Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-610/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh6 qarşı “kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil 3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3968/2021 nömrəli iş üzrə 22 oktyabr 2021-ci il tarixli qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh6 qarşı “kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 29 sentyabr 2017ci il tarixli K2301 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc 243.229, 02 (iki yüz qırx üç min iki yüz iyirmi doqquz manat iki qəpik) manat, faiz borcu 56.319,32 (əlli altı min üç yüz on doqquz manat otuz iki qəpik) manat, cərimə borcu 23.693,43 (iyirmi üç min altı yüz doxsan üç manat qırx üç qəpik) manat olmaqla, cəmi 323.241,77 (üç yüz iyirmi üç min iki yüz qırx bir manat yetmiş yeddi qəpik) manat borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; 29 sentyabr 2017-ci il tarixli K2301 nömrəli Maliyyələşdirmə üçün ərizə üzrə tutmanın X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hərracdan ilkin satış qiyməti 550.000 (beş yüz əlli min) manat olmaqla; Cavabdeh6 mülkiyyətində olan ünvan 2 mənzilə hərracdan ilkin satış qiyməti 300.000 (üç yüz min) manat olmaqla yönəldilməsi, qeyd edilən daşınmaz əmlakların açıq hərracda satılmas ı, satışdan əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; əmlaklar satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaitləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borc Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi; iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 2 0 (iyirmi) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, X1 və Cavabdeh6 birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)-287/2020) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 29 sentyabr 2017-ci il tarixli K2301 nömrəli Maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc 243.229,02 (iki yüz qırx üç min iki yüz iyirmi doqquz manat iki qəpik) manat, faiz borcu 49.4 05 (qırx doqquz min dörd yüz beş) manat, cərimə borcu 19.000 (on doqquz min) manat olmaqla, cəmi 311.634,02 (üç yüz on bir min altı yüz otuz dörd manat iki qəpik) manat məbləğində borcun, iddia qaldırması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutulmalı olan məbləğ-311.634,02 (üç yüz on bir min altı yüz otuz dörd manat iki qəpik) manat məbləğində borc öhdəliyinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh6 mülkiyyətin də olan ünvan 2 ünvanında yerləşən mənzilə və cavabdeh X2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərrac yolu ilə realizə edilməsi, ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin cavabdehlər Cavabdeh6 və X3 verilməsi, ipoteka predmetləri olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 550.000 (beş yüz əlli min) manat və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 189 nömrəli evin 2 nömrəli mənzilinin ilkin satış qiymətinin 315.000 (üç yüz on beş min) manat məbləğində müəyyən olunması, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov k üçəsində yerləşən 189 nömrəli evin 2 nömrəli mənzilin açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması və ipoteka predmetlərinin alıcıya təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaitləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borc Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi, aparılmış qiymətləndirmə xərci olan 600 (altı yüz) manat məbləğində pul vəsait inin cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq X5 Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, aparılmış qiymətləndirmə xərci olan 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq “Qiymətləndirmə Xidməti Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh6 və X4 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov, iş № 2(10 3)3968/2021) cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh6 və X4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-287/2020 saylı iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsinin ipoteka predmetlərinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməsi, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 600000 manat və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 189 nömrəli evin 2 nömrəli mənzilinin ilkin satış qiymətinin 350000 manat məbləğində müəyyən edilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması, aparılmış tədqiqatın dəyərini təşkil edən 600 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh6 və X1 müştərək qaydada tutula raq "xxxx" MMC-nin hesabına (VÖEN:**********; Hesab №AZ33İBAZ********************; Bank: "xxxx" ASC Yasamal filialı, kod 805562; VÖEN:**********; Müxbir hesab:AZ03NABZ********************; SWİFT BİK:İBAZAZ2X) ödənilməsi qət edilmişdir. Cavabdeh1 MMC Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov, iş № 2(103)-3968/2021) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3968/2021 saylı iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışd ır ki, Bakı Apellyasiya Məhkəməsinin 14.06.2021-ci il tarixli qətnaməsinin surəti məhkəmənin 21.06.2021-ci il tarixli məktubu ilə Cavabdeh1 MMC-nin ünvanı üzrə göndərilmiş, 19.06.2021-ci il tarixdə isə MMC-nin nümayəndəsi-vəkili Vəkil1 elektron kabinetinə yerləşdirilmiş (iş v.121), cavabdeh MMC tərəfindən isə 30.06.2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir (iş v. 124). Qətnamə təqdim edildikdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu halda, kassasiya şikayəti qanunda nəzərdə tutulduğundan gec verilmişdir, belə ki, 30.09.2021-ci il tarixdə rabitə orqanına təhvil verilmiş, 05.10.2021-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. “Müddətin bərpa edilməsi barədə” vəsatət də verilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraat ı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 MMC (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2(103)-3968/2021 saylı qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəl məmişdirlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş mü ddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinin tələbinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində şikayət verilə bilər. 407.1.2-ci maddəsinin tələbinə görə kassasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti, şikayəti verən hüquqi şəxsin adı, yerləşdiyi ünvan göstərilməlidir. 408.1.1-ci maddəsinin tələbinə görə kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzal amağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, qaytarılır. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3.—408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi t ərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərini məhkə mə kollegiyası əsaslı hesab etmir. Belə ki, cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulduğuna istinad edərək, əsasən bir neçə prosessual hüquq normasının mətnini köçürsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsini tətbiq etmişdir. Həmin normanın tələbinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki işə bax ıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3968/2021 nömrəli iş üzrə 22 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-610/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-610/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver