə tanış edilməmiş, müqavilənin şərtləri ilə razı olub-olmaması barədə onun fikri öyrənilməmiş, müqavilə onun tərəfindən imzalanmadığından ona münasibətdə hüquqi qüvvəyə minməmiş, sonuncunun bu müqavilə üzrə müvafiq vəzifələri yaranmamış, halbuki anbarda saxlanılan əmlakların mühafizəsi və qorunması üzrə konkret vəzifələr yalnız tam ma ddi məsuliyyət haqqında fərdi müqavilədə müəyyən edilmişdir;
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli bəraət hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərar elektron kabinetə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, xx.xx.2023-cü il tarixdə oxunmuşdur;
16. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh müəssisəyə mediasiya təklifi göndərmiş, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı almış, xx.xx.2024-cü il tarixdə hazırkı iddia ilə inzibati məhkəməyə müraciət etmiş, hakimin tövsiyyəsi ilə ərizəsini geri götürmüş, bu barədə xx.xx.2024-cü il tarixli qərardad qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə hazırkı idd ia ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı cavabdeh müəssisəyə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli, 2300/205Ş №-li əmrin ləğv olunması, işə bərpa olunması, məcburi işburaxma ilə bağlı xx.xx.2020-ci il tarixdən bərpa olunan tarixədək əmək haqqının ödənilməsi, iş ili üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın hesablanıb cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Azərterminalkompleksin direktoru Ehtiram Xəlilovun 2300/205 №-li əmri ilə işdən azad olunmuşdur. Həmin əmr lə səhlənkarlıq edərək əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərterminalkompleksin dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Həmin əmr Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin xx.xx.2020-ci il tarixli 34/190/026378 nömrəli arayışına əsasən qəbul edilmişdir. Dövlət Gömrük Komitəsi xx.xx.2020-ci il tarixli, 190/001- ********* №-li məktubla Azərbaycan Respublikası Baş Prokuroruna müraciət edərək Azərterminalkompleksin Abşeron rayonu Məhəmmədi kəndində yerləşən anbarında Dövlət Gömrük Komitəsinə məxsus 158020,5 manat dəyərində əmlakın iddiaçı tərəfindən mənimsənilməsini göstərərək cinayət əməlinə hüquqi qiymət ver ilməsini göstərmişdir. İddiaçı barəsində həmin cinayət işi üzrə Bakı Ağır Cinaytlər Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələrind nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 179.3.2-ci maddəsi ilə 05 il müddətə, CM-nin 213-1.2.1 maddəsi ilə 04 il müddətə, CM-nin 308.1-ci maddəsi ilə 01 il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş həmin cəza 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş, Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən iddiaçının təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023- cü il tarixli 1(102)-2283/2023 №-li qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş protest təmin edilməyərək barəsində çıxrılmış bəraət hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixli, 2300/205 №-li əmrin ləğv edilməsi və işə bərpa olunmağı barədə cavabdehə müraciət etmişdir. Mediasiya prosesinin təklifi barədə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bakı 18 saylı Mediasiya Təşkilatında mediator X3 cavabdehin müraciətinə əsasən müxtəlif v axtlara mediasiyanı təxirə salaraq xx.xx.2023-cü il tarixdə İlkin mediasiya sessiyasında İştirak edilməməməsi barədə arayış təqdim etmişdir. xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əmrin ləğv edilməsi, işə bərpa olunmağı, əmək haqqının ödənilməsi barədə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsində hakim işə cavabdehin inzibati orqan olmadığını bildirərək aidiyətı üzrə baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət etməyini bildirmişdir.
19. Cavabdeh müəssisə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır, iddia tələbində qeyd olunanlar əsassızdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliy yat-istintaq Baş idarəsinin xx.xx.2020-ci il tarixli 34/151/025672 №-li məktubunun araşdırılmasına dair X2 idarəsi tərəfindən tərtib edilmiş və Komitə sədri tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 34/190/026378 №-li arayışa əsasən müəyyən edilmişdir ki, Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru, gömrük xidməti leytenantı olan iddiaçı maddi-məsul şəxs olduğu cavabdeh müəssisənin Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən anbarında işi düzgün təşkil etməmiş, anbardakı malların mühafizəsini və vaxtaşırı sayılaraq eyniləşdirilməsini təmin etməmiş, onun vəzifəli şəxs kimi işə laqeyd münasibəti və xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi səbəbindən həmin anbarda müvəqqəti saxlancda olan müxtəlif markalı siqaretlər (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 7/103 9/620 №-li ekspert rəyinə əsasən orta bazar qiyməti cəmi 158020,50 manat təşkil edən 55435 qutu siqaret) saxlanıldığı anbarda mövcud olmamışdır. Həmin arayışda qeyd olunmuşdur ki, iddiaçı faktla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində xx.xx.2020-ci il tarixdə verdiyi izahatında cavabdeh müəssisənin Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən anbarı üzrə maddi-məsul şəxs olduğunu, 27 mart 2020-ci il tarixli “Maddi sübutun təhvil verilməsi haqqında akt” əsasında 924000 qutu “Milano”, 983500 qutu “Cavallo”, 584000 qutu “Kent Nanotek 2” və 29000 qutu “X10” markalı siqaretləri təhvil götürdüyünü, sözügedən anbarda müvəqqəti saxlanca yerləşdiri lməsini bildirmişdir. Ekspertiza tədqiqatına təqdim edilən nümunələrdən sonra 923900 qutu “Milano”, 983400 qutu "Cavallo”, 583900 qutu “Kent Nanotek 2” və 28900 qutu “X10” markalı siqaret anbarda qalmışdır. 23 iyul 2020-ci il tarixdə Komitənin Əməliyyat-istintaq Baş idarəsinin əməkdaşları tərəfindən maddi sübutlara onun iştirakı ilə keçirilən baxış zamanı sözügedən malların anbarda olmadığı aşkar edilmiş və bu barədə tərtib edilmiş protokolda göstərilənlərin doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh müəssisənin direktoruna iddiaçının intizam məsuliyyətinə cəlb edilməsi, nəticəsi barədə Komitənin Əməliyyat-istintaq Baş idarəsinə və Daxili Təhlükəsizlik idarəsinə yazılı məlumat verilməsini təmin etməsi tapşırılmışdır. Cavabdeh müəssisənin xx.x x.2020-ci il tarixli 2300/205ş №-li əmri ilə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud surətdə pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç)” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi iddiaçının işinə məsuliyyətsiz yanaşması nəticəsində cavabdeh müəssisəyə maddi ziyan dəymiş, qanuni mənafeyinə ziyan yetirilmişdir. Cavabdeh müəssisənin işgüzar nüfuzuna xələl gətirilmişdir. Cavabdeh müəssisənin müvəqqəti saxlanc anbarında saxlanılan müxtəlif markalı siqaretlərin anbarda olmamasına dair aparılan araşdırma və toplanm ış materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi, sözügedən hüquq- mühafizə orqanında materialların araşdırılması və sonradan işin məhkəməyə göndərilməsi cavabdeh müəssisənin təşəbbüsü ilə həyata keçirilməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbində “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa istinadları, həmçinin Azərbaycan Respublikasının Cinayətlər Prosessual Məcəlləsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və suiistifadə etməsi nəticəsində müvafiq şəxslərə dəymiş ziyanın ödənilməsi və kompensasiyanın verilməsinin cavabdeh müəssisə ilə heç bir əlaqəsi yoxdur, cavabdeh müəssisəyə şamil edilməməlidir. cavabdeh müəssisə sözügedən tələbləri qəbul etmir, həmin iş üzrə tələblərin baxılması üçün aidiyyəti orqanlara yönləndirilməsini məqəsədəuyğun hesab edir. Odur ki, iddiaçı barəsində vəzifədən azad edilmə haqqında əmr qəbul edilərkən qanunvericilik aktlarının tələblərinə əməl olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdən işdən azad edildiyindən xəbərdar olmuş və həmin tarixdən də işə çıxmamışdır. Həmçinin iddiaçı qanunla müəyyən edilmiş müddət keçdikdən sonra məhkəməyə müraciət etdiyindən iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə təmin edilə bilməz. Belə ki, iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etməmiş, həmçinin iddia ərizəsində müddətin buraxılmasına səbəb olmuş halları əsaslandırmamışdır. Əmək kitabçasının təhvil verilməsi barədə cavab deh müəssisənin insan resurslarının idarəedilməsi şöbəsinin qeydiyyat jurnalından çıxarışa əsasən iddiaçının əmək kitabçası onun imzası ilə xx.xx.2020-ci il tarixində təhvil verilmişdir. Həmin tarixdən iddiaçının əmək hüquqlarının pozulması və xx.xx.2020-ci il tarixli 2300/205ş №-li əmrinin mübahisələndirilməsi hüququ yaranmışdır.
20. Sonradan iddiaçı iddia müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilməsi barədə ərizə verərək qeyd etmişdir ki, onun barəsində xx.xx.2020-ci il tarixli qərarla cinayət işi başlanılmış, Azərbaycan Respublikası Ali Məhəkəmsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-2283/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-835/2023 saylı bəraət hökmü qüvvədə saxlanılmışdır. Həmin qərar elektron kabinetə 7 dekabr 2023-cü il tarixdə yerləşdirilmiş. Bundan sonra 18 saylı Mediasiya Təşkilatına müraciət etmiş və 17 yanvar 2024-cü il tarixdə mediasiya təşkilatının arayışı ona təqdim edilmişdir. Arayışı əldə etdikdən sonra işə bərpa və əmrin ləğvi barədə iddia ərizəsi ilə Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin hakimi Miminat Hacıbəyov 15 may 2024-cü il tarixdə hüquqi yardım göstərərək hazırki iddianı Sabunçu Rayon Məhkəməsinə verməyini bildirmişdir. Həmin tarixdə Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.
21. Məhkəmə cavabdehə tərəfə iddiaçı barəsində aparılmış araşdırma materiallarının təqdim edilməsini tapşırmış, cavavbdeh orqan Gömrük Komitəsinə həmin materialları əldə etmək üçün müraciət etmiş, Gömrük Komitəsi xx.xx.2024-cü il tarixli məktubunla 3 illik saxlanma müddəti ötdüyünə görə həmin materialların məhvə ayrıldığını bildirmişdir.
22. Cavabdeh müəssisə tərəfindən onun strukturunun optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli sərəncam təqdim edilmişdir. Həmin sərəncama əsasən cavabdeh müəssisənin strukturunun optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə onun strukturu və ştat cədvəli təsdiq edilmişdir. Ştat cədvəlinə əsasən «Anbar işinin təşkili bölməsi»ndə bir baş inspektor vəzifəsi nəzərdə tutulmuşdur. Cavabdeh müəssisənin xx.xx.2024-cü il tarixli əmri həmin vəzifəyə X6 təyin edilmişdir. ( İ cild iş v. 203-204, 211-222)
23. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Tahirə Əsədova) 5 iyul 2024-cü il tarixli, 2(008)-4358/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
24. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisə predmeti olan əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsasının nədən ibarət olması qeyd edilməmişdir (iddiaçı tərəfindən əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi, yoxsa Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulması). Lakin, cavabdeh müəssisə tərəfindən verilmiş etirazda qeyd edilmişdir ki, iddiaçı səhlənkarlıq edərək əmək vəzifələrini kobud sürətdə pozmuş, əmək vəzifələrini pozduğuna görə maddi-məsul şəxs olaraq ona tapşırılmış cavabdeh müəssisənin müvəqqəti saxlanc anbarında 158020,50 manat qiyməti olan siqaret saxlanıldığı anbarda mövcud olmamış, bununla da iddiaçının işinə məsuliyyətsiz yanaşma sı nəticəsində cavabdeh müəssisəyə maddi ziyan dəymiş, qanuni mənafeyinə ziyan yetirilmişdir, işgüzar nüfuzuna xələl gətirilmişdir. Beləliklə, mübahisəli əmrin əsaslarını 71-ci maddənin ikinci hissəsi, 72-ci maddənin «c» və «e» bəndləri yaratmışdır. Qanuni qüvvəsini almış məhkəmə hökmü ilə isə iddiaçının səhlənkarlığı sübuta yetirlməmişdir. Belə ki, iddiaçı xx.xx.2018-ci il tarixli "Tam maddi məsuliyyət haqqında” müqavilə ilə tanış edilməmiş, müqavilənin şərtləri ilə razı olub-olmaması barədə onun fikri öyrənilməmiş, müqavilə onun tərəfindən imzalanmadığından ona münasibətdə hüquqi qüvvəyə minməmiş, sonuncunun bu müqavilə üzrə müvafiq vəzifələri yaranmamış, halbuki anbarda saxlanılan əmlakların mühafizəsi və qorunması üzrə konkret vəzifələr yalnız tam maddi məsuliyyət haqqında fərdi müqavi lədə müəyyən edilmişdir. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə hökmü ilə əmrin qanuni olmadığı müəyyən edilmişdir. Odur ki, əlavə araşdırma aparmadan iddiaçının işdən qanunsuz çıxarıldığı müəyyən edilmişdir. Lakin iddiaçı hazırki iddianı iddia müddətini ötürməklə vermişdir.
25. Məhkəmə qeyd etmişdir ki, iddia müddəti cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Cavabdehin bu hüquqdan istifadə etməməsi ona qarşı irəli sürülən iddia tələbinə görə o, ümumi qaydada məsuliyyət daşıyır. Cavabdeh müəssisə bu hüquqdan istifadə edərək müddətin tətbiq edilməsi barədə ərizə vermişdir. İddiaçıya xx.xx.2020-ci il tarixdə son haqq-hesabı ödənilmiş, əmək kitabçası təqdim edilmiş və bununla da o, məhz xx.xx.2020-ci il tarixdən hüququnun pozulduğunu bilmişdir. İ ddiaçı özü də bu halı inkar etmir, lakin cinayəti işi ilə əlaqədar iddia müddətini ötürmədiyini, ötürüldüyü halda isə onun səbəblirinin üzrlü olduğunu hesab edir.
26. Məhkəmə hesab etmişdir ki, mübahisəli əmr birbaşa cinayət işi ilə əlaqəli olmamışdır. İddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.2, 56, 57, 58, 63-cü maddələrinə həmçinin «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa istinad edərək hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçının hüquqlarının pozulması nəticəsində ona dəyən ziyanın ödənilməsi dövlət tərəfindən həyata keçirilməlidir. Hazırki iddia isə Əmək Məcəlləsi ilə tənzimlənən iddiadır və işəgötürən cavabdeh müəssisəyə yönəlmişdir. İddiaçı barəsində çıxarılmış mübahisəli əmr onun maddı-məsul şəxs olduğu anbarda işi duzgun təşkil etmədiyi, anbardakı malların mühafizəsini və vaxtaşırı sayılaraq eyniləşdinlməsini təmin etmədiyi, onun vəzifəli şəxs kimi işə laqeyd münasibəti və xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməməsi səbəbindən 158020,50 manat məbləğində siqaretin naməlum şəxs və ya şəxslər tərəfindən gizli yolla anbardan oğurlandığı, bununla da iddiaçı səhlənkarlıq edərək, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə olmuşdur. Yəni, iddiaçı işdə çıxarılaraq nə ona etibar edilmiş özgə əmlakını talamada, nə Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinməmiş, onun tərəfindən əmək vəzifələrini kobud şəkildə pozmağı ö zü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədini güdməyi ilə əlaqələndirilməmişdir. Cinayət işi ilk olaraq fakt üzrə başlanılmış, iddiaçı yalnız xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və xx.xx.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Mübahisəli əmr cinayət işinin başlanılması ilə şərtləndirilməmişdir və iddiaçı cinayət işinin başlanılıb-başlanılmamasında asılı olmayaraq xx.xx.2020-ci il tarixədək hazırki iddianın verməli idi, belə ki, iddiaçı iş başında həbs edilməmiş, onun barəsində cinayət işi başlanılandan sonra işdən azad edilməmişdir. Yalnız belə olan halda iddiaçı iddia müddətini ötürməmiş olardı. Qeyd edildiyi kimi, əmrin mübahisələndirmə anının yarandığı xx.xx.2020-ci il tarixlə iddiaçının təqsirləndirilən şə xs qismində cəlb edildiyi tarix arasında isə 4,5 ay vaxt keçmişdir.
27. Məhkəmə hesab etmişdir ki, iddiaçı ona ittiahamın irəli sürülməsini gözləməməli, hüququnu pozulduğu bildiyi andan bir ay ərzində işə bərpa barədə iddia ərizəsi verməli idi.
28. Məhkəmə qeyd etmişdir ki, artıq araşdırma materilları məhv edilmiş, cavabdeh orqanın ştat cədvəli dəyişmiş, iddiaçının bərpa edilməsini istədiyi vəzifə başqa şəxsə həvalə edilmişdir. Qanunverici bu əsasdan işə bərpa üçün çox qısa iddia müddəti (bir ay) və məhkəmədə baxılmasının qısaldılmış 2 aylıq müddətini nəzərədə tutmuşdur (MPM-in 172.1-ci maddəsi). Belə ki, işdən qanunsuz azad olunmuş şəxsin həmin vəzifəyə bərpa edilməsi real olmalı, həmin vəzifə işə məhkəmədə baxılıb qurtaranadək vakant olmalıdır. Hazırda mübahisə yaranandan artıq dörd il keçmiş, cavabdeh orqanın ştat cədvəli dəyişmiş, həmin vəzifəyə başqa şəxs təyin edilmişdir.
29. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1, 375.2-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70(ç), 71(2), 72, 199, 200, 296(2), 296(3), 296(6)-cı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1, 308.1-ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.2, 56.0.1, 57, 58.3.1, 63-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 172.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü madd əsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarılarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin, onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin qətnaməsində iddia müddətinin buraxılmasını təsdiq edən hallar sübut edilməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə və ona əlavə edilmiş sübutlara aid hər hansı əhəmiyyətli sübut təqdim edilməmişdir. İddia müddətinin tətbiqinə dair ərizə əsaslandırılmamış və hansı səbəbdən məhkəmənin hazırlıq iclasında təqdim edilməməsi barədə dəlil təqdim edilməmişdir.
32. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Akif İsgəndərov - sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Məhəmməd Rüstəmli) 2(103)-5974/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin olunması, cavabdeh müəssisənin xx.xx.2020-ci il tarixli, 2300/205Ş №-li əmrinin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə işə bərpa olunması, cavabdeh müəssisə tərəfindən məcburi işburaxma müddətinə görə xx.xx.2020-ci il tarixdən işə bərpa olunan tarixədək ödənilməmiş əmək haqqının və istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın hesablanaraq iddi açıya ödənilməsi qət edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, mübahisəli əmr birbaşa cinayət işi ilə əlaqəli olmuş, iddiaçı cinayət qanununda nəzərdə tutulan əməli (vəzifə səhlənkarlığı, mənimsəmə və s.) törətməkdə ittiham olunmuş, onun bu əmri mübahisələndirmək imkanı məhdud olmuş, sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. İddiaçının işdən azad olunması barədə əmrin verildiyi gün, yəni xx.xx.2020-ci il tarixdə Dövlət Gömrük Komitəsi iddiaçı barəsində apardığı araşdırma materiallarını Baş Prokurorluğa göndərmiş, prokurorluq tərəfindən müvafiq təhqiqat başlamış, bunu n nəticəsində xx.xx.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 179.3.2-ci və s. maddələri ilə cinayət işi başlanmış, xx.xx.2020-ci ildə o, həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2021-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə həmin hökm ləğv edilmiş və iddiaçıya təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə bu hökm dəyişdirilmədən saxlanılmışdır. İddiaçı bundan sonra dərhal mediasiya orqanına, daha sonra isə Bakı İnzibati Məhkəməsinə işə bərpa barədə ərizə ilə müraciət et miş, lakin məhkəmə aidiyyətinə əməl olunmadığına görə o, iddia ərizəsinin qaytarılmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə qaytarılmış və bundan 6 gün sonra xx.xx.2024-cü il tarixdə o, hazırkı tələblə Sabunçu Rayon Məhkəməsində iddia qaldırmışdır. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti ötürülsə də, müddətin ötürülməsi üzrlü səbəblərdən baş vermişdir. İddiaçının buraxılmış müddətin üzrlü sayılması barədə ərizəsi əsaslıdır və təmin olunmalıdır.
34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə hökmü ilə iddiaçının vəzifə səhlənkarlığına və eləcə də cinayət sayıla bilən digər əməllərə yol verməsi sübuta yetirilməmişdir. Belə ki, iddiaçı xx.xx.2018-ci il tarixli "Tam maddi məsuliyyət haqqında” müqavilə ilə tanış edilməmiş, müqavilənin şərtləri ilə razı olubolmaması barədə onun fikri öyrənilməmiş, müqavilə onun tərəfindən imzalanmadığından ona münasibətdə hüquqi qüvvəyə minməmiş, sonuncunun bu müqavilə üzrə müvafiq vəzifələri yaranmamış, halbuki anbarda saxlanılan əmlakların mühafizəsi və qorunması üzrə konkret vəzifələr yalnız tam maddi məsuliyyət haqqında fərdi müqavilədə müəyyən edilmişdir. Cinayət işi üzrə məhkəmə qərarlarından həmçinin aydın olur ki, işəgötürən iddiaçının çalışdığı anbarda gecə mühafizəsini təşkil etsə də, gündüz vaxtı saat 09:00-dan axşam saat 18:00-dək mühafizə işini təşkil etməmişdir. İddiaçı isə işinin xarakterinə görə bütün gün ərzində anbarda olmamışdır. Yalnız bu hadisədən sonra işəgötürən tərəfindən anbarın gündüz vaxtı mühafizəsi işi təşkil olunmuşdur. Beləliklə, qan uni qüvvəsini almış məhkəmə hökmü ilə əmrin qanuni olmadığı müəyyən edilmişdir. Əslində, birinci instansiya məhkəməsi özü də qətnamədə əmrin qanuni olmadığını, iddiaçının işdən qanunsuz çıxarıldığını qeyd etmişdir. Məhkəmə sadəcə iddia müddətinin ötürüldüyü qənaətinə gəldiyinə görə iddianı rədd etmişdir.
35. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının əmək vəzifələrinin kobud şəkildə pozulması halı öz təsdiqini tapmadığından, xx.xx.2020-ci il tarixli, 2300/205Ş №-li əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki işinə bərpa edilməlidir. Həmçinin iddia tələbi əmrin ləğv edilməsi hissəsində əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddiaçıya məcburi işburaxmaya görə əmək haqqı və istifadə olunmamış əmək məzuniyyət inə görə kompensasiya da ödənilməlidir.
36. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdeh müəssisədə hər hansı ştat dəyişikliyinin olması, yaxud iddiaçının bərpa olunmaq istədiyi vəzifənin hazırda vakant olmaması qanunsuz əmrin ləğv edilməsi və iddiaçının işə bərpa olunması barədə qətnamə çıxarılmasına mane olan hal kimi qiymətləndirilə bilməz.
37. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1, 375.2-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70(ç), 72, 199(a), 200(1), 296(2), 296(3), 300(1)-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 14.2, 77.1, 384.0.2, 385.1.1, 385.1.4, 386, 390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. Cavabdeh kass asiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddətinin üzrlü səbəbdən ötürülməsinin nə ilə bağlı olduğu kifayət qədər əsaslandırılmamışdır. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının əmək müqaviləsinə 30 iyul 2020-ci il tarixli, 2300/305Ş nömrəli əmrlə xitam verilmişdir. Əmək kitabçasının təhvil verilməsi barədə cavabdeh müəssisənin İnsan resurslarının idarəedilməsi şöbəsinin qeydiyyat jurnalından çıxarışa əsasən iddiaçıya əmək kitabçası onun imzası ilə xx.xx.2020-ci il tarixində təhvil verilmişdir. Həmin tarixdən iddiaçının xx.xx.2020-ci il tarixli, 2300/205ş №-li əmrinin mübahisələndirilməsi hüququ yara nmışdır. Fatkla bağlı cinayət işi yalnız iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən 28 gün sonra - 4 sentyabr 2020-ci il tarixində açılmışdır. Faktla bağlı cinayət işi başlansa da, iddiaçı yalnız həmin tarixdən 3 ay 19 gün sonra - 23 dekabr 2020-ci il tarixində təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bundan sonra onun barəsində müxtəlif məhkəmə hökm və qərarları çıxarılmış və iddiaçıya Bakı Apellyasiya Məhkəməsinin 31 may 2023-cü il tarixli hökmü ilə bəraət verilmiş, AR Ali Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qərarı ilə isə dövlət ittihamçısı tərəfindən verilmiş protest təmin edilməmişdir. Həmin tarixdən də 10 gün keçdikdən sonra iddiaçı mediasiya təklifi göndərərək pozulduğunu iddia etdiyi hüquqlarının müdafiəsi ilə bağlı müraciətini həyata keçirmişdir. İddiaçının təqsirləndirilən şəxs qismində cəlb edildiyi tarixdən etibarən Ali Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli qərarın qəbul edildiyi tarixə qədərki olan dövrdə məhkəməyə müraciət imkanlarından məhrum olduğuna görə ötürülmüş müddət üzrlü hesab olunsa belə, iddiaçının təqsirləndirilən şəxs qismində cəlb edildiyi tarixə qədər olan dövr bu mənada üzrlü hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi mübahisəli əmr cinayət işinin başlanılması ilə şərtləndirilməmişdir və iddiaçı cinayət işinin başlanılıb-başlanılmamasında asılı olmayaraq xx.xx.2020-ci il tarixədək hazırkı iddianı verməli idi. Belə ki, iddiaçı iş başında həbs edilməmiş, onun barəsində cinayət işi başlanılandan sonra işdən azad edilməmişdir. Yalnız belə olan halda iddiaçı iddia müddətini ötürməmiş olardı. Qeyd edildiyi kimi, əmrin mübahisələndirmə anının yarandığı xx.xx.2020-ci il tarixlə iddiaçının təqsirləndirilən şəxs qismində cəlb edildiyi tarix arasında isə 4,5 ay vaxt keçmişdir. Digər tərəfdən apelyasiya instansiyası məhkəməsinin iddiaçının AR Ali Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qərarından sonra dərhal mediasiya təklifi göndərərək hüquqlarının müdafiəsi üçün hərəkətlər icra etməsi barədə mövqeyi də yanlış olmuşdur. İddiaçı müvafiq qərarın çıxarıldığı tarixdən 10 gün keçdikdən sonra mediasiya təklifini göndərmişdir. Şəxsin hüquqlarının pozulduğunu bildiyi tarixdən cinayət işinin başlanması tarixinədək ötürülən müddətlə (28 gün), həmin 10 günlük müddətin nəzərə alınması belə iddiaçının iddia müddətini ötürdüyünü təsdiq etməyə imkan verir. Həmçinin qeyd edilməlidir ki, məhkəm ə cavabdeh müəssisəyə iddiaçı barəsində aparılmış araşdırma materiallarının təqdim edilməsini tapşırmış, cavabdeh müəssisə Gömrük Komitəsinə həmin materialları əldə etmək üçün müraciət etmiş, Gömrük Komitəsi xx.xx.2024-cü il tarixli məktubunla 3 illik saxlanma müddəti ötdüyünə görə həmin materialların məhvə ayrıldığını bildirmişdir. İddia müddəti institutunun tətbiqi məhz mübahisələrin həllində qeyri-müəyyənlik və qeyristabilliyin aradan qaldırılmasına xidmət edir. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında da öz əksini tapmışdır. Bu baxımdan iddiaçı əgər iddia müddətini ötürmədən vaxtında (cinayət işinin başlanmasına kimi kifayət qədər müddəti o lmuşdur) məhkəməyə müraciət etsə idi, belə qeyri-müəyyənliklər mövcud olmayacaqdı. Bu fakt özü təklikdə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin baxılmasını istisna etmək üçün kifayət edir.
40. Bundan başqa qeyd edilmişdir ki, iddiaçının əmək müqaviləsinə cavabdeh müəssisə tərəfindən xitam verilsə də, onun əmək müqaviləsinə xitam verildiyi tarixdən, kassasiya instansiya məhkəməsinin protestin təmin olunmaması barədə Qərarı çıxardığı tarixə qədərki işburaxma dövründə işçiyə dəymiş zərərin əvəzi cavabdehdən deyil, dövlət büdcəsindən tutulmalıdır. Belə ki, iddiaçının əmək müqaviləsinə cinayət işi ilə bağlı xitam verilməmiş, sadəcə olaraq əməllərində cinayət tərkibi əlamətlərinin olub-olmamasının araşdırılması və barəsində zəruri tədbirlərin həyata keçirilməsi i lə bağlı Baş Prokurorluğa müraciət edilmişdir. İddiaçının əmək müqaviləsinə 2020-ci ilin iyul ayında xitam verilmiş, sentyabr ayında faktla bağlı cinayət işi başlanmış və dekabr ayında iddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İddiaçı cinayət təqibi ilə bağlı əmək funksiyalarının icrasından məhrum olmuşdur. Odur ki, həmin dövrlə bağlı iddiaçının əldə etməkdən məhrum olduğu əmək haqları ilə bağlı iddiaçıya ödənilməli olan zərərin əvəzi və həmin zərərin ödənilməsi qaydaları “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” AR Qanunu ilə tənzimlənir. İddianın qanuni və əsaslı olması halında iddiaçının məhrum olduğu əmək haqları adı keçən qanunun tələblərinə uyğun olaraq cavabd ehdən deyil, məhz dövlət büdcəsindən onun xeyrinə tutulmalıdır. Apellyasiya instansiya məhkəməsi bu məqamı nəzərə almamış, iddiaçının cinayət təqibinə məruz qaldığı dövrə görə məhrum olduğu əmək haqlarının və digər gəlirlərinin cavabdehdən tutulması barədə ədalətsiz və qanunsuz qərar qəbul etmişdir.
41. Məhkəmələr AR Mülki Prosesual Məcəlləsinin 82.4-cü maddəsinə istinad edərək cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə qanuni əsaslarla xitam verilibverilmədiyini araşdırmayaraq, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin birbaşa qanunsuz olduğu nəticəsinə gəlməklə ciddi pozuntuya yol vermiş, müvafiq məsələni araşdırmaqdan imtina edərək AR MPM 14.1-ci maddəsində təsbit olunan məhkəmə baxışının prinsiplərini kobud surətdə pozmuşlar. Birinci və apellyasiya instansiya məhkəmələri MPM -in 82.4-cü maddəsinə istinad edərək iddiaçı barəsində qanuni qüvvəyə minmiş hökmü əsas gətirmiş və həmin hökmün şəxsin əmək müqaviləsinə qanunsuz formada xitam verildiyinə dəlalət etdiyi nəticəsinə gəlmişlər. Bu baxımdan qeyd edilməlidir ki, şəxsin əmək müqaviləsinə iş yerində və iş vaxtında cinayət əməli törətməsi əsası ilə xitam verilsə idi, iddiaçıya bəraət hökmü verilməsi əmək müqaviləsinə qanunsuz formada xitam verildiyini təsdiq edərdi. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə arayışın təhlili iddiaçının əmək müqaviləsinə cinayət əməlinin törədilməsi ilə bağlı olaraq xitam verilmədiyini göstərir. Cavabdeh müəssisənin prokurorluğa müraciəti iddiaçının əməlində cinayət tərkibi əlamətlərinin mövcud olub-olmadığını müəyyənləşdirərək zəruri tədbirlərin həyat a keçirilməsini təmin etməyə yönəlmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru X5 24 iyul 2020-ci il tarixli 34/151/025672 nömrəli raportunun araşdırılmasına dair arayışda iddiaçının işi düzgün təşkil etmədiyi, anbardakı malların mühafizəsini və vaxtaşırı sayılaraq eyniləşdirilməsini təmin etmədiyi, onun vəzifəli şəxs kimi işə laqeyd münasibəti və xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi səbəbindən intizam məsuliyyətinə cəlb edilməli olması qeyd edilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrdən də məhz arayışda qeyd olunan səbəblərdən əmək müqaviləsinə xitam verildiyi qeyd olunmuşdur. Qeyd olunan əsaslar heç biri cinayət əməllərinin törədilməsi ilə bağlı deyildir. AR Mülki Pros esual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən iddiaçı barəsində çıxarılmış qərar məhz onun AR Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət hadisələri ilə aidiyyətinin olmadığı hissəsində mülki məhkəmə icraatındakı işlər üzrə preyudisial əhəmiyyətə daşıyır. Halbuki apellyasiya instansiya məhkəməsinin qeyd etdiyinin əksinə iddiaçının əmək müqaviləsinə cinayət hadisəsi ilə əlaqədar xitam verilmədiyindən, məhkəmə qərarının mövcud olması məhkəmə tərəfindən əmək müqaviləsinə qanuni əsaslarla xitam verilib-verilməməsi üzrə araşdırma aparmasını istisna etmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
43. Maddə 372.1. Bir şəxsdən hər h ansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
44. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
45. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
46. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsi
47. Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikd ə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
48. Maddə 296, hissə
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
49. Maddə 296, hissə
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
50. Maddə 296, hissə
4. Pu l və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
51. Maddə 296, hissə
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
52. Maddə 300, hissə
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərard adını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
60. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək iş ə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Baxılan işdə iddiaçının hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürməsi, eləcə də cavabdehin iddia müddətinin tətbiq olunmasına dair ərizə verməsi işin mübahisə olunmayan hallarıdır. İddiaçı həmin müddətin ötürülməsinin üzrlü sayılaraq bərpa edilməsi barədə ərizə də vermişdir.
64. Qanuna əsasən, bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb e tmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (§ 43-44).
65. Əmək mübahisələrindən doğan tələblər üzrə müəyyən edilmiş iddia müddətləri və bu müddətlərin əvvəlinin hansı andan hesablanması Əmək Məcəlləsinin 296-cı maddəsində göstərilmişdir (§ 48-50).
66. Nəzərə alınmalıdır ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi, həmçinin məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəlikləri n icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan iddiaçının hüquqən qorunmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır.
67. İnsan Hüquqları üzrə A vropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Bu institut, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
68. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (§ 46).
69. Bununla belə, qanunvericilikdə üzrlü səbəblərdən ötürülmüş iddia müddətinin bərpa edilməsi imkanı da nəzərdə tutulmuşdur.
70. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəinə görə, bu maddədə göstərilən mü ddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
71. Baxılan işdə apelyasiya instansiyası məhkəməsi hazırkı iddianın irəli sürülməsi üçün ötürülmüş müddətin bərpasını onunla əsaslandırmışdır ki, cinayət prosesində iddiaçıya təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə bu hökm dəyişdirilmədən saxlanılmışdır. İddiaçı bundan sonra dərhal mediasiya orqanına, daha sonra isə Bakı İnzibati Məhkəməsinə işə bərpa barədə ərizə ilə müraciət etmiş, lakin məhkəmə aidiyyətinə əməl olunmadığına g örə o, iddia ərizəsinin qaytarılmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə qaytarılmış və bundan 6 gün sonra xx.xx.2024-cü il tarixdə o, hazırkı tələblə Sabunçu Rayon Məhkəməsində iddia qaldırmışdır. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti ötürülsə də, müddətin ötürülməsi üzrlü səbəblərdən baş vermişdir (§ 33).
72. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən ötürülümş iddia müddətinin bərpası, habelə iddianın təmin edilməsi qanuni və əsaslı olmamışdır.
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın.
74. Hazırkı işdə iddiaçının və apellyasiya instansiyası məhkəməsinin müddətin bərpası üçün istinad etdikləri faktlar iddiaçının iradəsindən asılı olmayan, onun tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan hallarla bağlı deyil.
75. Məhkəmə tərkibi nəzərə alır ki, əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmiş iddiaçının qanunla müəyyən edilmiş müddətdə məhkəmədə əmək mübahisəsinin həllinə dair iddia qaldırmasına maneə törədən və ya məhdudiyyə t yaradan hal mövcud olmamışdır. Buna baxmayaraq iddiaçı işdən azad edildiyi vaxtan təxminən dörd ilə yaxın bir müddətdə qanunla müəyyən edilmiş qaydada məhkəmədə iddia irəli sürməmişdir.
76. Kollegiya onu da nəzərə alır ki, hətta iddiaçının barəsində aparılmış cinayət təqibi tamamlandıqdan sonra mediasiyadan müvafiq arayış xx.xx.2024-cü il tarixdə alındıdığı vaxtdan iddiaçı yenə də işə bərpa ilə bağlı bir ay müddətində qanunla müəyyən edilmiş qaydada iddia qaldırmamışdır.
77. O da qeyd edilməlidir ki, iddiaçının aidiyyəti olmayan məhkəmədə iddia qaldırması hazırkı işin halları baxımından ötürülmüş müddətin bərpası üçün üzrlü səbəb hesab edilə bilməz. Ona görə ki, bu hal iddiaçının iradəsindən asılı olmayan, obyektiv hallarla bağlı bir vəziyyətlə əlaqəli olmamışdır.
78. Göstərilənlərə əsas ən məhkəmə tərkibi bu nəticəyə gəlir ki, iddiaçının ötürülmüş iddia müddətinin bərpası barədə ərizəsinin təmin edilməsi üçün əsas yoxdur.
79. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, həmin məhkəmədə müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehnə qarşı iddia tələbləri iddia müddətinin keçməsinə görə rədd edilməlidir.
80. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5974/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilsin. Qərar qəbu