Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6092/2020 30.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsinə dair iş üzrə Açar sözlər: iş ümumi məhkəməyə aiddir Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən) İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı1 Cavabdeh1 qarşı reqres qaydasında pulun tutulması tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-306/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul et di İŞİN HALLARİ İddiaçı1 (bundan sonra – iddiaçı) Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 112151,73 avro məbləğində pulun ödəniş icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 12144,73 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılarkən, cavabdehin nümayəndəsi vəsatət verərək, işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə (hakim İ.Əliyev; iş № 2(001)-306/2020) vəsatət təmin edilməmişdir. Qərardaddan cavabdeh şikayət vermiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikay ət təmin edilməmiş, baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Hazırkı iş üzrə cavabdeh ona qarşı verilmiş pul tələbi üzrə iddiaçı ilə onun arasındakı mübahisəni kommersiya mübahisəsi hesab edir və qeyd edir ki, tələb sahibkarlıq fəaliyyətindən irəli gəlir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vəsatəti rədd edərkən Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 25.1, 26.1, 26.2cı maddələrinə istinadla qeyd etmişdir ki, mübahisə tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmamaqla zərər vurmuş şəxsə reqres hüququndan irəli gəlir. Ona görə də mülki işə kommersiya məhkəməsində baxılması üçün əsaslar yoxdur. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdır araq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Cavabdeh şikayətində mübahisənin sahibkarlıq fəaliyyətinin həya ta keçirilməsi ilə əlaqədar yaranması barədə hər hansı dəlil irəli sürməmişdir. İddia ərizəsinə görə tərəflər arasındakı mübahisə mülki hüquq münasibətlərindən yaranmış mübahisədir. Bu baxımdan birinci instansiya məhkəməsi işin kommersiya məhkəməsinə aid olmaması barədə düzgün qənaətə gəlmişdir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1). Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 4031.8.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. İddiaçı1 Cavabdeh1 qarşı reqres qaydasında pulun tutulması tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-306/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6092/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-6092/2020
30.10.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver