Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6088/2022 28.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət qarışıq tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2(103)-6251/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə kassasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Firması və Cavabdeh2 qarşı “qorunan inventarların cavabdehlərdən alınıb ona verilməsi, 30000 manat istif adə haqqının, ödənilmiş dövlət rüsumuna görə 180 manatın, hüquqi yardıma görə ödədiyi 1010 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-913/2022 nömrəli, 1 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən - cavabdehlər Cavabdeh1 Firması və Cavabdeh2 ünvan 1 ünvanında Cavabdeh1 firmasına məxsus “Bakı Gecələri” restoranında yerləşən İddiaçı məxsus olan aşağıdakı inventarlar: Reception mebeli - 1 ədəd; Qirmizi Divan (Rubin zal koja) - 19 ədəd; Qirmizi Kreslo (koja Rubin zal) - 9 ədəd; Dekor dibçək gül - 5 ədəd; Parça stul (ağ mirvari) - 211 ədəd; Arka Gül - 2 ədəd; Fontan motoru - 1 ədəd; Stol süfrəsi (ağ) - 85 ədəd; Skayner (səhnədə) - 21 ədə d; Lazer aparatı - 2 ədəd; Sarı işıq (asılan) - 40 ədəd; Dörd nəfərlik stol - 60 ədəd; Qaz peçi (4 göz) - 1 ədəd; Mətbəx stolu (dəmir) - 2 ədəd; Soyuducu şkaf - 2 ədəd; Mikser - 1 ədəd; Lülə şişi (uzun) - 100 ədəd; Tikə şişi (uzun) - 100 ədəd; Saç qabı (qara rəngdə)- 40 ədəd; Buz Aparatı (böyük) - 1 ədəd; Çay aparatı - 2 ədəd; Çəngəl (Güral Porselen) - 300 ədəd; Bıçaq (Güral Porselen) 300 ədəd; Salfetka qabı (Güral Porselen) - 20 ədəd; Duz istiot qabı (Güral Porselen) -15 ədəd dəst; Su çəni - 1 ədəd; Zibil qutusu - 2 ədəd; Qızıl stoyka (giris üçün) - 4 ədəd; Oirmızı daroşka (xalça) - 1 ədəd; Ət maşını - 1 ədəd; Sredni qabı (Güral Porselen) - 178 ədəd; Salat qabı (Güral Porselen) - 400 ədəd; Çörək qabı (taxta) - 30 ədəd; Padnos (dəmir) - 20 ədəd; Divan (parça koricneviy) - 1 ədəd; Divan (ko ja koricneviy) - 18 ədəd; Kassa nömrəsi (qırmızı) - 150 ədəd; Kserekopiya aparatı (HP) - 1 ədəd; Kofe aparatı (böyük) - 1 ədəd; Kassa stolu (qırmızı) - 1 ədəd; Stul üçün çexol - 160 ədəd; Reklam Oazis - 1 ədəd; Kreslo- 1 ədəd; Printer aparatı (HP) - 1 ədəd; Kompüter (qara HP) - 2 ədəd; Show zalın qabaq stolu (6-8 nəfərlik) - 25 ədəd; Qaz peçi - 2 ədəd; Viterok - 1 ədəd; Soyuducu -1 ədəd; Stellaj - 1 ədəd; Moyka - 1 ədəd; Kamera havalandırma - 2 ədəd; Şadlıq səhnə nerj turbası - 1 ədəd; Su motoru (yekə) - 1 ədəd; Qidrofor - 1 ədəd; Palma agacı - 7 ədəd; Oturacaq stul - 240 ədəd; Buz qabı (metallik) - 50 ədəd (30 böyük, 20 balaca); Rəngli süfrə (qırmızı, ağ, mavi və sarı) - 59 ədəd; Milli süfrə - 33 ədəd; Arakəsmə açılış lenti - 8 ədəd, hüquqi yardıma görə 400 (dörd yüz) manat və ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi hissəsində təmin edilmiş, qalan hissədə təmin edilməmişdir. Qətnamədən İddiaçı nümayəndəsi (vəkili Vəkil1) apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissədə ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin qətnamədən cavabdehlərin (nümayəndəsi və vəkili İsgəndərov X3) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6251/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)913/2022 saylı iş üzrə 01 iyul 2022-ci tarixli qətnaməsi ləğv edilmiş və iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, mübahisə fərdi sahibkar statusu olan iddiaçının vəfat etmiş əri ilə hüquqi şəxs Cavabdeh1 Firması və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 arasında yaranmaqla və iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterlidir. İddiaçı şikayət verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6251/2022 nömrəli 29 sentyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsini və verilmiş apellyasiya şikayətlərinə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ki, iddiaçının ərinin fərdi sahibkar olmadığını nəzərə alma yıb. Bununla bağlı iş materiallarında hər hansı sübut yoxdur. İddiaçının əri fərdi sahibkar olsaydı belə, bu, iddiaçı ilə cavabdehlər arasında sahibkarlıq fəaliyyəti olması demək deyildir. İddiaçı yalnız mərhum ərindən ona miras qalmış əmlakını və 2019-cu ildən hal-hazıradək cavabdehlərin ondan istifadəsi ilə bağlı mərhum ərinə çatacaq pulu tələb edir. Bu tələblərin iddiaçının 2021-ci ilin dekabr ayında vergi ödəyicisi kimi qeydiyyata düşməsi və bununla da sahibkarlıq fəaliyyəti ilə məşğul olması arasında heç bir əlaqə yoxdur. Bundan başqa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 01 Avqust 2022-ci il tarixli antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında qə rarın 4-cü səhifəsinin 2-ci abzasında konkret olaraq göstərilmişdir ki, “Cavabdeh2 nümayəndəsi Vəkil3 Cavabdeh2 nə 2019-cu ilədək Binəqədi rayonu ərazisində işlətdiyi “OAZİS” restoranında, nə də 2019-cu ildən sonra Səbail rayonu, Gülbala Əliyev ünvanında işlətdiyi “YENİOAZİS” restoranında İddiaçı hər hansı bir fəaliyyətinin olmadığını bildirmişdir.” Bu xüsusata dair yuxarıda göstərilən qərarı cavabdehlərin nümayəndəsi özü şəxsən məhkəmə prosesində təqdim edib. Cavabdehlərin nümayəndəsi və vəkili 27 Sentyabr 2022-ci il saat 10:15-ə təyin edilmiş məhkəmə prosesində şifahi şəkildə bildirmişdir ki, iddiaçının VÖEN-i vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 01 Avqust 2022-ci il tarixli qərarını təqdim etmişdir. Lakin cavabdehin nümayəndəsi nə həmin qərarı nə də həmin qərarı əsaslandıracaq vəsatəti elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əlavə etmişdir. Elektron məhkəmə portalı ilə də müəyyən olunur ki, cavabdeh tərəfindən hər hansı sənəd və ya vəsatət təqdim edilməyib. Bundan əlavə, məhkəmə iddiaçının fərdi sahibkar olmasını təsdiq edəcək sənədləri də qərardadda göstərməyib. Həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət t əmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)6251/2022 nömrəli 29 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonraMPM) 1-ci maddəsinin “Qeyd” hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyat a keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakter inə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilən Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliy yətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Bundan əlavə, həmin Qərarın 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismin də mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. MPM-in 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Hazırkı iş üzrə iddia ərizəsindən və iş materiallarından görünür ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halına görə iddiaçının əri X2 mülkiyyətində olan “Oazis” restoranın fəaliyyətinə xitam verildikdən sonra həmin restoranın inventarlarını faktiki icarə müqaviləsinə əsasən Cavabdeh1 Firmasına və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 vermişdir. Həmin inventarlar ünvan 3 ünvanında yerləşən Cavabdeh1 Firmasının “Bakı Gecələri” restoranında istifadə olunması müəyyənləşdiri lmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, iddiaçı mərhum ərinin cavabdehlərlə sahibkarlıq münasibətində olduğuna istinad etmiş, qeyd olunan inventarların yararlı vəziyyətdə qaytarılmasını və istifadə olunduğu üçün 6 (altı) ay ödənilməmiş icarə haqqı 30 000 (otuz min) manat pulun ödənilməsi üçün cavabdehə pretenziya qaydasında məktublar göndərmişdir. MPM-in 403-1.2-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. MPM-in 403-1.6-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara dax il olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. MPM-in 403-1.8.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin edilmədən saxlaya bilər. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(103)-6251/2022 saylı qərardadı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Şərh edilənləri və MPM-in 403-1.6, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. İş üz rə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2(103)-6251/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6088/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-6088/2022
28.10.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver