Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-609/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icrası; nisyə alqı-satqı müqaviləsi; müqavilə tələbləri üzrə iddia müddəti. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2024-cü il 29 oktyabr tarixli 2(103)-5833/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş ka ssasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2023-cü il 29 oktyabr tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən, Cavabdeh1 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə sosial şəbəkədə 240 baş xırdabuynuzlu heyvanın satıldığı elanla rastlaşmışdır. O, həmin elanda olan telefon nömrəsi ilə əlaqə saxlamışdır. Ona məlum olmuşdur ki, X1 onun 20 ildir tanıdığı şəxsdir. X4 qəsəbəsində görüşmüşlər, 240 baş qoyunu Yulədlə 40000 manata razılaşıb və pulunu 2 ay müddətinə verəcəyini bildirmişdir. Bundan sonra o, heyvanları maşınla yaşadığı Zığ qəsəbəsində yerləşən fermasına aparmışdır. Heyvanlar zəif olduğu üçün onları biraz kökəldib satmağa başlamışdır. Bir neçə aydan sonra o, Yulədə 10000 manat pul vermiş, sonradan heyvanları sata bilmədiyi üçün Yulədə bildirmişdir ki, pulu verə bilmir, heyvanları qaytarır. Bundan sonra Yuləd gəlib onun fermasından 16500 manat dəyərində qoyunları aparmışdır. Qalan heyvanları X2 vermiş sonuncu vədinə əməl etməyərək onun verdiyi heyvanları satmış və borclanmışdır
2. Həmin iş üzrə izahatı alınmış Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunda izahat vermişdir.
3. Cavabdeh2 Bakı şəhəri Sabunçu RPİ-nin müstəntiqinə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə sosial şəbəkədə 240 baş xırdabuynuzlu heyvanın satıldığı elanla atası rastlaşmışdır. O, həmin elanda olan telefon nömrəsi ilə əlaqə saxlamışdır. Ona məlum olmuşdur ki, X1 onun uzun illərdir tanıdığı şəxsdir. Bundan sonra heyvanları maşınla yaşadığı Zığ qəsəbəsində yerləş ən fermasına aparmışdır. Lakin həmin vaxtdan sonra Ramin Manafov onları aldatmış, 90000 manatlıq qoyunu alaraq aparmışdır. Amma buna baxmayaraq 10000 manat pul, 16500 manatlıq qoyun qaytarmışdırlar. Hazırda qalan 13500 manat borcu qaytaracaqlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 2024-cü il 7 may tarixində cavabdehlərdən 13500 manat məbləğində pulun, 131 manat məhkəmə xərcinin və 300 manat vəkilin xidmət haqqının tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2022-ci il iyun ayında özünə məxsus 240 baş xırdabuynuzlu heyvanı 40000 manata, pulun 2 ay sonra ödənilməsi şərti ilə cavabdehlərə satmaq barədə razılaşmışlar. Sabahsı günü cavabdehlər heyvanları aparmışlar. Tə xminən 5 aydan sonra cavabdehlər iddiaçıya 10000 manat pul və 16500 manat dəyərində qoyun qaytarmışlar. Lakin qalan 13500 manatı bugünə kimi qaytarmamışlar. O, dəfələrlə pulunu tələb etsə də, cavabdehlər müxtəlif bəhanələrlə borcu qaytarmamışdır. Bundan sonra, onun etibarından sui-istifadə edərək aldadıb qoyunlarını alan və dəyərini ödəməyən şəxslər barəsində polisə şikayət etmişdir. Polis orqanında izahat verən cavabdehlər həqiqətən də, ondan 240 baş xırdabuynuzlu heyvanı aldıqlarını, dəyərini 40000 manata razılaşdıqlarını, razılaşdıqları məbləğdən ona 10000 manat pul və 16500 manat dəyərində qoyun qaytardıqlarını, ona 13500 manat borclarının qaldığını bildirmişlər.
6. Cavabdehlər məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişlər.
7. Suraxanı Rayon Məhkəməsinin 202 4-cü il 30 iyul tarixli 2(010)-2866/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim:Tural Məmmədov).
8. Məhkəmənin mövqeyinə görə, tərəflər arasında şifahi formada razılaşmaqla işgüzar münasibət yaranmışdır. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”dan görünür ki, cavabdehlər iddiaçıdan aralarındakı razılaşma əsasında 40000 manat dəyərində 240 baş xırdabuynuzlu heyvan almış və razılaşmaya əsasən həmin heyvanların pulunu 2 ay müddətində ödəməklə bağlı öhdəlik götürmüşlər. İşin hallarından o da müəyyən edilir ki, iddiaçıya 10000 manat pul verilmiş və eyni zamanda 16500 manat dəyərində heyvan geri qaytarılmışdır. Cavabdehlər istintaq orqanına verdikləri izahatlarında qalan 13500 manat pul vəsaitini də iddiaçıya geri qaytaracaqlarını bildirmiş lər. Beləliklə, cavabdehlərin 13500 manat borc pul vəsaitinin qalması öz təsdiqini tapmışdır.
9. Mülki qanunvercilikdə müqavilələrlə bağlı iddia müddətinin 3 il olmasına istinad edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki tərəflər arasında müqavilə münasibətləri 2022-ci ilin iyun ayında yaranmış, hazırkı iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Bu səbəbdən iddia müddətinin tətbiq edilməsi üçün əsaslar yoxdur.
10. Məhkəmə əlavə etmişdir ki, iddia tələbi cavabdehlərdən tələb edilən ödənilmiş 131 manat məbləğində dövlət rüsumunun və 300 manat məbləğində hüquqi yardım pulunun tutulması hissəsində də əsaslıdır.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 329.2, 329.3, 372.1, 372.2, 373.1, 385.1, 398.1, 427.3, 422, 425.1, 430.1, 567, 600.1-ci, Mülk i-Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 115 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya heyvanlarının xəstə olmasını, pulu qaytara bilməyəcəklərini, heyvanlarını aparmasını bildirmişlər. İddiaçı isə pulunu tələb etmişdir. Bir müddət sonra iddiaçının heyvanları ölmüşdür. İddiaçı hazırda, sonradan ölən heyvanlarının pulunu tələb edir. Cavabdehlər bu barədə polisdə də bildirmişlər.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2024-cü il 29 oktyabr tarixli 2(103)-5833/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməm iş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Məhəmməd Rüstəmli).
15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşan məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlilinə münasibətdə bildirmişdir ki, istintaq zamanı cavabdehlərin belə bir izahat verməsi müəyyən edilməmiş, cavabdehlər bu hallara dair hər hansı sübut təqdim etməmişlər. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən kassasiya şikayətinin dəlilinə görə, məhkəmə təqdim edilmiş sübutlara düzgün qiymət verməmişdir.
18. Kassator şikayətində Mülki Məcəllənin 385.1, 422-ci, Mülki-Prosessual Məcəllənin 388, 389, 390-cı maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
21. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmə tlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
25. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçi rməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məh kəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
35. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
37. Beləliklə d ə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 29 oktyabr tarixli 2(103)5833/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.