Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6086/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh ASC-nin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-4090/2018 saylı, 10 dekabr 2018ci il tarixli q ətnaməsi ilə (sədrlik edən hakim Emin Mehdiyev) İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov, İş № 2(106)2789/2018) İddiaçı apelyasiya şikayəti təmin edilərək Nəsimi rayon Məhkəməsinin 2(006)4090/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək Cavabdeh ASC-nin 25 aprel 2018-ci il tarixli, ********* saylı əmri ləğv olunmaqla, İddiaçı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə, onun əvvəlki iş yerinə və vəzifəsinə bə rpa olunması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı ‘işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 25 aprel 1018-ci il tarixli, ********* saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “Nizami” filialının Müştəri Xidməti şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün işə bərpa olunan günə qədər əmək haqqının və 800 (səkkiz yüz) manat vəkil xərclərinin Cavabdeh ASC-dən tutularaq İddiaçı qızma ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (İddia tələbləri dəqiqləşdirilmişdir). İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİK AYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh ASC və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarıldığından Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə və cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə gö ndərilməsi barədə qərar qəbul edilməsini, iddiaçının vəkili Vəkil isə Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan məhkəmə iclasında gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 26 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏL ƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, i şin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, iddiaçı tərəfındən işdən çıxmaq barədə yazılmış ərizə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq onun sərbəst iradə ifadəsi olmamış, cavabdeh tərəfındən onun işdən çıxarılmasma dair verilmiş əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə, 69-cu maddəsinin 7-ci bəndinə, 300.1-ci maddəsinə istinadən işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfındən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, iddiaçı 2017-ci ilin dekabr ayında Cavabdeh ASC-nin İnsan resursları şöbəsinə müraciət edərək Azərbaycan Respublikasmm Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətin verilməsini xahiş etmiş, bununla əlaqədar olaraq o, müvafiq sənədləri imzalamaq üçün şöbəyə dəvət olunmuş, həmin şöbənin işçisi X2 iddiaçıya rəhbərliyin tələbinə görə, hamiləliyə və doğuşa görə məzuniyyətin təqdim edilməsindən öncə işçinin əmək müqaviləsinə xitam verilmə tarixini qeyd etmədən, guya özünün təşəbbüsü ilə xitam verilməsi barədə ərizəni imzalamaq lazım olduğunu bildirmiş və onu həmin ərizəni imzalamağa məcbur etmiş, o da onların təkidinə əsasən məcburi şəkildə işdən azad olunmağı ilə bağlı ərizəni tarix göstərmədən imzalamış və analıq məzuniyyətinə getmiş, analıq məzuniyətinin sonunda isə ərizə yazaraq illik əmək məzuniyyətinə çıxmış, onun işdən çıxmaq istəyi və niyyəti olmamış, 19 mart 2018-ci il tarixdə o hər hansı ərizə, o cümlədən də işdən çıxmaqla bağlı ərizə yazmamış, işəgötürən həmin sənədi saxtalaşdırmışdır. İşin materiallarından görünür ki, cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçı öz iradəsinə uyğun ərizə yazaraq işdən çıxmışdır. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılımış halları ilə müəyyən etdiyi kimi iddiaçı 19.03.2018-ci il tarixində işdən azad olma barədə ərizə yazmadığını bildirmiş və cavabdehin təqdim etdiyi həmin sübutu mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisə ləndirilən ərizənin - yazılı sübutun həqiqiliyini cavabdehin sübut etməli olmasına dair qənaəti ilə razılaşır və hesab edir ki, işin araşdırılmış halları ilə məhkəmə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, araşdırmalar zamanı iddiaçının tələbinə etiraz edən cavabdeh etirazının əsası kimi istinad etdiyi halı, yəni iddiaçının işdən çıxma barədə 19.03.2018-ci il tarixdə ərizə yazılmasmı sübut edə bilməmişdir. Kollegiya qeyd edir ki, hər hansı sənədin (kağızın) yazılı sübut kimi qəbul edilməsi üçün həmin sənəddin aşağıdakı şərtlərə cavab verməsi tələb olunur, başqa sözlə, yazılı sübutun həqiqiliyi prezumpsiyası aşağıdakılarla bağlıdır: - sənədin əsli olmalı; - sənəddə tarix olmalı, - sənəd onu tərtib edən və ya müvafıq şəxs tərəfmdən imzalanmalı - sənədə düzəliş edilməməli-qaralanmamalıdır. Ko llegiya sübutun mübahisələndirildiyi halda həmin şərtlərdən hər hansı birin olmaması həmin sübutun həqiqiliyini şübhə altına alınmasına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır və həmçinin qeyd edir ki, iş materiallarında olan ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, İddiaçı adından yazılmış işdən azad olunma barədə ərizədəki "19.03.2018" rəqəmləri - İddiaçı tərəfındən yox, başqa şəxs tərəfındən icra olunmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin rəyi hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edərək qiymətləndirmişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin iddiaçmın işdən çıxarılması barədə əmrin imzalandığı 25 aprel 2018-ci il tarixdə əmri imzalayan Cavabdeh ASC-nin İdarə Heyətiııin sədri X3, ümumiyyətlə Azərbaycan Respublikasında olmamasına dair qənaətini də işin araşdırılmış h allarına uyğun hesab edir və məhkəmənin apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndələri 25 aprel 2018-ci il tarixli, ********* saylı əmri imzalamış Cavabdeh ASC-nin İdarə Heyətinin sədri X2 həmin tarixdə Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu halda, həmin əmri hansı qaydada imzalamağı ilə bağlı suallara da məntiqli və ağlabatan izah verə bilməməsinə dair qənaəti ilə də razılaşırlar. İşin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin iclasında Dövlət Əmək Müfəttişliyinin Xidmətinin nümayəndəsi Ə.Baxşiyev də apellyasiya şikayəti ilə razılaşaraq, işdən çıxarma barədə əmrin qanunsuz olduğunu bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci lıissəsinin "a" bəndinə əsasən ənıək müqaviləsinə tərəflərdən bi rinin təşəbbüsü ilə xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 7-ci bəndinə görə işəgötürən tərəfındən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarmı araşdıraraq məcburi iş buraxma mü ddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfındən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, kassator şikayətində apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi diqqətəlayiq məqamlara, yəni 25 aprel 2018-ci il tarixdə əmri imzalayan Cavabdeh ASC-nin İdarə Heyətiııin sədri X2, ümumiyyətlə Azərbaycan Respublikasında olmamasına, İddiaçınm adından yazılmış işdən azad olunma barədə ərizədəki "19.03.2018" rəqəmləri - İddiaçı tərəfındən yox, başqa şəxs tərəfındən icra olunmasına dair ekspertiza rəyinin nəticələrinə mövqeyini bildirməmişdir. Belə ki, məhz bu ha lların müəyyən edilməsi də apellyasiya instansiyası məhkəməsinə iddia tələbinin əsasını təşkil edən halların əsaslı olması qənaətinə gəlmək üçün əsaslardan biri olmuşdur. Kassatorun qeyd edilən hallara münasibətdə hüquqi mövqeyinin nümayiş etdirməməsi onun tərəfindən verilən kassasiya şikayətinin formal xarakterli olması, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə hansı maddi və prosessual hüquq normalarının tələblərinin pozulmamasının təsdiqi kimi qiymətləndirilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, iddiaçı tərəfındən işdən çıxmaq barədə yazılmış ərizənin Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq onun sərbəst iradə ifadəsi olmamasına, cavabdeh tərəfındən onun işdən çıxarılmasına dair verilmiş əmrin isə əmək qanunverici liyinin tələbləri pozulmaqla qəbul edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin nəticələri qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq mün asibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbay can Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi h üquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respubl ikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bildiyi üçün İddiaçı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafıq əmək haqqı ödənilməklə, o, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması barədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 26 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6086/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6086/2019
25.09.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver