Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6089/2022 04.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibinin Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə xüsusi icraat qaydasında ərizəsinə dair iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu, Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu, İnzibati kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə, ərizəçi İqtisad iyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə xüsusi icraat qaydasında ərizəsinə dair iş üzrə işin məhkəmə aidiyyəti ilə bağlı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə əlaqədar məhkəmələr arasındakı fikir ayrılığına yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan Sabirabad rayonu təsərrüfat hesablı təmir-tikinti sahəsinin dövlət sosial müdafiə fonduna olan 7366,01 manat, işsizlikdən sığorta fonduna olan 297,74 manat, icbari tibbi sığorta fonduna olan 588,74 manat məbləğində borcun ödənilm əsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - 1 mart 1954-cü il, doğulduğu yer – Sabirabad rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi 0YS0W3, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA 0011165) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizənin məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. Məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı yarandığından Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİL MİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, “hüquqi şəxs haqqında məlumat” adlı sənəddən görünür ki, vergi ödəyicisi olan Sabirabad rayonu təsərrüfat hesablı təmir-tikinti sahəsi dövlət qeydiyyat sənədini verən orqan kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, dövlət qeydiyyat tarixi xx.xx.1997-ci il, tabeçiliyi Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi, təşkilatı-hüquqi forması isə digər kommersiya təşkilatı qeyd olunmuşdur. Məhkəmə hesab etmişdir ki, maraqlı şəxsin rəhbər olduğu Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin tabeliyində olan Sabirabad rayonu təsərrüfat hesablı təmir-tikinti sahəsi sahibkarlıq fəaliyyəti həyata ke çirməyən təşkilat olduğundan hazırki ərizəyə Bakı Kommersiya Məhkəməsində kommersiya mübahisəsi ilə bağlı mülki icraat qaydasında deyil, ümumi məhkəmədə eyni icraat qaydasında mülki iş kimi baxılmalıdır. II. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
5. Kassasiya kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunaraq iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
6. Beləki, MPM-in 24.2. maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
7. Həmin Məcəllənin 26.1. maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçi rilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
8. Məcəllənin 26.2. maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 405-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
9. Hazırkı iş üzrə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələb olunan Maraqlı şəxs rəhbəri olduğu Sabirabad rayonu təsərrüfat hesablı təmir-tikinti sahəsi (VÖEN **********) digər kommersiya təşkilatı hüquqi formasında yaradılmış kommersiya hüquqi şəxsidir, əsas fəaliyyət növü “digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikin ti işləri” təşkil edir, göstərdiyi fəaliyyətə müvafiq olaraq dövlət büdcəsinə ödədiyi vergi mükəlləfiyyətinin növü əlavə dəyər vergisidir (ƏDV), hüquqi şəxs kommersiya hüquqi şəxsi olmaqla sahibkarlıq fəaliyyəti həyata keçirdiyindən onun dövlət büdcəsinə müxtəlif istiqamətlər üzrə yaranmış borcu kommersiya xarakterli fəaliyyət nəticəsində yaranmış borcdur. 10. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 20-ci bəndində qeyd edilmişdir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilm əsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.
11. Həmin qərarın 23-cü bəndinə əsasən mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə və saiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquq i şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir.
12. Göstərilənlərə əsasən və MPM-in 403-1, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə tərkibi Qərara aldı: Həmin iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə xüsusi icraat qaydasında iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə mini