Məhkəmə qərarları › İş №2(102)-6094/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6094/2022

22.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6094/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mirbək oğluna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mirbək oğluna qarşı vurduğu ziyana görə 25000 manat, əldən çıxmış faydaya görə 3750 manatın, hüquqi xidmətə görə ödənilmiş 100 manatın və iddia üçün ödənilmiş 177 manatın, ümumilikdə 29027 manat pulun tutularaq İddiaçı ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apel lyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)2196/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mirbək oğlundan vurduğu ziyana görə 25000 manat, əldən çıxmış faydaya görə 3750 manatın, hüquqi xidmətə görə ödənilmiş 100 manatın və iddia üçün ödənilmiş 177 manatın, ümumilikdə 29027 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Qobustan Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(026)-253/2022 nömrəli qətnaməsi ilə (hakim Mirə ləm Quliyev) iddia qismən təmin edilmiş, Cavabdeh Mirbək oğlundan 31500 manat əsas borc və hüquqi xidmətə görə 100 manat və 177 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh Mirbək oğlu 16 sentyabr 2022-ci il tarixdə qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 oktyabr 2022-ci il tarixli, 2(105)-2196/2022 nömrəli qərardadı ilə (hakimlər S.A.Qafari (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və İ.K.Dəmirov) apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, a pellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinə deyil, Qobustan Rayon Məhkəməsinə ünvanlanmışdır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, Cavabdeh Mirbək oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz.

6. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 360, 361, 363, 364, 366.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri

7. Cavabdeh Mirbək oğlu (Vəkil2) kassasiya şikayəti verərək, 07 oktyabr 2022-ci il tarixli, 2(105)-2196/202 2 nömrəli qərardadın ləğv edilərək, işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Mirbək oğlu, onun nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qanunsuz və əsassız olaraq qeyri-mümkün hesab edilmişdir. Məhkəmə tərkibi heç bir əsas olmadan, Qobustan rayon Məhkəməsinə ünvanlanması bəhanəsi ilə şikayəti qeyri-mümkün hesab etmişdir. Halbuki, elektron məhkəmə sistemində heç bir halda apellyasiya şikayəti verdikdə şikayətin hansı apellyasiya məhkəməsinə verilməsi barədə məlumat seçilmir, bu cür seçim də mövcud deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilə n hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

10. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

11. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

12. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

13. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

14. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

15. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlən dirilməməlidir.

16. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni və əsaslıdır.

19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qəardadının ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Odur ki, kassasiya şikayəti dəlilləri apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas hesab edilə bilməz.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

22. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2196/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar